Məhkəmə qərarları › İş №e-2-1(112)-840/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-840/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-840/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********863600 nömrəli, xx.xx.2022-ci il tarixli **********824100 nömrəli və xx.xx.2022-ci il tarixli **********949200 nömrəli qərarları ilə İddiaçı MMC-yə 2021-ci il üçün 4.840 manat məbləğində mənfəət vergisi, 2022-ci ilin iyul ayı üçün 4.356,0 manat məbləğində əlavə dəyər vergisi və 2022-ci ilin oktyabr ayı üçün 14.426,82 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı bu qərarlardan şikayətlər etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********238800 qərarı ilə iddiaçının şikayətləri təmin olunmamış və ilkin qərarlar dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin qərarı aşağıdakı səbəblərdən əsassız və qanunsuz hesab edilir: 1) cavabdehin mövqeyi: iddiaçı bir sıra kontragentdən malalmış, digərlərinə mal satmışdır. İddiaçının malaldığı kontragentlər arasında satıcı "xxxx" MMC (VÖEN **********) də var. İddiaçı satıcıdan dəyəri 104.349 manat məbləğində mal almışdır. Bu əqd üzrə aralarında müvafiq müqavilələr mövcuddur və ödəniş elektron qaimə-fakturanın təqdim edilməsi əsasında aparılmışdır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır: Cavabdehin alqı-satqının və iddiaçının satıcıya ödənişinin rəsmiləşdirilməsinə dair heç bir iradı yoxdur. Cavabdeh iddiaçı tərəfindən alınan malların "xxxx" MMC-yə (VÖEN: **********) də satılmasının rəsmiləşdirilməsinə dair heç bir irad bildirmir. Cavabdehin iradı sırf satıcının fəaliyyəti ilə bağlıdır. Onu riskli vergi ödəyicisi hesab edir. Belə ki, cavabdehin qərarında dəfələrlə vurğulanır ki, satıcının iddiaçıya satdığı malları haradan əldə etməsi naməlumdur: “Vergi ödəyicisinin idxalı müəyyən edilməmiş və elektron qaimə-fakturalar üzrə alışı qeyd olunmamışdır”; "xxxx" MMC tərəfindən müxtəlif adda mal, iş və xidmətlə bağlı (avtomobil ehtiyyat hissələri, armatur, profil və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin mal, iş və xidmətlərin yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün”; "xxxx" MMC-dən əldə edilməsi həmin vergi ödəyicisinin Cəmiyyətə təqdim etdiyi elektron qaiməfakturalarda qeyd olunan malların (iş və xidmətlərin) "xxxx" MMC-nin əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alışaktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedicisənədlərlə almadığımalları (iş və xidmətləri) Cəmiyyətə satdığımüəyyən edilmişdir” və s. Buna görə də cavabdeh iddiaçı ilə satıcı arasındakı münasibətləri əmtəəsiz və riskli əməliyyat kimi qiymətləndirmişdir. Məntiq belədir: əgər satıcı tərəfindən malların əldə edilməsisənədlə təsdiq edilmirsə, deməli, o da onları digər şəxsə (İddiaçıya) sata bilməzdi. 2. Sənədin olmaması malın olmaması demək deyil. Cavabdehin mövqeyi həm sağlam məntiqə, həm də təcrübəyə ziddir. Satıcı malları qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədən əldə edibsə, bu hələ o demək deyil ki, həmin mallar yoxdur. İddiaçı satıcıdan həmin malları qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirərək əldə edib, sonra isə özgəninkiləşdiribsə, sonuncu əməliyyatlar niyə əmtəəsizdir axı? Məsələn, ölkədə tikilən binalardakı yaşayış və qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan da özgəninkiləşdirilir. Həmin sahələrdə insanlar yaşayır və fəaliyyət göstərir. O cümlədən həmin sahələrdə sahibkarlıq fəaliyyəti də həyata keçirilir, vergi uçotuna durulur və s. Qanuna görə bu halda dövlət orqanı sadəcə satıcıya dair araşdırma aparmalı və fakt təsdiqini taparsa, onu məsuliyyətə cəlb etməlidir. Həmin mallar satıcı tərəfindən elektron qaimə-faktura təqdim olunmadan əldə edildiyi halda, bu əmələ görə məsuliyyət (maliyyə sanksiyaları) Vergi Məcəlləsinin 58cimaddəsində təsbit edilib. Bir sözlə, cavabdeh satıcının fəaliyyətini araşdırmalı və onu məsuliyyətə cəlb etməli idi. Cavabdeh qərarında yazır ki, satıcının “rəhbəri (səlahiyyətli nümayəndəsi) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə və araşdırma üçün müvafiq təsdiqedici sənədlərin istənilməsinə baxmayaraq, vergi ödəyicinin rəhbərləri və ya səlahiyyətli nümayəndələri araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədi araşdırmaya təqdim etməmişdir”. Beləliklə, faktiki olaraq cavabdeh real araşdırma aparmaq vəzifəsindən özü yayınıb və satıcının vəzifə və məsuliyyətini iddiaçının üzərinə qoyub. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 3. İddiaçı əmtəəsiz əməliyyatla məşğul olmayıb. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh İddiaçının bu cür əməliyyat apardığını sübut etməlidir. İddiaçının hansı “başqa əməliyyatı pərdələmək məqsədi” olub? Mənfəəti nədən ibarət olub? Ən azı bu suallara cavab verilməlidir. Vergi Məcəlləsinin 78.4-cü maddəsində deyilir: “Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsizəməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir”. Nə İlkin qərarlarda, nə də Qərarda İddiaçının “faktiki olaraq gəlir əldə edən” şəxs olmasısübut edilməyib və ümumiyyətlə əsaslandırılmayıb. 4. Satıcının riskli vergi ödəyicisi olması İddiaçı üçün məsuliyyət yarada bilməz. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskliəməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli olmasının hüquqi nəticələri Vergi Məcəlləsinin aşağıdakı maddələrində öz əksini tapıb: 38.3.8-1-ci, 50.2.5-ci, 83.7-ci, 85.8.2-ci, 87.3-1-ci, 89.3-cü və 179.4-cü. Bu maddələrdəki hüquqi nəticələr sırf riskli vergi ödəyicisinin özünə aiddir və üçüncü şəxslərə, o cümlədən onun kontragentlərinə şamil olunmur. İmkan verirsə, deməli, başa düşür ki, onunla vicdanlı şəkildə əqd bağlayanlar,əməkdaşlıq edənlər olacaq. Əks mövqe absurd nəticələrə gətirib çıxara bilər. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı da malları "xxxx" MMC-yə satıb. 5. Cavabdeh hüququn təməl prinsiplərini pozur. Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslışübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Vergi Məcəlləsinin 3.11cimaddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məcəllənin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsiri olmadıqda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin, İPM-in maddələrinə əsaslanaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********863600 nömrəli, xx.xx.2022-ci il tarixli **********824100 nömrəli və xx.xx.2022-ci il tarixli **********949200 nömrəli qərarları, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********238800 qərarının ləğv edilməsini məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə əlavə ərizə təqdim etdi və iş üzrə cavabdeh Dövlət Vergi Xİdmətinin həmin Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını, iddianın isə dəyişdirilərək «xx.xx.2022-ci il tarixli **********863600 nömrəli, xx.xx.2022-ci il tarixli **********824100 nömrəli və xx.xx.2022-ci il tarixli **********949200 nömrəli qərarlarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin əvəz edilməsi və iddianın dəyişdirilməsi barədə qərardad qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda bildirilir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində "xxxx" MMC-dən 2021 -ci il ərzində əldə edilmiş EBAW seriyalı 267727 nömrəli 24200,0 manat dəyərində elektron qaimə faktura tərəfinizdən təqdim edilmiş 2021-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-cİ il tarixli **********969100 nömrəli və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37- ci, 67-ci və 83cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 4840,0 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********863600 nömrəli saylı Qərar qəbul olunmuşdur. Bildiririk ki, tərəfinizdən xx.xx.2020-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə- fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən (BRAYN GROUP" MMC-dən əldə edilmiş EBAW seriyalı 267727 nömrəli 24200,0 manat (ƏDV 4356 manat) dəyərində)) riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********211700 nömrəli və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il iyul ayı ƏDV bəyannaməsi üzrə 4356,0 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********824100 nömrəli saylı Qərar qəbul olunmuşdur. Bildiririk ki, tərəfinizdən xx.xx.2020-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə- fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən (2020-ci il ərzində əldə edilmiş E BAT seriyalı 562136 nömrəli 80149 manat (ƏDV 14426,82 manat) dəyərində)) riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə 30.11,2022-ci il tarixli **********716300 nömrəli və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il oktyabr ayı ƏDV bəyannaməsi üzrə 14426,82 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********949200 nömrəli saylı Qərar qəbul olunmuşdur. Məlumat üçün bildiririk ki, "xxxx" MMC kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********699900, **********698200 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********289100 nömrəli) inzibati şikayətlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, 2021- ci il üçün hesablanmış 4 840,0 manat mənfəət vergisinin və əlavə dəyər vergisi bəyannamələri üzrə 2022-ci ilin iyul ayı üçün hesablanmış 4 356,0 manat, 2022-ci ilin oktyabr ayı üçün hesablanmış 14 426,82 manat vergi məbləğlərinin ləğv edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin müvafiq şikayəti araşdırılaraq xx.xx.2023- cü il tarixli **********890300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, müvafiq qərara əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 may 2022-ci il tarixli **********863600 nömrəli, 22 sentyabr 2022-ci il tarixli **********824100 nömrəli və 20 dekabr 2022-ci il tarixli **********949200 nömrəli Qərarları dəyişdirilmədən saxlanılmışdır. Belə ki, kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu tətbiq edilməklə 2021 -ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsinin “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətrində qeyd olunan 141 143,0 manat məbləğin 24 200,0 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və əlavə olaraq 4 840,0 manat mənfəət vergisi hesablanmışdır. Həmçinin, kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən 2021-ci ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 25 216,0 manat (ƏDV- si 4 538,88 manat) məbləğin 24 200,0 manat (ƏDV-si 4 356,0 manat) məbləğində olan hissəsi 2022-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “Dəqiqləşdirilən” bölməsinin 324-cü sətrində “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” sütünunda, eyni zamanda 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 90 515,1 manat (ƏDV-si 16 292,72 manat) məbləğin 80 149.0 manat (ƏDV-si 14 426,82 manat) məbləğində olan hissəsi 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “Dəqiqləşdirilən” bölməsinin 324-cü sətrində “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” sütünunda vergi orqanı tərəfindən qeyd edilmiş və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2021 -ci il ərzində 32 (otuz iki) vergi ödəyicisindən 464 596,15 manat dəyərində əldə etdiyi elektron qaimə-fakturaların (mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı, akkumulyator və s.) 24 200,0 manat məbləğində olan hissəsi üzrə xx.xx.2021 -ci il tarixli EBAW seriyalı 267727 nömrəli elektron qaimə- fakturanın (prokladka generator c32 və injektor VOLVO penta model) "xxxx" MMC-dən əldə edilməsi həmin vergi ödəyicisinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə- fakturalarda qeyd olunan malların (iş və xidmətlərin) "xxxx" MMC-nin əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadığı malları (iş və xidmətləri) Cəmiyyətə satdığı müəyyən edilmişdir. Həmçinin, Cəmiyyətin 2021 -ci il ərzində 369 821,02 manat məbləğində elektron qaimə- faktura təqdim etdiyi, 464 596,15 manat məbləğində elektron qaiməfaktura əldə etdiyi müəyyən edilmişdir. Elektron qaimə-fakturaların araşdırılması zamanı, "xxxx" QSC-yə (VÖEN: **********) 48 248,2 manat, "xxxx" ASC-yə (VÖEN: **********) 1604.0 manat, "xxxx" QSC-yə (VÖEN: **********) 2 178,0 manat, ümumilikdə 12 vergi ödəyicisinə 369 821,02 manat məbləğində müxtəlif mallar, iş və xidmətlər (tikinti materialları və xidmətlər) təqdim edildiyi, "xxxx" MMC-yə (VÖEN: **********) 20 968,0 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 3 960,0 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 25 329,91 manat, ümumilikdə 32 vergi ödəyicisindən 464 596,15 manat məbləğində müxtəlif malların (iş və xidmətlərin) alındığı müəyyən edilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" MMC-dən 104 349,0 manat (ƏDV-si 18 782,82 manat) məbləğində malların iş və xidmətlərin (prokladka generator c32, injektor VOLVO penta model, Pressure gauge və bəzi testing tool (alətlər), Xortum 135-5294, Temperatur göstəricisi su CAT C32 ***-**** temperature coolant, Qayış V-belt 9L-6647 DF, Caterpillar C32 generatorun starteri və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAT seriyalı 562136 nömrəli və xx.xx.2021 -ci il tarixli EBAW seriyalı 267727 nömrəli elektron qaiməfakturaların əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (iş və xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Həmçinin, araşdırma zamanı "xxxx" MMC-nin xx.xx.2020-ci - xx.xx.2021-ci il tarixlərində ƏDV depozit hesabına müxtəlif müəssisələrdən 25 700,0 manat məbləğində vəsait daxil olmuş, elektron qaiməfakturalar üzrə satışda 128 367,0 manat (ƏDV-si 23 106,06 manat) dəyərində avtomobil ehtiyyat hissələri, armatur, profil və s. qeyd olunmuşdur. Vergi ödəyicisinin idxalı müəyyən edilməmiş və elektron qaimə-fakturalar üzrə alışı qeyd olunmamışdır. Əldə olunmamış malların satışı riskli hesab edilmişdir. Həmçinin, "xxxx" MMC-nin qeydiyyata alınmış təsərrüfat subyektinin (obyektinin) və Əmək müfəttişliyinin hesabatına əsasən işçisinin olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.1, 2.1.3 və 3.1.1 -ci yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq qərar qəbul edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X2, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu, həmin müəssisə tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardığı və riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. Həmçinin, inzibati araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli EBAX seriyalı 21983 nömrəli elektron qaimə-faktura üzrə 14 955,0 manat (ƏDV-si 2 691,9 manat) məbləğində malların (Dizel su filtri dəsti FF167 (seperator), su datçiki, su nasosu, prokladka generator c32 və s.) əldə edildiyi və Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2021-ci ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunduğu və həmin elektron qaimə-fakturanın uçot-baza məlumatlarında riskli və ya əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturalara aid edilmədiyi müəyyən edilmişdir. Beləliklə, uçot-baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən "xxxx" MMC-dən elektron qaimə-fakturalar əsasında 10 4349,0 manat (ƏDV-si 18 782,82 manat) məbləğində müxtəlif çeşidli malların (iş və xidmətlərin) (prokladka generator c32, injektor VOLVO penta model, Pressure gauge və bəzi testing tool (alətlər), Xortum 135-5294, Temperatur göstəricisi su CAT C32 ***-**** temperature coolant, Qayış V-belt 9L- 6647 DF, Caterpillar C32 generatorun starteri və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAT seriyalı 562136 nömrəli və xx.xx.2021-ci il tarixli EBAW seriyalı 267727 nömrəli elektron qaimə-fakturaların əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (iş və xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, həmçinin Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu tətbiq edilməklə 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsinin “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətrində qeyd olunan 141 143,0 manat məbləğin 24 200,0 manat məbləğində olan hissəsi uçot-baza məlumatlarına əsasən öz təsdiqini tapmadığını, uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarlına əsasən müəyyən edilmədiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəfin araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, Cəmiyyətin rəhbərinin (səlahiyyətli nümayəndəsinin) araşdırmada iştrak etmədiyini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin elektron qaimə- fakturaların riskli əməliyyat olduğunu, Vergi Məcələsinin 175.11 -ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif adda mal, iş və xidmətlə bağlı (avtomobil ehtiyyat hissələri, armatur, profil və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin mal, iş və xidmətlərin yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün və təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi halların inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022- ci il tarixli **********863600 nömrəli, xx.xx.2022-ci il tarixli **********824100 nömrəli və xx.xx.2022-ci il tarixli **********949200 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.Göstərilənlərə və Vergi Məcəlləsinə, İPM əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdr. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına aiddir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na görə: (1.1) Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. (1.3) Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. (2.1) Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: (2.1.1) bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; (2.1.2) aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; (2.1.3) idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); (2.1.4) vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; (2.1.5) vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; (2.1.6) bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; (2.1.7) bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; (2.1.8) beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. (3.1) Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: (3.1.1) vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; (3.1.2) vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 109.9-cu maddəsinə görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDVnin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: (175.1.1) hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Həmin Məcəllənin 175.11-ci maddəsinə görə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarın ləğv edilməsi ilə bağlı mübahisələndirmə növündə hazırkı iddia üzrə İPM-nin 14-cü maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktların mahiyyətindən isə aydın olur ki, həmin inzibati mübahisə iddiaçı tərəfindən riskli vergi ödəyicisi hesab edilmə barədə qərar qəbul edilmiş digər vergi ödəyiciləri arasında aparılmış əməliyyatların xüsusiyyətləri ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir ki, ümumiyyətlə iddiaçıya həmin hüquqi şəxs tərəfindən təqdim edildiyi göstərilən malların həcmi və çeşidi vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə münasibətləri olduğu "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyicisi siyahısına daxil edilməsi, hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, adıçəkilən şəxs məhz iddiaçı ilə apardığı əməliyyatlara görə riskli vergi ödəyiciləri hesab olunduğundan, onun iddiaçı ilə müqavilə münasibəti bağlandığı dövrdə riskli vergi ödəyicisi hesablanması istisna olunur. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçı ilə həmin şəxs arasında müqavilə münasibətləri yarandığı zamanı həmin şəxs riskli vergi ödəyicisi hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxsin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyiciləri olmasının ehtimal edilməsi mümkün olmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta alqı-satqı müqaviləsi qüvvədə olduğu zaman həmin şəxs riskli vergi ödəyicisi olsaydı belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxs ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Məhkəmənin bu mövqeyi oxşar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2496/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Həmçinin qeyd edilməlidir ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Məhkəmə qüvvədə olan qanunvericiliyi mövcud məhkəmə təcrübəsi ilə birgə qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar əsassız olduğundan ləğv edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********863600 nömrəli, xx.xx.2022-ci il tarixli **********824100 nömrəli və xx.xx.2022-ci il tarixli **********949200 nömrəli qərarları ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********863600 nömrəli, xx.xx.2022-ci il tarixli **********824100 nömrəli və xx.xx.2022-ci il tarixli **********949200 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar