Məhkəmə qərarları › İş №e-2-1(112)-8127/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8127/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8127/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxış iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin İddiaçı MMC barəsində “vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 29.06.2021-ci il tarixli **********399500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən göndərilmiş sorğu üzrə 21.02.2021-ci il tarixində tərəflərindən verilmiş aktivlər barədə məlumata əsasən ünvan 1 ünvanında yerləşən qaraj sahələri siyahıya alınmışdır. Daha sonra isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia üzrə siyahıya alınan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı e-2-2(113)-386/2021 №-li, 08.05.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. "xxxx" MMC tərəfindən e-2-2(113)-386/2021 №-li, 08.05.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə aktı qanuni qüvvəsini almamışdır. Vergi orqanının faktiki siyahıya alınan əmlakın açıq hərracda satılmasına dair məhkəmə aktı (qanuni qüvvəyə minməmiş) olmasına baxmayaraq 11.03.2021 -ci il tarixli sorğu üzrə 100 AZN maliyyə sanksiyası tətbiq etməsi absurddur və “vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 29.06.2021-ci il tarixli **********399500 saylı qərarı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təyin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının dövlət büdcəsinə olan borcunun vaxtında ödənilmədiyi üçün müvafiq bildirişlər göndərilmiş, bildirişlərdə qeyd edilən müddət ərzində də öhdəlik yerinə yetirilmədiyi üçün 11.03.2021-ci il tarixli **********876100 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında sorğu göndərilmiş və vergi ödəyicisi tərəfindən 10 gün ərzində aktivlər barədə məlumat təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən aktivlər barədə məlumat təqdim edilmədiyindən “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə“ 29.06.2021-ci il tarixli **********399500 nömrəli qərar çıxarılmış və vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi aktivlər barədə məlumat 21.02.2020-ci il tarixində təqdim edilmişdir. Vergi orqanının 11.03.2021-ci il tarixli sorğusu üzrə isə vergi ödəyicisi tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.“İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində“qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, iddiaçı müvafiq olaraq 02.07.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, inzibati orqan tərəfindən qəbul edilən mübahisələndirilən 29.06.2021-ci il tarixli, **********399500 №-li “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsassızdır. İş materiallarında olan sənədlər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-ə ünvanlanmış vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi haqqında sorğudan görünür ki, vergilər, onlara hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə hesablanmış, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə ödənilməmiş borcu ilə əlaqədar İddiaçı MMC-yə müvafiq qaydada bildirişin göndərilməsinə baxmayaraq bu borc dövlət büdcəsinə ödənilmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89cu maddəsinə əsasən İddiaçı MMC-nin əmlakının siyahıya alınmasına dair qərar qəbul edilmiş, qərarın icrası məqsədilə “vergi ödəyicisinin aktivləri barədə məlumat” forması göndərilərək, bu forma üzrə məlumatların 10 gün ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi xahiş edilmiş, əks təqdirdə Vergi Məcəlləsinin 57.2-ci maddəsi ilə 100,0 manat məbləğində maliyyə sanksiyasının tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən 29.06.2021-ci il tarixli, **********399500 nömrəli qərardan görünür ki, İddiaçı MMC tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 386/2021 nömrəli, 08.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin "Property İnvestments -1” MMC-yə qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası təmin edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin mübahisələndirilən qərarı əsasında iddiaçıya 100,0 azn maliyyə sanksiyası tətbiq edilmişdir. İşin müəyyən olunan hallarından göründüyü iddiaçının mübahisələndirdiyi qərarın ləğv edilməsinə əsas kimi göstərdiyi səbəb ondan ibarətdir ki, iddiaçı vergi orqanının faktiki siyahıya alınan əmlakın açıq hərracda satılmasına dair məhkəmə aktı olmasına baxmayaraq, “vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə“ müvafiq qərarın qəbul edilərək sanksiya tətbiq etməsinin əsassız olduğunu bu səbəbdən də qərarın ləğv edilməli olduğunu bildirmişdir. Belə ki, Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları“aşağıdakı kimi nəzərdə tutulmuşdur : 57.1. Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin vergi öhdəliyi yaranmadıqda hesabatın əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə aylıq gəlirin vergi tutulmayan məbləğinin 2 misli miqdarında maliyyə sanksiyası tətbiq edilir. 57.1-1. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 57.1-2. Bu Məcəllənin 16.9-cu maddəsində göstərilən hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 57.2. Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 57.3. Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 57.4. Bu Məcəllənin 16.1.4-cü maddəsində göstərilən arayışı müəyyən edilən müddətdə təqdim etməyən və ya arayışda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.“ Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Beləliklə, Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə“ 29.06.2021-ci il tarixli **********399500 nömrəli qərar çıxarılmış və vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat maliyyə sanksiyasının tətbiq edilməsi zamanı hər hansı bir qanun pozuntusuna yol verməmiş, qərar əsaslı və qanuna müvafiq olaraq qəbul edilmişdir. İddiaçı iddia ərizəsində istinad etdiyi aktivlər barədə məlumatı 21.02.2020-ci il tarixdə vermiş, iddiaçıya tətbiq olunmuş 100,0 manat maliyyə sanksiyası isə məhz iddiaçıya 11.03.2021-ci il tarixli **********876100 nömrəli “vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında sorğu göndərilməsi və vergi ödəyicisi tərəfindən 10 gün ərzində aktivlər barədə məlumat təqdim edilməməsi ilə bağlı olmuşdur. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası təmin edilməməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar