Məhkəmə qərarları › İş №e-2-1(112)-8637/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8637/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8637/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Ayşə X2, Cavabdeh X3 Xidmətinin nümayəndəsi (hüquq şöbəsinin böyük məsləhətçisi) X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 Xidmətin qarşı “inzibati xətaya dair protokolun tərtib edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-M-6717/2023 nömrəli imtinasının əsassız sayılması, "xxxx" ASC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi və İddiaçının əmək haqqı kartından qanunsuz tutulan 2072.11 AZN (iki min yetmiş iki manat on bir qəpik) məbləğin "xxxx" ASC tərəfindən iddiaçıya qaytarılması ilə bağlı göstərişin verilməsi ilə bağlı Qərar qəbul etməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 15 noyabr 2022-ci i tarixdə xitam verilmişdir. 15 noyabr 2022-ci il tarixdə iddiaçının əmək haqqı kartına 2072.11 AZN (iki min yetmiş iki manat on bir qəpik) olmaqla son haqq-hesabı köçürülmüşdür. 17 noyabr 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən 2072.11 AZN (iki min yetmiş iki manat on bir qəpik) iddiaçının əmək haqqı kartındaı tutulmuşdur. 6 dekabr 2022-ci il tarixdə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət edərək son haqq-hesabının verilməsini və əmək haqqıdan qanunsuz tutulmaya görə "xxxx" ASC ilə bağlı qanunauyğun tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdeh araşdırma nəticəsində o qənaətə gəlmişdir ki, mübahisəyə məhkəmə qaydasında baxıldığından müraciətdə qeyd edilən məsələnin araşdırılması Cavabdehin səlahiyyəti çərçivəsində deyildir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda qeyd edir: “Bildiririk ki, araşdırma, zamanı müraciətlərinizdə qeyd olunan məsələlərlə əlaqədar "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” Bak Şəhəri Yasamal Rayon Məhkəməsində baxılaraq e-2(004)-6712/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli Qərardad və “İşə bərpa, məcburi işburaxmaya. görə əməkhaqqının ödənilməsi və s. ” tələbinə dair işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılaraq e-2(009)-315/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli Qətnamə qəbul edildiyi məlum olmuşdur. Bu səbəbdən də “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü İddiaçı Cavabdehə ünvanladığı müraciətdə İddiaçının əmək haqqı kartından "xxxx" ASC tərəfindən qanunsuz maddəsinə uyğun olaraq olaraq tutulmuş məbləğinmüraciətiniz baxılmamış geri qaytarılması saxlanılmışdır. və qanunsuz ” tutulmanı icra etdiyinə görə "xxxx" ASC ilə bağlı qanunauyğun tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdehin cavabilməktubunda Qeyd edilir ki, iddiaçı cavab məktubunu almamışdır. xx.xx.2023-cü tarixdə Cavabdehin inzibati binasına yaxınlaşaraq cavab məktubunun surətini əldə etmişdir. istinad etdiyi iddiaçı ilə Paşa Bank “ASC” arasında olan məhkəmə işləri isə iddiaçının işə bərpa olunması Azərbaycan (Səbail Rayon Respublikası Məhkəməsi)Prezidentinin və "xxxx"2011-ci il 16 fevral verilmiş ASC tərəfindən tarixli 386 nömrəliəsasən iddiaya Fərmanı təhsil ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial müqaviləsi üzrə ödənilmişməbləğin İddiaçıdan geri alınması (Yasamal Rayon Məhkəməsi) ilə Müdafiəsi Nazirliyi bağlıdır. yanında X3 Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.10-cü yarımdəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 - 192.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Cavabdehin istinad etdiyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasənmüraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlanılır. Halbuki, məhkəmə tərəfindən araşdırılan məsələlərin iddiaçının cavabdehə ünvanladığı müraciətlə əlaqəsi yoxdur. Həmin məhkəmə işləri üzrə yekun məhkəmə aktı çıxarılsa da, cavabdehə ünvanlanan müraciətdə qeyd olunan məsələlər hələ də açıq qalmaqdadır, çünki iddiaçının müraciətində qeyd edilən məsələlər cavabdehin səlahiyyəti çərçivəsindədir.

3. Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir.

4. Təqdim edilən məhkəmə aktlarına əsasən İddiaçı və "xxxx" ASC arasında “çəkilmiş xərcin qaytarılması” tələbinə dair digər məhkəmə mübahisəsi də mövcuddur.

5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 3.2.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

11. Məhkəmə qeyd edir ki, iddia tələbindəki məsələ inzibati orqanın “İnzibati icraat haqqında” Qanundan irəli gələn fəaliyyəti ilə bağlı deyil. İddiaçının öz məqsədinə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi "xxxx" ASC-yə qarşı işə bərpa və əmək haqqından tutmanın qanunsuz hesab edilməsinə dair qəbul edilmiş məhkəmə aktının mübahisələndirilməsi, eləcə də əmək haqqından tutmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması ilə bağlı səlahiyyətli ümumi məhkəməyə iddia tələbi ilə müraciətdir.

12. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya məqsədilə çatmaq üçün səmələri hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar