Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-835/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 Adi cəlbetmə qaydasında üçüncü şəxs Nümayəndə2 iştirakı ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Məmmədov (Ələkbərov) Nazim İslam oğlu və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində istifadədə olan 0.01343 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81.3 kv.m yaşayış, 102.2 kv.m köməkçi sahədən ibarət 306a nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ona məxsus fərdi yaşayış evinin altındakı torpaq sahəsinin ölçüsünün 421 kv.m olmaqla mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.
3. İddia tələbi qeyd edilən məzmunda nəzərə alınmışdır.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 306 “a” ünvanda həyətyanı sahəsi 421,0 kv.m., yaşayış sahəsi 81,3 kv.m.,köməkçi sahəsi 121,5 kv.m., ümumi sahəsi 202,8 kv.m. 4 otaqlı 2 mərtəbəli, fərdi yaşayış evi inşaat, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün İddiaçı şəxsi mülkiyyətinə verilmişdir.
5. AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində istifadədə olan 0.01343 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81.3 kv.m yaşayış, 102.2 kv.m köməkçi sahədən ibarət 306a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 8844 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022- ci il tarixli, **********10 və xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-00600-8/**********227350 nömrəli məktublarla ərizənin icrasından imtina olunmuşdur. İmtinanın əsası kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 57 nömrəli sərəncamının verilməsinə əsas olmuş Səbail rayon İcra Hakimiyyətinin başçısının 3923 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması göstərilmişdir. Həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, “Səbail rayon İcra hakimiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamında dəyişiklik edilməsi barədə” Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 57 nömrəli sərəncamına əsasən X5 razılıq ərizəsini, İddiaçı torpağa olan tələbatını nəzərə alaraq Səbail rayon İcra Hakimiyyətinin başçısının 3923 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X8 ayrılmış 600 kv.m. torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində istifadədə olan 0.01343 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81.3 kv.m yaşayış, 102.2 kv.m köməkçi sahədən ibarət 306a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 8844 nömrəli vərəqində **********89-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
7. Fərdi yaşayış evinə dair xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən fərdi yaşayış evinin altındakı torpaq sahəsinin ölçüsü 421,3 kv.m. təşkil edir.
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Səbail rayon İcra Hakimiyyəti Başçısının 57 saylı, xx.xx.2000-ci il tarixli sərəncamının verilməsinə əsas olmuş Səbail rayon İcra Hakimiyyəti Başçısının 3923 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
9. Səbail rayon icra haikiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamında dəyişiklik edilməsi barədə Səbail rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 57 nömrəli sərəncamına əsasən X5 razılıq ərizəsini, İddiaçı torpağa ola tələbatını nəzərə alaraq Səbail rayon icra haikiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamı fərdi yaşayş evinin tikintisi üçün X8 ayrılmış 600 kv.m. torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Səbail rayon İH tərəfindən bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 57 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 57 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir.
12. Vət. İddiaçı şəxsi qeydiyyat vəsiqəsi verilməsi barədə Səbail rayon icra haikiyyəti başçısının xx.xx.2005-ci il tarixli 308 nömrəli sərəncamına əsasən: Vət. İddiaçı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 57 saylı sərəncamı ilə Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi evə şəxsi qeydiyyat vəsiqəsi verilməsini xahiş edir: 1.Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 306 «a» ünvanda həyətyanı sahəsi 421,0 kv.metr, yaşayış sahəsi 81,3 kv.metr, köməkçi sahəsi 121,5 kv.metr, ümumi sahəsi 202,8 kv.metr, 4 otaqlı 2 mərtəbəli, fərdi yaşayış evi inşaat, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün İddiaçı şəxsi mülkiyyətinə verilsin. 2.Mövcud sərəncam əsasında vət. İddiaçı adma şəxsi qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi Bakı şəhər TİMHQİ-dən xahiş olunsun.
13. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində istifadədə olan 0.01343 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81.3 kv.m yaşayış, 102.2 kv.m köməkçi sahədən ibarət 306a nömrəli fərdi yaşayış evinə dair **********89-10301 çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin surətinin verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi **********89-10301 çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. -Vət. İddiaçı şəxsi qeydiyyat vəsiqəsi verilməsi barədə Səbail rayon icra haikiyyəti başçısının xx.xx.2005-ci il tarixli 308 nömrəli sərəncamı; - Səbail rayon icra haikiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamında dəyişiklik edilməsi barədə Səbail rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 57 nömrəli sərəncamı; Səbail rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 57 nömrəli sərəncamına əsasən 1-ci yaşayış massivi 306a saylı sahənin cizgisi; - Müqavilənamə; - evin və torpaq sahəsinin (421,3kv.m) ölçüləri barədə arayış;
14. Müayinə aktına əsasən torpaq sahəsinin ölçüsü 422.0 kv.m. təşkil edir.
15. Cavabdeh tərəfindən məhkəməyə məlumat verilmişdir ki, elektron baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin əksər hissəsi ARDNŞ-ın ərazisidir. Müvafiq sənədlər təqdim edilmədiyi üçün ətraflı qeyd aparmaq mümkün olmamışdır.
16. Cavabdeh tərəfindən məhkəmə təqdim edilən vəsatətdə bildirilmişdir ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. İdarənin mövcud arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Səbail rayon İcra Hakimiyyəti Başçısının 57 saylı, xx.xx.2000-ci il tarixli sərəncamının verilməsinə əsas olmuş Səbail rayon İcra Hakimiyyəti Başçısının 3923 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı aşkar edilmişdir. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi xahiş edilir.
17. Məmmədov (Ələkbərov) Nazim İslam oğlu zəruri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********10 saylı, xx.xx.2022-ci il tarixli və **********50 saylı,xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, İdarənin mövcud arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Səbail rayon İcra Hakimiyyəti Başçısının 57 saylı, xx.xx.2000-ci il tarixli sərəncamının verilməsinə əsas olmuş Səbail rayon İcra Hakimiyyəti Başçısının 3923 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Təqdim edilən texniki pasportla torpaq sahəsinin yerləşməsi arasında perimetrik ölçü fərqi var. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, həyət tikilisinə bitişik əlavə tikili inşa edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
19. 22.06.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X11, Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü iİ tanxdə venlmış 11/8217 nömrəli arayışa əsasən, Bakı şəhəri, Səball rayonu, Badamdar qəsəbəsi, 2-cı yaşayış massivi 2B6 D ünvanında yerləşən, yaş/s 177,8 kv m. ü/s 400.1 kv m. yaş/s 222.3 kv.m olan 7 (yeddi) otaqlı fərdi yaşayış evini oğlu X9 bağışlayıb.
20. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 286D X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilən fərdi yaşayış evinin altındakı torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd qismində Səbail rayon icra hakimiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamı çıxış etmişdir.
21. Cavabdeh tərəfindən təqdim edilən müqayisəli ortofoto çıxarışından görünür ki, X9 məxsus olan və iddia olunan torpaq sahələri tam fərqli ərazilərdə yerləşir.
22. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 yanvar 2000-ci il tarixli 57 nömrəli sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 22 noyabr 1994-cü il tarixli 3923 saylı sərəncamı ilə X8 ayrılmış 600 kv.m torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirildiyi halda, sonradan X5 adına cizginin verilməsinin səbəbləri barədə; İddiaçı və X5 adına tərtib edilmiş cizgilərdən hansının daha əvvəl tərtib edilməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 3923 saylı, xx.xx.1994-cü il tarixli və 57 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamları və onun tərkib hissələri olan digər sənədlər (yerləşmə cizgiləri və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
26. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
27. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
28. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
29. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
30. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
31. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
32. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
33. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
34. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
35. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
37. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
38. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
39. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
41. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
42. Məhkəmə aşağıdakıları müəyyən edir: - Səbail rayon icra hakimiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində X8 600 kv.m. torpaq sahəsi ayrılmışdır, daha sonra həmin torpaq sahəsinə münasibətdə 286D sahəsinin cizgisi təsdiq olunmuşdur (cizginin nə vaxt təsdiq olunduğu müəyyən olunmur);
-Səbail rayon icra haikiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamında dəyişiklik edilməsi barədə Səbail rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 57 nömrəli sərəncamına əsasən X5 razılıq ərizəsini, İddiaçı torpağa ola tələbatını nəzərə alaraq Səbail rayon icra haikiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamı fərdi yaşayş evinin tikintisi üçün X8 ayrılmış 600 kv.m. torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsinə münasibətdə 306A sahəsinin cizgisi təsdiq olunmuşdur
-Vət. İddiaçı şəxsi qeydiyyat vəsiqəsi verilməsi barədə Səbail rayon icra haikiyyəti başçısının xx.xx.2005-ci il tarixli 308 nömrəli sərəncamına əsasən: Vət. İddiaçı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 57 saylı sərəncamı ilə Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi evə şəxsi qeydiyyat vəsiqəsi verilməsini xahiş edir: 1.Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 306 «a» ünvanda həyətyanı sahəsi 421,0 kv.metr, yaşayış sahəsi 81,3 kv.metr, köməkçi sahəsi 121,5 kv.metr, ümumi sahəsi 202,8 kv.metr, 4 otaqlı 2 mərtəbəli, fərdi yaşayış evi inşaat, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün İddiaçı şəxsi mülkiyyətinə verilsin. 2.Mövcud sərəncam əsasında vət. İddiaçı adma şəxsi qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi Bakı şəhər TİMHQİ-dən xahiş olunsun.
-Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində istifadədə olan 0.01343 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 81.3 kv.m yaşayış, 102.2 kv.m köməkçi sahədən ibarət 306a nömrəli fərdi yaşayış evinə dair **********89-10301 çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin surətinin verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi **********89-10301 çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Vət. İddiaçı şəxsi qeydiyyat vəsiqəsi verilməsi barədə Səbail rayon icra haikiyyəti başçısının xx.xx.2005-ci il tarixli 308 nömrəli sərəncamı; Səbail rayon icra haikiyyəti başçısının 3923 saylı 22 noyabr 1994-cü il tarixli sərəncamında dəyişiklik edilməsi barədə Səbail rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 57 nömrəli sərəncamı; Səbail rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 57 nömrəli sərəncamına əsasən 1-ci yaşayış massivi 306a saylı sahənin cizgisi; Müqavilənamə; evin və torpaq sahəsinin (421,3kv.m) ölçüləri barədə arayış;
43. Beləliklə, məhkəmə müəyən edir ki, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altındakı torpaq sahəsinə mülkiyyət hüququ təqdim etdiyi sərəncam əsasında qeydə alınmış, bu səbəbdən elə həmin sərəncam əsasında altındakı torpaq sahəsinə dair hüquqların qeydə alınmamasının məntiqi əsası yoxdur.
44. Lakin mübahisəsiz olaraq görünən hal ondan ibarətdir ki, qeyd edilən sərəncam əsasında iki fərqli ərazidə (biri üçüncü şəxs X5 adına olmaqla Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 286D, digəri İddiaçı adına olmaqla Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 306A) cizgilər tərtib olunmuşdur və hər iki cizgi idarənin arxivində qeyd edilən ünvandakı fərdi yaşayış evlərinə dair hüquqların qeydiyyatı üçün əsas olmuşdur. Qeyd edilən ziddiyyətin aydınlaşdırılması üçün məhkəmə tərəfindən sorğular verilsə də, Səbail Rayon İcra Hakimiyyəti başçısının 3923 saylı, xx.xx.1994-cü il tarixli və 57 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamları və onun tərkib hissələri olan digər sənədlər (yerləşmə cizgiləri və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin Səbail Rayon İcra Hakimiyyəti başçısının sonrakı (57 saylı, xx.xx.2000ci il tarixli) Sərəncamı ilə hüquqlar İddiaçı ötürüldüyündən Səbail Rayon İcra Hakimiyyəti başçısının X5 adına əvvəlki (3923 saylı, xx.xx.1994-cü il tarixli) Sərəncamına əsasən sonuncunun adına hansı əsasla (fərqli məkanda) cizginin tərtib olunması aydın deyil.
45. “İnzibati icraat haqqında” qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
46. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyətli inzibati orqan həmin aktın qüvvədə olmasını təsdiq etməklə yerləşmə cizgisini təsdiq etmişdir.
47. Odur ki, Səbail rayon icra haikiyyəti başçısının İddiaçı münasibətdə xx.xx.2000-ci il tarixli 57 nömrəli və xx.xx.2005-ci il tarixli 308 nömrəli sərəncamlarının ləğv olunduğu müəyyən edilmədiyindən ona xüsusi mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evinin altındakı faktiki ölçüsü 421,3 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmalıdır.
48. Məhkəmənin hazırki iş üzrə mövqeyi “vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti” anlayışlarına əsaslanır.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
50. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən torpaq sahəsi yaşayış massivində və iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evinin altında yerləşir. Belə olan təqdirdə qeyd edilən dəlilin inandırıcılıq keyfiyyəti olmamaqla buna dair hər hansı sübut təqdim edilməmişdir.
51. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
52. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
53. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
54. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
55. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
56. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
57. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 306a nömrəli fərdi yaşayış evinin yerləşdiyi 421,3 kv.m. torpaq sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına vahid əmlak kimi çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva