Məhkəmə qərarları › İş №e-2-1(112)-8317/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8317/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8317/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavadehin nümayəndəsi Nümayəndə2, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu pensiyasının təyin edilməsi və əmək pensiyasının təyin edildiyi tarixdən dövlət qulluqçusu kimi pensiyasının hesablanıb ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 22 fevral 1983-cü ildən 22 may 1985-ci il tarixinədək X7 Sosialist Respublikası Nazirlər Kabinetində iqtisadçı vəzifəsində, 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X7 Sosialist Respublikası Nazirlər X1 şöbəsində təlimatçı vəzifəsində, 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X7 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi vəzifəsində, 21 noyabr 1989-cu ildən 18 dekabr 1989-cu il il tarixədək X7 Sosialist Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin sənaye, tikinti və rabitə şöbəsində təlimatçı vəzifəsində, 18 dekabr 1989-cu il tarixdən 15 dekabr 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin təşkilat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində, 02 dekabr 1992-ci il tarixdən Naxçıvan Muxtar Respublikası X3 Komitəsində baş mütəxəssis vəzifəsində, 10 aprel 1993-cü il tarixdən 06 may 1996-cı il tarixədək Naxçıvan Muxtar Respublikası X3 Komitəsində Kontraktların Ekspertizası və Lisenziyası şöbəsinin müdiri vəzifəsində, 07 may 1996-cı il tarixdən 1996cı il tarixdən 22 sentyabr 2001-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində iqtisadçı vəzifəsində işlədiyi əmək stajının dövlət qulluqçusu stajına aid edilməsi, “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu mövcud olmadığı, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na uyğun olması; yaşa görə ona təyin olunmuş pensiyasının qulluq stajına uyğun olaraq hesablanması, dövlət qulluqçusu pensiyasının təyin edilməsi və əmək pensiyasının təyin edildiyi 04 iyun 2023-cü il tarixdən dövlət qulluqçusu kimi pensiyasının hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin etməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında dövləq qulluğu stajının 15 ildən az olması təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun yaranmış pensiya hüququndan məhrum edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda iddiaçının vaxtilə işlədiyi X7 Sosialist Respublikasının (bundan sonra - Naxçıvan MSSR) Nazirlər Kabinetinin İşlər İdarəsi (bundan sonra - İdarə) və həmin İdarədə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Buna görə də həmin vəzifələrin hazırki dövlət gulluğu vəzifələrinə uyğunlaşdırılmasının mümkün olub- olmamasına dair cavabdeh orqan tərəfindən Azərbaycan Respublikasının X4 sorğu ünvanlanmış, sorğuya cavab olaraq yazılmış məktubda iddiaçının idarədə fəaliyyət göstərdiyi dövrə aid struktur məlumatlarının olmaması səbəbindən məsələyə münasibət bildirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan başqa iddiaçının cavabdeh orqana və məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Milli Məclisinin Aparatının 29 dekabr 2023-cü il tarixli 1-6/04- 1/2-406/2023 nömrəli arayışında onun Naxçıvan MSSR-in Nazirlər Kabinetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməsi yuxarıda qeyd olunan Siyahının 1.2-ci bəndinə istinad edilməklə əsaslandırılmışdır. Halbuki həmin bənddə Naxçıvan MSSR-də deyil, Azərbaycan Sovet Sosialist Respublikasının Nazirlər Kabinetində mövcud olmuş vəzifələr nəzərdə tutulmuşdur. Naxçıvan MSSR-də mövcud olmuş vəzifələr isə Siyahının 1.3-cü bəndində göstərilmişdir. Qeyd olunan 1.3-cü bənddə isə iddiaçının nə vaxtilə işlədiyi sədrin köməkçisi vəzifəsi, nə də İdarə və İdarədə mövcud olmuş vəzifələr qeyd edilmişdir. Buna görə də iddiaçının sədrin köməkçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına aid edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının idarədə və Naxçıvan MSSR-ın Nazirlər Kabinetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddəti qanunvericiliyin yuxarıda göstərilən müddəalarına görə dövlət qulluğu stajına daxil edilmədiyindən onun dövlət qulluğu stajı 15 ildən az (8 il 9 ay 19 gün (xx.xx.1992xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Formalaşmış məhkəmə təcrübəsindən də məlum olduğu kimi dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılmasında DİM-in təqdim etdiyi rəy əsas kimi götürülür. Cavabdeh orqan tərəfindən əldə edilmiş DİM-in rəyinə əsasən məlum olur ki, iddiaçının işlədiyi vəzifələr dövlət qulluğu vəzifəsinə aid deyil. Milli Məclisin iddiaçıya ünvanladığı məktubda istinad edilən bənd isə, ümumiyyətlə, iddiaçının işlədiyi vəzifəyə aid deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin və vəkilinin iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az təşkil etdiyindən onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçi hazırki iddia tələbində onun 22 fevral 1983-cü ildən 22 may 1985-ci il tarixinədək X7 Sosialist Respublikası Nazirlər Kabinetində iqtisadçı vəzifəsində, 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X7 Sosialist Respublikası Nazirlər X1 şöbəsində təlimatçı vəzifəsində, 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X7 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi vəzifəsində, 21 noyabr 1989cu ildən 18 dekabr 1989-cu il il tarixədək X7 Sosialist Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin sənaye, tikinti və rabitə şöbəsində təlimatçı vəzifəsində, 18 dekabr 1989-cu il tarixdən 15 dekabr 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin təşkilat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində, 02 dekabr 1992-ci il tarixdən Naxçıvan Muxtar Respublikası X3 Komitəsində baş mütəxəssis vəzifəsində, 10 aprel 1993-cü il tarixdən 06 may 1996-cı il tarixədək Naxçıvan Muxtar Respublikası X3 Komitəsində Kontraktların Ekspertizası və Lisenziyası şöbəsinin müdiri vəzifəsində, 07 may 1996-cı il tarixdən 1996-cı il tarixdən 22 sentyabr 2001-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində iqtisadçı vəzifələrinin dövlət qulluğuna aid edilməklə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş edir. Əvvəla Məhkəmə qeyd edir ki, vətəndaşa dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsi üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin müəyyən edilməsi üçün təkcə vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilibödənilməməsini yoxlamalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Əmək pensiyaları haqqında” Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2.Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür: Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; Şəxsin əmək pensiyası yaşına çatması və ya bu yaşa çatanadək İ dərəcə əlilliyinin müəyyən edilməsi. Məhkəmə qeyd edir ki,“Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının dövlət qulluğunda iş stajının 8 il 9 ay 19 gün olması mübahisələndirilməyən haldır. Digər tərəfdən məhkəmə araşdırılması zamanı X4 ünvanlanmış sorğuya cavab məktubundan məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajına yalnız aşağıda göstərilən vəzifələr aiddir: - 1992-1996-cı illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət X3 Komitəsində baş iqtisadçı vəzifəsi; - 1996-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində iqtisadçı vəzifəsi il tarixdən xx.xx.1990-ci il tarixədək SSRİ Dövlət Standartladırma Komitəsinin B.Sərdarov adına maşınqayırma zavodunda nümayəndə vəzifəsi; Göründüyü kimi iddiaçının dövlət qulluğu stajıa daxil edilən dövrlər xx.xx.1992xx.xx.2001-ci illəri əhatə edir ki, bu dövrlər (8 il 9 ay 22 gün) qanunvericilikdə müəyyən edilmiş norma üzrə qulluq stajı ilə bağlı şərti ödəmir. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması istisna olunur. İddiaçının işəldiyi 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X7 Sosialist Respublikası Nazirlər X1 şöbəsində təlimatçı vəzifəsində, 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X7 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi vəzifəsində, 21 noyabr 1989-cu ildən 18 dekabr 1989-cu il il tarixədək X7 Sosialist Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin sənaye, tikinti və rabitə şöbəsində təlimatçı vəzifələrinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması bağlı Siyahıda nəzərdə tutulmadığı, həm həmin siyahıdan, həmçinin DİM-in məktubundan müəyyən edilir. Nəzərə alınmalıdır ki, X6 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X6 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsi) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X2 məktubu əsasında mümkündür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1053/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun xx.xx.2006-cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 50 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz.” Göründüyü kimi, bu növ iddialar üzrə dövlət qulluğunda iş stajının 5 il müddəti kimi nəzərə alınması üçün vətəndaşın həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında yaş stajı ilə bağlı şərti ödəmiş olsun. Digər tərəfdən məhkəmə hesab edir ki, ali məhkəmənin qeyd olunan qərarında göstərildiyi kimi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş normaların hazırkı münasibətdə tətbiqinin istisna olunması ilə yanaşı, eyni zamanda xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normalarının tətbiqi də mümkün deyildir. Başqa sözlə, istər xx.xx.2006-cı il tarixədək, istərsə də xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 5 il dövlət qulluğu stajına malik olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququndan o zaman bəhs edilə bilər ki, dövlət qulluqçusu 5 il dövlət qulluğu stajı toplanılması ilə yanaşı, həmçinin pensiya yaşına da çatmış olsun və ya əlil olmuş olsun. Göründüyü kimi təkcə 5 il dövlət qulluğu stajının toplanılması iddianın təmini əsası qismində çıxış etmir. Eyni zamanda digər şərtlərdən hər hansı biri də ödənilməlidir ki, iş materiallarından da görünür ki, qeyd olunan şərtlərdən heç biri ödənilməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar