Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8295/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı direktoru X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 mart 2023-cü il tarixli, **********093800 nömrəli Qərarın ləğv edilməsi və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 mart 2023-cü il tarixli **********093800 nömrəli Qərarı ilə İddiaçınə 2022-ci ilin 4-cü rübü üzrə 252 (iki yüz əlli iki) manat daşınmaz əmlak üçün icarə haqqından vergi hesablanıb. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 mart 2023-cü il tarixli, **********093800 nömrəli Qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, ünvan 1 ünvanında ümumi sahəsi 159.6 kv.m olan qeyri-yaşayış sahəsinə dair 09 dekabr 2021-ci il tarixli (Reyestr № 3M-654) və ünvan 2 ünvanında ümumi sahəsi 116 kvadratmetr olan qeyri-yaşayış sahəsinə dair 9 dekabr 2021ci il tarixli (Reyestr № 3M-653) hər bir “İcarə müqaviləsi”nin 4.1-ci bəndinə əsasən, cari obyekti öz ləvazimatı və digər əşyaları ilə birlikdə “Tərəflər”in imzaları və möhürü olan “Tərəf"in möhürü ilə təsdiq edilmiş təhvil aktı (bundan sonra - Təhvil aktı) əsasında “İcarəyə verən” tərəfindən “İcarəçi”yə təhvil verilməlidir. Təhvil aktı “Tərəflər”in imzaları və möhürü olan “Tərəf”in möhürü ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. 6.4-cü bəndinə əsasən, icarə haqqı təhvil aktı qüvvəyə mindiyi tarixdən hesablanır. Hər bir icarə müqaviləsi üzrə təhvil aktları bu günədək qüvvəyə minmədiyi səbəbindən bu günədək icarə haqqı hesablanmayıb və ödənilməyib. Hər iki icarə müqaviləsinin şərtlərinin məzmunu tərəflərin istəyi ilə müəyyənləşdirilib, həmçinin daşınmaz əmlak üçün icarə haqqından 14 faiz dərəcə ilə vergi ödəmə mənbəyində, yəni ödənildiyi vaxt tutulur. Düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların icarə müqavilələrində əks olunması da cavabdehi qanunsuz qərarın qəbul edilməsindən çəkindirməyib. Göründüyü kimi, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi ümumuiyyətlə mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılmış araşdırılma zamanı vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqavilələrinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğinin 1800,0 manat müəyyən edilməsinə baxmayaraq, tərəfindən müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim edilməməsi və ya göstəricilərinin azaldılması ilə təqdim edilməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********678100 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin 4-cü rübü ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 252,0 manat (1800,0 * 14%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********093800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Vergi orqanının xx.xx.2023-cü il tarixli **********699700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” Qərarı ilə vergi ödəyicisinə hesablanmış 252,0 manat vergi məbləği azaldılmış və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunmuşdur. İş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. X1 (icarəyə verən) və İddiaçı (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında ümumi sahəsi 159,6 kv.m olan qeyri-yaşayış sahəsi vergi daxil olmaqla 300 manata icrarəyə verilmiş, müqavilənin müddəti 6 ay müddətinə müəyyən edilmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən icarə haqqı təhvil aktı qüvvəyə mindiyi tarixdən hesablanır. Bağırova Hicran Firudin qızı (icarəyə verən) və İddiaçı (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 2 ünvanında ümumi sahəsi 116 kv.m olan qeyri-yaşayış sahəsi vergi daxil olmaqla 300 manata icrarəyə verilmiş, müqavilənin müddəti 6 ay müddətinə müəyyən edilmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən icarə haqqı təhvil aktı qüvvəyə mindiyi tarixdən hesablanır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5888/2023 tarixli xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********246600 saylı və xx.xx.2022-ci il tarixli **********248000 saylı qərarları ləğv edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********411800 saylı xx.xx.2023-cü tarixli məktubla bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən "xxxx" MMCnin (VÖEN: **********) ünvan 3 ünvanda yerləşən **********-14001 kodlu təsərrüfat subyektində (obyektində) NKA-nın qeydiyyatda olması barədə məlumat müəyyən edilməmişdir. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Cavabdeh məhkəmə dəftərxanası vasitəsilə vəsatətlə müraciət edərək vergi ödəyicisinə hesablanmış 252 manat vergi məbləğinin azaldıldığını və iddiaçının şəxsi hesab vərəqində müvafiq düzəlişin olunduğunu bildirmiş və mübahisələndirilən qərar ləğv olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-8295/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8295/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver