Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8076/2023 23.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X1) qarşı Bakı şəhəri, ünvan 1əhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzil ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı üçüncü şəxs Hümbətova Səidə Hüseyn qızının yetkinlik yaşına çatmayan oğlu X3 ilə birlikdə Bakı şəhəri, ünvan 1əhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6625/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 23/24 saylı evin 62 saylı mənzilinin cavabdeh Məmmədova Səidə Hüseyn qızının adına rəsmiləşdirilməsi ilə bağlı olan və üzərində bağlanma tarixi kimi “01 mart 2006-cı il” qeyd edilmiş 100 saylı “Kooperativ binada mənzil tikintisi üçün müqavilə” etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8161/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh Məmmədova Səidə Hüseyn qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6625/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi əsasında icra vərəqəsi verilmiş və "xxxx" MTK tərəfindən Məmmədova Səidə Hüseyn qızının adına olan “01 mart 2006-cı il” qeyd edilmiş 100 saylı “Kooperativ binada mənzil tikintisi üçün müqavilə” etibarsız hesab edilmişdir. Məhkəmə çəkişmələrinin gedişində mübahisəli mənzilə həbs qoyulmasına baxmayaraq cavabdeh Hümbətova Səidə Hüseyn qızı Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, ev 39F, giriş 1, 67 saylı mənzilinə dair qanunsuz yolla çıxarış əldə etmişdir. Apelyasiya instansiya məhkəməsinin gedişində bu barədə iddiaçının xəbəri olmadığına görə tələbi dəqiqləşdirib Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, giriş 1, 39F saylı evin 67 saylı mənzilinə dair cavabdeh Məmmədova Səidə Hüseyn qızının adına verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da ləğv edilməsini tələb edə bilməmişdir. Ona görə də tərəfindən sonradan bu barədə iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3055/2020 nömrəli qətnaməsi ilə Hümbətova Səidə Hüseyn qızının iddiası qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilində yerləşən əşyaların-kombi, soyuducu və kondisionerin İddiaçı alınaraq Hümbətova Səidə Hüseyn qızına verilməsi, Hümbətova Səidə Hüseyn qızının yekinlik yaşına çatmayan oğlu X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülməsi, İddiaçı iddiası qismən təmin edilərək Hümbətova Səidə Hüseyn qızının adına verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə dair çıxarışın ləğv edilməsi, Hümbətova Səidə Hüseyn qızının qarşılıqlı iddiası qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə ½hissədə İddiaçı, ½ hissədə isə Hümbətova Səidə Hüseyn qızının mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayətinə əsasən baxan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5588/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 2(011)- 3055/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin “Hümbətova Səidə Hüseyn qızı yekinlik yaşına çatmayan oğlu X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülsün.” və “Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə 1/2 hissədə İddiaçı, 1/4 hissədə isə Hümbətova Səidə Hüseyn qızının mülkiyyət hüququ tanınsın.” hissələrində
ləğv edilməsi, həmin hissələrdə Hümbətova Səidə Hüseyn qızının iddialarının rədd edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6062/2021 nömrəli xx.xx.2021 -ci il tarixli qərarı ilə Hümbətova Səidə Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edildiyi kimi məhkəmə çəkişmələrinin gedişində üçüncü şəxs Hümbətova Səidə Hüseyn qızı Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, ev 39F, giriş 1, 67 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Daha sonra isə 2019-cu ildə Səidə Hümbətova və oğlu X3 həmin mənzilə qeydiyyata düşmüşlər. Yuxarıda qeyd edilən məhkəmə qətnamələrinin əsasında verilmiş icra sənədinə əsasən iddiaçıya Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, ev 39F, giriş 1, 67 saylı mənzilinə dair çıxarış verilmişdir. Yəni mənzil xüsusi mülkiyyət kimi iddiaçıya məxsusdur. Keçmiş arvadı üçüncü şəxs Hümbətova Səidə Hüseyn qızı və oğlu X2 Bakı şəhəri, ünvan 1əhəllə 2324, 39F nömrəli evin 67 nömrəli mənzilinə heç bir hüquqları yoxdur. Onlar həmin mənzildə yaşamırlar. Həmçinin, kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmış Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5588/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, qeyd edilən mənzil birgə nikah dövründə əldə edilməmişdir və üçüncü şəxslərin həmin mənzilə dair heç bir hüququ yoxdur. Belə ki, qətnamədə qeyd edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzili tərəflərin birgə nikahda olan zaman əldə edilmiş əmlakı kimi qiymətləndirilə bilməz. Belə ki, mübahisəli mənzil xx.xx.2011-ci ildə X4 (cavabdeh İddiaçı anası) tərəfindən əldə edilmişdir. O, həmin mənzili əvəzsiz olaraq oğlu Y. Məmmədovun adına "xxxx" MMC-nin iştirakı ilə keçirmişdir (səhifə 6, abzas 10). Göründüyü kimi mübahisəli mənzil İddiaçı tərəfindən əvəzsiz olaraq hədiyyə şəklində əldə edilmişdir. Bu hal mübahisəli mənzilin tərəflərin nikahı zamanı onların birgə vəsaiti hesabına əldə edilməsini istisna edir və sübutlarla öz təsdiqini tapmır. X7 mübahisəli mənzilin dəyərinin bir hissəsinin onun ailəsi tərəfindən ödənilməsi qeyd etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin mənzilə dair 01 mart 2006-cı il tarixli 100 saylı müqavilə etibarsız hesab edildiyi üçün mənzil ilkin vəziyyətə, yəni Y. Məmmədovun adına qaytarılmışdır (səhifə 6, abzas 11). Belə olan halda, kollegiya hesab edir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilmədiyindən iddiaçı S.Hümbətovun həmin mənzilə dair pay hüququ müəyyən edilə və o həmin mənzilə yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə köçürülə bilməz (səhifə 1, abzas 1). Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə dair 01 mart 2006-cı il qeyd edilmiş 100 saylı müqavilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli 2(103)-6625/2019 saylı qətnaməsi ilə etibarsız hesab edildiyindən, həmin müqavilə hər-hansı hüquqi nəticələr yaratmamışdır. Belə olan halda isə həmin müqavilə əsasında Hümbətova Səidə Hüseyn qızının adına verilmiş çıxarış da hər-hansı hüquqi nəticələr yaratmır, (səhifə 7, abzas 2).
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, müraciətdə, Hümbətova Səidə Hüseyn qızının və X2 Bakı şəhəri, ünvan 1əh. 2324, ev 39F, mənzil 67 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1 .Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən
2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən
3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında
4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edilən halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanı xx.xx.2019-cu il tarixdə Hümbətova Səidə Hüseyn qızının adına qeydiyyata alınmışdır (çıxarış Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3055/2020 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir).
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39 F, mənzil 67 (yeni qaydalarla: AZ 1149, ünvan 4 ünvanı xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
6. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh Xətai Rayon Polis İdarəsi məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
10. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. Məhkəmənin hazırki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Hümbətova Səidə Hüseyn qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.
12. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Hümbətova Səidə Hüseyn qız ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanı xx.xx.2019-cu il tarixdə Hümbətova Səidə Hüseyn qızının adına qeydiyyata alınmışdır (çıxarış Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3055/2020 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir).
14. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3055/2020 nömrəli qətnaməsinə əsasən Hümbətova Səidə Hüseyn qızı yetkinlik yaşına çatmayan oğlu X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39 F saylı evin 67 saylı mənzilinə köçürülmüşdür və Hümbətova Səidə Hüseyn qızının adına verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 39 F saylı evin 67 saylı mənzilinə dair çıxarış ləğv edilmişdir. Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39 F saylı evin 67 saylı mənzilinə ½ hissədə İddiaçı, ½ hissədə isə Hümbətova Səidə Hüseyn qızının mülkiyyət hüququ tanınmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 5588/2021 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(001)- 3055/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi “Hümbətova Səidə Hüseyn qızı yetkinlik yaşına çatmayan oğlu X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39F saylı evin 67 saylı mənzilinə köçürülsün.” və “Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, M.Hadi küçəsi, 39 F saylı evin 67 saylı mənzilinə ½ hissədə İddiaçı, ½ hissədə isə Hümbətova Səidə Hüseyn qızının mülkiyyət hüququ tanınsın.” hissələrində ləğv edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli 2(102)-8161/19 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 iyun 2019-cu il tarixli, 2(103)-6625/19 saylı qətnaməsi Hümbətova Səidə Hüseyn qızının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39 F, mənzil 67 (yeni qaydalarla: AZ 1149, ünvan 4 ünvanı xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, müraciətdə, Hümbətova Səidə Hüseyn qızının və X2 Bakı şəhəri, ünvan 1əh. 2324, ev 39F, mənzil 67 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. -Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən - Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən - Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında -Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edilən halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.
IV. Məhkəmənin mövqeyi
19. Üçüncü şəxslərdən Hümbətova Səidə Hüseyn qızı iddiaçının keçmiş arvadı, X3 isə iddiaçının oğludur.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
22. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
25. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz.
26. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmədiyi və ya istifadə hüququ olmayan şəxs olmadıqları müəyyən edilmədiyi halda, inzibati orqanın həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmadan imtinası qanunsuz deyil.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva