Məhkəmə qərarları › İş №e-2-1(112)-8378/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8378/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8378/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın ləğvi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın ləğvi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 28 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən etibarsız hesab edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə-510 reyestr nömrəsi ilə bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair X2 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə hüquqlarının qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi və X2 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəf olduğu mülki iş üzrə iddia tələbi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təmin edilərək xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə X5 arasında bağlanmış Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin bağışlanması barədə müqavilə etibarsız hesab edilmişdir. Cavabdeh X5 tərəfindən qeyd olunan məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, cavabdeh X5 tərəfindən Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3937/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin təmin edilməmiş nəticə etibarı ilə Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022ci il tarixdə icraya yönəldilmiş və bu barədə 2(008)-225/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi verilmişdir. Qeyd olunan icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində xx.xx.2022-ci il tarixdə icraata başlanılmış, habelə tələbin könüllü icrası haqqında borclular X3 və Bakı şəhəri 16 saylı Notariat Kontoruna tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmçinin, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən qeyd olunan icra vərəqəsi icra olunması üçün Bakı şəhəri 16 saylı Notariat Kontoruna göndərilmiş və 16 saylı Notariat kontorunun 1210 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət olunaraq xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə X5 arasında bağlanmış Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin bağışlanması barədə müqavilənin ləğv edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Sabunçu rayon İcra şöbəsinə ünvanlanmış məktubunda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-225/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra olunduğu və nəticə etibarı ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin bağışlanması barədə müqavilənin ləğv (etibarsız) hesab edildiyi qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinin çıxarışın əsli iddiaçıya geri qaytarılmış, habelə xx.xx.2023-cü il tarixli 3-16-5/6-7/7 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət olunaraq Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin hüquqi nəticələrinin nəzərə alınması xahiş edilmişdir. Lakin, buna baxmayaraq 1 saylı Bakı ərazi idarəsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş 4Ə-510 reyestr nömrəli bağışlama müqaviləsinin hüquqi nəticələri daşınmaz əmakın dövlət reyestri sisteminə əlavə düzəliş edilmədiyinə görə ÖM seriyalı, 034433 nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzili hələ də X2 adında verilmiş çıxarış ləğv edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 225/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Müraciətdə qeyd olunan məhkəmə aktları rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs i iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, xx.xx.2005-ci il tarixdə İddiaçı adından Bakı şəhəri, Bakıxanov qəsəbəsindəki iki otaqlı mənzilin qızı R.Bağırovaya hədiyyə verilməsinə dair bağışlama müqaviləsi rəsmiləşdirilmiş, habelə sonuncu həmin sənəd əsasında əmlak üzərində mülkiyyət hüququna dair çıxarış almışdır. Sonradan İddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə Sabunçu rayon icra şöbəsində icraata başlanılmış, xx.xx.2022-ci il tarixdə isə Dövlət notariat arxivi tərəfindən notariat reyestrində müqavilənin etibarsız hesab edilməsi barədə qeyd aparılmışdır. Bağışlama müqaviləsi müvafiq qətnamə ilə etibarsız hesab edilmiş onun əsasında əvvəllər verilmiş çıxarışın ləğvi isə məhkəmədə mübahisə predrrıeti olmamışdır. İddiaçı hazırda Sabunçu Rayon Məhkəməsinin 2(008)- 225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən etibarsız hesab edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə-510 reyestr nömrəsi ilə bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair X2 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə hüquqlarının qeydiyyata alınması və buna dair çıxarışın verilməsi tələbini irəli sürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair X2 adına qeydiyyatın aparılmasına əsas olmuş bağışlama müqaviləsi üç instansiya məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Belə olan halda, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair üçüncü şəxsin adına aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi, həmin mənzilə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla (qeydiyyat bərpa edilməklə), hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair X2 adına aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi, həmin mənzilə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla (qeydiyyat bərpa edilməklə), hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar