Məhkəmə qərarları › İş №e-2-1(112)-8563/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8563/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8563/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 1991-1992-ci illərdə ermənilər torpaqlarına təcavüz edərkən iddiaçı da Vətənin müdafiəsinə qalxmışdır. xx.xx.1992-ci ildən 07 avqust 1992-ci ilədək Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsində gedən döyüşlərdə iştirak etmişdir. Lakin iddiaçıya “Müharibə veteranı” adı verilməmişdir. Müdafiə Nazirliyinə müraciəti müsbət həll olunmamışdır. Hansı ki, hərbi biletində bu barədə qeydlər vardır. Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəzifələrin verilməsi üzrə komissiya”nın katibinin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli 4/33596 saylı məktubunda göstərilir ki, müraciətinə xx.xx.2020-ci ildə baxılmış və müsbət qərar qəbul edilməmişdir. Lakin bu barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 4/33596 saylı məktubu isə poçt vasitəsi ilə xx.xx.2022-ci ildə almışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və vəkili ayrı - ayrılıqda iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sabunçu RPİ tərəfindən verilmiş AZE seriyalı 09585974 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı Bakı şəhərində qeydiyyatdadır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/33S96 saylı məktubundan görünür ki, iddiaçının “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış, 659 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nizami Rayon İdarəsinin 287 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N №-li arxiv arayışında göstərilir ki, X1 Dövlət Mühafizə Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 16 nömrəli əmrlə (§1, sıra nömrəsi 3) Mənzil-İstismar rəisi təyin edilib və xx.xx.1992-ci il tarixli 99 nömrəli əmrlə (§1, sıra nömrəsi 1) dəfn mərasiminin təşkil edilməsi məqsədi ilə Mənzil-İstismar rəisi Süleymanov Tahirə tabut hazırlanması barədə tapşırıq verilib. X1 Dövlət Mühafizə Komitəsi üzrə xx.xx.1992-ci tarixli 131 nömrəli əmrlə (§1) (əmrdə T.Süleymanov qeyd olunub) N nömrəli hərbi hissənin döyüş hazırlığını, silah və texniki təchizatını, sənədlərini yoxlamaq məqsədi ilə təyin olunan komissiyaya üzv təyin edilib. X4 5-ci əlahiddə motoatıcı briqada üzrə xx.xx.1992-ci il tarixli 234 nömrəli əmrlə (§1) (əmrdə Tahir Süleymanov qeyd olunub) Naxçıvan şəhərində yerləşən keçmiş Sovet Ordusunun 745-ci diviziyasına məxsus mədəni-maarif-müəssisələrinin təhvil alınması üçün təyin olunun komissiyaya üzv təyin edilib. X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 28 nömrəli əmrlə (§2, sıra nömrəsi 21) ilə baş leytenant hərbi rütbəsində 15 sentyabr 1992-ci il tarixdən vakant Mənzil-İstismar rəisi vəzifəsinin icrasına başlamış və 23 11.1992-ci il tarixli 52 nömrəli əmri ilə həmin əmr ləğv edilib. X3 döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı ehtiyata buraxılması haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N saylı xx.xx.2022-ci il tarixli və 4165 saylı xx.xx.2022-ci il arayışlarından görünür ki, X1 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 16 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 3) Mənzil-İstismar rəisi təyin edilib və xx.xx.1992-ci il tarixli 99 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 1) dəfn mərasiminin təşkil edilməsi məqsədi ilə Mənzil-İstismar rəisi Süleymanov Tahirə tabut hazırlanması barədə tapşırıq verilib. X1 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli 131 nömrəli əmrlə (§ 1) (əmrdə T.Süleymanov qeyd olunub) N nömrəli hərbi hissənin döyüş hazırlığını, silah və texniki təchizatını, sənədlərini yoxlamaq məqsədi ilə təyin olunan komissiyaya üzv təyin edilib. X4 5-ci əlahiddə motoatıcı briqada üzrə xx.xx.1992-ci il tarixli 234 nömrəli əmrlə (§ 1) (əmrdə Tahir Süleymanov qeyd olunub) Naxçıvan şəhərində yerləşən keçmiş Sovet Ordusunun 745-ci diviziyasına məxsus mədəni-maarif müəssisələrinin təhvil alınması üçün təyin olunan komissiyaya üzv təyin edilib. X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 28 nömrəli əmri (§ 2, sıra nömrəsi 21) ilə baş leytenant hərbi rütbəsində 15 sentyabr 1992-ci il tarixdən vakant Mənzil-İstismar xidməti rəisi vəzifəsinin icrasına başlayıb və xx.xx.1992-ci il tarixli 52 nömrəli əmri ilə həmin əmr ləğv edilib. X3 döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Arayış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək üçün verilir. - İddiaçıya məxsus 154418 saylı hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış, “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. İddiaçı qeyd edir ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən müharibə veteranı adının hərbi biletlər əsasında da verilməsi nəzərdə tutulmuşdur və iddiaçının hərbi biletində edilən qeydlər onun hərbi döyüşlərdə iştirakını sübut edir. İddiaçının bu dəlili ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin 1-ci maddəsinin tələblərinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi...tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...”. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı 4 bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı X7 Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 16 nömrəli əmrlə Mənzil-İstismar rəisi təyin edilmiş və xx.xx.1992-ci il tarixli 99 nömrəli əmrlə dəfn mərasiminin təşkil edilməsi məqsədi ilə ona tabut hazırlanması barədə tapşırıq verilmişdir. Daha sonra o, X7 Komitəsi üzrə xx.xx.1992-ci il tarixli 131 nömrəli əmrlə N nömrəli hərbi hissənin döyüş hazırlığını, silah və texniki təchizatını, sənədlərini yoxlamaq məqsədi ilə təyin olunan komissiyaya üzv təyin edilmiş, 5-ci əlahiddə motoatıcı briqada üzrə xx.xx.1992-ci il tarixli 234 nömrəli əmrlə Naxçıvan şəhərində yerləşən keçmiş Sovet Ordusunun 745-ci diviziyasına məxsus mədəni-maarif müəssisələrinin təhvil alınması üçün təyin olunan komissiyaya üzv təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 28 nömrəli əmri ilə baş leytenant hərbi rütbəsində 15 sentyabr 1992ci il tarixdən vakant Mənzil-İstismar xidməti rəisi vəzifəsinin icrasına başlamış və xx.xx.1992-ci il tarixli 52 nömrəli əmri ilə həmin əmr ləğv edilmişdir. İddiaçının döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Göründüyü kimi məhkəmə araşdırması zaman iddiaçının döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə qeyd etdiyi əsasları sübut edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya “Müharibə veteranı” adının və statusunun verilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar