Məhkəmə qərarları › İş №e-2-1(112)-818/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-818/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-818/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 04 may 2018-ci il tarixdə 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyamın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə 26 yanvar 2022-ci il tarixli rəsmi cavab məktubu təqdim edilərək pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 54.240 manat olduğu halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18.646,29 manat olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Bildirmişdir ki, onun 04 may 2018-ci tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Həmin əmək stajının 11 (on bir) il 09 (doqquz) ay 13 (on üç) gün müddətini Azərbaycan Republikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində zərərəli işlə yəni Bakı şəhərlərarası X2 sexinin üçüncü sinif telefonçusu əmək şəraiti zərərli olan ağır işlərdə işləmişdir. Onun 2006-cı il tarixədək ümumi iş stajının 11 (on bir) il 09 (doqquz) ay 13 (on üç) gün müddəti zərərli işlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 52 yaşdan yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. O, 26 sentyabr 1983-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək 20 ildən artıq əmək stajının yəni 19 yanvar 1984-cü il tarixdən 02 noyabr 1995-ci il tarixədək 10 (on) ildən artıq Azərbaycan Republikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində zərərəli işlə yəni Bakı şəhərlərarası X2 sexində telefonçu vəzifəsində işləmişdir. Onun 04 may 2018-ci il tarixədək ümumilikdə 20 (iyimi) ildən artıq əmək stajı vardır və hazırda da işləyir. Onun 04 may 2018-ci il tarixdə 52 yaşı olduğundan əmək stajının 10 (on) il güzəştli şərtlərlə əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. Azərbaycan Republikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 12 yanvar 2022-ci il tarixli arayışından göründüyü kimi onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli, 12 N-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısı üzrə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə guzəştii şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 23100000-19093 koduna əsasən “şəharlərarası, sifariş, sorğu komutatorlarda və gecəgündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları vəziəsi güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 ərizə müraciət edərək əmək pensiyasının 52 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını və ödənilməsini xahiş etmişdir. Ona 26 yanvar 2022-ci il tarixli məktubu əsassız olaraq imtina verərək bildirilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası almasına sığorta hesabında pensiya kapitalı olmadığından imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1.Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2.Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; 4. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanma üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.“Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsidən məlum olur ki, o, xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.1983-cü il tarixdə tərtib olunmuş İT-İ № ******* əmək kitabçasında xx.xx.1984-cü il tarixdə işə daxilolma barədə əmr mövcuddur. Həmçinin qeyd etmək lazımdır ki, bu dövrlər üzrə əmək kitabçasında düzəliş olduğu aydın şəkildə görünür. İddiaçı müraciət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC 12 yanvar 2022-ci il tarixli 04 nömrəli arayışında iddiaçının xx.xx.1984-cü il tarixdən 9 N-li əmrlə "xxxx" İstehsalat Birliyində telefonçu vəzifəsinə daxil olduğu və xx.xx.1995-ci il tarixdə 193 N-li əmrlə işdən azad olunduğu qeyd olunmuşdur. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il 09 ay 13 gün təşkil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsindən də göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan yas həddi 55-dir. İstinad olunan Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulmuşdur. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 54240 manat hesablandığı halda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18646,29 manatdır. Bu da qanunvericiliklə tələb olunan məbləğdən az olduğu üçün iddiaçı ona güzəştli şərtlərlə yasa görə əmək pensiya təyin edilə bilməsi üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, pensiya kapitalı ilə bağlı tələb ödənilmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və isin faktiki hallarını nəzərə alaraq qeyd olunmalıdır ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı Ağa qızının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-818/2023 nömrəli qərardadı ilə iddia tələbi İddiaçı 04 may 2018-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci ildən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə Bakı Şəhərlərarası telefon stansiyasında Kommutator sexinin telefonçu şagirdi təyin edilmiş, xx.xx.1984-cü ildə həmin sexin üçüncü sinif telefonçusu təsdiq edilmişdir. xx.xx.1988-ci ildə Kommutator sexinin ikinci sinif telefonçusu vəzifəsinə təyin edilmiş, xx.xx.1988-də Azərbaycan SSR Nazirlər Şurasının “Azərbaycan SSR rabitə sahəsinidə ümumi idarəetmə sxemi haqqında” xx.xx.1988-ci il tarixli 392 saylı Qətnaməsinə müvafiq olaraq və Bakı şəhəri Şəhərlərarası telefon stansiyası və ГЦРМ (Şəhər təmir-quraşdırma mərkəzi) bazasında Şəhərlərarası X5 birliyinin yaradılması ilə əlaqədar Bakı ŞTS kommutator sexinin ikinci sinif telefonçu vəzifəsindən azad edilmiş və Şəhərlərarası X5 birliyinin kommutator sexinin ikinci sinif telefonçusu vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə AR Rabitə Nazirliyinin xx.xx.1992-ci il tarixli 107 saylı əmrinə əsasən Şəhərlərarası X5 birliyi "xxxx" İstehsalat Birliyi hesab edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə X1 nəzdində 14 nömrəli X6 təsərrüfat işçisi qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə Azərdəzgahsənaye İB-nin hazır məhsullar sexinə qablaşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə Bakı şəhəri 49 nömrəli İntellekt məktəb –liseyinə xadimə vəzifəsinə təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 102- 3-21/2/4775-22 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı "xxxx" İstehsalat Birliyinin Bakı Şəhərlərarası Telefon Stansiyasında xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixədək telefonçu şagirdi, xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək isə telefonçu vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi telefonçu vəzifəsinin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli, 1-8-118/9036-22 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki, verilir Salamaova (Əliyeva) X11 ondan ötrü ki, iş vaxtından sonra görülən işlərə əvəzetmə və birdəfəlik, ödənişlər istisna olmaqla onun əmək haqqı aşağıdakı kimi olmuşdur (Əməkhaqqı, aylıq mükafatlar, əlavə ödənişlər və əməkhaqqına əlavələr, o cümlədən rüblük, yarımillik, illik və s. mükafatlar, əlavələr və təltiflər daxil edilməklə): 1983-cü ilin oktyabr-dekabr, 1984-cü ilin yanvar-dekabr, 1985-ci ilin yanvar-dekabr, 1986-cı ilin yanvar-dekabr, 1987-ci ilin yanvar-dekabr, 1988-ci ilin yanvar-dekabr, 1989-cu ilin yanvar-dekabr, 1990-cı ilin yanvar-mart, iyun, sentyabrdekabr, 1991-ci ilin yanvar-dekabr, 1992-ci ilin may, iyul, sentyabr-dekabr, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar, fevral, digər aylar uşağa görə məzuniyyət, 1995-ci ilin fevral-sentyabr. Qeyd: Qanunvericilikdə nəzərdə tutulmayan səbəblər üzündən işçinin işləmədiyi və yaxud iş günlərinin tam olmadığı ayları hesablamadan çıxarılmayıb başqa aylarla əvəz edilməyib. Zərərli işlə bağlı əlavə əmək məzuniyyəti, əməkhaqqına əlavələr verilməmişdir. Əsas: Şəxsi hesablar (TRİB-nin Bakı Şəhərlərarası Telefon Stansiyası, Aztelekom İB-nin Şəhərlərarası rabitə şəbəkə qovşağı). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin MA-304 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1966-cı ildə anadan olmuş Salamova (Əliyeva) X11 ondan ötrü ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1983-cü il tarixdən (xx.xx.1983-cü il tarixli, kş/78 №-li əmr) Bakı Şəhərlərarası Telefon Stansiyasının kommutator sexinə telefonçu şagird vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1984-cü il tarixdən (xx.xx.1984-cü il tarixli, kş/9 №-li əmr) kommutator sexinin 3-cü dərəcəli telefonçu vəzifəsində hesab edilmişdir. xx.xx.1988-ci il tarixdən (xx.xx.1988-ci il tarixli, kş/134 №-li əmr) kommutator sexinə 2-ci dərəcəli telefonçu vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixli, kş/17 a №-li əmr) Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR-də rabitə sahəsinin idarə edilməsinin inkişafı baş sxemi haqqında” xx.xx.1988-ci il tarixli, 392 №-li qərarına əsasən Bakı şəhərlərarası telefon stansiyası və Rayon magistrallarının texniki qovşağının bazasında Şəhərlərarası X5 Birliyinin yaradılması ilə əlaqədar işdən azad edilmiş və Şəhərlərarası X5 Birliyinin kommutator sexinə 2-ci dərəcəli telefonçu vəzifəsinə keçirilmişdir. xx.xx.1990-cı il tarixdən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 261 №-!i qərarına əsasən Şəhərlərarası Telefon Stansiyası İstehsalat Birliyinin və Bakı X5 Birliyinin bazasında X5 Birliyinin yaradılması ilə əlaqədar Bakı Şəhərlərarası Telefon Stansiyasının kommutator sexinin 2-ci dərəcəli telefonçusu vəzifəsində hesab edilmişdir. xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx.xx.1992-ci il tarixli 107 №-li əmrinə əsasən “X5 Birliyi" – “X4" adlandırılmışdır. xx.xx.1995-ci il tarixdən (xx.xx.1995-ci il tarixli, kş/193 №-li əmr) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd: 1. xx.xx.2022-ci il tarixli MA-266 №-li təqdim olunmuş arxiv arayışının qeyd bölməsində texniki səhv olmuşdur. 2.Əmr və şəxsi hesab kitablarında qeyd olunan məlumatlara əsasən Salamova (Əliyeva) X14 1983-1995-ci illərdə işlədiyi müddətdə ona zərərli işlə bağlı əlavə əməkhaqqı və əlavə əmək məzuniyyəti verilməmişdir. Lakin digər əlavə ödənişlər və əməkhaqqına əlavələr verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 102- 2-15/6272-22 nömrəli məktubunda bildirilmişdir ki, məktubda qeyd edilən məsələ ilə bağlı İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1984-cü il tarixdən (əmr 9) xx.xx.1995-ci il tarixədək (Əmr 193) işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il, 09 ay, 13 gün təşkil etməklə "xxxx" İstehsalat Birliyində işləmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı” üzrə 23100000-19093 vəzifə koduna uyğun gəldiyini nəzərə almağınızı xahiş edirik. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 77 nömrəli məktubunda qeyd edilmişdir ki, arayış verilir İddiaçı (FİN xxxxxxx ) ondan ötrü ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısf’na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1984-cü il tarixdən (əmr 9) xx.xx.1995ci il tarixədək (Əmr 193) "xxxx" İstehsalat Birliyində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il, 09 ay, 13 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecəgündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazi.lər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 23100000- 19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli, 320 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı işlədiyi dövrdə yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, ona işlədiyi dövrdə əlavə əmək məzuniyyəti verilməmişdir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Asan 3-ə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 54240.00 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18646,29 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və yə məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun qüvvdə olan 9.1-ci maddəsinə əsasən yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövrdə (iddiaçının pensiya təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi və imtina cavabı aldığı vaxt) qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; (....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, əmək kitabçasının surətinə əsasən iddiaçının xx.xx.1983xx.xx.1995-ci ilədək 12 il 01 ay 07 gün, xx.xx.1995- xx.xx.1998-ci ilədək 03 il 01 ay 10 gün, xx.xx.1999- xx.xx.2004-cü ilədək 05 il 29 gün olmaqla xx.xx.2006-cı ilədək tələb olunan ümumi iş stajı 20 il 03 ay 16 gün təşkil edir. Cavabdeh iddiaya etirazında iddiaçının əmək kitabçasında xx.xx.1984-cü il tarixli qeydə düzəliş olduğunu bildirməklə həmin qeydin əsassız olmasını irəli sürsə də cavabdehin bu dəlili mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. X10 və Nəqliyyat Nazirliyinin verdiyi əmr kitabları və şəxsi hesablar əsasında tərtib edilərək məhkəməyə təqdim edilmiş arxiv arayışında iddiaçının xx.xx.1983-cü il tarixli kş/78 nömrəli əmrlə (həmin əmr əmək kitabçasında da qeyd edilmişdir) Bakı Şəhərlərarası Telefon Stansiyasının kommutator sexinə telefonçu şagirdi qəbul edildiyi, xx.xx.1984-cü il tarixli kş/134 nömrəli əmrlə kommutator sexinə xx.xx.1984-cü ildən 2-ci dərəcəli telefonçu vəzifəsinə keçirildiyi göstərilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti əmək kitabçası və arxiv arayışına əsasən öz təsdiqini tapmış, belə olan halda cavabdehin imtinasında qeyd etmədiyi yalnız məhkəmə icraatında iddia tələbinə etirazında istinad etdiyi hal müvafiq sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. İddiaçının işlədiyi vəzifənin zərərli hesab edilib-edilməməsi ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, eləcə də bilavasitə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış sorğulara cavablarda (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi güzəştli arayışla bağlı sorğunu cavablandırmaq üçün aidiyyəti üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir) qeyd edilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23100000 XXİX. Rabitə sahəsində 23100000—19093 şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları” vəzifəsinin vəzifə xüsusiyyətləri ilə eynidir. Məhkəmə iddiaçının işlədiyi vəzifənin adı, aid olduğu sahə, eləcə də vaxtılə işlədiyi X5 Birliyinin hüquqi varisi olan Aztelekom MMC-nin güzəştli arayışını nəzərə alaraq hesab edir ki, iddiaçının işləmiş olduğu vəzifə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23100000—19093 koduna uyğundur və bu sahədə zərərli iş stajı 11 il 09 ay 14 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilinə qiymət verməyi zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar