Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8379/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarın ləğv edilməsi, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li Qərarı və Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi "xxxx" MMC-yə qarşı tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı “CAR 1950 MMC” cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “Cavabdeh1 24 fevral 2023-cü il tarixli, 11 №-li Qərarını və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********282200 №-li xx.xx.2022-ci il tarixli Qərarını və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarın ləğv edilməsi, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li Qərarı və Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi "xxxx" MMC-yə qarşı tətbiq edilməsi və iddiaçıya mənfəət vergisinin 2019-2021-ci illər üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən 1160,29 AZN məbləğin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin yekünlarına görə, şirkət "xxxx" MMC (VÖEN **********) mənfəət vergisi bəyannaməsində - “c_16_**********_menfeet_01012***-*******0_v_422.xml” göstərmişdi: ümumi gəlirlər – 12.531,2 AZN, cəmi xərclər – 13.603,4 AZN, zərər - 1.072,2 AZN mənfəət vergisi – 0.00 AZN. 2020-ci ilin mart ayında karantin elan olunmuşdu, pandemiya ilə əlaqədər olaraq və yanvar- mart ayının alışlarını nəzərdə tutaraq, əvvəlcədən illik ehtiyaclarını hesablayaraq mart ayında 9-aylıq mal almışdır. Lakin karantinlə bağlı alıcı tərəfindən aylıq sifarış, 4-cü aydan başlayaraq, azaldığı üçün bir qism mal satılmayaraq 2021-ci ilə qaldı. Ona görə 2020-ci ilin yekunlarına görə zərərə düşmüş oldu. Bu Bəyannamə xx.xx.2021-ci il tarixində göndərilmişdir. Ardı ilə xx.xx.2021-ci il tarixli məktubla Bəyannaməyə aid Əlavə 1 “Xərc sətrləri barədə hesabat”, Əlavə 2 “Mal və hazır məhsulun hərəkəti və qalığı barədə hesabat” və Alış Aktları N1, N2, N3 və N4 göndərildi. Vergi Xidməti isə gözləməyib bu Bəyannaməyə əlavə edilən məktubu, xx.xx.2021-ci il tarixində tərtib etdiyi “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərib. O məktubda tələb olunub ki, dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi göndərilsin. Vergi Xidmətinin nümayəndəsinə telefon danışığı zamanı bunları bildirmişdir. O etiraz edərək, tələb etmişdi ki, alışda, yəni xərclərdə faktiki satılan malın miqdarını göstərib və məcbur olduki, yeni Bəyannamə tərtib etmək: “D_39_**********_Menfeet_01012020_31122020 _v_422.xml.” Burada ümumi gəlirlər eyni qalaraq – 12 531,2 azn, cəmi xərclər bu dəfə – 10 612,9 AZN göstərilmişdi. Vergi tutma məqsədlər üçün mənfəət – 1 918,3 azn. mənfəət vergisi – 383,66 AZN göstərilmişdi. Amma Vergi Xidməti bu dəfə alış aktlarını qəbul etməmişdir. Onlar onlayn elektron tipli olmalıydı. İddiaçı isə sadə, həmişə hazırladığı kimi, əlyazma formasında hazırlamışdır. Onlayn hazırlamaq üçün, satıcını axtardığı zaman, məlum olmuşdur ki, o vəfat etmişdir. Ancaq xx.xx.2021-ci il tarixində aparııan kameral yoxlama nəticəsində “Hesablanmış vergilərin, sosial sığorta və işşizlik sığortası haqlarınızın xülasəsi”-ndə “Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” – 626,56 AZN göstərilmişdir. Haradan yaranıb bu məbləğ, aydın deyildi. İddiaçı Vergi Xidmətinə müraciət edərək, aktlarını qəbul etməyirlərsə, onda xahiş edirəm Azərbaycan Respublikası Nazirlər Kabinrtinin 55 N-li, 01 mart 2001-ci il tarixli Qərar tətbiq olunsun və “D_39_**********_MENFƏƏT_01012***-*******0_v_431.xml.” Bəyannaməsi tərtib edərək, həmin Qərara əsasən xx.xx.2021-ci il tarixində göndərdim, Bildiriş nömrəsi **********854400 və təkrarən göndərilən xx.xx.2022-ci il tarixli Bildiriş nömrəsi **********863000. Burada ümumi gəlirlər – 12 531,2 azn qalaraq, cəmi xərclər – 10 442,67 AZN göstərilmişdir. Verqi tutma məqsədlər üçün mənfəət – 2 088,53 azn olmuşdu və mənfəət vergisi – 417,71 çıxmışdır. Bu, vergi məbləği, əvvəlki hesablamadan 34,05 manat çox olsada, iddiaçı buna razı idi. xx.xx.2021-ci il tarixli məktubla Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə bütün sənədləri göndərərək, xahiş etmişdir ki, NK-nin 55 N-li Qərarı ona qarşı tətbiq edilsin və yenidən kameral yoxlama keçirilsin. xx.xx.2021-ci il tarixli məktubla iddiaçıdan tələb olunmuşdur ki, “Müraciətin tam, obyektiv və ətraflı araşdırılması məqsədilə müvafiq dövr üzrə vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədləri vergi orqanına təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxıla bilər.” İddiaçı isə bütün sənədləri göndərmişdir. xx.xx.2021-ci il tarixində “Müraciətə baxılması barədə” cavab məktubu almış, bildirilmişdir ki, onun müraciətinə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində baxılmışdır və cavab gəlmişdir: “Bildiririk ki, tərəfinizdən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il gəlir vergisi bəyannaməsi nəzərə alınaraq yaranmış uyğunsuzluqlar aradan qaldırılmışdır.” 25 may 2022-ci il tarixində gələn məktubda 24 may 2022-ci il tarixli yeni kameral yoxlama nəticəsində “Hesablanmış vergilərinizin, social sığorta və işşizlik sığortası haqlarınızın xülasəsi” göndərilmişdir: “Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” – 626,56 AZN təkrarən göstərilmişdir. Bu dəfə əlavə edilmişdir: “Əlavə edilmiş vergi və ya sığorta haqqı məbləğı – 208,85 AZN.” iddiaçı, xx.xx.2022-ci il tarixli “Şikayət” yazaraq kameral yoxlamanın yenilənməsini və 01 mart 2001-ci il tarixli 55 N-li Nazirlər Kabinetinin Qərarının ona tətbiq edilməsini bildirmişdir. Bir neçə şikayət məktubu göndərərək və onlara cavablar alaraq 626,56 AZN məbləğin necə yarandığı müəyyən edə bilməmişdir. 13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibatı şikayətin təmin edilməsi haqqında” **********282200 N-li Qərarını almışdır. Qərarda deyilir ki, “xx.xx.2021-ci il tarixli **********683600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün 626,56 manat mənfəət vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********905000 nömrəli qərar qəbul olunmuşdur.” Əslində, iddiaçı zəruri olan sənədləri eyni tarixdə, xx.xx.2021-ci il tarixində göndərmiş, Bəyannaməyə əlavə olaraq, onlar əvvəl gözləməyiblər, sonra isə nəzərə almayıblar göndərdiyi sənədləri. Bu dəfə, Qərarda müəyyən olmuşdu ki, haradan 626,56 AZN yaranıb. Demə ki, onlar tərəfindən, Qərarda deyilən kimi: “Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 2020-ci il üçün 208,85 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır.” Burada bir ifadənin digəri ilə açıq şəkildə əvəzlənməsi gedir. 2020-ci il üzrə vergitutma mənfəətin, 75% güzəştli olmasını nəzərə almaqla, Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən, vergitutma mənfəətin məbləği olacaqdır: 2 088,55 AZN x 25% = 522,14 AZN. Vergi məbləği olacaqdır 2020-ci ildə: 522,14 AZN x 20% =104,43 AZN. Nəzərə alsaq ki, 2019-ci ildə ŞHV-yə (X8) əsasən, “Əhatə etdiyi dövrün son tarixinə saldo” – 59,18 AZN göstərilmişdirsə və bu mənfəətin 20% təşkil edirsə, onda vergitutma mənfəətin məbləği olacaqdır: 59,18 x 5 = 295,9 AZN, 75% güzəştli olmasını nəzərə alsaq, onda vergiyə cəlb olunan vergitutma mənfəət olacaqdır: 295,9 AZN x 25% = 73,98 AZN, vergi məbləği olacaqdır: 73,98 x 20% = 14,8 AZN 2021-ci Bəyannaməsində göstərilən kimi, “Malların təqdim edilməsindən gəlir” – 2 458 AZN-dir, onda NK-nin 1 mart 2001-ci il tarixli, 55 №-li Qərar əsasında mənfəət olacaqdır: M= G: (100 + R) x R, burada: M– Mənfəət; G – gəlir; R – şərti rentabellik norması, bərabərdir 20-yə. Onda, mənfəət: M= 2 458 AZN : 120 x 20 = 409,67 AZN, 75% azadolmaya aid olanda, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən vergitutma mənfəət məbləği olacaqdır: 409,67 AZN x 25% = 102,42 AZN, onda mənfəət vergisi məbləği olacaqdır: 102,42 AZN x 20% = 20,48 AZN Cəmi 2019-2021-ci illər üzrə vergi borcumun məbləği olacaqdır: 14,8 AZN + 104,43 AZN + 20,48 AZN = 139,71 AZN. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, 2020-ci ilin mənfəət vergisi bəyannamənin “Malın dəyəri” (221.4-cü) sətrində göstərilmiş xərclərin məbləği ilə (13603,40 manat), əvvəlki il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların məbləğindən (0.0 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1073.20 manat) çıxılması nəticəsində yaranan (0 manat) məbləğin müqayisəsi nəticəsində 13603.40 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********683600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 626,56 manat mənfəət vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********905000 nömrəli qərar qəbul olunmuşdur. Sonradan iddiaçı tərəfindən 2020-ci il üçün dəqiqləşmiş mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 2020-ci ildə elektron-qaimə fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 12531,2 manat dəyərində dəftərxana ləvazimatları (yapışan etiket və tibbi vərəqə) təqdim edildiyi, idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı hüquqi şəxsin əsas fəaliyyətinin “xüsusi (iş) geyimin istehsalı” olmasına baxmayaraq Cəmiyyətin vergi orqanında qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı və hər hansı muzdlu işçi ilə əmək müqaviləsinin bağlanılmadığı müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci ildə 2020-ci il üçün dəqiqləşmiş mənfəət vergisi bəyannaməsini təqdim edərək bəyannamənin “hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 12531,2 manat gəlir, bəyannamənin “hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.4-cü (malın dəyəri) sətrində Nazirlər Kabinetinin 2001- ci il 1 mart tarixli 55 nömrəli Qərarına əsasən gəlir məbləğlərinə uyğun olaraq 10442,67 manat xərc məbləği qeyd edərək 2020-ci il üçün 417,71 manat mənfəət vergisi bəyan etmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2020-ci ildə təqdim edilmiş 12531,2 manat dəyərində elektron qaimə fakturalar müvafiq dövr üçün gəlir kimi nəzərə alınaraq Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 2020-ci il üçün 208,85 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli inzibati şikayət verilmiş və vergi orqanının 13 dekabr 2022-ci il tarixli **********118800 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Həmin qərardan inzibati icraat qaydasında yuxarı instansiyaya şikayət verilmiş, Cavabdeh1 tərəfindən xx.xx.2023cü il tarixli qərar qəbul edilərək şikayət təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı öz şikayətlərində və iddia ərizəsində Nazirlər Kabinetinin 55 saylı qərarının tətbiq edilməli olduğunu qeyd etmişdir. Lakin iddiaçı malların alışına dair xərc sənədləri təqdim edə bilməmiş, bundan əlavə elektron-uçot baza məlumatlarına əsasən qeydiyyatda olan təsərrüfat subyekti və əmək müqaviləsi əsasında çalışan hər hansı işçisi aşkar edilməmişdir.Həmçinin şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi vergidən yayınma hallarının qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 19 dekabr 2023-cü il tarixli Qərardadı ilə, "xxxx" MMC-nin cаvаbdеh cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı" Cavabdeh1 24 fevral 2023-cü il tarixli, 11 №-li Qərarını və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********282200 №-li xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsi və iddiaçıya mənfəət vergisinin 2019-2021-ci illər üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən 1160,29 AZN məbləğin qaytarılması hissəsində iddianın mümkün sayılmaması qərara alınmışdır.
İİİ. Tədqiq edilmiş sənədlər
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin kommersiya qurumunun dövlət reyestrindən çıxarışına əsasən İddiaçı xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 may 2021-ci il tarixli, **********905000 nömrəli Qərara əsasən, mənfəət vergisi üzrə 2020-ci il dövr üçün 626,56 manat əlavə vergi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********282200 nömrəli, 13 dekabr 2022-ci il tarixli Qərarına əsasən, İddiaçı-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 24 fevral 2023-cü il tarixli, 11 nömrəli Qərarına əsasən, hüquqi şəxs İddiaçı-nin inzibati şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 may 2022-ci il tarixli **********546100 nömrəli və inzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13 dekabr 2022-ci il tarixli, **********282200 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə X8, Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 01 aprel 2021-ci il tarixli məktub, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli şikayət ərizələri, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublar təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
9.Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
10.Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən:
- 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. - 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. - 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; - 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4.Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. - 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. - 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına;83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. - 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1. rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. - 106.1. Vergidən azaddır: 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; - 108.1. bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -109.9. əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır
11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən:
Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. - 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
12. İşin hallarına əsasən kameral vergi yoxlaması zamanı iddiaçının 2020-ci ilin mənfəət vergisi bəyannaməsi və əlaqəli məlumatlar nəzərdən keçirərkən, 13603,4 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Sonradan iddiaçı tərəfindən 2020-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, 12531,2 manat gəlir, 10442,6 manat xərc məbləği qeyd edərək 2020-ci il üçün 417,71 manat mənfəət vergisi bəyan etmişdir. Cavabdeh tərəfindən vergi yoxlaması zamanı 2020-ci ildə təqdim edilmiş 12531,2 manat dəyərində elektron qaimə-fakturalar müvafiq dövr üçün gəlir kimi nəzərə alınaraq 2020-ci il üçün 208,8 manat əlavə mənfəət vergisi məbləği hesalanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əldə etdiyi mənfəəti müəyyən edilməsi mümkün olmadığı üçün cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı ilə təsdiq edilmiş qaydalar iddiaçıya münasibətdə tətbiq edilməli idi. Lakin cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı tətbiq edilməmiş, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi olan güzəşt huququ nəzərə alınmaqla iddiaçıya 2020-cü il üçün (208,85 manat) əlavə mənfəət vergisi məbləği hesablanmışdır. Bu isə Vergi Məcəlləsinin müddəalarının və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydanın pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya əlavə mənfəət vergi hesablaması barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərar ləğv edilməlidir. İddia tələbinin- Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin "xxxx" MMC-yə qarşı tətbiq edilməsi hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, cavabdehin bu tələbi əsassızdır, belə ki, iddiaçının mübahisələndirdiyi qərardan, iddiaya dair cavabdehin etirazından müəyyən edilir ki, Vegi Məcəlləsinin bu normada nəzərdə tutulmuş müddəa iddiaçıya münasibətdə tətbiq edilir.
14.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun
- 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz
15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən
- 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 15.Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarın ləğv edilməli, AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li Qərarının tətbiq edilməsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 17.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarı ləğv edilsin. AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li Qərarının tətbiq edilməsi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsininə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova