Məhkəmə qərarları › İş №e-2-1(112)-8192/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8192/2023

25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8192/2023 25.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" məhdud məsiliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin ver qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 mart 2023-cü il tarixli, **********169068 nömrəli Qərarının 459462,83 manat əlavə hesablanmış vergi və tətbiq edilmiş 282421,61 manat maliyyə sanksiyası hissələrində (yəni: əlavə olaraq 372960,36 manat mənfəət vergisinin hesablanması, həmin məbləğə 186480,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi; əlavə olaraq 83531,33 manat ƏDV hesablanması, həmin məbləğə 93802,30 manat maliyyə sanksiyasının hesablanması; 2971,14 manat əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanması, həmin vergi məbləğinə 1 485,58 manat maliyyə sanksiyasının tətbiq edilməsi və ƏDV məbləğinin ödənilməməsinə görə 653,54 manat maliyyə sanksiyası tətbiq edilməsi hissələrində) ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının qanunvericiliyiı əsasən xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir, qeydiyyat nömrəsi: **********-dir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 dekabr 2021-ci il tarixli, **********152522 nömrəli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyə Cəmiyyətində növbəti X6 aparılmışdır. Yoxlama 29 dekabr 2021-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: noyabr 2018 - oktyabr 2021 olmuşdur. Həmin Qərarla İddiaçıya növbəti qaydada əlavə vergilər və maliyyə sanksiyaları hesablanmışdır: Verginin Azaldılmışd Artıq VM Maliyyə Dövr Fərq Faiz qısa adı ır hesablanmışd Maddəsi sanksiyası (il ır Əlavə Artıq üzrə) hesablama hesabla Mənfəət 2018 195 554,29 0.00 0.00 58.1 97 777,15 0.00 vergisi 195 554,29 Mənfəət 2019 89 317,95 0.00 89 317,95 0.00 58.1 44 658,98 0.00 vergisi Mənfəət 2020 88 088,12 0.00 88 088,12 0.00 58.1 44 044,06 0.00 vergisi əlavə dəyər 2018 52 395,10 21 774,33 30 620,77 0.00 58.1 26 197,55 0.00 vergisi əlavə dəyər 2019 66 277,84 71 267,11 0.00 4989,27 58.1 33 138,92 0.00 vergisi əlavə dəyər 2020 32 791,11 16 021,09 16 770,02 0.00 58.1 16 395,56 0.00 vergisi əlavə dəyər 2021 36 140,54 0.00 36 140,54 0.00 58.1 18 070,27 0.00 vergisi Ödəmən 2018 123,39 0.00 123,39 0.00 58.1 61,70 0.00 mənbəyində vergi Ödəmən 2019 2 841,96 0.00 2 841,96 0.00 58.1 1 420,98 0.00 mənbəyində vergi Ödəmən 2020 2,54 0.00 2,54 0.00 58.1 1,27 0.00 mənbəyində vergi Ödəmən 2021 3,25 0.00 3,25 0.00 58.1 1,63 0.00 mənbəyində vergi məbləğinin 2019 0.00 0.00 0.00 0.00 VM 653,54 0.00 ilməməsinə 58.6

Cəmi 563 536,09 109 062,53 4 989,27 282 421,61 0 459 462,83

1.Mənfəət vergisi üzrə Ümumi əlavə hesablanan vergi məbləği: 372 960,36 manat; Ümumi maliyyə sanksiyası məbləği: 186 480,19 manat təşkil edir. 2.Əlavə dəyər vergisi üzrə: Ümumi əlavə hesablanan vergi məbləği: 83 531,33 manat Ümumi maliyyə sanksiyası məbləği: 93 802,30 manat təşkil edir. 3.Ödəmə mənbəyində vergi üzrə Ümumi əlavə hesablanan vergi məbləği: 2 971,14 manat; Ümumi maliyyə sanksiyası məbləği: 1 485,58 manat təşkil edir. 4.ƏDV məbləğinin ödənilməməsinə görə Maliyyə sanksiyası 653,54 manat təşkil edir. Vergilər və maliyyə sanksiyaları qanunsuz hesablandığından, Məsuliyyət Qərarı həmin hissələrdə Məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, mübahisələndirilən qərarda əlavə vergilərin hesablanmasının əsası kimi qeyd edilir: “... vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, layihələr təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı yoxlamaya təqdim olunmamışdır.”. Cavabdeh qeyd edilən mövqedən irəli gələrək mənfəətin birbaşa müəyyən edilməməsi nəticəsinə gələrək, mənfəətin müəyyən edilməsi üçün Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarını tətbiq etmişdir. Qeyd edirik ki, iddiaçı tərəfindən gəlirlərin və xərclərin uçotu qanunvericiliklə müəyyən edilən qaydada aparılmış və aidiyyəti sənədlər yoxlamaya təqdim edilmişdir. Həmçinin mübahisələndirilən qərarda əlavə vergilərin hesablanması zamanı Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqi əsaslandırılmamışdır, bununla da Nazirlər Kabinetinin qərarı qanuna zidd olaraq tətbiq edilibdir. Əlavə hesablanan vergilərin və tətbiq edilən maliyyə sanksiyaları Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tələblərinin pozulması nəticəsində hesablandığından ləğv edilməlidirlər. Həmçinin mübahisələndirilən qərar qəbul edilən zaman “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur.

3. İddiaçı iddia tələbinin əsasları ilə bağlı bildirmişdir ki, yoxlama zamanı cavabdeh tərəfindən formal əsaslarla, lüzumsuz olaraq keçirilən yoxlamanın müddəti 8 dəfə dayandırılmış və 2 dəfə uzadılmışdır. Bundan əlavə 2018-2019-cu illər üzrə əlavə olaraq ƏDV-nin hesablanması qanunsuz olmuşdur. Belə ki, məsuliyyətə cəlb etmə barədə qərar 09 mart 2023-cü il tarixdə qəbul edilmişdir, belə olan halda 2018-2019-cu illər üzrə ƏDV hesablanması qanunda nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının özü tərəfindən 2018-ci il üzrə 21 774,33 manat, 2019-cu il üzrə 71 276,11 manat, 2020-ci il üzrə isə 16 021,09 manat ƏDV artıq hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən də İddiaçıya 2018-2019-cu illər üzrə əlavə ƏDV hesablanması qanuna ziddir. Bundan əlavə cavabdeh əlavə vergilərin hesablanmasının əsaslarından biri olaraq "xxxx" MMC tərəfindən verilən 20 dekabr 2022-ci il tarixli, “mütəxəssis rəyinə” istinad etmişdir. İlk öncə onu qeyd edir ki, Vergi Məcəlləsində SVY zamanı Ekspertiza keçirilməsi (maddə 44) və SVY-na kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi (maddə 45) nəzərdə tutulmuşdur. Lakin VM-nin ekspertiza keçirilməsi və mütəxəssis dəvət edilməsi ilə bağlı normalar kasaddır. Belə ki, VM-də mütəxəssisin hüquqları və ya vəzifələri yetərincə təsbit edilməmişdir. Həmçinin VM-də mütəxəssis rəyinin vergi hesablanması üçün meyar olaraq qəbul edilməsi haqlı olaraq təsbit edilməmişdir. Nəzərə alaq ki, ekspertin iş materialları ilə tanış olmaq hüququ var, ekspert elmi bazaya xüsusi avadanlıqlara və laboratoriyaya malikdir, ekspertiza mərkəz, institut formasında fəaliyyət göstərir. Məhz elə bu səbəblərdən də Ekspert qarşısında qoyulan suallar, mütəxəssis qarşısında qoyulan suallardan fərqli olur, məsələn: tikinti zamanı istifadə edilən betonun markası, həcmi, mat-material sərfi, tikintinin normalara uyğunluğu, əmək haqqı xərcləri və sair bu kimi suallar. Mütəxəssis qarşısında qoyulan suallar isə məsləhət (konsaltinq), texniki dəstək xarakterli olur. Məsələn, hər hansı bir avadanlığın, qurğunun iş prinsipi və yaxud zəruri hallarda hər hansı bir avadanlıqdan qurğunun istifadəsində texniki dəstək Həmçinin ekspert yeni hallar müəyyən edir, mütəxəssis isə mövcud hallar barədə izahlar verir. Ekspert rəyi onun qarşısında qoyulan suallara dair aparılmış araşdırmalar, tədqiqatlar, sınaqlar, yoxlamalar nəticəsində əldə olunan məlumat barədə sənəddir, mütəxəssis rəyi isə onun qarşısında qoyulan suallar üzrə sadəcə mülahizələrdir, izahlardır. Göründüyü kimi, Cavabdeh mütəxəssis ("xxxx") qarşısında onun fəaliyyət dairəsinə aid olmayan suallar qoymuşdur. MBA LTD” MMC tərəfindən verilən 20 dekabr 2022-ci il tarixli, “mütəxəssis rəyinə” nəzər yetirdikdə bəlli olur ki, rəy verilən zaman heç bir araşdırma, tədqiqat, sınaqlar, ölçmələr, hesablamalar, müqayisələr aparılmadan formal xarakterli, əsası olmayan nəticələrə gəlinmişdir. Mütəxəssis tərəfindən müəyyən olunan pul xərcləri, mal-material sərfiyyatları elmi və praktik nəticələrə, müqayisələrə belə əsaslanmamışdır. Həmçinin Mütəxəssisin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla yanaşı faktiki vəziyyətə də uyğun deyildir. Bu cur qanunsuz və əsassız rəyə istinadən İddiaçıya əlavə vergilərin hesablanması qanuna ziddir. VM-nin 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Cavabdeh tərəfindən birbaşa Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə istinad olunaraq şərti rentabellik norması tətbiq olunmuş və real vergi öhdəliyini müəyyən etmək imkanı olduğu halda, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, xərc sənədlərinin qismən təqdim edildiyi bildirilmiş, hansı sənədlərin təqdim edilmədiyi və ümumiyyətlə təqdim edilməli olan sənədlərin hansılardan ibarət olması göstərilməmiş, sənədlərin əldə olunması ilə bağlı hansı addımların atıldığı, Vergi Məcəlləsinin 43-cü maddəsinin tələblərinə əməl olunması ilə bağlı sənədləşmələrin aparıldığı qeyd olunmamışdır. Həmçinin, sənədlərin qismən olması halında niyə birbaşa şərti rentabellik norması tətbiq olunduğu, Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlardan istifadə olunub-olunmaması, bu mümkün olmadıqda həmin Məcəllənin 67.3 və 67.4-cü maddələrinə əsasən analoji vergi ödəyicisinin məlumatlarından istifadə edilib-edilmədiyi barədə heç bir qeyd aktda əks olunmamışdır. Bütün bunlardan isə aydın olur ki, cavabdeh qeyd olunan normaların tələblərinə əməl etmədən birbaşa Məcəllənin 67.14-cü maddəsini tətbiq etmişdir. İddiaçının 2018, 2019 və 2020-ci illər üzrə xərc sənədləri tamlıqla qaydasında olmuşdur, lakin cavabdeh tərəfindən həmin sənədlərin bir qismi qəbul olunmadığı üçün qanunvericiliyin imperativ tələbləri pozulmaqla şərti rentabellik norması tətbiq olunaraq əlavə vergi yükü yaradılmışdır. Cəmiyyətin həmin dövrlər üzrə xərclərini təsdiq edən sənədləri yenidən təqdim edirik. Məhkəmə tərəfindən həmin sənədlər araşdırıldığı təqdirdə xərclərin tam olaraq sənədlə təsdiq olunduğu müəyyən ediləcəkdir. Həmçinin bildirilmişdir ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddəsində əks olunan əlaqəli məlumatlar, həmçinin Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddəsinə əsasən analoji vergi ödəyicisinin məlumatları əsasında vergilərin hesablanması mümkün olmadığı halda şərti rentabellik norması tətbiq oluna bilər. Cavabdeh tərəfindən isə birbaşa Vergi Məcəlləsinin 67.14-cü maddəsi tətbiq olunmuşdur ki, bunun da qanunazidd olmasına dair bir neçə yekun məhkəmə aktı təqdim olunacaqdır.

4. İddiaçının ərizəsi əsasında iddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 mart 2023-cü il tarixli, **********169068 nömrəli Qərarının tam ləğv edilməsi, həmin qərarla iddiaçıya əlavə olaraq hesablanmış 459462,83 manat vergilərin və tətbiq edilmiş 282421,61 manat maliyyə sanksiyalarının ləğv edilməsi kimi dəyişdirilmişdir.

5. xx.xx.2023-cü il tarixli X6 aktına əsasən Müəsissədə 2018-2020-ci illərin yekunlan üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldı.Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi ödəyicisi tərəfindən həmin illər üzrə mənfəət vergisi bəyannamələri vergi orqanına təqdim edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə gəlir və xərclərin hesablama metoduna əsasən formalaşdığı qeyd edilmişdir.X6 zamanı yoxlanılan dövr ərzində cəmiyyətin gəlirləri Vergi Məcəlləsinin 104-cü maddəsinə əsəsən mallann təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq F2-lər əsas götürülməklə müəyyən edilmişdir.Yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə gəlir və xərclərin düzgün göstərilmədiyi müəyyən edilmişdir. Təqdim edilmiş satış müqavilələrinə əsasən görülmüç iş və xidmətlər üzrə xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində aparılmış (**********541900 xx.xx.2022 ) araşdırma nəticəsində "xxxx" MMC -nin (VÖEN **********) fəaliyyətinə uyğun araşdırılma aparılmış, Araşdırma nəticəsində "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinin "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinə oxşar olması müəyyən edilmişdir. Lakin, "xxxx" MMC -də həmin vergi ödəyiciləri ilə müqayisədə fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin fərqli olması müəyyən edilmişdir, öeyd olunan səbəblərdən həmin vergi ödəyicilərini analoji vergi ödəyicisi kimi götürmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin VMnin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmamisdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci il üzrə gəlir 7 047 735,67 manat, xərc 6 850 884,54 manat, mənfəət 196 851,13 manat və mənfəət vergisi 39 370,23 manat, 2019-cu il üzrə gəlir 4 159 208,99 manat, xərc 3 910 585,57 manat, mənfəət 248 623,42 manat və mənfəət vergisi 49 724,68 manat, 2020-ci il üzrə gəlir 3 221 368,26 manat, xərc 3 125 662,04 manat, mənfəət 95 706, 22 manat və mənfəət vergisi 19141, 24 manat hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, layihələr təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı yoxlamaya təqdim olunmamışdır Vergi Məcəlləsinin 67.14 maddəsinə əsasən, cəmiyyətin 2018-cı il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti hesablanmışdır. Nəticədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 2018-2020-ci illər üzrə azaldılmış 372 960,36 manat vergi məbləğinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 186 480,18 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Əlavə dəyər vergisi üzrə Müəssisə tərəfindən vergi tutulan əməliyyatların dəyərinin Vergi Məcəlləsinin 161-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilməsinin qanunamüvafiqliyi təmin edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələrin düzgün göstərilməməsi və Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq aylar üzrə əvəzləşmələrin düzgün qeyd edilməməsi müəyyən edilmişdir. X6 zamanı əlavə dəyər vergisinin hesablanmasının düzgünlüyünün yoxlanılması zamanı 2018-ci ilin yanvar-oktyabr aylan üzrə AVİS baza məlumatlarına əsasən 3 294 713,86 manat, 2018-ci il noyabr-dekabr aylan üzrə 3 814 572,88 manat, 2019-cu il üzrə ƏDV tutulan dövriyyə 4 320 639,65 manat, ƏDV 0 dərəcə ilə cəlb edilən dövriyyə 121 040,9 manat, 2020-ci ildə 2 719 723,87 manat, 2021-ci ildə isə 613 403,49 manat dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi mal qalıqları barədə arayışlara əsasən 2018-ci ilin sonuna mal qalığı 25 875,05 manat, 2019-cu ilin sonuna 53 835,76 manat, 2020-ci ilin sonuna mal-material qalığı olmamışdır.Yoxlama dövrünün əvvəlinə mal qalığı, dövr ərzində alışlar və mütəxəssis rəyinə əsasən mal məxariclərinin müqayisə olunması nəticəsində aşkar olundu ki, xx.xx.2021-ci ilin sonuna 186 159,95 manat dəyərində mal qalığı (profil) görülmüş işlərdə istifadə olunmamışdır. VM-nin 159.1-ci maddəsinə əsasən həmin məbləğ satış kimi qəbul edilərək 33 508,79 manat vergi məbləği hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən X6 ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2021-ci ilin oktyabr ayına aid edilmişdir. Vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla ƏDV-nin cəmi 78 542,06 manat azaldılması (hesabat aylan üzrə cəmi 191 412,74 manat azaldılması və 112 870,68 manat artıq hesablanması), Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən hesabat aylan üzrə cəmi 191 412,74 manat azaldılmasına görə 95 706,37 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanıldı. Yoxlama ilə müəyyən edildi ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 796 708.00 manat borc vəsaiti daxil olmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayn-ayn subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 123.1 maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 29711,47 manat faiz məbləğinə 2971,15 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Beləliklə, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq müəssisəyə yoxlanılan dövrdə 2 971.15 manat ödəmə mənbəyində vergi hesablandı.Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2 971.15 manat azaldılmasına görə 1 485,58 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qəranna əsasən xərclər məlum olmadıqda mənfəəti birbaşa müəyyən etmək olmadığına görə şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən əsasən 2018-2020-ci illər üzrə azaldılmış 372 960,36 manat vergi məbləğinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 186 480,18 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuş; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159, 161, 67 və 166-cı maddəsinə əsasən ƏDV-nin cəmi 78 542,06 manat azaldılması (hesabat aylan üzrə cəmi 191 412,74 manat azaldılması və 112 870,68 manat artıq hesablanması), Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən hesabat aylan üzrə cəmi 191 412,74 manat azaldılmasına görə 95 706,37 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuş; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq müəssisəyə yoxlanılan dövrdə 2 971,15 manat ödəmə mənbəyində vergi və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 1 485,58 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuş; Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 1 307, 07 manat gec ödənilmiş ƏDV məbləğinə 653,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

6. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********169068 nömrəli qərara əsasən 563.536,09 manat azaldılma, 109.062,53 manat artıq hesablama, 459.462,83 manat əlavə hesablama, 4.989,27 manat ƏDV üzrə artıq hesablama müəyyən edilmiş, 282.421,61 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

7. Qeyd edilən qərarla iddiaçı barədə əlavə 454.473,57 manat (372.960,36 manat məfəət vergisi+78.542,06 manat ƏDV+2.971,15) vergi yükü müəyyən edilmiş və 282.421,61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən cavabdehin “X6nın keçirilməsi” haqqında xx.xx.2021 -ci il tarixli **********152522 nömrəli Qərarı ilə "xxxx" MMC-də növbəti X6 (yoxlanılan dövr: noyabr 2018-oktyabr 2021) təyin edilmiş və yoxlama xx.xx.2023-cü il tarixli **********153384 nömrəli aktı ilə rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən həmin sənədlərin götürülməsi zərurəti yarandığı üçün xx.xx.2022-ci il tarixli **********160412 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış və vergi ödəyicisi tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli **********160412 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən müəsissəyə məxsus (Müqavilələr, Əsas vəsaitlər üzrə hesablanmış amartizasiya, Təhvil-təslim aktları, Borc müqaviləsi, ödəniş tapşırıqları, Forma 2-lər, İcarə,Debitor və Kreditor, mal-material qalıqları barədə arayışlar və s.) sənədlərin təsdiq edilmiş surətləri götürülərək xx.xx.2022ci il tarixli **********160414 nömrəli protokolla rəsmiləşdirilmişdir. Qərarda qeyd edilən sənədlərin bir qismi (material hesabatı və sair sənədlər) müəsissədə olmadığı üçün götürülməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixli Akt tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmışdır. Hesablanmış vergilər barədə: Mənfəət vergisi üzrə: Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi ödəyicisi tərəfindən həmin illər üzrə mənfəət vergisi bəyannamələri vergi orqanına təqdim edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə gəlir və xərclərin hesablama metoduna əsasən formalaşdığı qeyd edilmişdir.X6 zamanı yoxlanılan dövr ərzində cəmiyyətin gəlirləri Vergi Məcəlləsinin 104-cü maddəsinə əsəsən mallann təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq F2-lər əsas götürülməklə müəyyən edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə gəlir və xərclərin düzgün göstərilmədiyi müəyyən edilmişdir. Təqdim edilmiş satış müqavilələrinə əsasən görülmüş iş və xidmətlər üzrə xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində aparılmış (**********541900 xx.xx.2022 ) araşdırma nəticəsində "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinə uyğun araşdırılma aparılmış, araşdırma nəticəsində "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinin "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinə oxşar olması müəyyən edilmişdir. Lakin "xxxx" MMC-də həmin vergi ödəyiciləri ilə müqayisədə fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin fərqli olması müəyyən edilmişdir, öeyd olunan səbəblərdən həmin vergi ödəyicilərini analoji vergi ödəyicisi kimi götürmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmamisdir. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci il üzrə gəlir 7 047 735,67 manat, xərc 6 850 884,54 manat, mənfəət 196 851,13 manat və mənfəət vergisi 39 370,23 manat, 2019-cu il üzrə gəlir 4 159 208,99 manat, xərc 3 910 585,57 manat, mənfəət 248 623,42 manat və mənfəət vergisi 49 724,68 manat, 2020-ci il üzrə gəlir 3 221 368,26 manat, xərc 3 125 662,04 manat, mənfəət 95 706,22 manat və mənfəət vergisi 19 141,24 manat hesablanmışdır. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların apanlmadığı müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Belə ki, iddiaçı tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, layihələr təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı yoxlamaya təqdim olunmamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, cəmiyyətin 2018-cı il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2018-cı il üzrə cəmiyyətin əldə etdiyi 7 047 735,67 manat (yerinə yetirilmiş işlərə dair Forma 2-lərə, əsasən) gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. M1= 7 047 735,67/ (100+20) x 20= 1 174 622,61 manat 2018-ci il üzrə hesablanmış 1 174 622,61 mənfəətdən 20% dərəcə ilə 234 924,52 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2018-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 195 554,29 manat (234 924,52 - 39 370,23) azaldılması müəyyən edilmişdir. Cəmiyyətin 2019-cu il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. M1= 4 171 278,9/ (100+20) x 20= 695 213,15 manat 2019-cu il üzrə hesablanmış 695 213,15 manat mənfəətdən 139 042,63 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən 2019-cu il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 89 317,95 manat (139 042,63 - 49 724,68) azaldılması müəyyən edilmişdir. Cəmiyyətin 2020-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: M1= 3 216 880,78/(100+20) x 20= 695 213,15 manat Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 2018-2020-ci illər üzrə azaldılmış 372 960,36 manat vergi məbləğinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 186 480,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: X6 zamanı əlavə dəyər vergisinin hesablanmasının düzgünlüyünün yoxlanılması zamanı 2018-ci ilin yanvar-oktyabr aylan üzrə AVİS baza məlumatlarına əsasən 3 294 713,86 manat, 2018-ci il noyabr-dekabr aylan üzrə 3 814 572,88 manat, 2019-cu il üzrə ƏDV tutulan dövriyyə 4 320 639,65 manat, ƏDV 0 dərəcə ilə cəlb edilən dövriyyə 121 040,9 manat, 2020-ci ildə 2 719 723,87 manat, 2021-ci ildə isə 613 403,49 manat dövriyyə müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi mal qalıqları barədə arayışlara əsasən 2018-ci ilin sonuna mal qalığı 25 875,05 manat, 2019-cu ilin sonuna 53 835,76 manat, 2020-ci ilin sonuna malmaterial qalığı olmamışdır. Yoxlama dövrünün əvvəlinə mal qalığı, dövr ərzində alışlar və mütəxəssis rəyinə əsasən mal məxariclərinin müqayisə olunması nəticəsində aşkar olundu ki, xx.xx.2021-ci ilin sonuna 186 159,95 manat dəyərində mal qalığı (profil) görülmüş işlərdə istifadə olunmamışdır. VM-nin 159.1-ci maddəsinə əsasən həmin məbləğ satış kimi qəbul edilərək 33 508,79 manat vergi məbləği hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən X6 ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2021-ci ilin oktyabr ayına aid edilmişdir. Vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla ƏDV-nin cəmi 78 542,06 manat azaldılması (hesabat aylan üzrə cəmi 191 412,74 manat azaldılması və 112 870,68 manat artıq hesablanması), Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesabat aylan üzrə cəmi 191 412,74 manat azaldılmasına görə 95 706,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanıldı. Yoxlama ilə müəyyən edildi ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 796 708,00 manat borc vəsaiti daxil olmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayn-ayn subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyrirezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 29 711,47 manat faiz məbləğinə 2 971,15 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. Beləliklədə, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq müəssisəyə yoxlanılan dövrdə 2 971,15 manat ödəmə mənbəyində vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2 971,15 manat azaldılmasına görə 1 485,58 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə ƏDV məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd ediləni nəzərə alaraq vergi Məcəlləsinin 58.6-cı maddəsinə mallann (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Belə ki, vergi ödəyicisi tərəfindən 2019-ci ildə 1 307,07 manat əlavə dəyər vergisi məbləğləri malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənildiyi üçün Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 1 307, 07 manat gec ödənilmiş ƏDV məbləğinə 653,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində cavabdeh orqanın X6nın aparılması üçün tələb olunan sənədləri təqdim etdiyini qeyd edərək Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarının tətbiq edilməsinin əsasız olmasına istinad etsə də, həmin sənədlərin yoxlamaya təqdim edilməsini təsdiq edən vəya iddia ərizəsinə bununla bağlı sənəd əlavə edilməmişdir. Həmçinin, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X6nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya Həmin məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi vergitutma obyektidir. Bundan başqa, Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; vergi yoxlaması materiallarına; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X6nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd etmək lazımdır ki, mənfəət vergisinin hesablanmasının hüquqi əsasları Vergi Məcəlləsinin 104.1, 105.1, 108, 129, 130.1 və 130.2-ci maddələrində, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsi 16.1.3, 16.1.7 və 16.1.9cu maddələrində müəyyən edilmişdir. Həmin müddəaların ümumiləşdirilmiş mənasına görə, vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk olaraq onun mənfəəti müəyyən edilməlidir. Mənfəət isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər dəqiq müəyyən edilməsidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır, çünki onlara əsasən əldə etdiyi gəlirlər və onların əldə edilməsi ilə bağlı çəkdiyi xərclər hesablanmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, ondan 20 faiz dərəcə ilə mənfəət vergıisi hesablanmalıdır. Maddələrin tələbləri baxımından iddiaçının təqdim etdiyi bəyannamədə gəlirin məbləği mübahisə olunmamışdır. Mübahisəli hal xərc məbləğlərinin iddiaçının bəyannamədə göstərildiyi məbləğlərlə bağlıdır. İddiaçı hesab etmişdir ki, onun tərəfindən sənədlərin təqdim ediməsindən imtina edildiyi təqdirdə cavabdeh Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarının tətbiq edilməsi və əlaqəli məlumatlardan istifadə edilməklə vergilərin hesablanması üçün qanuni əsas olmamışdır. Məlumat üçün bildirilir ki, Vergi Məcolləsinin 42-ci maddəsi “Sənədlərin tələb edilməsi” adlandırılmaqla, aşağıdakı qaydaları müəyyən etmişdir: 42.1-ci maddəsinə əsasən, X6nı keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir; 42.2-ci maddəsinə əsasən, X6nı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1- ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini X6nın keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi crqanının ödənilməii olan vergi məbləğlərini bu Məcəllənin 67-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır: 42.3-ci maddəsinə əsasən,(...) bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, X6nı həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Bu maddələrin tələblərinin ümumiləşdirilmiş qaydasına görə ilk olaraq vergi ödəyicisindən sənədlərin təqdim edilməsi tələb olunur, sənədlər təqdim edilmədiqdə bu barədə müvaviq akt tərtib edilməlidir. Akt tərtib ediidiqdə sonra müvafiq sənədlərin digər mənbələrdən əidə edilməsi imkanları təftiş oiunmalıdır. Bu mənbəbrdən də sənədiərin əldə edilməsi mümkün olmadıqda vergi orqanına aşağıdakılardan birinin və va hər ikisinin yerinə yetirilməsi hüququ verilmişdir: -Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada vergiləri hesablamaq; -həmin sənədiərin Vergi Məcəlləsinin 43-cü maddəsində müəyyən ediimiş qaydada götürülməsini həyata keçirmək. Bununla bağlı xüsusilə vurğulanır ki, cavabdeh tərəfindən X6nın aparılması ilə bağlı xx.xx.2021-ci il tarixli **********152557 nömrəli “X6nın keçirilməsi üçün sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2022-ci il tarixli **********160412 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmışdır. Lakin iddiaçı tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, layihələr təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı yoxlamaya təqdim olunmamışdır. Həmçinin, iddiaçının həmin sənədlərin yoxlamaya təqdim edilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi müəyyən olunmur. Onu da qeyd etmək lazımdır ki, yoxlama zamanı sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2022-ci il tarixli akt və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli, protokol tərtib edilmiş və həmin sənədlər iddiaçı tərəfindən imzalanmışdır (iş materiallarına əlavə olunur). Göründüyü kimi, cabvabdeh tərəfindən tələbnamələrlə iddiaçıya ilkin mühasibatlıq sənədlərinin təqdim olunması təklif edilmiş, lakin həmin sənədlər tam təqdim edilməmiş odur ki, cavabdeh orqan Vergi Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulan hərəkətləri yerinə yetirmişdir. Digər tərəfidən yayındırılmış vergi məbləği üzrə Azərbaycan Respublikası CM-nin 213cu maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar cavabdeh tərəfindən Hüquq Baş idarəsinə, sonuncu tərəfindən isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 16.1.3-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Habelə bu Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

12. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq bəzək və tamamlayıcı işlər ilə məşğul olmuşdur. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin və icbari ödənişlərin 567344,24 manat (mənfəət vergisi 37296036 manat, ƏDV 191412,74 manat, ödəmə mənbəyində tutulan vergi 2971 manat) azaldığı, 112870,68 manat (ƏDV) artıq hesablandığı qeyd edilmiş eyni zamanda Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 653,54 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

13. Mal-material hesabatının yoxlamaya təqdim edilmədiyi əsas gətiririlərək şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi, mütəxəssis rəyi, mal qalığı və alışlar barədə vergi ğdəyicisinin təqdim etdiyi sənədlər əsasında Vergi Məcəlləsinin 67.15-ci maddəsi tətbiq edilməklə ƏDV, eləcədə təsisçidən faizsiz alınan borc məbləğlərinə münasibətdə faiz gəlirlərindən ödəmə mənbəyində vergi hesablanmışdır.

14. Vergi Məcəlləsindən: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (X6 zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə X6nın materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) X6nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.

15. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

16. Beləliklə məhkəmə qeyd edir ki, həmin 3 illik müddətin X6nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz.

17. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

18. İddiaçı MMC üzrə (növbəti) X6nın keçirilməsi haqqında qərar xx.xx.2021-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2018-oktyabr 2021-ci ildir.

19. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə ƏDV məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd ediləni nəzərə alaraq Vergi Məcəlləsinin 58.6-cı maddəsinə malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Belə ki, vergi ödəyici tərəfindən 2019-cu ildə 1307,07 manat əlavə dəyər vergisi məbləğləri malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənildiyi üçün Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 1307,07 manat gec ödənilmiş ƏDV məbləğinə 653,43 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

20. Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir, odur ki, məhkəmə əlavə əsaslandırma olmadan belə, hesab edir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2018-2019-cu illər üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır.

21. Vergi orqanı tərəfindən hesablama xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanmış, mütəxəssis rəyində yoxlanılan dövr üzrə görülmüş işlərdə əmək tutumunun müəyyən edilməsinə baxmayaraq, yoxlama aktında həmin məlumatlardan istifadə olunaraq hesablama aparılmamış və ya əsası göstərilməmişdir. Ümumiyyətlə, hesablamanın əsasında duran mütəxəssis rəyi hər hansı şəkildə əsaslandırılmamışdır. Mütəxəssis rəyində mal-material sərfiyyatının müəyyən edilmə mexanizmi açıqlanmamışdır. Məhkəmə qeyd edir ki, lazımi şəkildə əsaslandırılmamış mütəxəssis rəyi əsasında hesablanmış vergilər qanuni hesab edilə bilməz. Bununla bağlı məhkəmə tərəfindən mütəxəssisin məhkəmədə iştirakı və rəyin əsaslandırılması üçün ağlabatan vaxt verilmiş, lakin mütəxəssisin məhkəmədə iştirakı (ezamiyyətdə olması səbəbindən) təmin edilməmişdir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

23. Odur ki, hər hansı kalkulyasiya və əsaslandırması olmayan mütəxəssis rəyinə əsaslanan vergi yükünün inzibati məhkəmə araşdırması zamanı (inzibati orqanda icraatın əvəzinə) əsaslandırılması və bu istiqamətdə araşdırmanın aparılması (məsələn ekspertizanın təyin edilməsi) yuxarıda qeyd edilən məqsədlərə uyğun hesab edilə bilməz.

24. Yoxlama aktında mal-material hesabatının yoxlamaya təqdim edilmədiyi əsas gətirilərək forma 2-lər əsasında müəyyən edilmiş gəlirlərə şərti rentabellik norması tətbiq edilməklə əlavə mənfəət vergisi hesablanmışdır. Halbuki görülmüş işlərə sərf olunmuş mal-materialın miqdarı mütəxəssis tərəfindən müəyyən edilmiş və həmin mütəxəssisin rəyindən rəyindən vergitutma məqsədləri üçün istifadə edilmişdir. Belə ki, yoxlama aktının ƏDV-nin hesablama hissəsində mütəxəssis rəyi, malların hərəkəti və qalığı barədə məlumatlar əsasında kənarlaşmanın aşkar edildiyi qeyd edilmiş və əskik gəldiyi iddia olunan mallara görə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən ƏDV hesablanmışdır. Göründüyü kimi, mənfəətin şərti rentabellik norması əsasında müəyyən edilməsi üçün aktda göstərilmiş əsaslar təsdiqini tapmamışdır. Nəticə etibarilə, ƏDV dövriyyələrinin mənfəət vergisi dövriyyələrindən fərqli olmasına baxmayaraq, aktda bu barədə qeyd aparılmamışdır.

25. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasını əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

26. VM-nin 67-ci maddəsi bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Odur ki, qeyd edilən hissədə məhkəmə təkrarən inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmənin inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımadığını qeyd edir.

27. Qeyd edilənlər mənfəət vergisi və əlavə dəyər vergisinin hesablanmasının (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını hesab etmək üçün yetərlidir.

28. 2020 və 2021-ci illər üzrə əlavə hesablanmış ƏDV-yə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən mövqeyə uyğun olaraq (yəni yoxlama zamanı 2018 və 2019-cu illər üzrə vergi yükü müəyyən edilə bilməzdi) vergi ödəyicisi tərəfindən 2018-ci ildə 21774,33 manat, 2019-cu ildə 71267,11 manat (həmin illər üzrə cəmi 93041,44 manat) artıq əlavə dəyər vergisi hesablandığından 2020-ci il üzrə əlavə hesablanmış (16770,02 manat) və 2021-ci il üzrə əlavə hesablanmış (36140,54 manat) əlavə dəyər vergisi məbləğləri ilə əlavə araşdırma aparılmadan ən azı əvəzləşdirilməli idi. Belə ki, qeyd edilən dövrlərdə (2018-2019-cu illər) vergi ödəyicisi tərəfindən artıq hesablama vergi orqanı tərəfindən 2020-2021-ci illərdə müəyyən edilmiş əlavə hesablamadan 40.130,88 manat çoxdur (93041,44 manat - 16770,02 manat - 36140,54 manat).

29. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh nəzərə almamışdır ki, şəxsin təsisçisi oluğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizssiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmir, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividenddən ödəmə mənbəyində vergi ödəyir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

31. Vergi Məcəlləsindən: 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir.

32. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir.

33. Belə ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz.

34. Əlavə olaraq məhkəmə qeyd edir ki, X6nın keçirilməsi zamanı bir sıra prosessual pozuntulara da yol verilmişdir. Belə ki, -təqdim edilən X6nın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda yoxlamanın keçirilməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi İdarəsinin Təmir-tikinti sahəsinin auditi üzrə 1-ci söbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X1 tapşırılsa da və həmin yoxlayıcının adı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda qeyd olunmasına baxmayaraq, xx.xx.2023-cü il tarixli X6 aktında X6nın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda yoxlamanın keçirilməsi haqqında qərara istinadən yoxlayıcının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi İdarəsinin Təmir-tikinti sahəsinin auditi şöbəsinin dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X3 olduğu qeyd edilmiş və akt onun tərəfindən tərtib olunaraq imzalanmışdır; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5.1.12-ci bəndinə əsasən çıxarışda yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi barədə məlumat göstərilir. Odur ki, təqdim edilən qərara və reyestrə əsasən yoxlama X1 tapşırılsa da, yoxlamanın faktiki olaraq başqa şəxs - X3 tərəfindən həyata keçirilməsi (akt baş başqa şəxs X3 tərəfindən tərtib edilmişdir və aktda həmin xx.xx.2021-ci il tarixli qərara istinad edilərək yoxlamanın ona həvalə edildiyi göstərilmişdir) yoxlamanın nəticələrinin legitimliyinə təsir etməklə onun mötəbərliyini şübhə altına alır və mahiyyət etibarilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılmasını mənasız edir. Yoxlama zamanı yol verilən həmin pozuntu özlüyündə faktiki olaraq yoxlamanın nəticəsinin etibarsız hesab edilməsi üçün yetərlidir. -sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə əsasən vergi yoxlamasının dayandırılması əsası kimi vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi göstərilsə də, bunu təsdiq edən sənəd təqdim edilməmişdir. Cavabdeh qurum əsaslandırma olaraq iddiaçının baş mühasibinin xəstəliyi ilə bağlı müraraciətini təqdim etmiş, lakin baş mühasib vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) hesab edilə bilməz. - Mütəxəssisin dəvət edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixli olmaqla həmin rəyin təqdim edilməsi məqsədilə 8 ay müddətində yoxlama dayandırılmış və yekunda xx.xx.2022-ci il tarixdə həmin əsaslandırlmamış rəy təqdim edilmiş və yoxlama aktının əsasını təşkil etmişdir. Yəni rəydə hər hansı mal-material sərfiyyatının müəyyən edilmə mexanizmi göstərilməmiş, hər hansı mürəkkəb və xüsusi bilik tələb edən hesablama aparılmamışdır. Qeyd edilən məzmunda rəyin tərtibi üçün yoxlamanın 8 ay müddətində uzadılmasını məhkəmə yoxlamanın məqsədlərinə uyğun hesab etmir.

35. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

36. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

38. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

39. Odur ki, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır, mübahisələndirilən qərar ləğv olunmalı və nəticələri aradan qaldırılmalıdır. Tələbin “həmin qərarla iddiaçıya əlavə olaraq hesablanmış 459462,83 manat vergilərin və tətbiq edilmiş 282421,61 manat maliyyə sanksiyalarının ləğvi” hissəsi iddia tələbinin qərarın ləğvi kimi təmin edilməsi ilə əhatə olunur.

40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********169068 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar