Məhkəmə qərarları › İş №e-2-1(112)-860/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-860/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-860/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi» barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əlillik dərəcəsinin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı xəstəlikləri olsa da, ona əlilliyinin müddətinin artırılmasından əsassız olaraq imtina verilmişdir. Onun ürək xəstəliyi, arrteriya, hipertoniya, ostroxandroz, qara ciyərdə bərkimə kimi xəstəlikləri var. Təzyiqlidir, ağır şəkərli diabet (280 – 300 dərəcədə, insulin iynəsi qəbul edir), orqanlarında keyimələr var və s. X1 tam yoxlanılmamış, bilərəkdən “zəif” sözləri yazılmışdır. Uzun illər iddiaçıya əlillik təyin edilmişdir. Diaqnozu: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Koranorokardioskleroz. ÜÇ tip2. Şəkərli diabet tip2, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Hipertoniya tip2; Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİ F/S, ÜÇ İ F/S, Trieoidektomiyadan s/v (2019) Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Trieoidektomiyadan s/v (2019) Durğunluq ürək çatmamazlığı, ÜÇ İ F/S. Məhkəmədən ona (iddiaçıya) əlillik statusunun verilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddiaya qarşı yazılı münasibətində (etirazında) bildirilir ki, İddiaçı əlillik vəziyyətinə 5 saylı Şəhər Poliklinikasının 30 may 2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet ağır forma. Düyünlü zob-hipotireoz; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Şəkərli diabet ağır forma. Düyünlü zob-hipotireoz” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının 19 may 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağıj => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Hipertoniya tip2. Şəkərli diabet tip2, ağır forma. Düyünlü diffuz zob. Hipotireoz; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Hipertoniya tip2. Şəkərli diabet tip2, ağır forma. Düyünlü diffuz zob. Hipotireoz” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının 27 may 2015-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Koranorokardioskleroz. ÜÇ tip2. Şəkərli diabet tip2, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Hipertoniya tip2; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.” səbəbi ə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 3 iyun 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəb Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı siste~ xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] - İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası tip3. Koranorokardioskleroz. üç tip2. Şəkərli diabet tip2, çoxsaylı ağırlaşmalarla. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Hipertoniya tip2; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospas: krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının 17 iyul 2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: İX Sinif - Qan dövranı sistem xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.0 - Durğunluq ürək çatmamazlığı; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİ F/S, ÜÇ İ F/S, Trieoidektomiyadan s/v (2019) Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Trieoidektomiyadan s/v (2019) Durğunluq ürək çatmamazlığı, ÜÇ İ F/S; Mərkəzə göndərilmənin/İmtina edilməni- səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Köməkçi diaqnostik və laborator müayinə, QDÇ 2-ci dərəcəni təsdiqləmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməs Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkirr ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyalar tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Köməkçi diaqnostik və laborator müayinə, QDÇ 2-ci dərəcəni təsdiqləmir’’ olmuşdur. Bu səbəbdən də iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 2.2.1-ci yarımbəndinə görə ikinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01 – İ09, İ11.0, İ13 – İ13.2, İ20 – İ25, İ30 – İ31.9, İ33). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Qanuna uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İş materiallarında olan müvafiq tibb müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə (forma-88) onda əsas diaqnoz kimi XBT 10 kodu İ20.8 “Stenokardiyanın digər formaları. ÜİX stabil gərginlik stenokardiyası İİ F/S, ÜÇ İ F/S. Trieoidektomiyadan s/v (2019)” müəyyən olunduğu göstərilmişdir. Məhkəmənin 8 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuşdur: 1) İddiaçı (1 iyul 1964-cü il tarixdə doğulmuş)barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? 2) İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (XBT-10-a uyğun xəstəliyin kodu göstərilməklə)? 3) İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı? Məhkəmənin 8 dekabr 2022-ci il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 3 mart 2023-cü il tarixli məktubu ilə 20 fevral 2023-cü il tarixli T 83/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir: - (1.2) Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün adına 5 saylı Şəhər Poliklinikasında tərtib edilmiş 2766003AADOC saylı göndəriş tam doldurulmuş və qeyd edilən əsas diaqnoz və ağırlaşmaları “Qan dövranı sistemi xəstəlikləri – İ30-İ52 – Ürəyin digər xəstəlikləri – İ50- Ürək çatışmazlığı – İ50.0 - Durğunluq ürək çatışmazlığı . . . Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİ f/s, ÜCİ f/s” hazırda da onda müəyyən edilir. Lakin “ÜİX: stabil gərginlik stenokardiyası İİ f/s ÜÇİ f/s, Durğunluq ürək çatışmazlığı ÜÇ, İ f/s” köməkçi müayinələrlə öz təsdiqini tapmır. Buna görə də qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müaynəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün istər AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin, istərsə də 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na dair “əlavə”də müəyyən olunmuş maddələrin hər hansı birinə aid etmək mümkün olmadı; - (3) Sağlamlıq vəziyyətinə görə İddiaçı hazırda əlavə müalicəyə ehtiyacı yoxdur, yalnız zərurət yaranarkən müalicəyə cəlb oluna bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı ilkin olaraq 2013-cü ildə 1 il müddətinə müvafiq diaqnozla ikinci dərəcə əlillik təyin edilsə də, növbəti il, yəni 2014-cü ilin may ayında XBT 10 kodu İ20.8 olmaqla “Stenokardiyanın digər formaları” diaqnozu üzrə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonradan o, təkrar müayinəyə cəlb olunaraq həmin diaqnoz təsdiqləndiyindən, ona sözügedən diaqnoz üzrə yenidən müvafiq müddətə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı 2021-ci ildə əlillik müddətinin başa çatması ilə əlaqədar müvafiq tibb müəssisəsində müayinə olunmaqla onun əlilliyi hazırkı cavabdeh inzibati orqan tərəfindən qiymətləndirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, imtina əsassızdır. Belə ki, İPM-in 14.3-cü maddəsinə (ikinci cümləsi) əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında imtinasını formal şəkildə xüsusatlarla əsaslandırmış, iddiaçının müayinəsi zamanı instrumental müayinə metodu kimi “köməkçi diaqnostik və laborator müayinə, QDC” göstərmiş və müayinənin 2-ci dərəcə əlilliyi təsdiqləmədiyini vurğulamışdır. Halbuki, işdə olan İddiaçı müvafiq tibb müəssisəsində müayinənin nəticələrinə dair göndərişdə (forma 88) onun XBT 10 kodu İ20.8 olmaqla “Stenokardiyanın digər formaları. ÜİX stabil gərginlik stenokardiyası İİ F/S, ÜÇ İ F/S. Trieoidektomiyadan s/v (2019)” diaqnozu təsdiqlənmişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə dair rəydə iddiaçıda aşkar olunan patofunksional dəyişikliklərin əlillik dərəcəsinin təyininə əsas vermədiyi bildirilsə də, iddiaçıda tibb müəssisəsinin göndərişində qeyd olunan həmin xəstəliklərin mövcudluğu inkar olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, ümumilikdə 20 fevral 2023-cü il tarixli T-83/2023 saylı həmin ekspert rəyində İddiaçı ikinci dərəcə əlilliyn təyinatının mümkün olmadığı vurğulansa da, rəyi tərtib etmiş vəzifəli şəxsdən (iki şəxsdən) biri hazırkı cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspertidir. Belə olan halda, 20 fevral 2023-cü il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul oluna bilməz. Bununla da məhkəmə iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi hərəkətlərinə işdə olan sübutlar və tərəflərin dəlilləri məcmusunda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı müayinəsi zamanı onun sağlamlıq vəziyyətində ikinci dərəcə əlillik təyinatına əas verən xəstəliklərin mövcudluğu məhkəmə icraatında təsdiqini tapdığından, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlillik təyin edilməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə bir xüsusatı da vurğulayır ki, iddia tələbində iddiaçıya əlillik təyin edilməsi qeud olunsa da, ərizənin məzmunundan və iş materiallarından mübahisənin ona İİ dərəcə əılilik təyinatı ilə bağlı olması aydın görünür. Odur ki, məhkəmə iddia tələbində əlilliyin dərəcəsinin əks olunmamasını formal xəta qismində qiymətləndirmiş və qərarın qəbulunda bu halı nəzərə almışdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar