Məhkəmə qərarları › İş №e-2-1(112)-8478/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8478/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8478/2025 01.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni 52 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 çü) yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu il tarixdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. 1995-ci il tarixdə İnstitutu “Tibbi-profilaklika işi” ixtisası üzrə bitirmişdir. X3 Komissiyasının xx.xx.1995-ci il tarixli qərarı ilə “həkim” ixtisası verilmişdir. İnstituta qəbul edilməmişdən əvvəl, xx.xx.1988-ci və 1989-cu illərdə Bakı şəhəri 15 nömrəli Birləşdirilmiş Xəstəxanada kiçik tibb personalı vəzifəsində işləmişdir. xx.xx.1989-cu il tarixdə Universitetə qəbul olmuşdur. xx.xx.1995-ci il tarixdə Taun əleyhinə stansiyada həkim vəzifəsində işə qəbul olmuşdur. 2012-ci ildə Epidemioloji tədqiqat şöbəyə aparıcı elmi işçi vəzifəsinə təyin edilmişdir. 2013-cü ildə Təşkilatimetodiki və statistik bölməyə aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir. İddiaçı cavabdehə Prezident təqaüdünün təyin edilməsi üçün müraciət etsə də, cavabdeh iddiaçının elmi müəssisə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində stajının (23 il, 10 ay, 18 gün) Fərmanla tələb edilən 25 il sığorta stajından az olduğu üçün ona Prezident təqaüdünün təyin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə. İddiaçı xx.xx.1995-ci ildən 2019-cu ilədək Taun əleyhinə stansiyada işləmişdir. Əmək pensiyaları haqqında” Qanunun 24-cümaddəsinə əsasən onun stajı ikiqat ölçüdə hesablanmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş müraciətinə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Filial tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ü-244463 nömrəli cavab məktubu ilə İddiaçı müraciətinin müsbət həllinin olmadığı bildirilmişdir. Daha sonra iddiaçı ona əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni 52 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirilir ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində stajı (23 il 10 ay 18 gün) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımdan mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının tələbinin qanunsuz və əsassız olduğu nəzərə alınaraq təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavədə bildirilmişdir ki, sözügedən etirazda İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi barədə müraciətinə münasibət bildirilmişdir. Məhkəmə icraatı zamanı aşağıda qeyd edilən məsələlərə münasibətin bildirilməsi zərurəti yaranmışdır: 1. iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajının hesablanması qaydası; 2. sözügedən hesablama qaydasının iddiaçıya Prezident təqaüdünün təyin edilməsi zamanı tətbiq edilib-edilməməsi. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etiraza əlavə təqdim edilir və hesab edilir ki, cavabdeh orqan tərəfindən verilmiş imtina qanunauyğun, iddiaçının iddia tələbi isə əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində stajı (23 il 10 ay 18 gün) Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanı ilə (bundan sonra - Fərman) tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi Fərrranın tələbləri baxımından mümkün hesab edilməmişdir. Bununla bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiiklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, Fərmana əsasən xx.xx.2021-ci il tarixdən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas is yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 13.01,2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən 01.01,2023-cü il tarixindən Prezident təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manata çaldırılmışdır. Fərmanın məzmunundan göründüyü kimi, şəxsə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün eyni zamanda dörd şərtin mövcud olması zəruridir: 1. əsas iş yeri kimi elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmalı; 2. elmi dərəcəsi olmalı; 3. əmək pensiyaçısı olmalı; 4. işləməməlidir. İddiaçı münasibətdə isə qanunvericiliklə nəzərdə tutulan dörd şərtdən yalnız üçü mövcud olmuşdur: iddiaçıya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir; xx.xx.2024-cü il tarixindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir; hazırda işləməyən əmək pensiyaçısı kateqoriyasına aiddir. Beləliklə, hazırda məhkəmə mübahisəsinin predmetini İddiaçı qeyd edilən Prezident təqaüdünün təyin edilməsi üçün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində qanunvericiliklə nəzərdə tutulan 25 il sosial sığorta stajının olmaması təşkil etməkdədir. Elmi müəssisə və təşkilatların anlayışı “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ römrəli Qanunu (bundan sonra-Qanun) ilə müəyyən edilir. Həmin Qanunun 10.1ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyrikommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir. Qanunun 10.4-cü madcəsində elmi müəssisə və təşkilatlar qismində dövlət ali elmi təşkilatı, elmi tədqiqat institutu, ali təhsil müəssisəsinin elmi qurumları, elmi mərkəzlər, təcrübi-konstruktor, layihəkonstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələri, habelə elmi işçilərin ictimai qurumları təsnifləşdirilmişdir. Həmçinin, Qanunun 8.2-ci maddəsi ilə elmi müəssisə və təşkilatlarda müəyyən edilən elmi işçi vəzifələri təsbit olunmuşdur. Belə ki, Qanunun 8.5ci maddəsinin tələbinə əsasən elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları elmi müəssisə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir. Qanunun 21.4-cü madjəsinə əsasən elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir. Bununla bağlı məhkəmənin nəzərinə çatdırılmalı iki vacib məqam vardır: İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 52 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən Qanunun 9.8-ci maddəsinə əsasən (21 il 09 ay O'* gün ümumi, 10 il 05 ay güzəştli iş stajı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi" X1 tərəfindən təqdim edilmiş 31,07.2024-cü il tarixindən 27/01 nömrəli arayışa əsasən xx.xx.1995- ci il tarixindən xx.xx.2019-cu il tarixinədək “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” X1ndə (əvvəlki adı S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) təşkilati, metodiki və statistik bölməsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 24.0.3-cü maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti pensiya təyinatı zamanı sığorta stajının hesablanmasında ikiqat ölçüdə nəzərə alınır. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi zamanı sosial sığorta stajlarının ikiqat hesablanması mövcud heç bir qanunvericilik aktı ilə nəzərdə tutulmamışdır. İddiaçının əmək kitabçasına baxış keçirdikdə, əsas iş yeri qismində elmi müəssisə və təşkilatlarda işlədiyi dövr kimi yalnız xx.xx.1995-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyada işlədiyi dövr hesab edilir. İddiaçı qeyd olunan stansiyada isə cəmi sosial sığorta stajının müddəti 23 il 10 ay 18 gün təşkil etməkdədir (mübahisələndirilən və ya cavabdeh tərəfindən qəbul edilməyən dövrlər mövcud deyildir). Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək hər iki sosial ödəniş növünün qarşılıqlı təhlili məhkəməyə təqdim edilir: İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı taun əleyhinə müəssisədə işlədiyi müddətin ikiqat ölçüdə nəzərə alınmasının hüquqi əsasları: sığortaolunanın əmək şəraitinin xüsusilə ağır və zərərli olması; - işlədiyi miiddətcə vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ağır xəstəliklərə yoluxmaq ehtimalının yüksək olması; sığortaolunanın sağlamlığının daim risk altında olması. Sadalananları nəzərə alaraq, İddiaçı timsalında taun əleyhinə müəssisələrdə işləyən sığortaolunanlara pensiya təyinatı zamanı işlədikləri dövrün ikiqat hesablanaraq sosial sığorta stajlarına daxil edilməsi bir növ vəzifə borclarını yerinə yetirərkən itirilmiş sağlamlığın dövlət səviyyəsində kompensassiyası məqsədini daşıyır. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü isə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədilə təsis edilmiş ödəniş növüdür. Təqaüd Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarına elm sahəsinə verdikləri töhfənin qarşılığında təyin edilən sosial ödənişdir. Beləliklə, hesab edilir ki, İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün sosial sığorta stajının müddəti qanunvericiliklə nəzərdə tutulan 25 ildən az olması cavabdeh tərəfindən sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun məzmunda izahat verəək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və əlavəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələb üzrə müraciətinə baxılmış və etiraza uyğun məzmunda imtina cavabı verilmişdir. -ИТ – İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Bakı şəhəri 15 nömrəli Birləşmiş Xəstəxanada kiçik tibb personalı işləmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika fakültəsində təhsil almış, xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Taun əleyhinə stansiyada həkim vəzifəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Epidemioloji tədqiqat şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. -Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş FD № 07412 nömrəli, 2012-ci il tarixli Fəlsəfə doktoru diplomunun surətindən görünür ki, Komissiyanın xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının Mərkəzi Filialda mövcud olan pensiya işinə dair sənədlərin və “X2”ndən çıxarışın təsdiq edilmiş surəti məhkməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 13056/2024 №-li qərarı ilə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası (366.74 AZN) təyin olunmuşdur. Beləliklə, işin faktiki hallarından və məhkəmə iclaslarında tərəflərin izahatlarından müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana pensiya hüququ yarandığı tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun iş stajının 23 il 10 ay 18 gün olmasına, beləliklə də müvafiq qanunvericiliyə uyğun olaraq tələb olunan 25 il sığorta stajından az olmaqla, ona Prezident təqaüdünün təyin edilməsinin mümkün olmadığına istinad etmişdir. İddiaçı isə cavabdehin imtinası ilə razılaşmır və “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsaslanmaqla qeyd edir ki, onun xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Taun əleyhinə stansiyada çalışdığı dövr üzrə iş stajı ikiqat ölçüdə hesablanmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinin hazırkı redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 24.0-cı maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 №-li Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2023-cü il tarixli, 1969 №-li Fərmanına əsasən, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manata çatıdırlmışdır. Göründüyü kimi, şəxsə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün eyni zamanda dörd şərtin mövcud olması zəruridir:

1. əsas iş yeri kimi elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmalı;

2. elmi dərəcəsi olmalı;

3. əmək pensiyaçısı olmalı;

4. işləməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə elmi dərəcəsinin olması, ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, hazırda işləməyən əmək pensiyaçısı kateqoriyasına aid olması işin mübahisəsiz hallarıdır. Göründüyü kimi sözügedən 3 şərtin ödənilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. İş üzrə yeganə mübahisə iddiaçının ona Prezident təqaüdünün təyin edilməsi üçün Fərmanda nəzərdə tutulmuş 25 il sığorta stajına malik olmamasıdır. Bununla bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “təqaüd” və “pensiya” iki fərqli anlayış olmaqla, təyinat proseduru və qaydaları da fərqlilik təşkil edir. Belə ki, istinad olunan “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsi şəxsə pensiya təyinatı zamanı tətbiq olunmaqla, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti sığorta stajının hesablanmasında ikiqat ölçüdə nəzərə alınır ki, iş materiallarından da göründüyü kimi iddiaçının xx.xx.1995-xx.xx.2019-cu illərdə Taun əleyhinə stansiyada çalışdığı dövr nəzərə alınmaqla, ona artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, hazırkı mübahisə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi zamanı sosial sığorta stajının ikiqat hesablanması isə mövcud heç bir qanunvericilik aktı ilə nəzərdə tutulmamışdır. Belə hüququn olmadığı halda isə iddiaçıya bu formada təqaüdün təyini istisna olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar