Məhkəmə qərarları › İş №e-2-1(112)-8638/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8638/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8638/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlillik təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1989-cu ildə doğulmuşdur. İddiaçının barəsində Azərbaycan Respublikası DİN DQ DHHK-nın xx.xx.2018-ci il tarixli, 343 saylı xəstəlik haqqında şəhadətnamənin 11-ci bəndinə əsasən hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar “mülayim dərəcədə ifadə olunmuş dissosiativ pozuntu anamnezində qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. İddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi ilə “ikinci dərəcəli əlillik” təyin edilmişdir. Diaqnoz: “Digər rubrikalarda təsnif olunan başqa xəstəliklərdə, əsasən mərkəzi sinir sistemində təsir edən sistemli otofiyalar. Mühüm dərəcədə ifadə olunmuş dissoslativ (konversion) pozuntu. Mərkəzi sisteminin ortofiyası nəticəsində yaranmış ayrı-ayrı üzvü nevroloji kəllə daxili hipertenziya, asteno nevrotik sindirom, İİİ mərhələ ensefotopatiya və vegetatativ damar davamsızlığı ilə nəticələnmiş davamlı qalıq əlamət. Mərkəzi sinir sisteminin zədələnməsindən sonra tez-tez (ayda 7-8 dəfə) baş verən qıcolma tutmaları. Mərkəzi sinir sistemində baş verən atrofik dəyişikliklər nəticəsində qabarıq yaddaş zəifliyi və idrakın enməsi” İddiaçı Bakı 2 nömrəli X2 xx.xx.2025-ci il tarixli R00246759QFQ göndərişi əsasında xx.xx.2025-ci il tarixdə əyani müayinə olunmuş və diaqnoz Diaqnoz əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının diaqnozu – “baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda7-8 dəfə), yaddaşın enməsi, anamnezində özünü kəsmələrlə. Yüngül koqnitiv pozuntu. Epilepsiya, qıcolma tutmaları (ayda 7-8 dəfə). Saidin açıq yarası” qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş 3-17-4/3-3-1461/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 343 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntusu, anamnezində qıcolma tutmaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, özünü idarə edə bilməməsi, özünə xəsarət, intihar cəhdləri olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında idmanda qaçış zamanı yıxılaraq travma aldığını, həmin vaxt huşunu itirdiyini, sonradan başağrıları yarandığını bildirmiş, medikamentoz preparatlardan əsəb sakitləşdirici kimi “Depakine”, “Finlipsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşa dərman təyinatın düzgün olmadığı qeyd edildikdə ayağa qalxaraq qışqırmış, aqressiv davranış sərgiləmişdir. Komissiya üzvlərinin verdiyi suallardan sonra qıcolma tutmaları olduğunu söyləmiş, lakin təsvir edə bilməmiş, sadəcə həmin vaxt ifrazatının qeyri-iradi olduğunu, üzünə su vuraraq ayıldığını, yuxulu olduğunu bildirmişdir. Psixi statusu: vətəndaş hərbi xidmətdən “isterik nevroz, qıcolma tutmaları” ilə təcris olunmuş, baş ağrıları və bayılma şikayətləri ilə müalicələr almışdır. Təqdim olunmuş psixiatrik xəstəxanalara məxsus tibbi müalicə sənədlərinə əsasən (çıxarış) müxtəlif diaqnozlar qeyd olunmuşdur, psixi sənədlərin 2024-cü ilə məxsus olması müəyyənləşdirilmiş, 2019-2024-cü illər və öncəki tarixlərə aid heç bir stasionar, ambulator müalicə və reseptləri olmamışdır. Göndəriş rəsmiləşdirilən tarixlərdə yeni kəsiklər törədilmiş, sonuncu rəyin hansı baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT, MRT) üzvi etiologiya ilə səbəbəlaqələndirilməsi məlum olmamış, təqdim olunmuş xx.xx.2024-cü il tarixli baş-beyin MRT müayinəsinin nəticəsinə əsasən üzvi etiologiya təsdiqlənməmişdir. Nevroloji statusu: vətəndaş əsəbləşən zaman başağrıları və boyun nahiyəsində ağrıların olduğunu, bundan sonra huşunu itirdiyini, üzünə su vurularaq ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələri (EEQ-dalğaları) keyfiyyətsiz olmuşdur. 2 saylı X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz "Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi "Beyinin biocərəyan fəallığı yüngül qalıq üzvi tipli dəyişiklik əlamətləri ilə səciyyələnir və zəif paroksizmal pozuntularla təzahür olunur.abığı ilə qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi əlamətləri nəzərə çarpır. Ocaqlı dəyişiklik (şiş, kista) əlamətləri aşkar edilmir. Beyin yarımkürələrinin mütənasibliyi dəyişməyib” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 1026 nömrəli Tibbi rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları (ayda 7¬8 dəfə), yaddaşın enməsi ilə. Anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13771723 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. X12 xx.xx.2024-cü il tarixli Baş-beyin MRT müayinəsinin nəticəsi “Baş-beyin parenximasında izlənə bilən orqanik patalogiya təsbit edilmədi. Verteks səviyyəsində frontoparietal subaraxnoidal sahələr və beyin sulkuslarında minimaı dilatasiya. Bilateral petrous apex cephalocele. Etmoidal hücrələrdə və hər iki maksillar sinusda az dərəcədə mukozal qalınlaşma. Sağ aşağı konxada hipertrofiya” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyinin yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2025-ci il tarixli R00246759QFQ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının 61-80 faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət dövründə səhhətində yaranmış xəstəliklə bağlı 2016-2018-ci illərdə müxtəlif tibb müəsissələrində müalicə almasına baxmayaraq reabilitasiya olunmamışdır. İddiaçıya xx.xx.2019-cu il tarixdən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi ilə “ikinci dərəcəli əlillik” təyin edilmişdir. Müəyyən edilmiş 5 illik müddət bitdikdən sonra, Bakı 2 nömrəli X2 göndərişi əsasında yenidən əlilliyinin qiymətləndirilməsi həyata keçirilərkən iddiaçıya cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Göndərişin xx.xx.2025-ci il tarixdə göndərilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixədək ƏƏSMN-nin “əlillik alt sistemi”ndə iddiaçının əlilliyinin qiymətlədirilməsinin nəticələrinə dair heç bir məlumat öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Yalnız xx.xx.2025-ci il tarixdə iddiaçı yenidən alt sistem vasitəsilə göndərişi yoxladıqda xx.xx.2025-ci il tarixdən etibarən cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsasının göstərilməklə əlilliyin təyin edilməsindən imtina edildiyi ona məlum olmuşdur. Hesab edir ki, cavabdehin əlilliyin təyin edilməsinən imtinası əsassızdır. Bakı şəhər 2 nömrəli X5 əlilliyinin qiymətləndirilməsinə dair göndərişinə əsasən iddiaçının müxtəlif vaxtlarda tibb müəsissələrində müalicə alması və qoyulan diaqnozlar aşağıdakı cədvəldə qeyd edildiyi kimidir: Sıra nöm Daxil olma Kliniki Çıxma Gün rəsi diaqnoz Tibb müsəssisəsi tarixi tarixi sayı XBT

1. xx.xx.2018 xx.xx.2018 7 G40 DİN DQN Hospitalı

2. xx.xx.2018 xx.xx.2018 7 F44.8 1 Saylı Respublika Xəstəxnası

3. xx.xx.2018 xx.xx.2018 16 F44.8 DİN DQN Hospitalı

4. xx.xx.2019 xx.xx.2019 14 G93.2 Əfəndiyev adına xəstəxana

5. xx.xx.2020 xx.xx.2020 53 F44.8 1 Saylı Respublika Xəstəxnası

6. xx.xx.2021 xx.xx.2021 30 F44.5 1 Saylı Respublika Xəstəxnası

7. xx.xx.2022 xx.xx.2022 22 F07.0 2 nömrəli Klinik Xəstəxana

8. xx.xx.2023 xx.xx.2023 20 F07.0 2 nömrəli Klinik Xəstəxana

9. xx.xx.2024 xx.xx.2024 0 F07.0 1 Saylı Respublika Xəstəxnası 1 xx.xx.2024 xx.xx.2024 23 F07.0 1 Saylı Respublika Xəstəxnası 0. 11 xx.xx.2024 xx.xx.2024 23 F07.0 1 Saylı Respublika Xəstəxnası . 1 xx.xx.2024 xx.xx.2024 20 F07.0 2 nömrəli Klinik Xəstəxana 2. 1 xx.xx.2024 xx.xx.2024 34 F07.0 1 Saylı Respublika Xəstəxnası 3. 1 xx.xx.2024 xx.xx.2024 0 F07.0 1 Saylı Respublika Xəstəxnası 4. 1 xx.xx.2025 xx.xx.2025 0 S51.7 X13 5. . Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli 598 saylı rəyi ilə iddiaçıya “baş beyinin üzvü xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə) yaddaşın enməsi ilə. Anamnezində özünü kəsmələr F 07.0” diaqnozu qoyulmuşdur. “Diaqnoz” Tibb Mərkəzinin MRT müayinəsinin xx.xx.2024-cü il tarixli nəticəsinə əsasən aşağıdakılar müəyyən edilmişdir: • Baş parenximasında izlənilən bilən orqanik patologiya təsbit edilmədi. • Verteks səviyyəsində frontoparietal subaraxnodial sahələr və beyin sulkuslarında minimal dilatasiya. • Blateral petrous apex cephalocele • Ethmoidal hücrələrdə və hər iki maksillar sinusda az dərəcədə mukozal qalınlaşma • Sağ aşağı konxada hipertrofiya Heç bir dəqiq müayinə və ya yoxlama həyata keçirilmədən TSEK-in qərarına əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, iddiaçıya göstərilən müayinələr nəticəsində qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun gəlir. Belə ki, həmin bənd “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular - üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)” diaqnozu ilə səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edir. Eləcə də təqdim edilmiş digər tibbi müayinə sənədləri, epikrizlər, xəstəlik kitabçasından çıxarışlar, tibb müəssisələrinin arayışları və s. sübut edir ki, iddiaçının xəstəliyi sağalmamışdır və hələ də davam etdiyindən ona əlillik təyin edilməsi üçün kifayət qədər əsaslar var. Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci bəndində “insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri” müəyyən edilmişdir. Hazırda iddiaçının səhhətində olan əlillik və digər yanaşı xəstəliklər nəticəsində onun həyat fəaliyyətinin məhdudlaşma dərəcələri aşağıdakı kimidir:

BACARİQ DƏRƏCƏSİ

1. Özünə qulluq bacarığı İ dərəcə

2. X10 İ dərəcə

3. Ünsiyyət bacarığı İİ dərəcə

4. Davranışına nəzarət etmə bacarığı İİİ dərəcə

5. Öyrənmə bacarığı İ dərəcə

6. Əmək fəaliyyəti İİİ dərəcə

Beləliklə də cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməsini qanunsuz hesab edilməlidir.

Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 343 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntusu, anamnezində qıcolma tutmaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, özünü idarə edə bilməməsi, özünə xəsarət, intihar cəhdləri olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında idmanda qaçış zamanı yıxılaraq travma aldığını, həmin vaxt huşunu itirdiyini, sonradan başağrıları yarandığını bildirmiş, medikamentoz preparatlardan əsəb sakitləşdirici kimi “Depakine”, “Finlipsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşa dərman təyinatın düzgün olmadığı qeyd edildikdə ayağa qalxaraq qışqırmış, aqressiv davranış sərgiləmişdir. Komissiya üzvlərinin verdiyi suallardan sonra qıcolma tutmaları olduğunu söyləmiş, lakin təsvir edə bilməmiş, sadəcə həmin vaxt ifrazatının qeyri-iradi olduğunu, üzünə su vuraraq ayıldığını, yuxulu olduğunu bildirmişdir. Psixi statusu: vətəndaş hərbi xidmətdən “isterik nevroz, qıcolma tutmaları” ilə təcris olunmuş, baş ağrıları və bayılma şikayətləri ilə müalicələr almışdır. Təqdim olunmuş psixiatrik xəstəxanalara məxsus tibbi müalicə sənədlərinə əsasən (çıxarış) müxtəlif diaqnozlar qeyd olunmuşdur, psixi sənədlərin 2024-cü ilə məxsus olması müəyyənləşdirilmiş, 2019-2024-cü illər və öncəki tarixlərə aid heç bir stasionar, ambulator müalicə və reseptləri olmamışdır. Göndəriş rəsmiləşdirilən tarixlərdə yeni kəsiklər törədilmiş, sonuncu rəyin hansı baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT, MRT) üzvi etiologiya ilə səbəb- əlaqələndirilməsi məlum olmamış, təqdim olunmuş xx.xx.2024-cü il tarixli baş-beyin MRT müayinəsinin nəticəsinə əsasən üzvi etiologiya təsdiqlənməmişdir. Nevroloji statusu: vətəndaş əsəbləşən zaman başağrıları və boyun nahiyəsində ağrıların olduğunu, bundan sonra huşunu itirdiyini, üzünə su vurularaq ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələri (EEQ-dalğaları) keyfiyyətsiz olmuşdur. 2 saylı X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Beyinin biocərəyan fəallığı yüngül qalıq üzvi tipli dəyişiklik əlamətləri ilə səciyyələnir və zəif paroksizmal pozuntularla təzahür olunur.abığı ilə qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi əlamətləri nəzərə çarpır. Ocaqlı dəyişiklik (şiş, kista) əlamətləri aşkar edilmir. Beyin yarımkürələrinin mütənasibliyi dəyişməyib” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 1026 nömrəli Tibbi rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə. Anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 13771723 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. X12 xx.xx.2024-cü il tarixli Baş-beyin MRT müayinəsinin nəticəsi “Baş-beyin parenximasında izlənə bilən orqanik patalogiya təsbit edilmədi. Verteks səviyyəsində frontoparietal subaraxnoidal sahələr və beyin sulkuslarında minimaı dilatasiya. Bilateral petrous apex cephalocele. Etmoidal hücrələrdə və hər iki maksillar sinusda az dərəcədə mukozal qalınlaşma. Sağ aşağı konxada hipertrofiya” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyinin yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xaiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya Azərbaycan Respublikası DİN DQ DHHK-nın xx.xx.2018-ci il tarixli, 343 saylı xəstəlik haqqında şəhadətnamənin 11-ci bəndinə əsasən hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar “mülayim dərəcədə ifadə olunmuş dissosiativ pozuntu anamnezində qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. İddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi ilə “ikinci dərəcəli əlillik” təyin edilmişdir. DİAQNOZ: “Digər rubrikalarda təsnif olunan başqa xəstəliklərdə, əsasən mərkəzi sinir sistemində təsir edən sistemli otofiyalar. Mühüm dərəcədə ifadə olunmuş dissoslativ (konversion) pozuntu. Mərkəzi sisteminin ortofiyası nəticəsində yaranmış ayrı-ayrı üzvü nevroloji kəllə daxili hipertenziya, asteno nevrotik sindirom, İİİ mərhələ ensefotopatiya və vegetatativ damar davamsızlığı ilə nəticələnmiş davamlı qalıq əlamət. Mərkəzi sinir sisteminin zədələnməsindən sonra tez-tez (ayda 7-8 dəfə) baş verən qıcolma tutmaları. Mərkəzi sinir sistemində baş verən atrofik dəyişikliklər nəticəsində qabarıq yaddaş zəifliyi və idrakın enməsi” Əlillik müddəti qurtardığından iddiaçı Bakı 2 nömrəli X2 xx.xx.2025-ci il tarixli R00246759QFQ göndərişi əsasında xx.xx.2025-ci il tarixdə əyani müayinə olunmuş və diaqnoz Diaqnoz əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının diaqnozu – “baş- beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda7-8 dəfə), yaddaşın enməsi, anamnezində özünü kəsmələrlə. Yüngül koqnitiv pozuntu. Epilepsiya, qıcolma tutmaları (ayda 7-8 dəfə). Saidin açıq yarası” qeyd edilmişdir. Hazırda iddiaçının hüquqi marağı xx.xx.2025-ci il tarixli göndəriş əsasında ona, orqanizmin funksiyalarının 61-80% faiz dərəcəsi ilə əlilliyin təyin edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıda olan diqanoz əlillik əlaməti təyin etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Bakı 2 nömrəli X2 xx.xx.2025-ci il tarixli R00246759QFQ göndərişi göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “F07.0 baş- beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda7-8 dəfə), yaddaşın enməsi, anamnezində özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı əlilik təyinatı iddiaçının ilkin əlilliyi deyildir. İddiaçının hərbi xidmət dövründə onda xəstəlik yaranmışdır. İddiaçıya xx.xx.2019-cu il tarixdən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi ilə “ikinci dərəcəli əlillik” təyin edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1908/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Eyni hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2662/2025 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli xx.xx.2025-ci il tarixli qərardadında da ifadə edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən qəbul edilmiş 3-17-4/3-3-1461/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 343 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntusu, anamnezində qıcolma tutmaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, özünü idarə edə bilməməsi, özünə xəsarət, intihar cəhdləri olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında idmanda qaçış zamanı yıxılaraq travma aldığını, həmin vaxt huşunu itirdiyini, sonradan başağrıları yarandığını bildirmiş, medikamentoz preparatlardan əsəb sakitləşdirici kimi “Depakine”, “Finlipsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşa dərman təyinatın düzgün olmadığı qeyd edildikdə ayağa qalxaraq qışqırmış, aqressiv davranış sərgiləmişdir. Komissiya üzvlərinin verdiyi suallardan sonra qıcolma tutmaları olduğunu söyləmiş, lakin təsvir edə bilməmiş, sadəcə həmin vaxt ifrazatının qeyri-iradi olduğunu, üzünə su vuraraq ayıldığını, yuxulu olduğunu bildirmişdir. Psixi statusu: vətəndaş hərbi xidmətdən “isterik nevroz, qıcolma tutmaları” ilə təcris olunmuş, baş ağrıları və bayılma şikayətləri ilə müalicələr almışdır. Təqdim olunmuş psixiatrik xəstəxanalara məxsus tibbi müalicə sənədlərinə əsasən (çıxarış) müxtəlif diaqnozlar qeyd olunmuşdur, psixi sənədlərin 2024-cü ilə məxsus olması müəyyənləşdirilmiş, 2019-2024-cü illər və öncəki tarixlərə aid heç bir stasionar, ambulator müalicə və reseptləri olmamışdır. Göndəriş rəsmiləşdirilən tarixlərdə yeni kəsiklər törədilmiş, sonuncu rəyin hansı baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT, MRT) üzvi etiologiya ilə səbəb-əlaqələndirilməsi məlum olmamış, təqdim olunmuş xx.xx.2024-cü il tarixli baş-beyin MRT müayinəsinin nəticəsinə əsasən üzvi etiologiya təsdiqlənməmişdir. Nevroloji statusu: vətəndaş əsəbləşən zaman başağrıları və boyun nahiyəsində ağrıların olduğunu, bundan sonra huşunu itirdiyini, üzünə su vurularaq ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələri (EEQ-dalğaları) keyfiyyətsiz olmuşdur. 2 saylı X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz "Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi "Beyinin biocərəyan fəallığı yüngül qalıq üzvi tipli dəyişiklik əlamətləri ilə səciyyələnir və zəif paroksizmal pozuntularla təzahür olunur.abığı ilə qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi əlamətləri nəzərə çarpır. Ocaqlı dəyişiklik (şiş, kista) əlamətləri aşkar edilmir. Beyin yarımkürələrinin mütənasibliyi dəyişməyib” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 1026 nömrəli Tibbi rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, qıcolma tutmaları (ayda 7¬8 dəfə), yaddaşın enməsi ilə. Anamnezində intihar fikirləri” kimi qeyd edilmişdir. Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 13771723 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. X12 xx.xx.2024-cü il tarixli Baş-beyin MRT müayinəsinin nəticəsi “Baş-beyin parenximasında izlənə bilən orqanik patalogiya təsbit edilmədi. Verteks səviyyəsində frontoparietal subaraxnoidal sahələr və beyin sulkuslarında minimaı dilatasiya. Bilateral petrous apex cephalocele. Etmoidal hücrələrdə və hər iki maksillar sinusda az dərəcədə mukozal qalınlaşma. Sağ aşağı konxada hipertrofiya” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyinin yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X6 ekspertlərinə tapşırılmışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı xx.xx.2019-cu ildən 5 il müddətinə təyin edilmiş İİ dərəcə əlillik dəki diaqnozlar hazırda da müşahidə edilirmi? 2) xx.xx.2025-ci il tarixli, R00246759QFQ nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm yanaşı, həm də ağırlaşmalar) iddiaçıya xx.xx.2019cu ildə təyin edilmiş əlillik zamanı göstərilən diaqnozlar eyni, yaxud ayrı-ayrı xəstəlillərdir? 3) xx.xx.2025-ci il tarixli, R00246759QFQ nömrəli nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm yanaşı, həm də ağırlaşmalar) hazırda da iddiaçıda müşahid edilirmi? 4) xx.xx.2025-ci il tarixli, R00246759QFQ nömrəli nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm yanaşı, həm də ağırlaşmalar) təsdiqini tapdığı halda aşağıdakı hansı bəndlərə uyğundur: b) Ağırlaşma – Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları – (XBT F07.8) - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (bənd 7.6.2.1.); - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (bənd 7.6.2.2). d) Ağırlaşma – Epilepsiya, Qıcolma tutmaları (ayda 7-8 dəfə) (XBT – G40). - epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) (bənd 6.7.1.); - epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) (bənd 6.7.3.). - ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) ) (bənd 6.7.4.). Məhkəməyə təqdim edilmiş xx.xx.2025-cü il tarixli, T 871/2025 №-li ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı 2 №-li X8” tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2025-ci il tarixli, R00246759QFQ nömrəli göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda 7-8 dəfə), yaddaşın enməsi ilə, anamnezində özünü kəsmələrlə (prof. В.Əsədovun məsləhəti ilə təyin olunub). Ağırlaşmalar: F07.8-baş beynin xəstəliyi, travması və disfunksiya nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, F06.7-yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq. Yanaşı xəstəliklər: S51.7-saidin çoxsaylı açıq yarası, saidin açıq yarası. Ağırlaşma: G40-epilepsiya, qıcolma tutmaları (ayda 7-8 dəfə)” diaqnoz ona stasionarda müalicəsi zamanı kliniki, anamnestik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. O, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. 2-4. İddiaçı adına tərtib edilmiş 6.01.2025-ci il tarixli, R00246759QFQ nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm yanaşı, həm də ağırlaşmalar) iddiaçıya xx.xx.2019-cu ildə təyin edilmiş əlillik zamanı göstərilən diaqnozlarla eyni xəstəliklərdir və həmin xəstəliklərə onda hazırda da rast gəlinir və qərardadın 4-cü bəndinə və həmin bəndin “b”, “d” yarımbəndlərinə uyğun gəlir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

7. Psixi və davranış pozuntuları … 7.6.2.[130] baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə F06 bağlı digər psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 6.7. Epilepsiya G40 Qiymətləndirmə epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə 6.7.1.[116] 35-60 1 il nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) Bakı 2 nömrəli X2 xx.xx.2025-ci il tarixli R00246759QFQ göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “ F07.0 baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez dekompensasiyalar, qıcolma tutmaları (ayda7-8 dəfə), yaddaşın enməsi, anamnezində özünü kəsmələrlə. Yüngül koqnitiv pozuntu. Epilepsiya, qıcolma tutmaları (ayda 7-8 dəfə). Saidin açıq yarası” diaqnozu göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, iddiçıda olan olan xəstəliklərin (əsas diaqnoz, ağırlaşmalar, yanaşı xəstəliklər) hazırda da mövcud olması və onun reabilitasiya olunmaması iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. İddiaçıda mövcud olan diaqnozlara Nazirlər Kabinetinin 187 № li qərarı ilə təsdiq edilmiş Meyarların tələbi baxımından nəzər yetirdikdə müəyyən etmək olur ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən 35-60 faiz, 6.7.1-ci bəndinə əsasən 35-60 faiz təyin edilir. Əlilliyin qiymətləndirilməsi qaydalarını sadalanan normalarının tələbinə əsasən, faiz göstəriciləri fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla yəni 60+10=70 faiz götürülür. Qaydaların normalarını hazırkı isə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya OFP 61-80% əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 921/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-522/2024 nömrəli 2-1(102)- 2378/2023 nömrəli qərarları; 2- 1(102)-2458/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)- 2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2- 1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2- 1(102)-2500/2023 nömrəli, 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli 2-1(102)-2636/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)-2950/2024 nömrəli 2-1(102)-3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1 əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixli R00246759QFQ nömrəli göndəriş əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlilliyinin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar