Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8244/2022 06.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas,11 saylı vəkil bürosunda vəkil işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinə qarşı “cavabdehin 14 aprel 2021-ci il tarixli 14 saylı qərarının ləğv olunması” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 14 aprel 2021-ci il tarixli 14 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı adına Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair reyestr kitabı nömrə № 2 ilə qeyd edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 3 ünvanda yerləşən "xxxx" Səhmdar Firması FTİ-nin Oksigen istehsalı sexinin yerləşdiyi 10670 kv/m olan torpaq sahəsini qanunvericiliyə uyğun satın almağına dair xx.xx.2007-ci il tarixdə 000528 sayla qeydiyyat aparılmaqla şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. İddiaçı həmin əmlaka dair xüsusi mülkiyyətini təsdiq edən digər hər-hansı bir sənəd yoxdur. Bundan başqa, İddiaçı adına Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair reyestr kitabı nömrə № 5 ilə qeyd edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 3 ünvanda yerləşən "xxxx" Səhmdar Firması FTİ-nin Oksigen istehsalı sexini qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınmasına dair xx.xx.2007-ci il tarixdə 001287 sayla qeydiyyat aparılmaqla Şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, “Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir.” Buna əsasən qeyd olunan əmlak xüsusi mülkiyyətində olmadığı üçün əmlak vergisi hesablana bilməz. Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri vergitutma obyekti sayılır. Belə ki, xx.xx.2021-ci il tarixdə Binəqədi İcra Məmuru tərəfindən bildirilmişdir ki, barənizdə Biləcəri bələdiyyəsinin qərarı ilə 3933 manat pulun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin hesabına ödənilməsi üçün işin icrası ona tapşırılıb. Şəhadətnamələrdən göründüyü kimi İddiaçı sözügedən torpaq sahəsi və üzərindəki tikiliyə dair sərəncam vermək hüququ yoxdur. Yalnız sahiblik və istifadə hüquqları yaranır. Lakin sahiblik və istifadə hüquqlarını icra edə bilmir, çünki həmin torpaq sahəsini qaçqınlar, məcburi köçkünlər və şəhid ailələri zəbt etmişlər. Öz torpaq sahəsindən və üzərindəki tikilidə qaçqın və məcburi köçkün ailələri yerləşdiyindən həmin əraziyə daxil ola bilmir. Biləcəri bələdiyyəsi Vergi Məcəlləsinin 200.4-cü və 208.3-cü maddələrinə əsasən verginin ödənilməsi barədə tədiyyə bildirişini ona (vergi ödəyicisinə) avqustun 1-dən gec olmayaraq verilmə öhdəliyi olmasına baxmayaraq, tədiyyə bildirişini ona göndərmədən, 14 aprel 2021-ci il tarixli 14 saylı Torpaq və əmlak vergi borcunun ödənilməsi tələbinə dair qərar çıxarılmışdır. Qərara əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü vətəndaş İddiaçı 3933 manat məbləğində Biləcəri bələdiyyəsinin büdcəsinə torpaq və əmlak vergi borcunun ödənilməsi təmin edilsin. Eyni zamanda, Vergi Məcəlləsinin 2004-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər və Vergi Məcəlləsinin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əlavə olaraq qeyd edilir ki, Vergi Məcəlləsinin 208.3cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır və Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Qeyd olunanlara baxmayaraq, Biləcəri bələdiyyəsi vergilərin hesablanmasını düzgün aparmır və cari ilədək vergilərin hesablanması haqqında tədiyyə bildirişini iddiaçıya (vergi ödəyicisinə) göndərməyib. Bu da Vergi Məcəlləsinin 5.0.3-cü, 197.1.1-ci və 200.4-cü maddələrinin kobud şəkildə pozulmasıdır. Qeyd olunalara baxmayaraq Biləcəri bələdiyyəsi vergilərin hesablanmasını düzgün aparmır və cari ilədək vergilərin hesablanması haqqında tədiyyə bildirişini ona (vergi ödəyicisinə) göndərməyib. Bu da Vergi Məcəlləsinin 5.0.3-cü, 206.3-cü və 208.3-cü maddələrinin kobud şəkildə pozulmasıdır. Bunlardan əlavə olaraq bildirilir ki, 14 aprel 2021-ci il tarixli 14 saylı Biləcəri bələdiyyəsinin qərarında qeyd edilmişdir ki, Nemətov X2 bələdiyyəsinin büdcəsinə 2015-2020-ci illər üzrə ödənişi aparmamış və ödəməməsinin səbəblərinin üzrlü səbəbdən olması barədə sənəd təqdim etməmişdir. Bununla da 2021-ci il tarixə 3933 manat torpaq və əmlak vergi borcu ödənilməmiş qalmışdır. 05 yanvar 2018ci il tarixli 2-1(81)/224/2018 saylı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərar ilə tam olaraq sübuta yetirilmişdir ki, torpaq və əmlak vergisi tələb olunan daşınmaz əmlakda məcburi köçkünlər yerləşmiş və göründüyü kimi bələdiyyə qərarının qəbul edilməsinə əsas olmuş daşınmaz əmlaklar iddiaçının xüsusi mülkiyyətində olmamış və hazırda həmin ərazidə məcburi köçkünlər məskunlaşmışdır. Bu səbəbdən iddia təmin edilmiş və Biləcəri Bələdiyyəsinin 23 N-li xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya və kassasiya məhkəməsinə müraciətlər etmiş, lakin şikayətlər əsassız olduğundan təmin edilməmişdir. Lakin göründüyü kimi, bələdiyyə qərarının ləğv edilməsinə baxmayaraq və 08 avqust 2018-ci il tarixli Ali Məhkəmənin qərarı olmağına baxmayaraq yenidən Biləcəri bələdiyyəsi iddiaçıya 2015-2020-ci illər üzrə qanunsuz olaraq torpaq və əmlak vergisinin ödənilməsini tələb etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, Biləcəri Bələdiyyəsi tərəfindən fiziki şəxs qismində İddiaçı 3933 ( üç min doqquz yüz otuz üç ) manat torpaq və əmlak vergi borcunun könüllü ödəməsindən yayındığı üçün Binəqədi rayon Biləcəri Bələdiyyəsi sonuncu barəsində Torpaq və Əmlak borcunun ödənilməsi tələbinə dair 14 saylı, 14 aprel 2021-ci il tarixli qərar qəbul edib. İddaçı iddasını Bələdiyyə qərarının qəbul edilməsinə əsas olmuş daşınmaz əmlaklar iddiaçının xüsusi mülkiyyətində olmamasını və hazırda həmin ərazidə məcburi köçkünlərin məskunlaşması ilə əsaslandırır. Müxtəlif bəhanələrlə yerli büdcəyə əmlak və torpaq vergisini ödəməkdən yayınmağa çalışır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Cavabdeh tərəfindən iddiaçıya 3933 (üç min doqquz yüz otuz üç) manat məbləğində əmlak və torpaq vergisinin bələdiyyənin hesabına ödənilməsi barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişi göndərilmişdir. Həmin bildirişdə, iddiaçı tərəfindən vergi borcunun ödənilməsi barədə tədiyyə bildirişini qəbul etməkdən imtina olunması və dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq vergi borcunu ödənilməsindən yayındığı bildirilmişdir. Yerli büdcəyə olan 3933 (üç min doqquz yüz oluz üç) manat məbləğində borcun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin (Kapital bank 2 saylı, Yasamal filialı, hesab nömrəsi AZ80AİİB********************, VÖEN: 100049292,kod-200048) hesabına ödənilməsi xahiş olunmuşdur. Biləcəri bələdiyyəsi tərəfindən “torpaq və əmlak vergi borcunun ödənilməsinə dair” xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərar yuxanda qeyd olunan normalara uyğun qəbul olunub. Cavabdeh iddia tələbinin əsassız və qanunsuz olduğunu bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mübahisələndirmə iddia növündə olmaqla mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia müddəti buraxılmamışdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2007-ci il tarixli 001287 qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 3 ünvanında yerləşən "xxxx" Səhmdar Firması FTİ- nin Oksigen istehsalı sexini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Alınmış əmlakın tərkibi "xxxx" Səhmdar Firması FTİ-nin Oksigen istehsalı sexi (ümumi sahəsi - 911,5 kv.m). Əmlakın ümumi satış qiyməti 42508 – qırx iki min beş yüz səkkiz manat təşkil edir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 №-li tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 25292.4 - iyirmi beş min iki yüz doxsan iki manat qırx qəpik məbləğində pul köçürülmüşdür.Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “özəlləşdiririlən müəssisə və obyektərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahəslərinin satılmasına dair” xx.xx.2007-ci il tarixli 000528 qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan - Binəqədi şossesi 3 ünvanında yerləşən "xxxx" Səhmdar firması FTİ-nin Oksigen istehsalı sexinin yerləşdiyi 10670 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 31785 - otuz bir min yeddi yüz səksən beş manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 01/1980 nömrəli xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanladığı məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan yaşayış və qeyri-yaşayış obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yeni yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və hazırda bununla bağlı işlər davam etdirilir. Nəzərinə çatdırırıq ki, iddiaçının müraciəti Komitə rəhbərliyi tərəfindən nəzarətə götürülmüş və gələcəkdə həmin ailələr yeni mənzillərə köçürülərkən müraciətinə müvafia qaydada baxılacaqdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-224/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarına əsasən, X1 cavabdeh Biləcəri bələdiyyəsinə qarşı cavabdehin qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsi, Biləcəri bələdiyyəsinin 23 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixli 01-06/07-231 nömrəli məktubu ilə qərarın verilməsinə əsas olan sənədlərin: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli vergi və ödənişlər haqqında xəbərdarlığı, 14 nömrəli xx.xx.2021-ci il tarixli **********8744 seriya nömrəli qərarı, xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinə əsasən, İddiaçı 2021-ci il üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi – 291,68 manat, 206.3-cü maddəsinə əsasən torpaq vergisi 1134,00 manat hesablanmışdır; ötən dövr üzrə borc – 3710,04 manat, faiz borc 222,96 manat və ödəniləcək məbləğ – 5358,68 manatdır.” 20 fevral 2021-ci il tarixli və 18 mart 2021-ci il Vergi və ödənişlər haqqında xəbərdarlıqlara əsasən, 3933 manat torpaq və əmlak vergisinin ödənilməsi tələb olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin 14 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən Biləcəri qəsəbəsi Binəqədi şossesi ünvanında yaşayan xx.xx.1982-ci ildə anadan olan vətəndaş İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi ünvanında yerləşən torpaq sahəsinə torpaq və qeyri- yaşayış sahəsinə əmlak vergi ödənişlərinin ödənilməsi ilə əlaqədar 2021-ci ildə Biləcəri bələdiyyəsi tərəfindən araşdırma aparılmış, İddiaçı tərəfindən 2015-2020-ci illər üzrə ödəniş aparılmadığı müəyyən edilmiş, 3933 manat məbləğində torpaq və əmlak vergi borcunun ödənilməsinin təmin edilməsi və vergii borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının iddia ərizəsi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 51.1.-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 51.3-cü maddəsinə əsasən bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İlkin olaraq məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarı (inzibati aktı) qəbul edən zaman iddiaçını bu barədə məluamtlandırmamış, onun inzibati icratında iştirakını təmin etməmişdir. Bununla da “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun normalarının tələblərini pozmuşdur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5.0-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur:5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. fiziki şəxslərin əmlak vergisi;.. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Göründüyü kimi, qanunvericilikdə bələdiyyə tərəfindən hesablanmış vergi, faiz və maliyyə sanksiyasının vergi ödəyicisinə əvvəlcədən göndərilmiş bildiriş əsasında tutulması nəzərdə tutulmasına baxmayaraq, belə bir bildirişin iddiaçı tərəfinfən qəbul edilməsi inzibati işin materialları ilə təsdiqlənməmişdir; tədiyyə bildirişinin hazırlanması zamanı cavabdeh tərəfindən əmlak vergisinin hesablandığı əmlakın sahəsinin müəyyən edilməsi üçün əsas götürülmüş sənədlər barədə məlumat məhkəməyə verilməmiş və belə sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İşin materiallarından göründüyü kimi, cavabdeh tərəfindən barəsində torpaq və əmlak vergilərin ödənilməsi tələb edilmiş daşınmaz əmlakın iddiaçının xüsusi mülkiyyətində və ya faktiki istifadəsində olmasına dair sübutlar mövcud deyil, habelə həmin əmlakın yerləşdiyi ərazidə məcburi köçkünlər məskunlaşmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 208.1-ci məcəlləsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Həmin Məcəllənin 208.2-ci məcəlləsinə əsasən torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Həmin Məcəllənin 208.3-ci məcəlləsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Lakin iş materiallarında vergilərin hesablanması və tutulması barədə bələdiyyənin sənədlərin iddiaçının ünvanına çatdırılmasına dair sübutlar mövcud deyil. Belə olan halda iddiaçının mübahisələndirdiyi vergi hesablanması barədə cavabdehin qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normaları pozulmaqla qəbul edilmişdir... Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.10- cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, cаvаbdеh Binəqədi rayon Biləcəri bələdiyyəsinin 14 aprel 2021-ci il tarixli 14 saylı qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Binəqədi rayon Biləcəri bələdiyyəsinin 14 aprel 2021-ci il tarixli 14 saylı qərarı ləğv edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-8244/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8244/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver