Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8243/2025 17.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi(vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X17 və X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X8, X4 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 nömrəli evin 62-ci mənzili xüsusi mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır. Əvvəl, nikahları pozulsa da, lakin X17 və anası X6 bugünədək həmin mənzildə qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxslər mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Onların mənzil üzərində heç bir hüququ yoxdur və onların mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də o, X17 və X4 Bakı şəhəri, Binəqədi rayonu, M .Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 nömrəli evin 62-ci mənzilindən pasport qeydiyyatından çıxarılması üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə tərəfindən müraciət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 2702.2025-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X17 və X4 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X17, X6 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Bakı İnzibati Məhkəməsinə “Öhdəliyin icrası” haqqında iddia ərizəsi ilə müraciət edərək, X17 və X4 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 nömrəli evin 62- ci mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Binəqədi rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş ctmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassiz və qanunsuz olduğundan rədd olunmalidir: İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 nömrəli evin 62- ci mənzili xüsusi mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Əvvəl, nikahı pozulsa da, lakin X17 və anası X6 bu günədək həmin mənzildə qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxslər mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Onların mənzil üzərində heç bir hüququ yoxdur və onların mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Bildirilir ki, icraatınızda olan “pasport qeydiyyatından çıxarılması öhdəliyinin Binəqədi rayon Polis İdarəsinə həvalə olunması barədə” iddia tələbi üzrə ücüncü şəxslərdən X17 iddiaçının keçmiş həyat yoldaşı, X6 isə iddiaçının keçmiş qaynanasıdır. Üçüncü şəxs X17 02 aprel 2010-cu il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2010-cu il tarixli AZ-İ № 571293 saylı nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, X19 ilə X17 xx.xx.2010 cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 580 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədli soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-568/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X19 ilə X17 arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində bağlanmış 580 nömrəli nikah akt qeydi ləğv edilmişdir. X19 ilə X17 arasında rəsmi nigahlarının pozulmasına baxmayaraq, tərəflər arasında faktiki nigah münasibətləri davam etmişdir və son vaxtlara qədər, yəni iddiaçı ilə aralarında yaranmış mübahisədən sonra X17 və anası X6 həmin mənzildən müvəqqəti olaraq çıxmışlar. Lakin üçüncü şəxslərə aid əşyalar halhazırda da həmin mənzildədir. Məhkəmənin diqqətinə çatdırılır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 nömrəli evin 62-ci mənzil MəmmədovaAdilə Firdovsi qızının (iddiaçının keçmiş qaynanansı) mülkiyyətində olan sözügedən mənzil iddiaçının mülkiyyətinə bağışlama müqaviləsi əsasında verilmişdir. Bağışlanma müqaviləsi əsasında sözügedən mənzilin X11 adına qeydiyyatdan keçməmişdən illər öncə həmin mənzildə üçüncü şəxslər X8 və X6 yaşamağa başlamışlar. Üçüncü şəxslər X8 və X4 ünvan 4 ünvanında yerləşən 62-ci mənzildən istifadə hüquqları var. Həmin yaşayış sahəsi alındığı vaxtdan üçüncü şəxlər: X17 və X6 ora qeydiyyata düşüblər. Bildirmək istəyirik ki, X6 və (iddiaçının keçmiş qaynanansı) tərəfindən bağışlama Əşrəf ilə iddiaçının nikah dövründə olmuşdur. Birdaha qeyd etmək zəruridir ki, üçüncü şəxslərə aid olan aşyalar həmin mənzildədir və onların orda yaşadığını sübut edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yen olduğu ver üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun -cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentya r 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd etmək istəyirik ki, yaşayış sahəsi üzərində üçüncü şəxslərin istifadə hüquqlarının olmasını nəzərə alaraq, hazırki işə inzibati icraat qaydasında baxıla bilməz. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia ərizəsinin etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-568/2022 nömrəli Qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, X19 ilə X17 arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində bağlanmış 580 saylı nikah aktı qeydinin ləğv edilməsi, Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X7 anaları X11 yanında saxlanılması qərara alınmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.52 kv.m olan **********53- 05301-093028 reyestr nömrəli mənzil xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-18818/2025 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.52 kv.m olan **********53- 05301-093028 reyestr nömrəli mənzil xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 1123 nömrəli reyestr kitabının 101698 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2010-cu il tarixli X3 bildirmişdir ki, o ünvan 5 ünvanında yerləşən mənzilin X4 adına özəlləşdirilməsinə etiraz etmir. -xx.xx.2010-cu il tarixli X2 bildirmişdir ki, o ünvan 5 ünvanında yerləşən mənzilin X4 adına özəlləşdirilməsinə etiraz etmir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 000956 nömrəli Orderə əsasən X4 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 5 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 63.7 kv.m olan mənzildə yaşamaq hüququ var. Ailə tərkibi: X6, X17, X14. -"xxxx" MTK tərəfindən verilmiş Arayışa əsasən Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Binanın 04 nömrəli girişinin 5-ci mərtəbəsindəki ümumi sahəsi 99.75 kv.m olan, yaşayış sahəsi 63.7 kv.m olan 5 otaqlı 62 saylı mənzilin pay dəyəri 25375 manat payçı X6 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı evin, 62 saylı mənzilində yaşayır. İddiaçı qeydiyyatdadır. X10 və X17 bu ünvanda qeydiyyatdadır ancaq 2007-ci ildən bu ünvanda yaşamırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-11407 njömrəli məktubunda göstərilmişdir ki, X17 və X6 xx.xx.2004-cü il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar və həmin ünvana qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 2660 nömrəli məktubu ilə təqdim edilən xx.xx.2019-cu il tarixli 4Ə-1125 nömrəli mənzil bağışlanması müqaviləsinə dair notariat işindən görünür ki: -xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, mənzil 62 ünvanında yerləşən ümumi sahəsi 91.52 kv.m olan mənzili hədiyyə alan X11 mülkiyyətinə vermişdir. -MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, mənzil 62 ünvanında yerləşən **********53-05301-093028 reyestr nömrəli ümumi sahəsi 91.52 kv.m olan mənzilə mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1123 nömrəli reyestr kitabının 10168 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(001)- 447/2025 nömrəli Qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 18-də yerləşən 62 saylı mənzilin özgəninkiləşdirilməsi Abbasova(Məmmədli) Vəfa Qasım qızına qadağan olunması, qərardadın dərhal icra edilməsi, qərardadın icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayonu İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə iddiaçı X8 cavabdeh İddiaçı qarşı nikah dövründə əldə edilmiş əmlak bölünməsinə dair iddia ərizəsinə ərizəsinə əsasən birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Bİnəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 nömrəli evin 62-ci mənzil üzərində 1/25 hissəsinə dair onun pay hüququnun tanınması barədə qətnamə qət olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6254/2025 nömrəli Qərardadına əsasən iddiaçı X17 cavabdeh İddiaçı qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin iddiaçıya ünvandığı xx.xx.2025-ci il tarixli 3-13-46/2-9237 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X6 və X8 ünvan 8 ünvanından yaşayış yeri üzrə qeydiiyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. İddia mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, iddiaçı ünvan 1-nin xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər- X17 nikahı pozulmuş keçmiş həyat yoldaşı, X6 isə mənzilin əvvəlki mülkiyyətçisi olmuş keçmiş qaynanasıdır. İddiaçı üçüncü şəxslərin hazırda mübahisəli mənzildə yaşamadığını iddia edərək onların qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ilkin olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 000956 nömrəli Orderə əsasən X5 3 nəfər ailə üzvü ilə birlikdə (X17, X14) istifadəsinə verilmiş, mənzil o cümlədən X8 xx.xx.2010-cu il tarixli razılıq ərizəsinə əsasən X4 adına xx.xx.2010-cu il tarixdə özəlləşdirilmişdir. X17 və X6 xx.xx.2004-cü il tarixdən həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı xx.xx.2010-cu il tarixdə X17 ilə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-568/2022 nömrəli Qətnaməsinə əsasən pozulmuşdur. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X1 mənzili iddiaçı X15 bağışlamış, mənzil xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir”. İddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə yaranmış olsa da sözügedən mənzil ilkin olaraq keçmiş qaynanası X4 mülkiyyətində olmuş, digər üçüncü şəxs-keçmiş əri həmin mənzilin anası X4 adına özəlləşməsində iştirak etmiş, mənzil iddiaçı ilə üçüncü şəxs X8 nikahda olduğu vaxtda (xx.xx.2010-xx.xx.2022) bağışlama müqaviləsi əsasında X6 tərəfindən iddiaçıya baışlanılmışdır. Üçüncü şəxs X17 nikahdan sonra iddiaçının ailə üzvü (əri) kimi həmin ünvanda onunla birgə yaşamışdır. Hazırkı işin hallarından müəyyən olunur ki, üçüncü şəxs X17 ilə iddiaçı arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı mülki mübahisə məhkəmə icratındadır, həmin mülki iş üzrə məhkəmənin qərardadına əsasən mənzilin özgəninkiləşdirilməsi Abbasova (Məmmədli) Vəfa Qasım qızına qadağan olunmuşdur. Məhkəmə hazırkı iş üzrə mülkiyyətdə olan mənzilə dair mülkiyyətçinin ailə üzvü olmuş şəxslərin həmin əmlaka dair istifadə hüquqlarının (ər-arvadın birgə mülkiyyət hüququnun müəyyən olub-olmamasından asılı olmayaraq) mövcud olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. Nəzərə almaq lazımdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində sadalanan qeydiyyatdan çıxarılmanı nəzərdə tutan sənədlərin təhlili onu deməyə əsas verir ki, qanunverici qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova