Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8140/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, iddiaçının nümayəndəsi, anası X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “leytenant rütbəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona leytenant hərbi rütbəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibədə iştiraka görə ona müharibə veteranlığı üçün təyin edilmiş pul vəsaitinin bərpa edilməsi və “Xanım kadetlər” kursunda iştirak etmək üçün N21-ci ilin sentyabr ayının 24-dən N22-ci ilin may ayının 1dək Pakistan İslam Respublikasının “Kakul” şəhərində ezamiyyətdə olması dövründə ezamiyyət pullarının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona leytenant hərbi rütbəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 19 mart NN-ci il tarixindən müddətdən artıq həqiqi hərbi xidmətdə N nömrəli hərbi hissənin məxfi hissəsinin çavuş hərbi rütbəsində (1996-cı il təvəllüdlü, ali təhsilli, subay) kargüzar-operatoru hərbi qulluqçu qismində xidmətdədir. Xidmət müddəti xx.xx.N28-ci il tarixədək uzadılmışdır. Hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət göstərmiş və hazırda da hərbi xidmət vəzifələrini layiqincə yerinə yetirir. xx.xx.N21-ci il tarixli, 1/944 nömrəli telefonoqram əsasında xx.xx.N21-ci il tarixdə Müdafiə Nazirliyinin nümayəndələrinin Pakistan İslam Respublikasına ezamiyyətə göndərilməsi haqqında əmrdən çıxarışa əsasən “X8”nda iştirak etmək üçün 6 qız N21-ci ilin noyabr ayının 24-dən N22-ci il mayın 1-dək Pakistan İslam Respublikasının “Kakul” şəhərinə ezamiyyətə göndərilmişlər. Həmin kursun məqsədi altı aylıq kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçu qayıtdıqdan sonra onların hər biri leytenant hərbi rütbə ilə təmin olunmalarından ibarət olmuşdur. Sözügedən kurs bitdikdən sonra üç hərbi qulluqçuya rütbə verilmiş, qalan üç qız hərbi qulluqçuya eləcə də çavuş İddiaçı bu günə kimi leytenant hərbi rütbəsi verilməmişdir. Sözügedən “X8” kifayət qədər çətin və ağır sınaqlarla keçmişdir. Vətənə qayıtdıqdan sonra İddiaçı səhhətində ağırlaşmalar baş vermiş və uzun müddət böyrəklərinin iltihabından müalicə almış, bu günə kimi ona keçdiyi ağır həm də məsuliyyətli şərəfli xidmətinə görə “leytenant rütbə”sinin verilməsi yubadılmış, səhlənkarlıq olmuşdur. Hətta hərbçinin valideyni xx.xx.N24-cü il tarixdə Şərif Ərəblinskinin rəsmi qəbulunda olmuş və övladına qarşı olan haqsızlığın səbəbini bilmək istəmişdir. Lakin rəhbərlik tərəfindən eşitdiyi qeyri-qanuni məlumatlar onu heyrətləndirmişdir. Əlavə olaraq altı aylıq kursda olduğu müddətdə bununla əlaqədar ezamiyyətdə olduğu dövrdə cavabdeh təşkilat tərəfindən ona heç bir ödəniş olunmamışdır. Akademiyanın bütün xərcini anası çəkmişdir. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtı-vaxtında və düzgün yerinə yetirmişdir. Bölmənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün üzərinə düşən bütün vəzifələrin öhdəsindən gəlməyə səy göstərmişdir. İddiaçı bacarıqlı nizam-intizamlı olduğuna görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuş, sertifikatlara layiq görülmüşdür. “X8”nda iştirak etmək üçün 6 hərbiçi qız N21-ci ilin noyabr ayının 24-dən N22-ci il mayın 1-dək Pakistan İslam Respublikasının “Kakul” şəhərinə ezamiyyətdə olmuşlar. Lakin, heç bir ezamiyyə pulu ödənilməmişdir. Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyü uğrunda iştiraka görə Ş. Rəsulovaya müharibə veteranlığı təyin olunmuş və bir il yəni NN-ci il tarixindən N22-ci ilin sentyabr ayınadək 80 manat pul verilmişdir. Lakin N22-ci ilin sentyabr ayından veteranlığa görə 80 manat pul vəsaitinin verilməsi heç bir səbəb göstərilmədən kəsilmişdir. Hazırda müharibə veteranlığı və vəsiqəsi olduğu halda qanunsuzluq baş vermişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, onunla birlikdə həmin kursda iştirak edən 3 nəfər qadın hərbçiyə leytenant rütbəsi verilib. Lakin, ona həmin rütbə verilməyib. O, Pakistana kursa gedən zaman onunla rtbə veriləcəyi ilə bağlı hər hansı müqavilə bağlanmayıb. Lakin, xidmət etdiyi hərbi hissəyə nazirlikdən gələn telefonoqramda kursu bitirən iştirakçılara leytenant rütbəsi veriləcəyi bildirilmişdir. Kursda olarkən hər hansı imtahan verməyib. Sadəcə ağır təlimlər keçiblər. Onlara bildirilib ki, kursu uğurla başa vuranlara rütbə veriləcəy. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, anası X3 məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, qeyd edilən məsələ ilə bağlı nazirliyin yüksək vəzifəli şəxslərinin qəbulunda olub. Lakin, məsələ müsbət həllini tapmayıb. Hətta nazirliyin yüksək rütbəli məmurlarından biri ona digər üç nəfər qıza verilən rütbənin qeyri-qanuni yolla verildiyini bildirib. Kursda iştirak edən 6 nəfərin 3 nəfərinə rütbə verilməsi, 3 nəfərinə isə verilməməsi qanuni deyil Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, o, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. N nömrəli hərbi hissə komandirinin N aprel NN-ci il tarixli, 100 nömrəli əmrindən çıxarışa əsasən əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 19 mart NN-ci il tarixli 028 əç nömrəli əmrinə əsasən, '‘əsgər" hərbi rütbəsi verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) kargüzar operatoru vəzifəsinə təyin edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsindən gəlmiş hesab edilmiş, N aprel NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlaması əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş İdarəsi Kadrlar İdarəsinin 950, N1, 555, 555, 110, 211, 444, N və N №-li hərbi hissələrin komandirlərinə, Hərbi Polis İdarəsinin rəisinə ünvanlanan 1/944 nömrəli, 04 oktyabr N21-ci il tarixli telefonoqramda göstərilmişdir ki, Pakistan İslam Respublikasının Hərbi Akademiyasında (Kakul ş.) 7 noyabr N21 - aprel N22-ci il tarixlərində keçirilməsi planlaşdırılan “X7”nda (LCC-19) Azərbaycan Ordusunun qadın hərbi qulluqçularının iştirakı üçün 2 yer ayrılmışdır. “X8”nda qadın hərbi qulluqçular üçün rabitəçi, hərbi mühəndis, hərbi-mülki əlaqələr, hərbi psixoloq ixtisaslar üzrə kurs keçirilir və yekunda kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə “leytenant” hərbi rütbəsi verilir. Bununla əlaqədar, bakalavr təhsilli, ingilis dili bilən, fiziki hazırlıqlı, tibbi cəhətdən sağlam, 28 yaşına qədər, qadın hərbi qulluqçuları sırasından 1 namizəd haqqında məlumatın xx.xx.N21-ci il tarixədək Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 474 nömrəli, xx.xx.N21-ci il tarixli Əmrindən çıxarışa əsasən Hərbi Polis İdarəsinin hərbi qulluqçusu çavuş X5, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu əsgər X6 “X8”nda iştirak etmək üçün N21-ci il noyabrın 24dən N22-ci il mayın 1-dək Pakistan İslam Respublikasının Kakul şəhərinə ezamiyyətə göndərilməsi əmr edilmişdir. Cavabdehin xx.xx.N24-cü il tarixli məktubunda göstərilmişdir ki, “leytenant” hərbi rütbəsinin verilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinə müvafiq həyata keçirilir. Həmin maddənin “z” bəndinə uyğun olaraq, zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara “leytenant” hərbi rütbəsi verilir. Hərbi qulluqçulara ilk zabit rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilir. Çavuş İddiaçı və həmin kursu bitirən digər iki qadın hərbi qulluqçuya ilkin leytenant hərbi rütbəsinin verilməsi barədə komanda üzrə məruzə edilmiş və yuxarı komandanlıq tərəfindən məqsədəuyğun hesab edilməmişdir. N nömrəli hərbi hissəsinin xx.xx.N24-cü il tarixli, 908 nömrəli məktubunda göstərilmişdir ki, hərbi hissənin qadın hərbi qulluqçusu çavuş İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 23 noyabr N21 -ci il tarixli 474 nömrəli əmrinə əsasən 24 noyabr N21-ci il tarixdən Pakistan İslam Respublikasının Kakul şəhərinə “X8”nda iştirak etmək üçün ezam olunmuş və kursu bitirdikdən sonra 22 aprel N22-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Hərbi qulluqçunun kursu bitirməsi ilə əlaqədar təqdim etdiyi sertifikatda müvəffəqiyyətlə bitirdiyi qeyd edilmişdir. Kursu bitirdikdən sonra zabit hərbi rütbəsinin verilib-verilməməsi barədə hərbi hissənin uçot sənədlərində heçbir məlumat və təsdiqedici sənəd qeydə alınmamışdır. Zabit hərbi rütbəsinin verilməsi yuxarı Komandanlığın səlahiyyətində olduğu üçün “leytenant” hərbi rütbəsinin verilməsi barədə yuxarı Komandanlıqdan heçbir əmr, göstəriş və sərəncam daxil olmadığından təqdimat göndərilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N15-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona leytenant hərbi rütbəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin iddiaçının tələbindən imtina edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “İnzibati icraat haqqında” Qanuna əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsini özündə əks etdirir (2.0.7). “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa (23 dekabr N11-ci il № 274-İVQ) əsasən hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir (30.1). Hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı X1”nin tələblərinə müvafiq qaydada verilir (31.2). Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. (41.). Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir (42). “Leytenant” hərbi rütbəsi verilir: a) hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçulara; bu halda ehtiyatda olan “leytenant” hərbi rütbəsi bilavasitə hərbi-tədris müəssisəsini bitirdikdən sonra hərbi xidmətdən ehtiyata buraxılan aşağıdakı hərbi qulluqçulara verilir: qadınməzunlara ailə vəziyyətinə görə; dinc dövrdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət nəticəsində səhhətinə görə hərbi xidmətə yararsız sayılan məzunlara (müharibə dövründə 6 və ya 12 aydan sonra yenidən müayinə olunmaqla); b) hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddətini bitirən, habelə orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahan verən və ya hərbi rütbədə xidmət müddətindən asılı olmayaraq müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsil almış kiçik leytenantlara; v) müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş ali təhsilli hərbi qulluqçulara; q) tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında “ehtiyatda olan leytenant” hərbi rütbəsi verilir; d) müvafiq hərbi ixtisas hazırlığına yaxın ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilərə — ehtiyatda olan zabit heyətinə attestasiya edildikdə; e) ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlara — müddətli həqiqi hərbi xidməti bitirdikdə; ə) ali təhsilli və orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, eləcə də ali hərbi tədris müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş və ya müvafiq hərbi ixtisas hazırlıq profilinə yaxın mülki ali təhsil almış, zabit heyəti vəzifələrinə təyin edilmiş və bu vəzifələri bir ildən az olmayaraq müvəffəqiyyətlə icra edən (onların yaşının və bu ixtisas üzrə zabitlərə ehtiyacın olmasının uçotu ilə) — gizirlərə və miçmanlara; j) ehtiyat zabitlərinin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra — müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə; z) zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara; i) mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə — zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə (58). İş materialları ilə müəyyən olunur ki, iddiaçı 19 mart NN-ci il tarixdən “əsgər” hərbi rütbəsi verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) kargüzar- operatoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin 23 noyabr N21-ci il tarixli, 474 nömrəli əmrinə əsasən 24 noyabr N21-ci il tarixdən Pakistan İslam Respublikasının Kakul şəhərinə “X8”nda iştirak etmək üçün ezam olunmuş və kursu bitirdikdən sonra 22 aprel N22-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Göründüyü kimi qanunvericilikdə şəxsə “leytenant” rütbəsi verilməsi üçün konkret hallar nəzərdə tutulmuşdur. İddiaçı 24 noyabr N21-ci il tarixdən 22 aprel N22-ci il tarixədək Pakistan İslam Respublikasının Kakul şəhərində “X8”nda iştirak etməsinə əsaslanaraq ona həmin rütbənin verilməsini tələb edir. Lakin, iddiaçının əsaslandığı hal yuxarıda qeyd edilən əsasnamədə təsbit edilmiş halların heç birinə uyğun deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir (2.0.7.). İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur (14.1.). Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2.). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3.). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (73.3). Göründüyü kimi hərbi qulluqçlara rütbələrin verilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olan məsələdir. İddiaçıya həmin rütbənin verilməsi cavabdeh tərəfindən məqsədəuyğun hesab edilməmiş və bundan imtina edilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin rütbəyə həqiqətən uyğun olub-olmadığını yoxlamaq və bununla bağlı cavabdehin üzərinə müvafiq öhdəlik qoymaq səlahiyyətinə malik deyildir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş İdarəsi Kadrlar İdarəsinin hərbi hissəyə ünvanlanmış müvafiq telefonoqramına əsaslanmışdır. Məhkəmə hesabe dir ki, həmin telefonoqram cavabdehin iddiaçıya “leytenant” hərbi rütbəsinin verilməsi ilə bağlı öhdəliyi kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh iddiaçı ilə bununla bağlı hər hansı müqavilə bağlamamış və iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət baş idarəsi Kadrlar idarəsinin telefonoqramı müvafiq hərbi hissələrin komandirlərinə ünvanlanan bir məktubdur və hər hansı şəxsə rütbə verilməsi üçün əsas ola bilməz. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “leytenant rütbəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-8140/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8140/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver