Məhkəmə qərarları › İş №e-2-1(112)-8341/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8341/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8341/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmrin ləğv edilməsi və xidmətə bərpa” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmrin ləğv edilməsi və xidmətə bərpa edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə (bundan sonra mətndə Baş Mühafizə İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən xaric edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis X1 27 iyul 2022-ci il tarixli, Ə1065Ş/H-038-22 saylı əmrinin ləğv edilməsi, polis serjantı İddiaçı Bakı şəhəri Səbail Rayon Mühafizə İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru X2 tərəfindən verilmiş “Səbail RMl-nin polis nəfərləri, polis serjantları Elşad və İddiaçıların DlO-da xidmətdən xaric edilmələri barədə” 23 iyul 2022-ci il tarixli, Ə234-038-22 saylı əmrin İddiaçı DİO-da xidmətdən xaric edilməsinə dair olan 2-ci bəndinin ləğv edilməsi və polis serjantı İddiaçı Bakı şəhəri Səbail Rayon Mühafizə İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 iyul 2022-ci il tarixdə heç bir hüquqi əsas olmadan Baş Mühafizə İdarəsinin rəisi X1 27 iyul 2022-ci il tarixli, Ə1065Ş/H-038-22 saylı əmri ilə Bakı Şəhəri Səbail rayonu Mühafizə İdarəsinin polis nəfəri vəzifəsindən xaric edilmişdir. Sözügedən əmr “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamən”in 135-ci maddəsinin 9-cu bəndinə istinad edilərək qəbul edilmişdir. Lakin 27 iyul 2022-ci il tarixli əmrdə hansı hüquqazidd hərəkətləri nəticəsində onun xidmətə xitam verməkləri barədə heç bir məlumat qeyd ediməmişdir, inzibati (daxili) araşdırma aparılmamışdır və bunun nəticəsində həmin əmr Azərbaycan Respublikasının qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdən DİN BMİ-nə xidmətə qəbul edilmişdir. Xidmətdə olduğu dövrdə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”ni pozduğuna görə iki dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Belə ki, xidməti fəaliyyət zamanı yol verdiyi nöqsanlara görə xx.xx.2015-ci il tarixli, 15 nömrəli əmrlə “xəbərdarlıq”, xx.xx.2018-ci il tarixli, 98 nömrəli əmrlə ona “töhmət” elan edilmişdir. xx.xx.2022-ci il tarixdə sabiq polis serjantı Elşad Qasımov qardaşı İddiaçı arasında əmlak mübahisəsi ilə bağlı münaqişə yaranmış, münaqişə zamanı Elşad Qasımov İddiaçı evinin pəncərələrini sındırmış, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmədən dalaşaraq bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlətmişdirlər. İddiaçının daha sonra “102” xidmətinə müraciəti əsasında faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində aparılan araşdırma zamanı yazılı izahatları alınmış, bu barədə xidmət etdikləri hissə rəhbərliyinə və tabeliyində olduqları komandir heyətinə məlumat verməmişlər. Araşdırma zamanı iddiaçının atasının xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədikləri müəyyən edilmişdir. Xidmətdə mənfi xarakterizə olunan və məsuliyyətdən yayınmaq məqsədilə yoxlama prosesində qeyri-səmimi mövqe tutan polis serjantı barəsində daxili işlər orqanlarından xidmətdən xaric olunmaları barədə vəsatət qaldırılmışdır. Cavabdeh Ə234-038-22 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis əməkdaşları adına ləkə gətirən hərəkətə yol verdiyinə görə xidmətdən xaric edilmişdir. Göstərilənlə əsasən əmrin ləğv edilməsini və iş yerinə bərpa edilməsi tələbinin rədd edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-8128/2023 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1213/2024 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-8128/2023 saylı qərarının ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin göstərilən qərardadında qeyd olunmuşdur ki; - İş materiallarında olan (i/v-18) ərizədən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh Baş Mühafizə İdarəsinin əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi barədə ərizə təqdim edilmişdir, lakin iddiaçı etiraz edir ki, həmin ərizə onun tərəfindən izalanmamışdır, yəni imzasını təsdiq etmir - Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda qeyd edildiyi kimi cavabdeh Baş Mühafizə İdarəsinin əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi barədə iddiaçı razılığının olduğunu təsdiq etmir. Həmin protokol məhkəmə iclas katibi tərəfindən aparılsa da katib tərəfindən imzalanmamışdır. - Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda cavabdeh Baş Mühafizə İdarəsinin əsl cavabdeh Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi qərara alınsa da, məhkəmənin həmin tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa olunarkən qərardadın giriş və nəticə hissəsində cavabdeh Baş Mühafizə İdarəsi nəzərdə tutulmuşdur. - Buraxılmış prosessual müddət bərpa olunması barədə xx.xx.2023-cü il tarixli qərardad cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə deyil, cavabdeh Baş Mühafizə İdarəsinə göndərilmişdir.(i/v-24). - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin sistemində vəzifəli şəxslərin təyin, azad etmə və rütbə vermə səlahiyyətləri iizrə nomenklaturaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyyinin xx.xx.2020-ci il tarixli əmrinin 3.4 bəndinə əsasən iddiacının işdən azad edilməsi və işə qəbul edilməsi əmrinin verilməsi Baş Mühafizə idarələrinin rəislərinin səlahiyyətlərinə aid edilmişdir. İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yendən birinci instansiya məhkəməsində baxılarkən apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana - Baş Mühafizə İdarəsinə təqdim edilmiş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrıayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Baş Mühafizə İdarəsinin nümayəndəsi Vəkil2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, Baş Mühafizə İdarəsinin əməkdaşları sözügedən əmrin ləğv edilməsi üçün həmin məsələni araşdıracaqlarını bildirmişdirlər. O, hesab edirdi ki, sözügedən əmr ilə əlaqədar araşdırma aparılır. Lakin hal-hazıradək əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi məsələsi üzrə araşdırmanın aparılmaması qənaətinə gəlmişdir. Bunun nəticəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8128/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Baş Mühafizə İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar:

İş materiallarında olan: Baş Mühafizə İdarəsinin Səbail Rayon Mühafizə İdarəsinin “İdarənin polis nəfəri, polis serjantı İddiaçı inzitam tənbehinə cəlb olunması barədə” xx.xx.2015-ci il tarixli, 15 №li əmrinin təsdiq olunmuş surətindən qeyd olunmuşdur ki, ailəsinin o, cümlədən uşaqlarının qayğısına qalmaq əvəzinə ailə-məişət qaydalarına riayət etmədiyinə, ailəsində münaqişəli vəziyyət yaratmaqla həyat yoldaşı və qaynatası tərəfindən polis orqanlarına şikayət etməsinə şərait yaratdığına, bununla da “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 12-ci maddəsinin tələblərini pozduğuna görə vətəndaş X4 xx.xx.2014-cü il tarixli barışıq ərizəsinə nəzərə almaqla polis nəfəri, polis serjantı İddiaçı “xidməti vəzifəyə uyğunlaşması barədə xəbərdarlıq” elan edilsin. Baş Mühafizə İdarəsinin Səbail Rayon Mühafizə İdarəsinin “İdarənin polis nəfəri, polis serjantı İddiaçı inzitam tənbehinə cəlb olunması barədə” xx.xx.2018-ci il tarixli, 98 №li əmrinin təsdiq olunmuş surətindən qeyd olunmuşdur ki, vətəndaşla ünsiyyətdə diqqətli və nəzakətli olmaq, səbir və təmkin nümayiş etdirmək əvəzinə, mübahisəli şərait yaratdığına, baş vermiş yol nəqliyyat hadisəsi barəsində keçirilən xidməti təhqiqatla bağlı idarə rəhbərliyinə vaxtında məlumat verməməklə məsuliyyətdən yayınmağa çalışdığına, bununla da DİN-in xx.xx.2001 -ci il tarixli 212 nömrəli əmri ilə təsdiq edilmiş “PPX Nizamnaməsi”nin və xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozduğuna görə, polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 114-cü maddəsinin 2-ci bəndinə əsasən “Töhmət” elan edilsin. Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli “Səbail RMİ-nin polis nəfərləri, polis serjantları Elşad və İddiaçıların barələrində aparılmış xidməti yoxlamaların nəticəsinə dair” rəydə qeyd olunmuşdur ki; - Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı mütəmadi olaraq bölük komandiri, polis kapitanı Bəhruz Kərimovdan icazə alaraq xidmət vaxtı spirtli içki qəbul etməsi və onun yaşadığı ünvana gələrək mübahisə yaratması barədə polis serjantı E.Qasımovun DİN-in “102” Xidmətindən daxil olmuş müraciətinə baxılması nəticəsində qeyd olunan xüsusatların təsdiqini tapmadığı nəzərə alınsın. - Daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, davranışı ilə digərlərinə nümunə olmalı, vətəndaşların hüquqlarını qorumalı və hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli olduğu halda, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalanna riayət etməyərək xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində qardaşı E.Qasımovla münaqişəli vəziyyət yaradaraq dalaşdığına və ona bədən xəsarəti yetirdiyinə, Səbail RPİ-nin 8-ci PBdə aparılan araşdırma zamanı yazılı izahat verməsi barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etmədiyinə, atasının vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədiyinə, eləcə də yoxlama prosesində qeyrisəmimi mövqe tutduğuna, habelə xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə «Daxili işlər orqanlan əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 12, 15, 16, 17 və 22-ci maddələrinin, «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsinin 3.1, 3.2, 3.9 və 60-cı bəndlərinin tələblərini kobud surətdə pozduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xidmət etdiyi hissənin sıravi və kiçik rəis heyətinin yığıncağının qərarı da nəzərə alınmaqla ciddi intizam tənbehinə cəlb olunmağa layiqdir. Baş Mühafizə İdarəsinin “Səbail RMİ-nin polis nəfərləri, polis serjantları Elşad və İddiaçıların DİO-da xidmətdən xaric edilmələri barədə” xx.xx.2022-ci il tarixli, № Ə-234- 038-22 saylı əmrində göstərilmişdir ki; - Polis serjantı İddiaçı yaşadığı ünvana gələrək aralarında olan əmlak mübahisəsi ilə bağlı münaqişəli vəziyyət yaratmış, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyən qardaşlar dalaşaraq biri-birilərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. - Polis serjantları İntiqam və Elşad Qasımovlar ayı-ayrılıqda DİN-in “102” Xidmətinə müraciət edərək münaqişə barədə məlumat vermiş, eləcə də sonuncu qardaşının onun evinə gələrək ailəsini təhqir etməsi səbəbindən özünü yandıracağını bildirmişdir. - Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində apanlan araşdırma zamanı yazılı izahat verən polis serjantları İntiqam və Elşad Qasımovlar bu barədə xidmət etdikləri hissə rəhbərliyinə və tabeliyində olduqlan komandir heyətinə məlumat verməmişlər. Xidmətində mənfi xarkterizə olunan və məsuliyyətdən yayınmaq məqsədilə yoxlama prosesində qeyri-səmimi mövqe tutan polis serjantları İntiqam və X5 RMİ-nin sıravi və kiçik rəis heyətinin yığıncağında prosı müzakirə edilmiş, qəbahətlərinin dərəcəsi nəzərə alınmaqla hər ikisinin daxili işlər olunc orqanlannda xidmətdən xaric edilməsi barədə Baş Mühafizə İdarəsinin rəhbərliyi qarşısında vəsatət qaldırılması haqda qərar qəbul olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən aşağıda qeyd olunan nəticəyə gəlinmişdir: Daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, davranışı ilə digərlərinə nümunə olmalı, vətəndaşların hüquqlarını qorumalı və hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli olduğu halda, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalanna riayət etməyərək xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində qardaşı E.Qasımovla münaqişəli vəziyyət yaradaraq dalaşdığına və ona bədən xəsarəti yetirdiyinə, Səbail RPİ-nin 8-ci PBdə aparılan araşdırma zamanı yazılı izahat verməsi barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etmədiyinə, atasının vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədiyinə, eləcə də yoxlama qeyri-səmimi mövqe tutduğuna, habelə xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 12, 15, 16, 17 və 22-ci maddələrinin, “Azərbaycan Respublikası daxili işlər orqanlannın İntizam Nizamnaməsi”nin 3.1, 3.2, 3.9 və 60-cı bəndlərinin tələblərini kobud surətdə pozduğuna, bununla da daxili işlər orqanlan əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xidmət etdiyi hissənin sıravi və kiçik rəis heyətinin yığıncağının qərarı da nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqaniannda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilsin.

Tətbiq edilən hüquq.

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:

11. Daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə.

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;

“Polis haqqında” Qanun: Maddə 3. Azərbavcan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Maddə 33. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Maddə 34 Polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər.

“Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”: - Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərilərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Həmin Kodeksin ümumi müddəalarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Maddə 1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə 2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Maddə 3. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Maddə 4. Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Bənd 5. Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır. Maddə 8. Xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir. Maddə 9. Çalışqanlığı, intizamlığı və təşəbbüskarlığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Maddə 10. Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. Maddə 13. İcrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Maddə 14. İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Maddə 19. Öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir. Subordinasiya qaydalarını gözləməli, şikayət halları istisna olmaqla, DİN-in rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsi ilə müraciət etməlidir. Maddə 22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, polis orqanının əməkdaşı vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməli, xidməti borcun yerinə yetirilməsi zamanı başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalı, xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri möhkəm qorumalı, intizamlığı xidmətin əsas meyarlarından biri kimi qəbul etməli, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Yuxarıda istinad olunan qanunun tələblərinə əsasən, vətəndaşların hüquq və mənafelərini hüquqazidd əməllərdən qorunması qayğısına qalmaq, istifadədə olan avadanlığı qorumaq kimi vəzifələr daşıyan polis əməkdaşı barəsində yaxın qohumlarının onun xidməti yerinə şikayət etməsi, həmin iddialarla bağlı aparılmış araşdırmaların nəticəsində iddiaçının silah əvəzedici kartoçkasının itməsi ilə bağlı qeyri-səmimilik göstərməsi müəyyən edilmişdir. Silah əvəzedici kartoçkasının borc əvəzində başqa şəxsə verilməsi, iddiaçının xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumaq, xidməti sirrinin yayılmasına yol verməmək kimi vəzifələrinə, ailə münaqişələri isə, xidmətdə və gündəlik şəxsi həyatında insan hüquq və azadlıqlarının qoruyucusu, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyini təbliğ edən şəxs kimipolis əməkdaşı vəzifəsindən irəli gələn tələblərə cavab verməsini, başqalarına yüksək mədəniyyət nümunəsi olmalıdır. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələbinə əsasan daxili işlər orqanlarının əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. İş materiallarından məlum olur ki, iddiaçı adı çəkilən Kodeksin tələblərinə əməl etməmiş, yuxarı vəzifəli şəxsin qərar və hərəkətlərini müzakirə və şərh etməməklə bağlı mükəlləfiyyətinin olmasına baxmayaraq nümunəvi davranış qaydası sərgiləməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xidmət etdiyi dövrdə müsbət xarakterizə olunmamış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməmiş, laqeydliyə yol vermiş, xidməti vəzifəsinə laqeyd, etinasız, məsuliyyətsiz münasibət bəsləmişdir. Məhkəmə bildirir ki, hətta iş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədə iddiaçının işlədiyi müddət Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlara görə xx.xx.2015-ci il tarixli, 15 nömrəli əmrlə “xəbərdarlıq”, xx.xx.2018-ci il tarixli, 98 nömrəli əmrlə ona “töhmət” elan edilmişdir. Hər iki intizam tənbehi məhz etik davranış qaydalarına riayət etmədiyinə görə verilmişdir. Belə ki, idiaçı xidmət göstərdiyi müddət ərzində şəxsi heyətin və rayon ictimaiyyətinin hörmətini qazana bilmədiyi, vətəndaşlarla rəftarda nəzakətsiz olduğu, qanunların tələblərinə riayət etmədiyi qeyd edilmişdir. Nəhayət iddiaçının Daxili işlər orqanlarından xaric edilməsinə səbəb olan xx.xx.2022-ci il tarixdə cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək qardaşı E.Qasımovla münaqişəli vəziyyət yaradaraq dalaşmış, aparılan araşdırma zamanı yazılı izahat verməsi barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etməmiş, həmin hərəkətləri ilə “Daxili işlər orqanlan əməkdaşlarının etik davranış Kodeksi”nin, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin tələblərini kobud surətdə pozmuş, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirmişdir və “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərinə zidd olduğunu təsdiqləyən sübutdur. Eyni zamanda xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, davranışı ilə digərlərinə nümunə olmalı, vətəndaşların hüquqlarını qorumalı və hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli olduğu halda, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində qardaşı E.Qasımovla münaqişəli vəziyyət yaradaraq dalaşdığına və ona bədən xəsarəti yetirdiyinə, Səbail RPİ-nin 8-ci PB-də aparılan araşdırma zamanı yazılı izahat verməsi barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etmədiyinə, atasının vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədiyinə, eləcə də yoxlama prosesində qeyri-səmimi mövqe tutduğuna, habelə xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə «Daxili işlər orqanlan əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 12, 15, 16, 17 və 22-ci maddələrinin, “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 3.1, 3.2, 3.9 və 60-cı bəndlərinin tələblərini kobud surətdə pozduğuna görə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirmişdir. Məhkəmə araşdırmaları zamanı Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə234-038-22 saylı əmrinin qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Beləliklə, mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuşdur. Bunun nəticəsində iddiaçı Azərbaycan Respublikası “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən, daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar