Məhkəmə qərarları › İş №e-2-1(112)-8449/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8449/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8449/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə vurulmuş zərərin əvəzi olaraq 200 000 (iki yüz min) manat və 130950 (bir yüz otuz min doqquz yüz əlli) manat olmaqla ümumilikdə 330950 (üç yüz otuz min doqquz yüz əlli) manat məbləğində pulun kompensasiya edilərək ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli 2(004)- 281/2015 saylı icra vərəqəsinə əsasən ilk iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən xx.xx.2010-cu il tarixli 441 saylı Kredit xətti (maksimal borclanma limiti) müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430 052 (dördyüz otuz min əlli iki) manat əsas borc, 37789,71 (otuz yeddi min yeddi yüz səksən doqquz manat 71 qəpik) manat faiz borcu olmaqla 467 841,71 (dörd yüz altımış yeddi min səkkiz yüz qırx bir manat yetmiş bir qəpik) manat borc, xx.xx.2012-ci il tarixli, 017 razılaşma üzrə isə 352980 (üç yüz əlli iki min doqquz yüz səksən) manat əsas borc, 37215,86 (otuz yeddi min iki yüz on beş manat səksən altı qəpik) manat faiz borcu olmaqla 390195,86 (üç yüz doxsan min bir yüz doxsan beş manat səksən altı qəpik) manat borc, ümumilikdə isə 858037,57 (səkkiz yüz əlli səkkiz min otuz yeddi manat əlli yeddi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında X1 məxsus olan ünvan 1 ünvanında yerləşən 163.7 kv.m ümumi, 96.2 kv. m yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilə, mülkiyyət hüququ əsasında X7 məxsus olan ünvan 2 ünvanında yerləşən 76,5 kv.m ümumi, 62.4 kv.myaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında X7 məxsus olan ünvan 3 ünvanında yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında X4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 28.3 kv.m ümumi, 19.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 35.2 kv.m ümumi sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 39.15 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı mənzilə yönəldilərək həmin əmlakların açıq hərracda satılması, 07 iyun 2010-cıı il tarixli 441 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 163.7 kv.m ümumi, 96.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilin ilkin satış qiymətinin 519 600 (beşyüz on doqquz min altıyüz) manat, 22 iyul 2010-cu il tarixli 441/01 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyan əsasında X7 məxsus olan ünvan 2 ünvanında yerləşən 76,5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilin ilkin satış qiymətinin 130 950 (bir yüz otuz min doqquz yüz əlli) manat, 27 avqust 2010- cu il tarixli 441/02 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş X7 məxsus olan ünvan 4 ünvanında yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 200 000 (iki yüz min) manat, 13 noyabr 2010-cu il tarixli, 441/003 saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş X4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 28.3 kv.m ümumi, 19.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzilin ilkin satış qiymətinin 60 000 (altmış min) manat, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 35.2 kv.m ümumi sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzilin ilkin satış qiymətinin 100 000 (bir yüz min) manat, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzilin ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), ev 7, 39.15 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı mənzilin ilkin satış qiymətinin 90 000 (doxsan min) manat, həmin əmlakların satışından əldə olunmuş vəsait "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcunun təmin edilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların satışından əldə edilmiş məbləğin "xxxx" ASC-nin tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğin ipoteka qoyanlara qaytarılması, ilkin iddia tələbi "210 manat xidmət haqqının tutulması" hissəsində iddianın təmin edilməməsi, X3 "Bank Avrasiya ” ASC-yə və notarius X6 qarşı onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 441 saylı və xx.xx.2011-ci il tarixli, 441/04 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ilkin iddia tələbinin ona dair hissədə təmin olunmaması barədə qarşılıqlı iddianın təmin edilməməsi, qiymətləndirmə ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri 400 (dörd yüz) manat ilkin iddia üzrə cavabdeh X4 aid edilməklə ondan "Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMc-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İcra vərəqəsi 20 avqust 2019-cu il tarixində verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən 22 iyul 2021-ci il tarixində xx/xx-132325/3- 17501 saylı məktubla "xxxx" MMC-yə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 281/2015 saylı xx.xx.2019-cu il tarixli sənədi üzrə hərracın keçirilməsi barədə 132325/3 saylı sifariş verilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində Hərracın keçirilməsinə dair 01 saylı Bildiriş tərəflərə göndərilmiş və hərracın keçirilmə vaxtı 26 avqust 2021-ci il tarixinə təyin edilmişdir. Daha sonra Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində hərracın keçirilməsinə dair 02 saylı Bildiriş tərəflərə göndərilərək ünvan 2, (ü/s 76.5 kv.rn) və ünvan 3-də qeyri-yaşayış sahəsinə dair ikinci hərracın keçirilmə vaxtı 15 sentyabr 2021-ci il tarixi müəyyən edilmişdir. Lakin xx.xx.2021ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə məktub ünvanlanaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5771/2021 saylı qərardadı ilə ünvan 2, (ü/s 76.5 kv.rn) və ünvan 3-də qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi əsas gətirilərək həmin hissədə hərracın dayandırılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5771/2021 saylı qərardadı "Bank Avrasiya ” ASC tərəfindən rəsmi qaydada əldə edildikdən sonra verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9818/2021 saylı qərardadı ilə ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən ünvan 2, (ü/s 76.5 kv.rn) və ünvan 3-də qeyri-yaşayış sahəsinə nıünasibədə xx.xx.2021-ci il tarixində xx/xx- 132325/325938 nömrəli yeni sifariş "xxxx" MMC-yə göndərilmiş və buna uyğun olaraq "xxxx" MMC tərəfindən əvvəlcə xx.xx.2021-ci il tarixində 01/4811 nömrəli bildiriş tərəflərə göndərilmiş və hərracın vaxtı xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Hərracda alıcı olmadığından ikinci hərracın vaxtına dair tərəflərə xx.xx.2021-ci il tarixində 01/5107 nömrəli bildiriş göndərilərək hərracın keçirilmə vaxtı xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. İkinci hərrac alıcının olmaması səbəbindən baş tutmamış və buna uyğun olaraq hərrac təşkilatı tərəfindən ünvan 2, (ü/s 76.5 kv.rn) və ünvan 3-də qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli 01/5274 saylı məktubla "xxxx" ASC-yə təklif edilmişdir və buna uyğun olaraq xx.xx.2022-ci il tarixində tərəflər arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair hərracın yekunlarına dair protokol imzalanmışdır. Daha sonra iddiaçı X9 tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsində cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia qaldırılmış, iddiaçı X7 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 146 A saylı binada yerləşən 18 saylı mənzilin, habelə Bakı şəhəri, Yasamal rayonu, X8 (Ə.Ələkbərov) küçəsi, 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 03/01 və 03/02 nömrəli protokolların və həmin protokollar əsasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, mənzil və qeyri-yaşayış sahələrinə dair ipotekaya xitam verilməsi, mənzil və qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsi barədə dövlət reyestrində qeydlərin aparılması və maddi zərərin əvəzi olaraq 6000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmin iş üzrə “Bank Avrasiya" ASC tərəfindən verilmiş vəsatət əsasən “Bank Avrasiya" ASC müstəqil tələb irəli sürməyən şəxs qismində mülki işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1453/2022 nömrəli iş üzrə 01 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən ipoteka predmeti olan mübahisəli mənzilə və qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli Hərracın yekunları barədə 03/01 və 03/02 nömrəli protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, münahisəli mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə Bankın adına rəsmiləşdirilmiş **********02-05101-093015 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə **********8-05301-083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, mənzilə və qeyri- yaşayış sahəsinə dair ipotekalara xitam verilməsi, mənzilin və qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlərin aparılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qeyd edilən qətnamədən "xxxx" ASC tərəfindən apelyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2147/2023 nömrəli, 5 may 2023-cii il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamədən “Bank Avrasiya" ASC tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 3741/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2147/2023 nömrəli, 5 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmdən qüvvədə saxlanılmışdır. Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən 22 iyul 2021-ci il tarixində 17/72- 132325/3-17501 saylı ilkin sifariş, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-yə ünvananlınmış dayandırma müraciəti və xx.xx.2021-ci il tarixində xx/xx-132325/325938 nömrəli yeni sifariş məktubları üzrə düzgün olamayan sifarişlərin verilməsi və bu sifarişlərdən irəli gələrək İddiaçı ASC-nin ipoteka yüklülüyündə olan əmlakların sıradan çıxması ilə əhatə olunan hərəkət və hərəkətsizlik. Belə ki, İcra qurumu tərəfindən vurulmuş zərər xx.xx.2021-ci il tarixli sifarişi xx.xx.2021-ci il tarixində dayandırmasına baxmayaraq, xx.xx.2021-ci il tarixində dayandırılmış hərracı deyil, yenidən sifariş ilə hərrac təşkilatına müraciət etməsi qanunvericilyin tələbinə uyğun olmamış və bunun nəticəsində hərrac qurumu tərəfindən düzgün olmayan hərracların keçirilməsinə səbəb olaraq ipoteka saxlayan olaraq "xxxx" ASC-nin keditin təminatı olan ipoteka predmetlərinin əldən çıxmasına və bunun nəticəsində isə kreditin qaytarılmasının təmin edilməsində əsassız olaraq zərərə uğramasında ifadə olunur. Nəzərə alınmalıdır ki, Yasamal rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli İcra vərəqəsinə əsasən hazırda ipotekasına xitam verilmiş və nəticədə kreditin qaytarılma riski mümkünsüz hala gəlmiş və təminatlılığı risk kateqoriyasına düşmüş, X7 məxsus olmuş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 130 950 (bir yüz otuz min doqquz yüz əlli) manat, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 200 000 (iki yüz min) manat olaraq müəyyən edilmişdir. Həmin əmlaklar xx.xx.2022-ci il tarixli 03/01 və 03/02 nömrəli protokollara əsasən “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə uyğun olaraq tələbkar kimi 25 % aşağı qiymətlə olmaqla müvafiq olaraq 83 480,63 (səksən üç min dörd yüz səksən manat 63 qəpik) manata və 127500,60 (bir yüz iyirmi yeddi min beş yüz manat 60 qəpik) manata əldə edilmişdir. Faktiki olaraq hərracın nəticələri etibarsız hesab edildiyindən və mülki qanunvericiliyə uyğun olaraq tərəflər ilkin vəziyyətə qayıtıdığından hazırki mərhələdə vurulmuş zərərin əvəzi ilkin satış qiymətlərinə uyğun tələb edilməlidir. Nəzərə alınmalıdır ki, hazırki icra işi üzrə icra hərəkətlərinin həyata keçirilməsinə səbəb Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-28l/2015 saylı 29 mart 2015-ci il tarixli qətnaməsidir ki, həmin qətnamədən cavabdehlər tərəfindən apellasiya və kassasiya şikayətləri verilsə də müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2015-ci il tarixli 2(İ03)-49/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-753/16 saylı 28 fevral 2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Bu hal o səbəbdən qeyd edilir ki, məhkəmə instansiyaları tərəfindən hərracın nəticələri etibarsız hesab edilməklə bərabər, ipoteka saxlayanın hər-hansı qanun pozuntıısuna yol vermədən ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əldə etdiyi əmlakların ipotekasına xitam verməklə hazırda qüvvədə olan və tam qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcuduluğunu nəzərə almamışdır. Nəticədə işə baxmış məhkəmələr məhkəmə aktlarından irəli gələrək ipoteka saxalayan və tələbkar kimi "Bank Avrasiya” ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına baxmayaraq və həmin hüququ xitam edilməməsinə baxmayaraq, sonradan digər məhkəmə instansiyaların həmin hüquqları xitam etməklə bağlı yeni məhkəmə aktı qəbul etməsi, qanuni qüvvəsini almış məhkəmə aktlarının əhəmiyyətsizliyinə səbəbiyyət vermiş, yekunda bu hal AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi ilə uyğunsuzluq təşkil etmişdir. Mövcud mübahisənin həlli məqsədi ilə xx.xx.2024-cü il tarixində həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həm də Yasamal rayon İcra və Probasiya Şöbəsinə vurulmuş zərərin kompensasiya edilməsi məqsədi ilə ərizə ünvanlanmış, lakin keçən müddət ərzində zərərin əvəzi ödənilməmiş, ərizəyə münasibətdə Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli xx/xx-132325/3 2530 saylı məktubla göstərilən məhkəmə aktlarına istinad edilməklə hərracın düzgün keçirilməməsi qeyd edilmiş və pul vəsaitinin ödənilməsi istiqamətində addımların atıldığı göstərilmişdir. Qeyd edilən cavab məktubu xx.xx.2024-cü il tarixində “ Bank Avrasiya" ASC-yə daxil olmuşdur.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, xx.xx.2015-ci iltarixli icra vərəqəsi üzrə "xxxx" MMC-dən 858037,57 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi qət edilmişdir. Bununla əlaqədar icraata başlanılmış, daşınmaz əmlakların hərrac yolu ilə satılması üçün hərrac təşkilatına sifariş verilmiş, keçirilmiş hərraclarda əmlakların alıcısı olmadığından onlar bank tərəfindən əldə edilmişdir. Bundan sonra Namiq Kərimovun iddiası üzrə ünvan 8 ünvanında yerləşən 76,5 kv.m ümumi, 62,4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil və ünvan 3 ünvanında yerləşən 66,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv olunmuş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3741 /2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsində icra məmuru tərəfindən düzgün sifariş verilməməsi səbəbindən hərracın nəticələrinin ləğv edildiyi qeyd olunsa da bildirilir ki, sözügedən xüsusat məhkəmə araşdırmasının predmeti olmuş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbləri pozulmamış, hərraclar hərrac təşkilatı tərəfindən “İpoteka haqqında" Qanunun tələblərinə uyğun keçirilməmiş, ipoteka saxlayan isə əmlakı müddət pozuntusuna yol verilməklə son hərracdan 59 gün sonra əldə etmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin 34,35,36,37-ci bəndləri, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının 14,15-ci bəndləri) Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ipoteka predmetləri ilə bağlı “Külək" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin əmlak hərracda satılmamışdır. xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın keçirilməsi isə icra məmurunun yazılı müraciəti əsasında "xxxx" MMC tərəfindən dayandırılmışdır. Daha sonra icra məmuru sözügedən ipoteka predmetlərinin satılması ilə bağlı xx.xx.2021-cı ıl tarixdə yenidən MMC-yə sifariş vermiş və həmin sifariş əsasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən ipoteka predmetlərini ipoteka saxlayan əldə etmiş və “Hərracın yekunları barədə” 03/01 və 03/02 Ne-li protokollar tərtib edilərək ipoteka predmetlərini tələbkarın əldə etməsi qeyd edilmişdir. Hazırkı ipoteka predmetləri ilə bağlı birinci hərrac xx.xx.2021-ci il tarixdə, təkrar hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, bundan sonra isə xx.xx.2021-ci il tarixdə daha bir dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. xx.xx.2021-ci il tarixdə təkrar hərrac keçirilməklə, hərrac baş tutmadığından həmin tarixdən 30 təqvim günü, yəni yanvar ayının 03-dək ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanı olmuşdur. İpoteka saxlayan isə qeyd olunan müddət ərzində bu istiqamətdə heç bir tədbir görməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə “İpoteka haqqında” Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, ikidən artıq hərracın hər hansı əsasla keçirilməsi qanunazidd hesab edilməlidir. Başqa sözlə, hazırkı icra işi üzrə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə keçirilmiş ilkin və təkrar hərraclar istisna olmaqla, sonradan keçirilmiş hərraclar qanunazidd olmuşdur. Məhkəmə prosesi zamanı İddiaçı ASC tərəfindən icra məmurunun yeni sifariş verməsi və bu sifariş əsasında hərracların keçirilməsi bildirilmiş, lakin məhkəmə aşağıdakı xüsusatlara görə həmin arqumentlərlə razılaşmamışdır. Əvvəla, mənzil və qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın dayandırılması barədə icra məmurunun məktubu xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. Həmin tarixədək isə ipoteka predmetlərinə dair artıq xx.xx.2021-ci il tarixdə ilkin hərrac keçirilmişdir. İpoteka predmetlərinə dair hərracın keçirilməsi barədə sifariş yeni sifariş deyil, elə xx.xx.2021-ci il tarixli məktubda göstərilən 132325/3 sifarişin nömrəsi ilə eynidir. Bundan başqa, İcra Şöbəsi tərəfindən daxil olmuş dayandırma barədə məktub xx.xx.2021-ci il tarixli sifariş üzrə hərrac təşkilatı - "xxxx" MMC tərəfindən edilmiş hərəkətləri və onun nəticələrini ləğv etmir. Əksinə icra orqanı tərəfindən verilmiş dayandırma barədə məktub üzrə daha əvvəl hərrac təşkilatı tərəfindən edilmiş hərəkətləri aktual olaraq saxlayır. Yəni hərrac təşkilatı icra orqanı tərəfindən ona ünvanlanmış hərracın dayandırılması barədə məktub üzrə təyin etdiyi təkrar hərracı keçirməməkdə haqlı olmasına baxmayaraq, daha sonra icra məmurunun xx.xx.2021-ci il tarixli sifarişdən sonra ipoteka predmeti üzrə ümumi qaydada birinci hərrac təyin etmişdir ki, bununla da “İpoteka haqqında” Qanunun tələblərini pozmuşdur. Belə olan halda müəyyən edilir ki, ipoteka predmeti olan mənzil və qeyriyaşayış sahəsinə dair hərrac təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac sayca üçüncü hərracdır. Bununla yanaşı bildirilmişdir ki, ipotekaya xitam verilməsi qüvvədə olan məhkəmə qərarı üzrə "xxxx" MMC-ni borcun ödənilməsindən azad etmir. İcra sənədinin icrası nəzarətdə saxlanılmaqla tələbin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.”. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1453/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A. M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair və Bakı şəhəri, Yasamal rayonu X8 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X5 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022 il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə “Bank Avrasiya" ASCnin adına rəsmiləşdirilmiş **********02-05101-093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu X8 (Ə. Ələkbərov) kuçəsı, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə İddiaçı ASC-nin adına rəsmiləşdirilmiş **********8-05301-083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2147/2023 nömrəli qətnaməsi ilə iş üzrə üçüncü şəxs olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3741/2023 nömrəli qərarı ilə “Bank Avrasiya" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2147/2023 nömrəli, 5 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, xx/xx-132325/3 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə "xxxx" MMC-dən 858037,57 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi qət edilmişdir. Bununla əlaqədar icraata başlanılmış, daşınmaz əmlakların hərrac yolu ilə satılması üçün hərrac təşkilatına sifariş verilmiş, keçirilmiş hərraclarda əmlakların alıcısı olmadığından onlar bank tərəfindən əldə edilmişdir. Bundan sonra Namiq Kərimovun iddiası üzrə ünvan 12 ünvanında yerləşən 76,5 kv.m ümumi, 62,4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzil və ünvan 13 ünvanında yerləşən 66,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv olunmuş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2147/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3741/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Müraciətdə icra məmuru tərəfindən düzgün sifariş verilməməsi səbəbindən hərracın nəticələrinin ləğv edildiyi qeyd olunsa da bildirilir ki, sözügedən xüsusat məhkəmə araşdırmasının predmeti olmuş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbləri pozulmamış, hərraclar hərrac təşkilatı tərəfindən "İpoteka haqqında Qanunun tələblərinə uyğun keçirilməmiş, ipoteka saxlayan isə əmlakı müddət pozuntusuna yol verilməklə son hərracdan 59 gün sonra əldə etmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cú il tarixli qətnaməsinin 34,35,36,37-ci bəndləri, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının 14,15- ci bəndləri) Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ipoteka predmetləri ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin əmlak hərracda satılmamışdır. xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın keçirilməsi isə icra məmurunun yazılı muraciəti əsasında "xxxx" MMC tərəfindən dayandırılmışdır. Daha sonra icra məmuru sözügedən ipoteka predmetlərinin satılması ilə bağlı xx.xx.2021-ci il tarixdə yenidən MMC-ye sifariş vermiş ve homin sifariş əsasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixlerde hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələrinə əsasən ipoteka predmetlerini ipoteka saxlayan elde etmiş ve "Hərracın yekunları barədə" 03/01 ve 03/02 №-li protokollar tertib edilerek ipoteka predmetlərini tələbkarın əldə etməsi qeyd edilmişdir, Hazırkı poteka predmetleri ilə bağlı birinci hərrac xx.xx.2021-ci il tarixdə, təkrar hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, bundan sonra isə xx.xx.2021-ci il tarixdə daha bir dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. xx.xx.2021-ci il tarixdə təkrar hərrac keçirilməklə, hərrac baş tutmadığından həmin tarixdən 30 təqvim günü, yəni yanvar ayının 03-dək ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanı olmuşdur. İpoteka saxlayan isə qeyd olunan müddət ərzində bu istiqamətdə heç bir tədbir görməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə "İpoteka haqqında" Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, ikidən artıq hərracın hər hansı əsasla keçirilməsi qanunazidd hesab edilməlidir. Başqa sözlə, hazırkı icra işi üzrə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə keçirilmiş ilkin və təkrar hərraclar istisna olmaqla, sonradan keçirilmiş hərraclar qanunazidd olmuşdur. Məhkəmə prosesi zamanı "xxxx" ASC tərəfindən icra məmurunun yeni sifariş verməsi və bu sifariş əsasında hərracların keçirilməsi bildirilmiş, lakin məhkəmə aşağıdakı xüsusətlara görə həmin arqumentlərlə razılaşmamışdır. Əvvəla, mənzil və qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın dayandırılması barədə icra məmurunun məktubu xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir Həmin tarixədək isə ipoteka predmetlərinə dair artıq xx.xx.2021-ci il tarixdə ilkın hərrac keçirilmişdir. İpoteka predmetlərinə dair hərracın keçirilməsi barədə sifariş yeni sifariş deyil, elə xx.xx.2021-ci il tarixli məktubda göstərilən 132325/3 sifarişin nömrəsi ilə eynidir. Bundan başqa, İcra Şöbəsi tərəfindən daxil olmuş dayandırma barədə məktub xx.xx.2021-ci il tarixli sifariş üzrə hərrac təşkilatı "xxxx" MMC tərəfindən edilmiş hərəkətləri və onun nəticələrini ləğv etmir. Əksinə icra orqanı tərəfindən verilmiş dayandırma barədə məktub üzrə daha əvvəl hərrac təşkilatı tərəfindən edilmiş hərəkətləri aktual olaraq saxlayır. Yəni hərrac təşkilatı icra orqanı tərəfindən ona ünvanlanmış hərracın dayandırılması barədə maktub üzrə ləyin etdiyi təkrar hərracı keçirməməkdə haqlı olmasına baxmayaraq, daha sonra icra mamurunun xx.xx.2021-ci il tarixli sifarişdən sonra ipoteka predmeti üzrə ümumi qaydada bırıncı hərrac təyin etmişdir ki, bununla da "İpoteka haqqında" Qanunun tələblərini pozmuşdur. Belə olan halda müəyyən edilir ki, ipoteka predmeti olan mənzıl və qeyriyaşayış sahəsinə dair hərrac təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac sayca üçüncü hərracdır. Bununla yanaşı bildiririk ki, ipotekaya xitam verilməsi qüvvədə olan məhkəmə qərarı üzrə "xxxx" MMC-ni borcun ödənilməsindən azad etmir. İcra sənədinin icrası nəzarətdə saxlanılmaqla tələbin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçıının hazırkı iddia tələbi də, məhz, cavabdehin, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış həmin qətnaməsi üzrə icrası ilə iddiaçıya (tələbkara) vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsi isə nəzərədə tutur ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə tədqiq olunan sübutlarla müəyyən edilən hallar baxımından, qeyd edir ki, Yasamal rayon Məhkəməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrasına nəzarət həmin icra sənədini verən məhkəmə tərəfindən həyata keçirilməli olsa da, konkret halda iddiaçının hazırkı iddia tələbi, artıq icra sənədinin icrasına nəzarət ilə bağlılıqdan çıxmış və birbaşa inzibati orqanın özünə qarşı yönələrək, onun hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə kompensasiya tələbini ehtiva edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində hüquqlarının pozulduğu, nəticədə öhdəliyin icrasının təmini üsullarından biri olan ipoteka ilə yüklü edilmiş əmlakın ipotekadan azad edilməsi nəticəsində icra vərəqsi üzrə borcun ödənilməsinin təmin edilməsinin çətinləşməsi ucbatından 330950 (üç yüz otuz min doqquz yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Beləlklə, İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir Göründüyü kimi, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Qeyd olunmalıdır ki, inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin də birlikdə və eyni zamanda mövcud olması tələb olunur: -inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); -həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; -inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu öz təsdiqini tapmır. Yəni, iddiaçının iddia etdiyi formada əmlakların ipotekadan azad edilməklə ipotekaya xitam verilməsinin səbəbi cavabdeh inzibati orqanın bilavasitə faktiki xarakterli hərəkətləri və ya inzibati aktı olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə icraatında baxılan hərracın etibarsızlığında dair iş üzrə məhkəmələr cavabdeh "xxxx" MMC-nin hərracın keçirilməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verərkən ümumiyyətlə hərracın keçirilməsi qaydasının hansı dərəcədə və kim tərəfindən pozulması, hərrac nəticələrinin etibarsızlığına əsas olan qanunvericilik normalarına zidd olmasını yoxlamış, dolayısı ilə eyni zamanda hazırkı iş üzrə cavabdeh İcra Şöbəsinin hərracın etibarsızlığına əsas verən hərəkət və ya hərəkətsizliyin mövcud olub-olmamasına da hüquqi qiymət vermişdir. Belə ki, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3741/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetləri ilə bağlı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin əmlak hərracda satılmamışdır. xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın keçirilməsi isə icra məmurunun yazılı müraciəti əsasında cavabdeh tərəfindən dayandırılmışdır. Daha sonra icra məmuru sözügedən ipoteka predmetlərinin satılması ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla yenidən MMC-yə sifariş vermiş və həmin sifariş əsasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən ipoteka predmetlərini ipoteka saxlayan əldə etmiş və “Hərracın yekunları barədə” 03/01 və 03/02 №-li protokollar tərtib edilərək ipoteka predmetlərinin tələbkarın əldə etməsi qeyd edilmişdir. Hazırkı ipoteka predmetləri ilə bağlı birinci hərrac xx.xx.2021-ci il tarixdə, təkrar hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, bundan sonra isə xx.xx.2021-ci il tarixdə daha bir dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. xx.xx.2021-ci il tarixdə təkrar hərrac keçirilməklə, hərrac baş tutmadığından həmin tarixdən 30 təqvim günü, yəni yanvar ayının 03-dək ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanı olmuşdur. İpoteka saxlayan isə qeyd olunan müddət ərzində bu istiqamətdə heç bir tədbir görməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh mübahisəli mənzilin satılması ilə əlaqədar iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ipoteka predmeti olan mənzil və qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixdə təkrar hərracdan sonra 30 gün müddətində Bank tərəfindən əldə edilməsi imkanı nəzərdə tutulmuşdur. Lakin hərrac təşkilatı xx.xx.2022-ci il tarixdə ipoteka saxlayana ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmişdir. İpoteka saxlayan üçün ipoteka predmetlərini qanunvericiliyə uyğun olaraq əldə etməsi üçün son müddət xx.xx.2022-ci il tarix olsa da, ipoteka predmetlərinin əldə edilməsi barədə hərrac təşkilatı ilə ipoteka saxlayan arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə, yəni xx.xx.2022-ci il tarixli təkrar hərracda keçirilməsindən 59 gün sonra bağlanmışdır.” Göründüyü kimi, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən hərracların ilkin və təkrar olmaqla keçirilməsi nəzərdə tutulsa da və hərrac təşkilatı tərəfindən həmin sayda hərraclar keçirildikdən sonra ipoteka predmeti zəruri müddətdə əldə edilməmişdir. Buna görə də əmlakların mülkiyyətçisi tərəfindən müvafiq qaydada məhkəməyə müraciət edilərək hərracın nəticələri etibarsız hesab edilmiş, əmlak ipotekadan azad edilmişdir. Qeyd edilən hissədə hərrac təşkilatı tərəfindən dayandırılmadan əvvəl hərracın bir dəfə keçirildiyi nəzərə alınaraq, cavabdeh inzibati orqan tərəfindən hərracın dayandırılmasından sonra davam etdirilməsi barədə hərrac təşkilatına sifariş verilməsi qanunvericiliyin tələblərinin pozulmasına əsas olmamışdır. Hərracın nəticələrinin etibarsız hesab edilməsi və əmlakların ipotekadan azad edilməsi yönündə iddiçaı üçün əliverişsiz hüquqi nəticəyə gətirib çıxaran səbəb cavabdeh inzibati orqanın hərəkətləri yox, hərrac mərkəzi tərəfindən keçirilmiş hərracdan sonrakı müəyyən edilmiş müddətdə ipoteka predmetinin iddiaçı tərəfindən əldə edilməməsi olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd edilən nəticə ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında zəruri səbəbli əlaqə mövcud deyildir. Buna görə zərərvurmadan yaranan öhdəliklərinin ümumi şərtləri baxımından ziyan mövcud olmuş olsa idi belə, buna gətirib çıxaran hərəkətlər cavabdeh inzibati orqan tərəfindən törədilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Dolayısı ilə, inzibati orqanın qanuni hərəkətləri halında məsuliyyət daşıması ümumi qaydada istisna edilir. İş üzrə iddiaçı iddia tələbində cavabdehin hərəkətləri nəticəsində maddi zərər olaraq bütövlükdə 330950 (üç yüz otuz min doqquz yüz əlii) manat kompensasiyanın ödənilməsini tələb etsə də, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi iş üzrə sübuta yetirilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Qanunun tələblərinə əsasən tələbkar qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tələb etməkdə haqlıdır və icra icraatının aparılmasını istisna edən hallar mövcud olmadıqda həmin icraat davam etdirilir. Yəni, iddiaçının tələb etməkdə haqlı olduğu borc məbləği hazırda da qüvvədə olmaqla icra mərhələsindədir. Dolayı yolla, əmlakların ipotekadan azad edilməsi iddiaçını tələb etməkdə haqlı olduğu borc məbləğini tələb etmək hüququndan məhrum etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar