Məhkəmə qərarları › İş №e-2-1(112)-8616/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8616/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8616/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ikinci qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci il tarixində digər oynaqların postravmatik artrozu, sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz, sağ pəncənin daraqarxası oynaqların artozu, sağ əlin 5-ci barmağının kontrakturası, xroniki xepatoxolesistit diqanozuna əsasən 2-ci dərəcəli əlillik təyin edilmiş və həmin tarixdən etibarən fasiləsiz olaraq 2021-ci ilin sentyabr ayınadək müavinət almışdır. İddiaçı müavinət təyin olunan vaxtdan hər il Tibbi Sosial Ekspert Komissiyası tərəfindən eyni xəstəlik təyin edilmişdir. Lakin sonuncu dəfə müraciət edən zaman əlillik təyinatından imtina olunmuşdur. 2-ci dərəcəli əlilliyə görə verilən müavinətin ödənilməsi heç bir xəbərdarlıq edilmədən dayandırılımış və imtinanın hüquqi əsasları barədə heç bir məlumat verilməmişdir. xx.xx.2024-cü il tarixlərdə Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə ərizə ilə müraciət olunaraq İddiaçı 2021-ci ilin sentyabr ayından 2-ci dərəcəli əlilliyə görə verilən müavinətin bərpa olunması və ona almadığı müavinətin hesablanaraq ona ödənilməsi xahiş olunsa da, Agentlik tərəfindən 2-ci dərəcəli əlilliyə görə verilən müavinətin bərpa olunmasından imtina olunmuşdur. Hesab edirik ki, heç bir səbəb göstərmədən cavabdeh tərəfindən 2021-ci ilin sentyabr ayından müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır.

3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçı F.Vəlivev iddia ərizəsinin əsasları kimi ona 2005-ci ildən 2-ci dərəcə əlillik müəyyən edildiyini, 2021-ci ildən etibarən əlillik dərəcəsinin təsdiqlənmədiyini qeyd edərək məhkəmədən əlillik statusunun bərpa edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İnzibati Prosessual Məcəllənin 35.1 -ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi əlilliyin qiymətləndirilməsi Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyalarının səlahiyyətlərinə aid olduğundan hazırki tələb üzrə cavabdeh qismində Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iştirak etməsi qanunvericiliyin tələblərinə ziddir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

4. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Bayır [lateral] topuğun sınığı, Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı, sağ aşıq-baldır oynağının artrozu İİ dərəcə,kəskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu ile Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da 11,04.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.(ESDAS:**********1). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 269 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Saq bayır topuqun travmadan sonrakı bitişmiş sınığı, saq aşıq-baldır oynağının artrozu, İİ dərəcə, kəskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu ilə. 12 barmaq bağırsaq soqanaqının xroniki xora xəstəliyi, soqanaqın deformasiyası. Eroziy bulbit. Qastrit. Hipertoniya xəstəliyi İ mərhələ. Astenonevrotik vəziyyət' diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmət keçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Müayinə zamanı saq topuq sümüyünün yerdəyişmiş sınığı izlənilsə də, asıq-baldır oynağında hərəki məhdudiyyəti müşahidə edilməmişdir. Nevroloji statusda ocaqlı patologiya izlənilməmişdir. Yanaşı olaraq, şəkər və ürək xəstəsidir. Anamnezə əsasən mütəmadi olaraq müayinə olunur aşağı ətraflarda corab tipli tük tökülmə poriforik nəbz, ətraflarda hərarət normal müəyyən edilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında ağrı, hərəkət məhdudluğu, şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Hazırda medikamentoz preparatlardan “Siafor”, “Amorex” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı aşağı ətraflarda tük örtüyü saxlanılmış, dəri hərarəti dəyişiksiz, bütün ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkarlanmamışdır. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Digər oynaqların posttravmatik artrozu. Saq aşıq-baldır oynağının 3-4-cü dərəcəli posttravmatik deformasiyaedici artrozu. Saq pəncənin davaqarxası oynaqlarının 3-4-cü dərəcəli atrozu” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/1747 nömrəli Arayışında diaqnoz “Saq incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı, aşıq-baldır oynağının postravmatik artrozu, açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 80 dərəcə), aqrı sindromu, saq pəncə ll-V barmaqlarının çəkicvari deformasiyası, saq əlin V daraq sümüyünün bitişmiş sınığı, V barmağın distal falanqalararası oynağın kəsilmiş yaradan sonrakı fibroz ankilozu (bükmək vəziyyətində), saq asaqı ətrafın, saq əlin funksiya pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən pato ınksiona! pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə gərər qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində

5. TSEK-Müayinələr: - xx.xx.2006-cı il tarixdə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi travmadan sonrakı asteno nevrotik hal. Sağ aşıq baldır oynağının artrozu İİ dərəcə kəskin ağrı sindromu diaqnozun mətni ilə 2.2. ikinci dərəcə (digər: qapalı kəllə beyin travması) ilkin əlillik təyin edilmişdir. - xx.xx.2014-cu il tarixdə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi travmadan sonrakı asteno nevrotik hal. Sağ aşıq baldır oynağının artrozu İİ dərəcə kəskin ağrı sindromu diaqnozun mətni ilə 2.2. ikinci dərəcə (digər: qapalı kəllə beyin travması) təkrar əlillik təyin edilmişdir. - xx.xx.2015-ci il tarixdə digər oynaqların postravmatik artrozu. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu. Sağ əlin V barmağının kontrakturası. Xroniki xepatoxolesistik diaqnozun mətni ilə 2.2. ikinci dərəcə (digər: sağ aşıq baldır oynağının potravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu təkrar əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə digər oynaqların postravmatik artrozu. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu. Sağ əlin V barmağının kontrakturası. Xroniki xepatoxolesistik diaqnozun mətni ilə 2.2. ikinci dərəcə (digər: sağ aşıq baldır oynağının potravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu təkrar əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixdə əsas diaqnoz S82 Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu. Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları. Sağ aşıq-baldır oynağının kontrakturası,açma 112 dərəcə,bükmə 82 dərəcə. Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı. Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu. (xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya institutunun verdiyi rəyə əsasən) Ağırlaşma M24.6 Oynağın ankilozu, Sağ əlin 5-ci barmağının falanqa arası oynaqlarının fibroz ankilozu. Ağırlaşma M65.8 Digər sinovit və tenosinovitlər, Sağ aşıq-baldır oynağının tez-tez təkrarlanan sinoviti. Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin cJaraqarxası oynaqlarının postravmatik artrozları. Ağırlaşma M24.5 Oynaqların kontıakturası, Sağ aşıq-baldır oynağının kontrakturası.açma 112 dərəcə,bükmə 82 dərəcə. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Xroniki xolesistit. Yanaşı xəstəliklər S62.6 Əlin digər barmağının sınığı. Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı.ağrı sindromu. Yanaşı xəstəliklər El 1.9 insulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, Şəkərli diabet,tip 2. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İ dərəcə. Yanaşı xəstəliklər S92.3 Ayaq daraq sümüklərinin sınığı, Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması – xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə görə müalicə kursu yetərli deyil. İxtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac olması səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixdə Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları.Sağ aşıq-baldır oynağının kontrakturası.açma 112 dərəcə,bükmə 82 dərəcə.Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı.Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.Sağ alin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu.(xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəyə əsasən) diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixdə bayır (lateral) topuğun sınığı. Sağ bayır topuğun travmadan sınrakı bitişmiş sınığı, sağ aşıq-baldır oynağının atrozu İİ dərəcə, kəskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, 3-17-4/3-3-19263/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:1 R9ATNE) əlillik vəziyyəti tibb müəssisəsinin 4400003AAAGW nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 269 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bayır topuğun travmadarı sonrakı bitişmiş sınığı, sağ asıq-baldır oynağının artrozu, İİ dərəcə, kəskin ağrı sindromu ilə. ətrafda mülayim dərəcədə funksiya pozuntusu ilə. 12 barmaq bağırsaq soğanağınırı xroniki xəstəliyi, soğanağın deformasiyası. Eroziv bulbit. Qastrit. Hipertoniya xəstəliyi İ mərhələ. Asteno- nevrotik vəziyyət’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Baldır sümüklərinin, asıq-baldır oynağı da daxil olmaqla sınığı. Sağ bayır topuğun bitişmiş sınığından sonrakı asıq-baldır oynağının postravmatik deformasivaedici artrozu. Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları. Sağ asıq-baldır oynağının korıtrakturası, acma 112 dərəcə, bükmə 82 dərəcə. Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı. Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı. Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı, ağrı sindromu. Oynağın ankiiozu, sağ əlin 5-ci barmağının falanqaarası oynaqlarının fibroz ankilozu. Digər sinovit və tenosinovitlər. Sağ asıq-baldır oynağının tez-tez təkrarlanan sinoviti. Digər oynaqların posttravmatik artrozu. Sağ bayır topuğun bitişmiş sınığından sonrakı asıq-baldır oynağının postravmatik deformasivaedici artrozu. Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları. Oynaqların kontrakturası. Sağ aşıq- baldır oynağının kontrakturası, acma 112 dərəcə, bükmə 82 dərəcə. Xroniki xolesistit. Xroniki xolesistit. Əlin digər barmağının sınığı. Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı, ağrı sindromu. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet, tip 2 Arterial hioertenziva İ dərəcə. Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı” diaqnozu araşdırılmışdır. Müayinə zamanı sağ topuq sümüyünün yerdəyişmiş sınığı izlənilsə də, aşıq-baldır oynağında hərəki məhdudiyyəti müşahidə edilməmişdir. Nevroloji statusda ocaqlı patologiya izlənilməmişdir. Yanaşı olaraq, şəkər və ürək xəstəsidir. Anamnezə əsasən mütamadi olaraq müayinə olunur, aşağı ətraflarda corab tipli tük tökülmə, periferik nəbz, ətraflarda hərarət normal müəyyən edilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19263/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:1 R9ATNE) əlillik vəziyyəti DTSERA-da 11,04.2022ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.(ESDAS:**********1). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 269 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Saq bayır topuqun travmadarı sonrakı bitişmiş sınığı, saq asıq-baldır oynağının artrozu, İİ dorocə, koskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu ilə. 12 barmaq bağırsaq soda nağının xroniki xora xəstəliyi, sodan adın deformasiyası. Eroziv bulbit. Qastrit. Hipertoniya xəstəliyi. İ mərhələ. Astenonevrotik vəziyyət' diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmət keçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Müavinə zamanı sacı topuq sümüyünün yerdəyişmiş sınığı izlənilsə də, aşıq-baldır oynağında hərəki məhdudiyyəti müşahidə edilməmişdir. Nevroloii statusda ocaqlı patologiya izlənilməmişdir. Yanaşı olaraq, səkər və ürək xəstəsidir. Anamnezə əsasən mütəmadi olaraq müayinə olunur asadı ətraflarda corab tipli tük tökülmə, periferik nəbz, ətraflarda hərarət normal müəyyən edilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında ağrı, hərəkət məhdudluğu, şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Hazırda medikamentoz preparatlardan “Siafor”, “Amorex” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı aşağı ətraflarda tük örtüyü saxlanılmış, dəri hərarəti dəyişiksiz, bütün ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkarlanmamışdır. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Digər oynadların posttravmatik artrozu. Saq aşıq-baldır oynadının 3-4-cü dərəcəli posttravmatik deformasiyaedici artrozu. Saq pəncənin dayaqarxası oynaqlarının 3-4-cü dərəcəli atrozu" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/1747 nömrəli Arayışında diaqnoz “Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı, aşıq-baldır oynağının postravmatik artrozu, açıcı- bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 80 dorocə), aqrı sindromu, saq pəncə İİ-V barmaqlarının çəkicvari deformasiyası, saq əlin V daran sümüyünün bitişmiş sınığı, V barmağın distal falangalararası oynağın kəsilmiş yaradan sonrakı fibroz ankilozu (bükmək vəziyyətində), saq asaqı ətrafın, saq əlin funksiya pozğunluğu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərəl iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

11. İddia tələbindən görünür ki, iddiaçının tələbi xx.xx.2021-ci il tarixdən əlilliyin bərpa edilməsidir.

12. İPM-in 52-ci maddəsinə əsasən, çəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

13. İddiaçı əlilliyinin bərpa edilməsini tələbini irəli sürsə də, həmin tələb iddiaçının hüquqi marağına uyğun olaraq əlilliyin (təkrar) təyin olunması ilə mümkündür.

14. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

16. Hazırki iddia məcburetməyə dair iddiadır.

17. Məhkəmə ilk növbədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına münasibətdə qeyd edir: - İddiaçının tələbi əlilliyin bərpa edilməsidir (həmin tələb iddiaçının hüquqi marağına uyğun olaraq əlilliyin (təkrar) təyin olunması ilə mümkündür). - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - Göründüyü kimi əlilliyin qiymətləndirilməsi Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyalarının səlahiyyətlərinə aid olduğundan hazırki tələb üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının iştirak etməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qanunvericiliyə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının əlilliyin təyin/bərpa edilməsi vəzifəsi (səlahiyyəti) yoxdur.

18. Məhkəmə hazırki iş üzrə iddia tələbini cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə münasibətdə də qiymətləndirir.

19. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

21. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

22. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

23. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X4rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

25. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

26. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

27. Məhkəmə nəzərə alır ki, İddiaçı ikinci qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş TSEKmüayinələrdən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə əsas diaqnoz S82 Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu. Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları. Sağ aşıq-baldır oynağının kontrakturası,açma 112 dərəcə,bükmə 82 dərəcə. Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı. Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu. (xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya institutunun verdiyi rəyə əsasən) Ağırlaşma M24.6 Oynağın ankilozu, Sağ əlin 5-ci barmağının falanqa arası oynaqlarının fibroz ankilozu. Ağırlaşma M65.8 Digər sinovit və tenosinovitlər, Sağ aşıq-baldır oynağının tez-tez təkrarlanan sinoviti. Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin cJaraqarxası oynaqlarının postravmatik artrozları. Ağırlaşma M24.5 Oynaqların kontıakturası, Sağ aşıqbaldır oynağının kontrakturası.açma 112 dərəcə,bükmə 82 dərəcə. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Xroniki xolesistit. Yanaşı xəstəliklər S62.6 Əlin digər barmağının sınığı. Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı.ağrı sindromu. Yanaşı xəstəliklər El 1.9 insulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, Şəkərli diabet,tip 2. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İ dərəcə. Yanaşı xəstəliklər S92.3 Ayaq daraq sümüklərinin sınığı, Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması – xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə görə müalicə kursu yetərli deyil. İxtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac olması səbəbi ilə imtina edilmişdir.

28. Məhkəmə qeyd edir ki, iddiaçı ona ilkin imtinanın verildiyi vaxtdan (eləcə də, əlilliyin təyin edilməsini tələb etdiyi vaxtdan) təxminən 02 il 06 ay sonra məhkəməyə şikayət etmişdir.

29. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddaçı İddiaçı xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə də əyani müayinədə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19263/2023 nömrəli Qərarına əsasən İddiaçı münasibətdə Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

30. Odur ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) hüquqi yardım göstərilməklə cavabdeh qismində yalnız Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə iddia tələbinin “əlilliyin sonuncu müayinə tarixindən təyin edilməsi” kimi dəqiqləşdirilməsi və buraxılmış prosessual müddətin bərpasına dair əsaslandırılmış ərizənin təqdim edilməsi təklif edilmiş və bununla bağlı olaraq məhkəmə iclası təxirə salınmışdır. Lakin iddia tələbi qeyd olunan formada dəqiqləşdirilməmişdir.

31. Odur ki, iddia mümkün sayılmamalıdır.

32. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq göndərişin tərtib edilməsi üçün səhiyyə müəssisəsinə yenidən müraciət edə, həmin göndəriş əsasında Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən müvafiq təyinat aparılmasından imtina edildiyi təqdirdə, iddiaçı yuxarıda qeyd edilən müddətlərdə məhkəməyə müraciət etməkdə haqlıdır.

33. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

34. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

35. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar