Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-851/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, məhkəmə iclas katibi X10 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh İnnovasiya və X3rşı “cavabdehin hərəkəti qanunsuz hesab edilməsi, 2022-ci ilin fevral ayından oktyabr ayına qədər 9 ay ərzində ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 manatın, mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, cəmi 95000 manatın ödənilməsi vəzifəsinin qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və X3rşı “iddiaçıya əmək haqqının ödənilməməsi barədə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2022-ci ilin fevral ayından oktyabr ayına qədər 9 ay ərzində ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 manatın və mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, cəmi 95000 manatın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə daha sonra ərizə ilə müraciət edərək, “məhkəmənin təklifini nəzərə alaraq iddia tələblərində dəqiqləşdirmə apararaq, iddiaçıya əmək haqqının ödənilməməsinin qanunsuz hesab edilməsi, 2022-ci ilin fevral ayından oktyabr ayına qədər 9 ay ərzində ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 manatın və mənəvi zərərin əvəzi olaraq 50000 manatın, cəmi 95000 manatın ödənilməsi vəzifəsinin cavabdeh İnnovasiya və X9 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçının “iddia tələblərinin dəqiqləşdirilməsi barədə” ərizəsi məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2019-cu il tarixli 1375 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində X2 Heyətinin sədri təyin edilib.“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1464 nömrəli Fərmanın 1 və 2-ci hissələrinə əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmış, Nazirliyin tabeliyində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və X11 publik hüquqi şəxs yaradılıb. Fərmanın imzalandığı tarixdən 3 (üç) gün sonra, yəni 2021-ci ilin 14 oktyabr tarixində İnnovasiyalar Agentliyinin inzibati binasında, Rəqamsal İnkişaf və Nəqliyyat Nazirinin müavinləri Rövşən Rüstəmov və Fərid Əhmədov tərəfindən X4 Heyətinin üzvləri və şöbə müdirlərinin iştirakı ilə iclas keçirilmiş, həmin iclasda X16 kimi İddiaçı və İdarə Heyətinin digər 2 (iki) üzvlərinə şifahi olaraq bildirilmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən tutduqları vəzifələrə həmin tarixdən artıq son verilmiş və iş yerlərinə gəlməməyi təkid edilmişdir. Fərmanın 7-ci hissəsində göstərilib ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu fərmanın 2.2-ci bəndində göstərilən qurumlar öz fəaliyyətini davam etdirsinlər. 2022-ci ilin yanvar ayına qədər iddiaçıya X16 olaraq əmək haqqı ödənilib, fevral ayından etibarən ona hər hansı əmək haqqı ödənilməyib. X13 digər üzvləri hələ də əmək haqqı almaqdadır. İddiaçı X16 olaraq 5000 manat əmək haqqı alırdı. 2022-ci ilin fevral ayından oktyabr ayına qədər olan 9 ay ərzində ödənilməmiş əmək haqqının əvəzi olaraq iddiaçıya cəmi 45000 manat ödənilməlidir. İddiaçı əvvəlcə Bakı şəhər Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Yasamal rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilib. İddiaçı qərardaddan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib.Daha sonra iddiaçı hər iki cavabdehə müraciət edərək ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 (qırx beş min) manat və mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat olmaqla, cəmi 95.000 (doxsan beş min) manatın ona ödənilməsini xahiş edib. Lakin onun müraciətlərinə cavabdehlər tərəfindən cavab verilməyib. Odur ki, iddiaçı məhkəməyə müraciət edir. Konstitusiyanın 35-ci maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, heç kəs zorla işlədilə bilməz. İddiaçı X16 olaraq hər gün işə gedib, üzərinə düşən səlahiyyətləri icra edib və bunun müqabilində gördüyü işə görə əmək haqqı alıb, lakin 2022-ci ilin fevral ayından oktyabr ayına qədər əmək haqqını almayıb. Ümumiyyətlə iddiaçının X16 vəzifəsindən azad edilməsinə dair hər hansı qərar qəbul edilməyib, iddiaçıya onun İdarə Heyəti sədrliyindən azad edilməsi barədə rəsmi sənəd təqdim edilməyib. İddiaçı əvvəlcə Yasamal rayon məhkəməsinə müraciət etsə də, məhkəmə onun iddiasına mahiyyəti üzrə baxmayıb. Bu halda iddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırmaq məcburiyyətindədir. İddiaçı bildirir ki, o, əmək vəzifələrini lazımi qaydada yerinə yetirib, işlədiyi müddətdə vəzifəsinə məsuliyyətlə yanaşıb. Onun heç bir qanuni əsas olmadan işdən azad edilməsi və əmək haqqı ödənilməməsi ona mənəvi zərər vurub. İddiaçı ona vurulmuş mənəvi zərərin məbləğini 50.000 manat qiymətləndirir. Cavabdeh İnnovasiya və X11 iddiaya dair etirazında bildirmişdir ki, iddiaçı tərəfindən daha əvvəl eyni tələblə Yasamal rayon məhkəməsinə müraciət etmişdir.Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixlie-2(004)-4944/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103) -7761/2022 nömrəli qərardadı ilə verilmiş apellasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəəyişdirilmədən saxlanılmışdır. “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologoyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında “ Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmış, Nazirliyin tabeliyində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və X11 yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən 1464 nömrəli Fərmanının 3.5-ci bəndindən göründüyü kimi İnnovasiyalar Agentliyi də daxilolmaqla digər qurumların da birləşməsi əsasında yeni yaradılan İnnovasiya və X7 X16nin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanına əsasən ölkə başçısı tərəfindən İnnovasiyalar Agentliyinin yenidən təşkili məqsədilə həmin Agentliyə deyil, nazirliyə sözügedən Fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Qeyd edilən Fərman Agentliyə münasibətdə yeni normativ hüquqi akt olduğundan, onun yenidən təşkil edilməsi barədə verilən qərarın icrasını təmin etmək məqsədilə bir sıra məsələlər , o cümlədən onun idarəedilməsi həmin Fərmana uyğun həll edilməlidir. Həmin Fərmanla təsisçi – Azərbaycan Respublikasının Prezidenti, Nazirliyi vəkil edilmiş orqan olaraq təsdiq edir ki, Nazirlik Agentliyin yenidən təşkili ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırığı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ləğvetmə komissiyası (təsviyəci, ləğvedici) hüquqi şəxsin təsisçisi tərəfindən təyin edilir və təyin edildiyi andan hüquqi şəxsin işlərin idarə etmək səlahiyyətləri ona keçir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ləğvetmə komissiyası(təsviyəci, ləğvedici) hüquqi şəxs yenidən təşkil formasında ləğv edilməsi prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reystrində daxil edilməsi üçün müvafiq sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməlidir. Bununla əlaqədar olaraq Dövlət Vergi Xidməti Agentliyin təyin edilmiş təsviyəcisinin müraciəti əsasında qanunvericiliyə müvafiq olaraq qeydiyyat məlumatlarında müvafiq dəyişiklikləri aparmışdır. Qanunvericiliyin tələbinə əsasən ləğvetmə prosesində olan hüquqi şəxsin idarəolunması səlahiyyətləri təsviyəciyə keçir. Burada söhbət hansısa azad olunmadan getmir.Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş adıçəkilən 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli X1 yenidən təşkil olunması ilə bağlı işlərin görülməsi Nazirliyə tapşırılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı bu vəzifəyə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilib və onun vəzifəsindən azad edilməsi məsələsi yalnız Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən oluna bilərdi. Azərbaycan Respublikası Prezidenti tərəfindən bu məsələ 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə tənzimlənmişdir. Cavabdeh göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
4. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə aşagıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının hazırkı iddiasına inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;
6. “Dövlət hüququ haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. - 10.4. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunun qüvvəsi onlara şamil edilmir. - 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən:
- 303. Bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslərə şamil edilmir.
8. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 1375 nömrəli Sərəncamına əsasən İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində X2 Heyətinin sədri təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2021-ci il tarixli, 1464 nömrəli Fərmanı ilə, həmin Fərmanın 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar tabeliyindəki “Milli Nüvə Tədqiqatları X15 Cəmiyyətinin, Azərbaycan Respubliksının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və X12 publik hüquqi şəxs yaradılmış, Fərmanın 7-ci bəndinə əsasən, bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar öz fəaliyyətini İnnovasiyalar və X11 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək davam etdirməlidirlər. İddiaçı, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təyin edildiyi İnnovasiyalar Agentliyinin rəhbəri vəzifəsi üzrə funksiyalarını İnnovasiya və X8 hüquqi şəxs kimi dövlət qeydiyyatına alınanadək həyata keçirildiyi üçün, cavabdeh İnnovasiya və X5 2022-ci ilin fevral ayından 2022-ci ilin oktyabr ayınadək əmək haqqı və mənəvi zərərin ödənilməsini tələb edir, mübahisənin inzibati məhkəmə icraatında həll edilməsini xahiş edir. Qeyd edilməlidir ki, inzibati mübahisələr və onların aidiyyəti məsələləri, inzibati fəaliyyət ilə müəyyən olunur, bu fəaliyyətin icrasından yaranır. Nəzəri fikrə görə, idarəetmə fəaliyyəti (inzibati fəaliyyət) dövlətin qanunvericilik və məhkəmə funksiyaları xaricində qalan funksiyadır, dövlərin qanunvericilik və məhkəmə fəaliyyətlərindən ayrı, cəmiyyət üçün icra edilən bütün fəaliyyətlər idarəetmə fəaliyyəti sayılır. Lakin nəzərə alınmalıdır ki, Ali icra hakimiyyəti orqanları onunla xarakterizə olunurlar ki, onların siyasi fəaliyyəti də var; siyasi fəaliyyət isə idarəetmə fəaliyyəti (inzibati fəaliyyəti) sayılmır. Dövlət orqanlarının hakimiyyət səlahiyyətləri əsasən dövlət qulluqçuları vasitəsi ilə həyata keçirilir. Dövlət qulluğu, dövlət qulluqçularının statusu , və bu qulluğu ilə bağlı məsələlər inzibati idarəetmə hüququnun bir bölməsidir.Dövlət qulluğu dövlət vəzifəsində həyata keçirilir. Elmi və siyasi ədəbiyyatda səlahiyyətlərin xarakterlərinə görə vəzifələr aşagıdakı kimi təsnifləşdirilir: siyasi vəzifələr, inzibati vəzifələr və yardımçı vəzifələr. Siyasi vəzifəyə dövlət qulluqçuları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətə müvafiq qanunvericilik və icra hakimiyyəti orqanlarının qərarı ilə vəzifəyə təyin edilir və yaxud seçilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə əsasən, dövlət qulluğu ilə bağlı məsələlər qanunla tənzimlənir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçuları arasında yaranan münasibətləri, dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri 1 sentyabr 2001-ci il tarixdən qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanun tənzimləyir. Bu Qanunun tələblərinə əsasən dövlət orqanlarında vəzifələr inzibati və yardımçı vəzifələrə bölünür. xx.xx.2002-ci il tarixli "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Qanunla edilmiş dəyişikliklə siyasi kateqoriya dövlət qulluqçuları təsnifatdan çıxarıldı. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericiliklə tənzimlənir; dövlətlə bu şəxslər arasında əmək qanunvericiliyi tətbiq oluna bilməz. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və “Dövlət qulluğu haqqında” qanun və Əmək Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları onlara şamil edilmir. Beləliklə iddiaçının İnnovasiyalar Ağentliyində hakimiyyət səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı vəzifəsi inzibati vəzifəsi deyildir, siyasi vəzifəsidir. Məhkəmə hesab edir ki, iddiaçının vəzifəsi- siyasi vəzifəsi olduğundan, onunla cavabdeh arasında inzibati münasibətləri mövcud olmadığından hazırkı iddiasının inzibati məhkəmə icraatında baxılması mümkün deyil. 9.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 10.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İnnovasiya və X3rşı “iddiaçıya əmək haqqının ödənilməməsi barədə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2022-ci ilin fevral ayından oktyabr ayına qədər 9 ay ərzində ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 manatın və mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, cəmi 95000 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia mümkünlük şərtlərinə cavab vermir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova