Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8493/2023 04.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 260,43 kv.m yaşayış evinin sökülməsinə görə 651075 manat və 600 kv.m torpaq sahəsinin geri alınmasına görə ******* manat, cəmi ******* manat və həmin məbləğə 20% əlavə etməklə toplam – ******* manat kompensasiya məbləğinin dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan X1rşı “Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 260,43 kv.m yaşayış evinin sökülməsinə görə 651075 manat və 600 kv.m torpaq sahəsinin geri alınmasına görə ******* manat, cəmi 1 851 075 manat və həmin məbləğə 20% əlavə etməklə toplam – 2 313 844 manat kompensasiya məbləğinin dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən, 600 kv.m. torpaq sahəsi, hasara alınmaqla uzun müddət ərzində İddiaçı istifadəsində olmuş və həmin ərazidə birmərtəbəli yaşayış evi inşa olunmuşdur. Qeyd olunan torpaq sahəsi, qanunvericiliyin tələblərinə müvafiq olaraq, Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı ilə sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamında göstərilmişdir ki, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqısatqı qaydasında İddiaçı adına sənədləşdirilməsinə, İddiaçı ilə Bələdiyyə arasında alqısatqı aktının tərtib edilməsinə və aktda göstərilən məbləğin Bələdiyyənin hesabına ödənilməsinə dair sərəncam verilmişdir. Sonradan torpaq sahəsinin alınması üçün 320 manat pul vəsaiti Bələdiyyənin bank hesabına köçürülmüş, alqı-satqı aktı əsasında həmin torpaq sahəsi əvəzi ödənilməklə satın alınmış və torpaq sahəsinin planı təqdim olunmuşdur. Torpaq sahəsi alındıqdan sonra həmin ərazidə 2 mərtəbəli, ümumi sahəsi 260,43 kv.m. olan yaşayış evi inşa edilmiş və müvafiq sənədləşdirilmə işləri aparılması üçün memarlıq planlaşdırma layihəsi “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən 2010-cu ildə təsdiq edilmişdir. Təqribən 2011-ci ilin ortalarında, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi üçün, qeyd olunan yaşayış evi xəbərdarlıq edilmədən sökülmüş və evin yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınmışdır. Lakin, mülkiyyətçiyə heç bir kompensasiya ödənilməmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə çoxsaylı həm şlfahi, həm də rəsmi müraciətlər olunsa da, hal-hazıradək heç bir əməli tədbirlər görülməmişdir. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisində 1kv.m. yaşayış sahəsinin təqribən 2500 manat və 1 kv.m. torpaq sahəsinin təqribən 2000 manat dəyərində olduğunu nəzərə alaraq 260,43 kv.m. yaşayış evi üçün-651075 və 600 kv.m. torpaq sahəsi üçün ******* manat, cəmi - ******* manat və həmin məbləğə də 20% əlavə etməklə toplam- 2313 844 (1851075+1851075%20) manat kompensasiya məbləğinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ödənilməsinin təmin edilməsi barədə cavabdehə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət olunmuşdur. Cavabdeh isə kompensasiyanın ödənilməsi sahəsində hər hansı bir əməli tədbir görmür və müraciətə də cavab vemir. İşin mübahisəsiz halıdır ki, hazırki işdə iddiaçının mülkiyyətində olan evi sökülmüş və mülkiyyət hüququ ilə sahibliyində və istifadəsində olan torpaq sahəsi geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun mülkiyyətində olan əmlak üzərində sərəncam vermə və mülkiyyətin yerləşdiyi torpaqdan istifadə imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunana mülkiyyət və istifadə etmə hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. Kompensasiyanın hesablanmaması və hal-hazıradək ödənilməməsi onu göstərir ki, iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları və mənafeyi pozulmuşdur. Hazırkı iş üzrə bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsas olmuş halları sübut etmək vəzifəsini həmin müdaxiləni etmiş cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daşımalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır.
İş materiallarında olan:
xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdeh inzibati orqana iddiaçının adından müraciət etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli “Bələdiyyə ərazisində olan 600 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə” Sərəncamın kserosurətinə əsasən, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi əlavə olunmuş çizgi əsasında alqısatqı qaydasında İddiaçı adına sənədləşdirilməsi, Bakı şəhərində 12-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir. “Torpaqların alqı-satqısına dair” aktın kserosurətinə əsasən Səbail rayonu ərazisində ünvan 1 ünvanda yaşayan İddiaçı bələdiyyə ərazisində 400 kv.m ha torpaq sahəsi satılması barədə 2004-cü il 30 dekabr tarixli, 989 saylı qərar qəbul edilmişdir. İddia ərizəsinə “Əmlak bazarı iştirakçıları” İctimai Birliyi tərəfindən 2010-cu ildə hazırlanmış “ Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində İddiaçı məxsus mövcud 2 mərtəbəli yaşayış evinin memarlıq planlaşdırma layihəsi” təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş CD859665 nömrəli, xx.xx.2006-ci il tarixli qəbzin kserosurətinə əsasən İddiaçı tərəfindən torpaq alınmasına görə 320 manat Səbail bələdiyyəsinin hesabına ödənilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-18829/2023 **********29 nömrəli “Fiziki şəxsin adına daşınmaz əmlakın olub-olmaması barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iddiaçının nümayəndəsinə ünvanladığı 07 fevral 2022-ci il tarixli, ********** nömrəli məktubuna əsasən bildirilmişdir ki, müraciətdə qeyd edilən ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən heç bir söküntü işləri aparılmamışdır. Məhkəmənin 20 iyun 2023-cü il tarixli Qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə tərtib olunmuş cizgi və alqı-satqı aktı əsasında, İddiaçı satılmış Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi hal-hazırda mövcuddurmu? - Mövcud deyilsə, sözügedən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçə ərazisindən keçən avtomobil yolunun və ya avtomobil yolunun mühafizə zolağının ərazisinə düşübmü? Düşübsə, torpaq sahəsinin yolun altında qalan hissəsi (ölçüsü) müəyyən edilsin. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5704 nömrəli , 06 oktyabr 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: 1-ci və 2-ci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə o cümlədən, Bakı şəhəri, Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə tərtib olunmuş cizgi və alqı-satqı aktı əsasında, İddiaçı satılmış Bakı şəhəri Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi hal-hazırda mövcud olmadığı müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi Səlyan şossesi abtomobil yolunun üzərində (əvvəllər) yerləşdiyi nəzərə alaraq yolun qorunma (mühafizə) zonasına düşdüyü müəyyən olunur.
İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:
9. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 157.9. dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. - 246.1. bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir - 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.
11. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən:
- 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. - 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. - 54. alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. - 65.1. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. 12.Sadalanan normalardan göründüyü kimi, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur.
13. Yuxarıda qeyd edilən Qanunun 80-ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir.
14. İddiaçı tərəfindən kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsinə sahiblik etməsi və ya torpaqdan fayda alması iş materiallarından müəyyən edilməmişdir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
16. Məhkəmə təqdim olunmuş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla (mülkiyyət, istifadə və ya icarə) hüquq əldə etməmişdir.
17. İddiaçının iddia ərizəsində bildirdiklərinə görə, cavabdeh tərəfindən 2011-ci ildə dövlət ehtiyacları üçün iddiaçıya məxsus 600 kv.m torpaq sahəsinin alınması məqsədi ilə yaşadığı fərdi ev sökülmüşdür.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən 2011-ci ildən sonrakı 12 il ərzində ona məxsus torpaq sahəsinə və evə görə kompensasiyanın ödənilməsi üçün müvafiq dövlət orqanlarına və ya cavabdehə müraciət edilməsi iş materialları ilə müəyyən olunmur.
19. Məhkəmə iddiaçının ******* (iki milyon üç yüz on üç min səkkiz yüz qırx dörd) manat məbləğində kompensasiyanın alınması məqsədi ilə təqdim etdiyi sənədlərin kserosurətlərini mötəbər sübut qismində qiymətləndirmir. Belə ki, iddiaçı iddia ərizəsində ona bələdiyyə tərəfindən 600 kv.m torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 260,43 kv.m olan fərdi evin mövcud olmasını iddia etsə də, iş materiallarında bu dəlilləri sübut edən sənədlər mövcud deyildir.
20. Belə ki, iş materiallarına əlavə edilmiş torpağın alqı-satqı aktında bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin ümumi sahəsinin 400 kv.m-dən ibarət olması göstərilmişdir.Lakin həmin aktın üzərində aktın tərtib edilmə tarixi, tərəflərin imzaları mövcud deyildir, akt bələdiyyə möhürü ilə təsdiq olunmamışdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci madəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
- 11-ci maddəsində göstərilmişdir: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” - 89.1. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göründüyü ki, yalnız qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə inzibati orqan məsuliyyət daşıyir.
23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən,
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı “Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 260,43 kv.m yaşayış evinin sökülməsinə görə 651 075 manat və 600 kv.m torpaq sahəsinin geri alınmasına görə 1 200 000 manat, cəmi 1 851 075 manat və həmin məbləğə 20% əlavə etməklə toplam – 2 313 844 manat kompensasiya məbləğinin dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia əsassız olduğu üçün təmin edilməməlidir. 25.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova