Məhkəmə qərarları › İş №e-2-1(112)-8569/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8569/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8569/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15 mart 2024-cü il tarixli **********851700 və **********369900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fiziki şəxs kimi vergi uçotunda qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixdə onun adına VÖEN verilmişdir. 15 mart 2024-cü il tarixli **********851700 və **********369900 nömrəli qərarlar ilə ona vergilər hesablanmışdır. Göstərilən vergi məbləğinin azaldılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş, Xidmətin 24 may 2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. 15 mart 2024-cü il tarixli **********851700 və **********369900 nömrəli qərarlar əsassızdır. Buna görə də həmin qərarlar ləğv olunmalıdır. 2022-2023-cü illər üzrə gəlir əldə etməmişdir. Vergi orqanı tərəfindən əsassız olaraq iddiaçıya vergi hesablanmışdır. 2022- 2023-cü illər ərzində işlərin görülməsi və xidmətlərin görülməsindən mənfəət əldə etməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə eyni predmet və eyni əsaslar üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, inzibati işə Bakı İnizbati Məhkəməsinin hakimi Günel Sevdimalıyevanın icraatında baxılaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-1(112)-2462/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd olunan qərardad xx.xx.2025-ci il tarixində "Elektron Məhkəmə Sistemi”nə yerləşdirilmişdir. İddiaçı tərəfindən qərardaddan apellyasiya şikayəti təqdim edilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmədə yenidən iddia qaldırmaqla inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı münbasibəti müdafiə edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçı hazırda vergi orqanının 15 mart 2024-cü il tarixli **********851700 və **********369900 nömrəli qərarlarını mübahisələndirir, hansı ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddia növünə uyğundur. Lakin işdə olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2462/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 15 mart 2024-cü il tarixli **********851700 və **********369900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin həmin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadda göstərmişdir ki, “...Məhkəmə qeyd edir ki, iddia tələbinin predmetini təşkil edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 15 mart 2024-cü il tarixli **********851700 və **********369900 nömrəli qərarları inzibati şikayət qaydasında Dövlət Vergi Xidmətində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında mübahisələndirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 49 nömrəli xx.xx.2024-cü il tarixli qərarı sürətli poçt vasitəsilə xx.xx.2024-cü il tarixində göndərilmiş və qərarı iddiaçının ailə üzvü Balakişiyev Rəcəb tərəfindən təhvil alınmışdır. Belə ki, AZEMİS məlumat axtarış sistemindən görünür ki, Balakişiyev Rəcəb iddiaçının ailə üzvüdür... Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu göndərilərək İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2024-cü il tarixli qərarının çatdırılmasına dair sübutlar təqdim etməklə xx.xx.2024-cü il tarixli qərardan şikayət vermə müddətinin ötürülməsini əsaslandıran sübutların (prosessual müddətin bərpası haqqında ərizə ilə birlikdə) təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı qeyd edilən müddətdə müvafiq sübutları və ərizəni təqdim etməmiş, eləcə də lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Odur ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir...” Göründüyü kimi, iddiaçı daha əvvəl eyni iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə iddia verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə iddiaçının tələbini mümkün saymamışdır. Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qeyd edir ki, doğurdur, iddianın mümkün sayılmaması ilə bağlı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının xx.xx.2024-cü il tarixli qərarları mübahisələndirməsi ilə bağlı prosessual müddəti ötürməsi və müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinin sübut olunmaması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit edilmişdir. İddiaçı belə bir sübutu hazırkı məhkəmə iclasında da təqdim etməmişdir. Belə olan halda aydındır ki, iddiaçının mübahisələndirmə haqqında hazırkı iddiası tələb olunan xüsusi mümkünlük şərtinə, iddia qaldırmaq müddətinə cavab vermir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar