Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8570/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X1, X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********192174 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ Mübahisənin predmeti
1. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, **********192174 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsini xahiş etmişdir.
2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “Favorite Sanitary" MMC barəsində vergi orqanı tərəfindən xx.xx.2020-xx.xx.2023-cü il dövrləri əhatə etməklə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2025-ci il tarixli, **********180040 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********192174 nömrəli Qərarla iddiaçı barəsində əlavə vergilər hesablanmış və həmin məbləğlərə maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar əsassızdır və ləğv edilməlidir: Yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi yoxlamanın təyin edilməsi barədə qərarda əsaslandırılmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərar və qərardadlarında (vahid məhkəmə təcrübəsi ilə əlaqədar) pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1969/2022 saylı,xx.xx.2022-ci il tarixli, 2-1(102)-669/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-23/2022 saylı, xx.xx.2025-ci il tarixli, 2-1(102)-354/2025 nömrəli qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Bundan başqa, Aktın 1.9.4-cü bəndində xx.xx.2024-cü il tarixli **********186082 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən ekspertizanın aparıldığı qeyd olunmuşdur. Təqdim olunnmuş malın (işin,xidmətin) bazar qiymətinin müəyyən olunması üçün Vergi Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən olunan ardıcıllığa riayət edilməlidir, halbuki bazar qiymətinin ekspert rəyi əsasında müəyyən edilməsi ən son addımdır. Lakin cavabdeh səyyar vergi yoxlaması aktında yalnız Vergi Məcəlləsinin 14.6.3.1-ci və 14.6.3.2-ci maddələrinin niyə tətbiq edilmədiyini əsaslandırmamışdır. Bundan öncə tətbiq edilməli olan yuxarıda sadalanan normalara ümumiyyətlə münasibət bildirməmişdir. Cavabdeh təqdim edilən malların bazar qiymətini ekspertiza təyin etmək yolu müəyyən edərkən qanunvericiliyin imperativ tələblərinə riayət etməmiş, daha əvvəlki metodlardan istifadə etməmişdir. Bundan başqa, “Ekspertiza təyin edilməsi barədə” qərar vergi ödəyicisinə təqdim edilməmiş, onun həmin Məcəllənin 44.7-ci maddəsi ilə müəyyən olunan hüquqları təmin olunmamışdır. Həmçinin, cavabdeh qanunvericiliyin imperativ tələblərini pozaraq ekspertizanı “İnzibati icraat haqqında” Qanunun 41.4-ci maddəsinə zidd olaraq, məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertlərinə həvalə etməmişdir. Həmin normaya əsasən, ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun” 11-ci maddəsinə görə, ... “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir... Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı(Ədliyyə Nazirliyi nəzərdə tutulur) tərəfindən verilir. Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.” Qanunvericiliyin qeyd olunan müddəalarından göründüyü kimi, inzibati orqan yalnız məhkəmə ekspertizası idarəsinin eksperti və ya özəl məhkəmə eksperti ilə müqavilə bağlayaraq müvafiq sahə üzrə rəy ala bilər. İddiaçıya xx.xx.2024-cü il tarixində ekspert rəyi təqdim edən “X12” MMC-nin direktoru X5 özəl məhkəmə eksperti şəhadətnaməsi yoxdur. Bu səbəbdən də mahiyyətindən asılı olmayaraq onun verdiyi rəyin hüquqi əsası yoxdur. Bundan başqa, rəy verən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə görə bilə-bilə yalan rəy verməyə məsuliyyət daşıması barədə iltizam təqdim etməmişdir ki, bu da onun verdiyi rəyin mötəbər olmadığını bir daha təsdiq edir. Belə ki, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 22.3-cü bəndinə görə, müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətini bildirən və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Həmçinin, vergi orqanlarının bazar qiymətini müəyyən etməsi üçün birbaşa ekspert rəylərindən istifadə etməsinin əsassız olması formalaşmış məhkəmə təcrübəsi ilə də dəfələrlə təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1815/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1174/2023 saylı, xx.xx.2023-cüil tarixli 2-1(102)- 834/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-544/2023 saylı, xx.xx.2024-cü il tarixli 2- 1(102)-583/2024 saylı və əvvəlki illərdə qəbul edilmiş çoxsaylı qərarlarında əks etdirilən mövqeyə görə, bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə riayət edilməlidir. xx.xx.2023-cü il tarixli 2-1(102)- 1815/2023 saylı Qərarın 13-cü bəndində qeyd edilmişdir: “Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Beləliklə də, məhkəmə yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir.” Həmçinin, xx.xx.2024-cü il tarixli 2- 1(102)-583/2024 saylı Qərarın 37-40-cı bəndlərində əks etdirilən mövqeyə görə, ...Vergi Məcəlləsinin 14.6-cı maddəsi ilə bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələri ilə bazar qiymətini müəyyən etmək mümkün olmadığı hallarda və təqdirdə keçərlidir. ... Qeyd olunan üsullar nəticə vermədiyi təqdirdə, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl olunmaqla bazar qiyməti müəyyən edilməlidir. ... Həmçinin, iş üzrə ekspert qismində rəy verən "xxxx" MMC-nin əməkdaşı X1 iltizamda Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə bilə-bilə yalan rəy verməyə görə məsuliyyət barədə xəbərdar olunmadığına görə, onun rəyi də ekspert rəyi kimi qiymətləndirilə və mötəbər hesab oluna bilməz. Xüsusilə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdən qüvvəyə minən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycanda yeni yaradılmış Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyət göstərir və qiymətləndirmə sahəsində fəaliyyət göstərən şəxslər mütləq həmin qurumun üzvü olmalıdır. İddiaçı barəsində rəy təqdim edən X6 həmin qurumun üzvü deyildir. Əlavə olunan sənəddən göründüyü kimi, "X12" MMC-nin yalnız 2 əməkdaşı Palatanın üzvüdür. Bu isə o deməkdir ki, E.İlyasın Azərbaycan Respublikası ərazisində daşınar əmlakın qiymətləndirilməsinə dair rəy vermək səlahiyyəti yoxdur.Səyyar vergi yoxlaması aktının 1.9.5-ci bəndində qeyd olunmuşdur ki, “X12” MMC-nin direktoru X6 həm də mütəxəssis kimi yoxlamaya cəlb olunmuş və hesablama aparılan zaman onun təqdim etdiyi mütəxəssis rəyindən istifadə edilmişdir. Qeyd olunan şəxs iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilmədiyindən həmin şəxs bu sahədə mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Mütəxəssis rəyinin mahiyyəti ilə bağlı isə bildiririk ki, iddiaçı tərəfindən yoxlama dövründə alınan əlüzyuyanlar heç bir əsas olmadan moydadır istehsalında istifadə olunmuş kimi qiymətləndirilərək bütün əlüzyuyanlar moydadır satışı kimi qiymətləndirilmişdir. Qeyd olunan absurd yanaşma mütəxəssisin özfəaliyyətidir. Xüsusilə bildiririk ki, mütəxəssis rəyi mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli əsas hesab oluna bilməz. Belə ki, kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə görə, (AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)- 1356/2022 saylı, xx.xx.2021-ci il tarixli, 2-1(102)-1161/2021 saylı, xx.xx.2022-ci il tarixli ,2-1(102)-1299/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-386/2022 saylı, xx.xx.2021-ci il tarixli, 2-1(102)-862/2021 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1480/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-231/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1720/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2258/2023 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-261/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1345/2024 saylı və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, "xxxx" MMC yoxlanılan dövrdə faktiki olaraq hamam aksesuarlarının, o cümlədən, moydadır istehsalı, əlüzyuyan, unitaz və santexnika məhsullarının daxili bazarda satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Cəmiyyətin 2020-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 28006.85 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 1345293.25 manat + mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 7420.11 manat olduğu, ümumilikdə 1380720.20 manat dövriyyənin olduğu, lakin müəssisə tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 1384668.80 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 3948.60 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Cəmiyyətin 2021-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 201640.42 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 175564.59 manat + mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 744687.7 manat, ümumilikdə 1121892.72 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 377205.02 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 744687.7 manat ƏDV-siz dövriyyənin az göstərilməsi aşkar edilmişdir. Cəmiyyətin 2022-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 1214382.49 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 182306.95 manat +mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 2109746.71 manat, ümumilikdə 3506436.16 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 1473219.0 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 2033217.16 manat ƏDV-siz dövriyyənin az göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə müəssisənin gəlirləri vergi uçot baza məlumatları, istehsal həcmi mütəxəssis rəyi əsasında, satış dəyəri isə ekspert rəyi əsasında müəyyən edilmişdir. Müəssisə tərəfindən sənədlər qismən təqdim edildiyi üçün, mütəxəssis tərəfindən istehsal həcminin, ekspert tərəfindən satış dəyərinin müəyyən edilməsi nəticəsində, müəssisənin təqdim etdiyi EQF-ra və bank əməliyyatlarına əsasən vergilər hesablanmışdır. Mütəxəssis tərəfindən hesablama aşağıdakı qaydada aparılmışdır. İlkin olaraq təqdim edilmiş alış-satış məlumatları təhlil edilərək çeşidlənmişdir. Çeşidləmə nəticəsində yoxlama dövrü ərzində illər üzrə alınmış və satılmış əlüzyuyan (çanaq) məhsullarının, eləcə də müxtəlif ölçülərdə istehsal edilərək satılmış moydadır (dolabların) miqdarı müəyyən edilmişdir. Yoxlama dövrü ərzində alınmış 67812 ədəd əlüzyuyana alış prosesində yarana biləcək qüsurlu məhsullar, daşınma zamanı itkilər, istehsal prosesində meydana gələ biləcək itkilər və digər mümkün təsir faktorları nəzərə alınaraq 3%-lik itki əmsalı tətbiq edilmişdir. Bu hesablamaya əsasən, ümumi miqdarın 2034 ədədi potensial itki kimi qəbul edilmişdir. Ödəyici tərəfindən xammalın və hazır məhsulun hərəkəti ilə bağlı məlumat təqdim edilməmişdir. Buna görə də yoxlama dövrünün sonuna olan qalıq, vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2024 tarixli inventarizasiya aktına əsaslanaraq müəyyən edilmişdir. Yoxlama dövründən sonra inventarizasiyanın keçirilmə tarixinədək yəni, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan alqı-satqı əməliyyatları təhlil edilmiş və yoxlama dövrünün sonuna olan qalıq məbləği müəyyənləşdirilmişdir. Hesablama, öncəki mərhələlərdə müəyyənləşdirilmiş alışlar, satışlar və son qalıq məlumatları əsasında ilkin qalıq olmamışdır. Belə ki, əlüzyuyan alışı 67812 ədəd, 3 % itki tətbiq edildikdən sonra əlüzyuyan alışı 65778 ədəd, xammal formasında əlüzyuyan satışı 177 ədəd, moydadır ilə birgə satış 16016 ədəd, xx.xx.2023-cü il tarixə son qalıq 49585 ədəd təşkil etmiş, lakin xx.xx.2024-cü il tarixli inventarizasiya aktına əsasən əlüzyuyan qalığı 22100 ədəd və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə əlüzyuyanların və moydadırla birlikdə olan əlüzyuyanların alışı və satışları nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə əlüzyuyan qalığı 23761 ədəd müəyyən edilərək, nəticədə 25824 ədəd əlüzyuyanın əskik gəlməsi müəyyən edilmişdir. Belə ki, əskik gələn 25824 ədəd əlüzyuyan və əlüzyuyandan istehsal edilmiş moydadırın satış qiymətləri ekspert tərəfindən müəyyən edilmişdir. Yoxlama zamanı müəssisənin xərclərini müəyyən etmək mümkün olmadığı, həmçinin vergi ödəyicisi tərəfindən bununla bağlı sənədlər təqdim edilmədiyi üçün müəssisənin 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır: 2020-ci il üzrə Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1384668.80 manat; ümumi gəlirdən çıxılan xərclər 1143252.76 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 47784.35 manat, sosial sığorta haqlan 9605.68 manat, malin dəyəri 1080528.9 manat, bank xidməti üzrə xərclər 3446.50 manat, sığorta üzrə xərclər 161.12 manat, digər xərclər 1726.21 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 241416.04 manat göstərilmiş və 48283.21 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər təqdim edilməmişdir. Cəmiyyətin 2020-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 28006.85 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 1345293.25 manat + mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 7420.11 manat, ümumilikdə 1380720.20 manat dövriyyənin olduğu, lakin müəssisə tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 1384668.80 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 3948.60 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə 2020-ci il üzrə vergi ödəyicisinin gəlirləri 1384668.80 manat olmuşdur. Ml=1380720.20/ (100+20) x 20 = 230120.04 manat Vergiyə cəlb edilən 230120.04 manat mənfəətdən, 20% dərəcə ilə 46024.01 manat mənfəət vergisi hesablanmışdır.. Hal-hazırki yoxlama ilə, müəssisənin 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 48283.21 manat mənfəət vergisi nəzərə alınmaqla 2259.2 manat mənfəət vergisinin artıq hesablaması müəyyən edilmişdir. 2021-ci il üzrə: Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 377205.02 manat; ümumi gəlirdən çıxılan xərclər 338342.0 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 72395.0 manat, sosial sığorta haqları 14788.75 manat, malin dəyəri 243723.5 manat, icarə xərci 4560.0 manat, sığorta üzrə xərclər 1246.82 manat, digər xərclər 1627.93 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 38863.02 manat göstərilmiş və 7772.60 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin 2021-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 201640.42 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 175564.59 manat + mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 744687.7 manat, ümumilikdə 1121892.72 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 377205.02 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 744687.7 manat ƏDV-siz dövriyyənin az göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə vergi ödəyicisinin gəlirləri 1121892.72 manat olmuşdur. Ml=1121892.72/ (100+20) x 20 = 186982.12 manat.Vergiyə cəlb edilən 186982.12 manat mənfəətdən, 20% dərəcə ilə 37396.42 manat mənfəət vergisi hesablanmışdır. Hal-hazırki yoxlama ilə müəssisənin 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 7772.60 manat mənfəət vergisi nəzərə alınmaqla 29623.82 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1473219.0 manat; ümumi gəlirdən çıxılan xərclər 1424699.24 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 86673.0 manat, sosial sığorta haqları 16932.3 manat, malın dəyəri 1303733.62 manat, bank xidməti üzrə xərclər 4969.77 manat, sığorta üzrə xərcləri 4035.84 manat, digər xərclər 8354.71 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 48519.76 manat göstərilmiş və 9703.95 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin 2022-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 1214382.49 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 182306.95 manat +mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş satışdan gəlir 2109746.71 manat, ümumilikdə 3506436.16 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 1473219.0 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 2033217.16 manat ƏDV-siz dövriyyənin az göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə 2022-ci il üzrə vergi ödəyicisinin gəlirləri 3506436.16 manat olmuşdur. Ml= 3506436.16/ (100+20) x 20 = 584406.03 manat, vergiyə cəlb edilən 584406.03 manat mənfəətdən, 20% dərəcə ilə 116881.21 manat mənfəət vergisi hesablanmışdır.Hal-hazırki yoxlama ilə müəssisənin 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 9703.95 manat mənfəət vergisi nəzərə alınmaqla 107177.26 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Beləliklə,səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən ümumilikdə 2020-2022-ci illər üzrə 136801.08 manat mənfəət vergisinin azaldıldığı və 2259.20 manat artıq hesablandığı müəyyən edilmişdir. Nəticə olaraq 134541.88 manat əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə əhatə olunan dövr üzrə büdcəyə çatası mənfəət vergisinin 136801,08 manat azaldılması və 2259,2 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası mənfəət vergisinin 134541.88 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 136801.08 manat vergi məbləğinin 50% miqdarında, yəni 68400.54 manat maliyyə sanksiyasının tətbiq edilməsi müəyyən edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəssisənin gəlirləri e-qaimə, nəzarət-kassa aparatı məlumatlarına, ixrac YGB məlumatlarına və Mütəxəssis tərəfindən istehsal həcminin müəyyən edilməsi haqqında Rəyə əsasən müəyyən edilmişdir. Vergi ödəyicisi mallan həm topdan satışı və həm də pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada satdığı malların qiymətlərinə də topdansatış qiymətləri və topdansatış qiymətlərdən də aşağı qiymətlər tətbiq etməklə satmışdır. Bu əsasa görə VM-nin 14-cü maddəsinə əsasən malların real bazar qiymətləri nəzərə alınmaqla hesablama aparılmışdır. xx.xx.2024-cü il tarixli, 1ST 120 №-li Rəyə əsasən “Favorite Sanitary" MMC-yə məxsus istehsal obyektində və satış anbarında xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 25824 ədəd əlüzyuyan kənarlaşması aşkar edilmişdir. Belə ki, müəssisənin satış məlumatlarına və mütəxəssis tərəfindən vergi ödəyicisinin istehsal obyektində aparılan istehsal montorinqinə əsasən əlüzyuyan xammalının hazır məhsulun tərkib komponeti olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə əskik olan 25824 ədəd əlüzyuyan, mütəxəssis tərəfindən həm satış kimi, həm də istehsal olunmuş moydadır (dolab) satışı kimi illər üzrə xüsusi çəkisi müəyyən edilərək, illər üzrə inflyasiya indeksi nəzərə alınmaqla ekspert tərəfindən təqdim edilmiş dəyərə vurulmaqla satış dövriyyəsi müəyyən edilmişdir. Belə ki, 2020-ci ilin dekabr ayı üzrə istehsal olunan 41 ədəd hazır məhsul, ekspert tərəfindən müəyyən edilmiş qiymətlərə vurularaq 7420,11 manat (ƏDV-siz), 2021-ci il üzrə 3764 ədəd hazır məhsul ekspert tərəfindən müəyyən edilmiş qiymətlərə vurularaq 704446,07 manat (ƏDV-siz), 2022-ci il üzrə 10359 ədəd hazır məhsul ekspert tərəfindən müəyyən edilmiş qiymətlərə vurularaq 2058316,86 manat (ƏDV-siz) və 2023-cü ilin yanvar - noyabr ayları üzrə 11377 ədəd hazır məhsul ekspert tərəfindən müəyyən edilmiş qiymətlərə vurularaq 2753957,71 manat (ƏDV-siz) - cəmi 25542 ədəd hazır məhsul istehsalı satış kimi qiymətləndirilərək, əlavə olaraq 5524140,75 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir. Aparılan yoxlama zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kənarlaşma aşkar edilmiş 25824 ədəd əlüzyuyanın satış məlumatlarına əsaslanaraq, əlüzyuyanın ümumi dövriyyədə xüsusi çəkisi çıxarılaraq 282 ədəd əlüzyuyanın istehsala getmədən satışı müəyyən edilmiş və ekspert tərəfindən müəyyən edilmiş satış qiymətinə vurularaq əlavə 22912,8 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir. Eyni zamanda yoxlanılan dövr üzrə 1672 ədəd unitaz alqı-satqı malı əskik gəlmiş və əskik gəlmiş unitaz ekspert tərəfindən müəyyən edilmiş satış qiymətlərinə vurularaq əlavə olaraq 205953,34 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 1ST 037 №-li Rəyə əsasən “Favorite Sanitary" MMC-də ekspert tərəfindən vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək satılmış mallarının inflyasiya indeksi nəzərə alınmaqla aylar üzrə orta satış qiymətləri müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 2020 və 2021-ci illər üzrə istehsal fəaliyyət sahəsində 30 faizdən çox (aşağı və yuxarı), 2022 və 2023-cü illər üzrə istehsal fəaliyyət sahəsində 20 faizdən çox (aşağı və yuxarı) fərqlənmiş hər bir mal üzrə ekspert tərəfindən təqdim edilmiş orta satış qiymətlərinə əsaslanaraq malların satış dəyəri formalaşmış və 2021-ci il üzrə 40241,63 manat (ƏDVsiz), 2022-ci il üzrə 51429,85 manat (ƏDV-siz), 2023-cü il üzrə 368597,05 manat (ƏDVsiz) satış dövriyyəsi müəyyən edilmişdir. Cəmi əlavə olaraq 460268.54 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir. Yekun olaraq yoxlama ilə əlavə dövriyyə 6213275.4 manat ƏDV-siz ((5524140,75 manat (ƏDV-siz) mütəxəssisin müəyyən etdiyi istehsal həcmi + 22912.8 manat (ƏDV-siz) əlüzyuyan satışı + 205953.34 manat (ƏDVsiz) unitaz satışı + 460268.54 manat (ƏDV-siz) ekspet tərəfindən müəyyən edilmiş qiymətlə, müəssisənin satış qiymətləri arasındakı qiymət fərqinə əsasən hesablama) müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2020-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 158442.85 manat (ƏDV 28519.71 manat), əvəzləşdirilən ƏDV-nin 15942.31 manat, büdcəyə çatası ƏDV-nin 12577.40 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 11585.95 manat (ƏDV 2085.47 manat), əvəzləşdirilməli olan ƏDV-nin 15942.31 manat, büdcədən azaldılan ƏDV-nin isə 13856.84 manat olduğu müəyyən edilmiş və nəticə olaraq 26434.24 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2021-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 372552.07 manat (ƏDV 67059.37 manat), əvəzləşdirilən ƏDV-nin 372674.64 manat, büdcədən azaldılan ƏDV-nin isə 305615.27 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 1120513.15 manat (ƏDV 201692.37 manat), əvəzləşdirilməli olan ƏDV-nin 372674.64 manat, büdcədən azaldılan ƏDV-nin isə 170982,27 manat olduğu müəyyən edilmiş və nəticə olaraq 134632.99 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən bank hesablarına daxil olan vəsaitlərin satış dövriyyəsində düzgün əks etdirilməməsi, eyni zamanda mütəxəssis rəyinə əsasən əlavə istehsal həcminin və ekspert rəyinə əsasən əlavə satış dövriyyələrinin müəyyən edilməsi olmuşdur. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2022-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 1153911.62 manat (ƏDV 207704.09 manat), əvəzləşdirilən ƏDV-nin 316281.34 manat, büdcədən azaldılan ƏDV-nin isə 108577.25 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3276292.69 manat (ƏDV 589732.68 manat), əvəzləşdirilməli olan ƏDV-nin 364162.48 manat, büdcəyə çatası ƏDV-nin isə 225570.2 manat olduğu müəyyən edilmiş və nəticə olaraq 334147.45 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən bank hesablarına daxil olan vəsaitlərin satış dövriyyəsində düzgün əks etdirilməməsi, VM-nin 175-ci maddəsinə əsasən ƏDV üzrə əvəzləşmənin düzgün müəyyən edilməməsi, eyni zamanda mütəxəssis rəyinə əsasən əlavə istehsal həcminin və ekspert rəyinə əsasən əlavə satış dövriyyələrinin müəyyən edilməsi olmuşdur. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2023-cü ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 1644274.08 manat (ƏDV 295969.33 manat), əvəzləşdirilən ƏDV-nin 69757.72 manat, büdcəyə çatası ƏDV-nin 226211.61 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 4984898.11 manat (ƏDV 897281.66 manat), əvəzləşdirilməli olan ƏDV-nin 302011.72 manat, büdcəyə çatası ƏDV-nin 595269.94 manat olduğu müəyyən edilmiş və nəticə olaraq 369058.33 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən bank hesablarına daxil olan vəsaitlərin satış dövriyyəsində düzgün əks etdirilməməsi, VM-nin 175-ci maddəsinə əsasən ƏDV üzrə əvəzləşmənin düzgün müəyyən edilməməsi, eyni zamanda mütəxəssis rəyinə əsasən əlavə istehsal həcminin və ekspert rəyinə əsasən əlavə satış dövriyyələrinin müəyyən edilməsi olmuşdur. Yoxlama ilə əhətə olunan dövr üzrə, müəssisə tərfindən idxal zamanı əvəzləşdirilməmiş ƏDV məbləğləri, o cümlədən 2022-ci il üzrə 47881.14 manat, 2023-cü il üzrə 232254.0 manat, cəmi - 280135.14 manat idxala görə əvəzləşdirilməli olan ƏDV, ƏDV bəyannamələrinə bərpa edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 1079393.29 azaldılması və 267988.77 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 811404.52 manat olduğu müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmaqla səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 811404.52 manat əlavə dəyər vergisinin az hesablandığı müəyən olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə azaldılmasına görə, azaldılmış 1079393.29 manat vergi məbləğinin 50% miqdarında, yəni 539696.64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan üzrə: Yoxlama ilə 4-cü rüb 2020-ci - 3-cü rüb 2023-cü illlər üzrə bəyannamələrinin (hesabatların) düzgünlüyü yoxlanılmışdır. “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanlann muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 200 manatədək hissəsindən siğortaolunanın hesabına 3 faiz, siğortaedənin hesabına isə 22 faiz mdss haqqı, 200 manatdan çox olan hissəsi üçün isə siğortaolunanın hesabına 10 faiz, siğortaedənin hesabına isə 15 faiz dərəcə ilə mdss haqqı tutulur. “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən əməyin ödənişi fondundan siğortaedənin hesabına 0,5 faiz və siğortaolunan hesabına 0,5 faiz dərəcə ilə işsizlikdən siğorta haqqı tutulur. “Tibbi sığorta sığorta haqqında” Qanunun 15- 10.1.2- ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxan olan hissəsindən 0,5 faiz, siğortaolunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxan olan hissəsindən 0,5 faiz icbari sığorta haqqı tutulur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan üzrə 0.02 manat az və 0.05 manat artıq hesablama olmaqla ümumilikdə 0.03 manat artıq hesablama müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 0.02 manat məbləğin 50% miqdarında, yəni 0.01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
5. Hazırda iddiaçının iddiası mübahisələndirmə növündə olmaqla mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdehin nümayəndələri G. Məmmədova və V. Nuriyev məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.
8. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, **********180040 nömrəli səyyar vergi yoxlaması aktına əsasən cavabdeh tərəfindən iddiaçıda səyyar vergi yoxlaması xx.xx.2024-cü ildə başlamış və xx.xx.2024-cü ildə başa çatmışdır.Yoxlamanın müddəti xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə 30 gün uzadılmış, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə xx.xx.2024cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə,xx.xx.2024-c ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə müvəqqəti dayandırlmışdır, səyyar vergi yoxlaması ilə iddiaçı tərəfindən mənfəət vergisinin 2021 və 2022-ci illərdə, ƏDV-nin isə 2021-2022-,2023-cü illərdə azaldılması müəyyən edilmişdir, qeyd edilən səyyar vergi yoxlaması aktından göründüyü kimi hesablamaların əsasını “X13” MMC-dən dəvət edilmiş X5 mütəxəssis rəyi və ekspert rəyi əsas götürülmüşdür, səyyar vergi yoxlaması ilə müəssisənin gəlirləri vergi uçot baza məlumatları, istehsal həcmi mütəxəssis rəyi əsasında, satış dəyəri isə ekspert rəyi əsasında müəyyən edilmişdir. “X13” MMC-nin xx.xx.2024-cü il tarixli, QYT078 nömrəli ekspert rəyinə əsasən iddiaçının satış obyektinin Sədərək Ticarət Mərkəzində yerləşdiyi əsas götürülərək bazar araşdırması zamanı müəyyən edilmiş qiymətlərin ümumi orta dəyərinin hesablanmasında xüsusi çəki prinsipi tətbiq olunmuşdur.Bu yanaşmaya əsasən müəyyənləşdirilən bazar qiymətində Sədərək Ticarət Mərkəzində müəyyən edilmiş qiymətlərin orta göstəricisi, ümumi hesablamada 70%, onlayn mənbələrdən əldə edilmiş qiymətlərin orta göstəricisi isə 30% nisbətində nəzərə alınmışdır. “X13” MMC-nin xx.xx.2024-cü il tarixli, İST120 nömrəli mütəxəssis rəyinə əsasən həmin mütəxəssis rəyini Avstraliyanın Sidney Universitetindən Kommersiya üzrə magistr dərəcəsinə malik olan, İngiltərənin Uarvik Universitetinin kommersiya ixtisası üzrə doktorantı X7 imzalamışdır, rəyin hesablama hissəsindən görünür ki, iddiaçı tərəfindən yoxlama dövründə alınan bütün əlüzyuyanlar moydadır satışı kimi qiymətləndirilmişlər. Cavabdehin xx.xx.2025-ci il tarxli, **********192174 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı”na əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya iddiaçıya cəmi 1216194,39 manat məbləğində verginin azaldılmasına görə 608097,2 manat maliyyə sanksiyası tətbiq edilmiş, ona 974639,84 manat əlavə vergi hesablanmışdır.
Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilir: 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda;14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə;14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə;14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda;14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda;14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıbazalması);14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Ekspert rəyinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. 14.7. Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. 14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. 14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.
38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər;38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə.38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda;38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda;38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 64.Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.
11. Məhkəmə inzibati iş materiallarında olan sənədlərdən müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçıda vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparmış, yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********180040 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt və aktda istinad edilən mütəxəssis rəyi və ekspert rəyi əsas götürülməklə cavabdeh iddiaçıda mənfəət vergisinin 2021 və 2022-ci illərdə, ƏDV-nin isə 2021,2022,2023-cü illərdə azaldılmasını müəyyən etmiş, növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə əsasən cavabdeh xx.xx.2025-ci il tarxli, **********192174 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyiin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı” ilə iddiaçıya məbləğində verginin azaldılmasına görə 608097,2 manat maliyyə sanksiyası tətbiq etmiş, ona 974639,84 manat əlavə vergi hesablanmışdır.
12. Məhkəmə hesab edir ki, əvvəla vergi qanunvericiliyi növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsasları qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilmişdir və ona görə də vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, inzibati orqan – hazırda isə vergi orqanı diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərar qəbul etmişdirsə o zaman Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamalı və əsaslandırmalıdır. Bu zaman şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, belə yoxlamanın vacibliyini əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün isə bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Qərarda da mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi qərarda əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz və növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz və əsassız olduğundan, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da qanunsuzdur.Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1375/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında əks olunan hüquqi mövqe də bundan ibarət olmuşdur. Digər tərəfdən, işin hallarından müəyyən olunur ki, aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə dayandırılmış və uzadılmış, lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-354/2025 №li, xx.xx.2025-ci il tarixli qərarının 12-ci bəndində qeyd edilmişdir: “Həmçinin qeyd edilməlidir ki, vergi orqanı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 1387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 1201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1375/2024 nömrəli qərarları)”. 13.Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması aktında istinad edilən və məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyi iddiaçıya əlavə vergilərin hesablanması üçün əsas hesab edilə bilməz. Belə ki, vergi orqanı bazar qiymətinin tətbiqi ilə bağlı ardıcıllığa dair Vergi Məcəlləsinin müvafiq normalarına riayət etmədən birbaşa mütəxəssis rəyi almaqla və ekspertiza qaydasında qiymətləri müəyyən etmişdir. Halbuki bununla bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi mövcuddur və həmin mövqeyə görə, Vergi Məcəlləsinin 14.6-cı maddəsi ilə bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələri ilə bazar qiymətini müəyyən etmək mümkün olmadığı hallarda və təqdirdə keçərlidir (Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1815/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-1174/2023 nömrəli, xx.xx.2023-cüil tarixli 2-1(102)-834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-544/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-583/2024 nömrəli qərarları). Vergi Məcəlləsinin 14.4-cü maddəsinə görə, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. Eləcə də Vergi Məcəlləsinin 14.5-ci maddəsinə görə, bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Yalnız qeyd olunan üsullar nəticə vermədiyi təqdirdə, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl olunmaqla bazar qiyməti müəyyən edilməlidir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş halları isə Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin birbaşa tətbiqini istisna edir. Belə ki, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Yəni hazırkı mübahisəyə münasibətdə cavabdeh ilk növbədə həmin maddədə nəzərdə tutulan üsulları araşdırmalı və tətbiq etməli idi. Lakin iş üzrə materiallarda qeyd olunan qaydanın tətbiqinə dair təsdiqedici sənəd mövcud deyildir. Məhkəmə eyni zamanda cavabdehin istinad etdiyi mütəxəssis rəyini və ekspertiza rəyini nəzərdən keçirən zaman müəyyən etmişdir ki, mütəxəssis rəyini tərtib etmiş şəxs daşınar əmlakın qiymətləndirilməsi üzrə mütəxəssis deyildir, həmin şəxs “Kommersiya üzrə” ali təhsil almışdır, mütəxəssis kimi cəlb olunan şəxsin qiymətləndirmə sahəsində təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilməmiş və rəydə istinad edilməmişdir, belə olduqda məhkəmə hesab edir ki, mütəxəssis rəyini vermiş şəxs iddiaçının fəaliyyət sahəsinə uyğun qiymətləndirmə rəyi vermək səlahiyyətinə malik deyildir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyəti – bu Qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir, 1.1.2-ci maddəsinə əsasən qiymətləndirici – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxsdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər. Məhkəmə onu da qeyd edir ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun” 11-ci maddəsinə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir.Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər.Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. Belə olan halda nə qədər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 44 və 45ci maddələrinə görə, mütəxəssis və ekspert xüsusi bilik və təcrübəyə malik olmalıdırlar, iddiaçının mütəxəssis qismində cəlb etdiyi şəxs isə Qiymətləndiricilər Palatasının üzvü deyildir, ekspert qismində cəlb etdiyi şəxs isə Məhkəmə Ekspertləri Reyestrinə daxil deyildir və ekspert şəhadətnaməsinə malik deyildir, cavabdehin iddiaçıya əlavə vergilərin hesablanması zamanı əsas götürdüyü mütəxəssis və ekspert rəyləri iddiaçıya əlavə vergi hesablanmasının əsasını təşkil edə bilməz və vergi orqanı tərəfindən istifadə oluna bilməz.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 45.2-ci maddəsinə əsasən İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən;45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;45.2.3. şahid ifadələrindən;45.2.4. müvafiq müayinələrin aparılmasından;45.2.5. ekspert rəylərindən;45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan;45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər, 41.2-ci maddəsinə əsasən inzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir, 41.4-cü maddəsinə əsasən ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir Həmin Qanunun 45.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Cavabdeh qanunvericiliyin imperativ tələblərini pozaraq “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsinə zidd olaraq, mütəxəssis kimi Qiymətləndiricilər Palatasının üzvü olan şəxsi cəlb etməmiş, ekspertizanın aparılmasını məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertlərinə həvalə etməmişdir. İddiaçıya ekspert rəyi və mütəxəssis rəyi təqdim edən “X12” MMC-nin direktoru X5 özəl məhkəmə eksperti şəhadətnaməsi yoxdur, Azərbaycanın Qiymətləndiricilər Palatasının üzvü deyildir, bu səbəbdən də mahiyyətindən asılı olmayaraq onun verdiyi rəylərin hüquqi əsası yoxdur. Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının iddiaçı Elşad Umudovun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı verigilərin hesablanmasının əsassız hesab edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqda qərarın ləğv edilməsi tələbi üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli, 2- 1(102)-980/14 nömrəli qərarında əks olunmuş mövqeyinə əsasən isə “iddiaçının fəaliyyət göstərdiyi obyektdə istehsal həcmi və satış dövriyyəsinin müəyyən edilməsi vergi orqanının fəaliyyət dairəsinə aid olduğundan və onun müəyyən edilməsinin ən əlverişli üsulu kimi xronometraj metodu ilə yoxlama aparılması mümkün olduğu halda mütəxəssisə müraciət edilməsi və ehtimallara əsaslanmaqla verilmiş rəy üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktı əsaslı hesab edilə bilməz, müvafiq olaraq həmin akt əsasında cavabdeh tərəfindən qəbul olunmuş digər inzibati aktlar da qanuni qəbul edilə bilməz...qanunvericiliyin,.o cümlədən vergi qanunvericiliyinin müddəaları dispozitiv şərtləri nəzərdə tutmaqla, eyni zamanda müəyyən hallara münasibətdə imperativ şərtləri müəyyən etmişdir.Mübahisəli məqama münasibətdə yuxarıda göstərildiyi kimi mütəxəssis cəlb olunmaqla səyyar vergi yoxlamasının aparılmasında vergi orqanına seçim hüququ verilsə də lakin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə məhz xronometraj metodu ilə müşahidənin aparılması qanunvericilikdə imperativ qaydada nəzərə tutulmuşdur.” İşin faktiki hallarına əsasən isə iddiaçıya hesablanmış vergilər xronometraj üsulu ilə deyil, mütəxəssis və ekspert qismində cəlb edilmiş, iddiaçının fəaliyyət sahəsində, qiymətləndirmə sahəsində xüsusi bilik və təcrübəsi olmayan, ekspert olmayan şəxsin nəzəri hesablamaları əsasında müəyyən edilmiş istehsal həcmi və satış dəyəri əsas götürülməklə hesablanmışdır ki, bu da yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir.
15. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi hesablanması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci və 83-cu maddələrində müəyyən edilmişdir. İnzibati orqan olan cavabdeh qanunun, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə riayət etməyə borclu olduğu halda iddiaçıya vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67 və 83-cu maddələrinin tələblərinə uyğun hesablamamış, bununla da həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının tələblərini pozmuşdur.
17. Belə olan halda məhkəmə hesab edir ki, vergi orqanının iddiaçı tərəfindən mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyiin pozulmasına görə məsuliyyətə cəlb edilməs haqqında qərarı” qanuna uyğun qəbul edilməmişlər.
19. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********192174 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyiin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı” ləğv edilməlidir.
22. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
24. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********192174 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyiin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı” ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova