Məhkəmə qərarları › İş №e-2-1(112)-8642/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8642/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8642/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 65-80% pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası tərəfindənİddiaçıəlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş J00234214CTR No-li göndəriş əsasında onaorqanizmimin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi və xx.xx.2024-cü il tarixindən hesablanmaqla əlilliyə görə əmək pensiyasının Ərizəni imzalayan şəxs haqqında məlumat: ödənilməsi öhdəliyinin Agentliyin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək İddiaçı xx.xx.2024-cü il tarixdən olmaqla 2 (iki) il müddətinə sağlamlıq imkanlarının 65-80% pozulmasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ilin sentyabr ayından başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi 10 ildən artıq xidmət edərək düşmənin arxa cəbhəsində dəfələrlə əməliyyatlarda iştirak etmiş, onlara sarsıdıcı zərbələr vurmuşdur. Belə əməliyyatların birində, xx.xx.2016-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən xəsarət almış və ona “Hərbi əməliyyatlar. Partlayış travması. Qapalı kəllə beyin travması, başbeyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə (ayda 6-7 dəfə). Üzvi mənşəli şəxsiyyət pоzuntusu. L5-S1 diskin laminektomiyasından sonrakı vəziyyət. L5-S1 diskin residiv yırtığı. Sol aşağı ətrafın distal parezi. Yerişin pozulması. Fəqərəarası disklərin mielopatiyası ilə ağırlaşması”” diaqnozu qoyulmuşdur. Xəsarət aldıqdan sonra AR Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixdə təsdiq etdiyi xx.xx.2017-ci il tarixli 145 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, iddiaçıya “Sol aşağı etrafın distal parezi ve davamı, ağrı sindromu ilə müşayiət olunan xroniki, tez-tez residivləşən , diskogen mənşəli sol tərəfli beloma (L5-S 1) radikulitinin kəskinləşməsi, sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması, ilə. L5-S1 fəqərəarası diskin sol S1 sinir kökünü kompressiya edən sol posterolateral yırtığına görə aparılmış sol tərəfli hemilaminoektomiya əməliyyatı nəticəsində (xx.xx.2016) onurğa sütunun bel şöbəsinin funksiyasının cüzi dərəcədə pozulması ilə (Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin ayrı-ayn dağınıq ocaqlı nevroloji nişanələr, astenonevrotik təzahürlər və vegetativ - damar davamsızlığı ilə olan qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının cüzi dərəcədə pozulması ilə. (Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır) diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X15n həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli 5228 nömrəli rəyi ilə iddiaçıya “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə F 07.0” diaqnozu qoyulmuşdur. İddiaçı müxtəlif dövrlərdə X4, 2 saylı X5nda, Respublika Psixiatriya X7 Şəxsində, Lənkəran Rayon Mərkəzi X7 Şəxsində, Tovuz Rayon Mərkəzi X7 Şəxsində, Psixi Sağlamlıq Mərkəzi X14, X11, Abbas Səhhət adına Gəncə Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Xəstənaxası X14, Qazax Rayon Psixiatriya Xəstəxanasında stasionar və ambulator müalicə almış, lakin səhhətinin vəziyyəti bərpa olunmamışdır.Müayinələr zamanı iddiaçıya aşağıdakı diaqnozlar qoyulmuşdur:

1. Qıcolmalar və posttravmatik ensefalopatiya: Ayda 6-7 dəfə qıcolma keçirməsi daimi nevroloji pozuntulara səbəb ola bilər. Əgər bu vəziyyət ünsiyyət, davranışa nəzarət və əmək fəaliyyəti bacarığını məhdudlaşdırırsa, bu İİ və ya İİİ dərəcə məhdudlaşma hesab oluna bilər.

2. Sol aşağı ətrafın distal parezi və yeriş pozulması: Bu, sərbəst hərəkətetmə bacarığını məhdudlaşdıra bilər. Əgər xəstə köməkçi vasitələrsiz normal hərəkət edə bilmirsə və ya kənar şəxslərin daimi köməyinə ehtiyacı varsa, bu, İİ və ya İİİ dərəcə məhdudlaşma sayılır.

3. Fəqərəarası disklərin mielopatiya ilə ağırlaşması və L5-S1 diskin residiv yırtığı: Əgər bu hallar davamlı ağrı, hərəkət məhdudiyyəti və əmək fəaliyyətini tam yerinə yetirə bilməməyə səbəb olursa, İİ və ya İİİ dərəcə məhdudlaşma kimi dəyərləndirilə bilər.

4. Üzvi mənşəli şəxsiyyət pozuntusu: Əgər bu pozuntu sosial münasibətlərdə və əmək fəaliyyətində ciddi çətinliklər yaradırsa, əlillik üçün əsas ola bilər. Bundan sonra iddiaçı barəsində J00234214CTR nömrəli göndəriş (Forma 088) tərtib edilərək cavabdeh orqana göndərilmiş və göndərişdə iddiaçının diaqnozu “hərbi əməliyyatlar. Partlayış travması. Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə (ayda 6-7 dəfə). Uzvi mənşəli şəxsiyyət pоzuntusu. L5-S1 diskin laminektomiyasından sonrakı vəziyyət. L5-S1 diskin residiv yırtığı. Sol aşağı ətrafın distal parezi. Yerişin pozulması. Fəqərəarası disklərin mielopatiyası ilə ağırlaşması” olaraq qeyd edilmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli cavab məktubu ilə xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi nəticələrinə istinad edərək (diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən) iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məktubda qeyd edilir ki, müayinə zamanı iddiaçının səhhətində hər hansı bir ağırlaşma müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə öz əksini tapmış diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci və 6.7-ci bəndinə uyğun gəlir. Belə ki, 6.1-ci bənddə “başın travmalarının nəticələri” diaqnozu (əsas diaqnoz) və 6.7-ci bənddə “epilepsiya” diaqnozu (ağırlaşdırıcı diaqnoz) ilə səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edilir. Həmçinin həmin Qərarın 6.1.10-cu bəndinə əsasən, “müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik” diaqnozu (ağırlaşdırıcı diaqnoz) ilə səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edilir. Həmçinin, iddiaçının səhhətində olan yanakı xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın aşağıdakı bəndlərinə uyğun gəlir: 13.5.1.3-cü bənd - aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; 6.6.3-cü bənd - digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51); 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Eləcə də təqdim edilmiş digər tibbi müayinə sənədləri, epikrizlər, xəstəlik kitabçasından çıxarışlar, tibb müəssisələrinin arayışları və s. sübut edir ki, iddiaçının xəstəliyi sağalmamışdır və hələ də davam etdiyindən ona əlillik təyin edilməsi üçün kifayət qədər əsaslar var.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair mübahisə ilə bağlı işi üzrə bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 145 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol aşağı ətrafın distal parezi və davamlı ağrı sindromu ilə müşayət olunan xroniki, tez-tez residivləşən, diskogen mənşəli sol tərəfli bel-oma (L5-S1) radikulitinin kəskinləşməsi, sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. L5-S1 fəqərəarası diskin sol S1 sinir kökünü kompressiya edən sol posterolateral yırtığına görə aparılmış sol tərəfli hemilaminoektomiya əməliyyatı nəticəsində (xx.xx.2016) onurğa sütunun bel şöbəsinin funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” və “Keçrilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq ocaqlı nevroloji nişanələr, astenonevrotik təzahürlər və vegetativ - damar davamsızlığı ilə olan qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki qulağında olan eşitmə zəifliyindən, aşağı ətraflarında olan ağrılardan, sol daban nahiyyəsində keyləşmədən, insanlarla ünsiyyət qura bilməməsindən, 3 yaşlı övladına qarşı şiddət göstərməsindən, sidik kisəsinin natamam boşalmasından şikayətlənmişdir. Anamnezində 2016-cı ildə partlayış zamanı zərbə dalğası nəticəsində kəllə-beyin travması aldığnı qeyd etmişdir. Onurğanın bel nahiyyəsində disk yırtığı səbəbilə laminektomiya cərrahi əməliyyatını keçirdiyini, daima korset istifadə etdiyini söyləmişdir. Baxış zamanı komissiya üzvlərindən təxminən 5 m məsafədə əyləşərək sualları yüksək səs tonu ilə cavablandırmış, eşitmə cihazından istifadə etmədiyi müşahidə edilmişdir. Müayinə zamanı sol diz oynağında, sol baldırın orta 1/3- də çapıqlar müşahidə edilmişdir. Onurğanın bel hissəsində təxminən 3-4 sm ölçüdə əməliyyat çapığı müşahidə edilmişdir. Nevroloji status: Əzələ gücü sol ətrafda 4.5-5 bal dəyərləndirilmiş, diz refleksi D=S canlı çağrılmış, axıl refleksi solda alınmamış, sağda canlı olmuşdur. Yeriş zamanı pəncə sallanması, hipotrofiya, artrofiya müşahidə olunmamış, əlillik təyinatına əsas verə biləcək patologiya müşahidə edilməmişdir. Psixi status: Mühakimə qabiliyyəti tamamilə saxlanılmışdır. Övladına şiddət yetirməsinin patoloji hal olduğunu və xəstəlik nəticəsində baş verdiyini isbat etməyə çalışmışdır. Təfəkkürü ardıcıl, məntiqi olmuş, müayinə zamanı aqressiv ataklar qeyd etmişdir. Özünə xəsarətlər müşahidə edilməmişdir. Mühakimə və analiz qabiliyyəti qiymətləndirildikdə psixi durumuna görə kənar şəxs nəzarəti və ya qullağuna əsas verən patologiya izlənilməmişdir.. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1012/24 nömrəli Çıxarışında diaqnoz ““Üzvi (2016- cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 Saylı X5nın xx.xx.2024-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının hiperventilyasiya zamanı aşkarlanan paroksizmi qeyd olunur” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. . Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024cü il tarixli 5228 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, tez tez dekompensasiyalar, intihar cəhdləri ilə. Təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. . Akademik M.Ə.Mirqasımov adına X2 xx.xx.2024-cü il tarixli Bera müayinəsinin nəticəsi “Sağ qulaqda 35 db, solda 40db əldə olundu” kimi qeyd edilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “Bel lordozu artmışdır. L3-L4 intervertebral diskdə hissəvi dehidratasiya qeyd olunur. L3-L4 intervertebral diskdə fibroz halqanın arxa sirkulyar qabarması qeyd olunur. L5- S1 intervertebral disk məsafəsi daralmışdır, degenerativ dəyişiklik və ~ 6.4 mm arxa median-sol paramedian geniş əsaslı yırtıq və sol fəqərəarası dəlik məsafəsinin və sinir kökcüyünün kompressiyası qeyd olunur. L5, S1 fəqərə cisimlərinin tamamlayıcı lövhələrində T2, T1 hiperintens-Modik İİ tip subxondral sklerotikdegenerativ dəyişiklik izlənir. L2 fəqərə cismində və L5 fəqərə cismində T1, T2 hiperintenshemangiomaya xarakter ocaqlar qeyd olunur” kimi müəyyənləşdirilmişdir. İstanbul NS Klinikasının xx.xx.2024-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Stimulyasiyon və iynəli EMQ müayinəsi zamanı aşağı ətraflardan alınan elektrofizioloji göstəricilərə görə sol tibial sinirin neyropatiyası qeydə alınır” kimi qeyd edilmişdir. X8 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi nəticəsində. Posttravmatik ensefalopatiya qıcolma sindromu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. . 72 ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 30 db, sol qulaq 35 db” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Qeyd etməliyik ki, vətəndaşın öncəki əlillik təyinatı epilepsiya diaqnozu ilə olsa da, vətəndaş bu haqda ümumiyyətlə məlumat verməmiş, xəstəliklə bağlı şikayət bildirməmiş, ümumiyyətlə məlumatsız olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciətiniz əsasında şəxs xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksıonal dəyişikliklər aşkar olunmadığından 22 12 2024-cü il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Daha sonra şəxs müraciətinə əsasən 12 02.2025-ci il tarixində Agentlikdə rəhbər şəxsin qəbulunda olmuşdur. Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə müvafiq izahat verilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-704/2025 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1988ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 145 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol aşağı ətrafın distal parezi və davamlı ağrı sindromu ilə müşayət olunan xroniki, tez-tez residivləşən, diskogen mənşəli sol tərəfli bel-oma (L5-S1) radikulitinin kəskinləşməsi, sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. L5-S1 fəqərəarası diskin sol S1 sinir kökünü kompressiya edən sol posterolateral yırtığına görə aparılmış sol tərəfli hemilaminoektomiya əməliyyatı nəticəsində (xx.xx.2016) onurğa sütunun bel şöbəsinin funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” və “Keçrilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq ocaqlı nevroloji nişanələr, asteno- nevrotik təzahürlər və vegetativ - damar davamsızlığı ilə olan qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki qulağında olan eşitmə zəifliyindən, aşağı ətraflarında olan ağrılardan, sol daban nahiyyəsində keyləşmədən, insanlarla ünsiyyət qura bilməməsindən, 3 yaşlı övladına qarşı şiddət göstərməsindən, sidik kisəsinin natamam boşalmasından şikayətlənmişdir. Anamnezində 2016-cı ildə partlayış zamanı zərbə dalğası nəticəsində kəllə-beyin travması aldığnı qeyd etmişdir. Onurğanın bel nahiyyəsində disk yırtığı səbəbilə laminektomiya cərrahi əməliyyatını keçirdiyini, daima korset istifadə etdiyini söyləmişdir. Baxış zamanı komissiya üzvlərindən təxminən 5 m məsafədə əyləşərək sualları yüksək səs tonu ilə cavablandırmış, eşitmə cihazından istifadə etmədiyi müşahidə edilmişdir. Müayinə zamanı sol diz oynağında, sol baldırın orta 1/3-də çapıqlar müşahidə edilmişdir. Onurğanın bel hissəsində təxminən 3-4 sm ölçüdə əməliyyat çapığı müşahidə edilmişdir. Nevroloji status: Əzələ gücü sol ətrafda 4.5-5 bal dəyərləndirilmiş, diz refleksi D=S canlı çağrılmış, axıl refleksi solda alınmamış, sağda canlı olmuşdur. Yeriş zamanı pəncə sallanması, hipotrofiya, artrofiya müşahidə olunmamış, əlillik təyinatına əsas verə biləcək patologiya müşahidə edilməmişdir. Psixi status: Mühakimə qabiliyyəti tamamilə saxlanılmışdır. Övladına şiddət yetirməsinin patoloji hal olduğunu və xəstəlik nəticəsində baş verdiyini isbat etməyə çalışmışdır. Təfəkkürü ardıcıl, məntiqi olmuş, müayinə zamanı aqressiv ataklar qeyd etmişdir. Özünə xəsarətlər müşahidə edilməmişdir. Mühakimə və analiz qabiliyyəti qiymətləndirildikdə psixi durumuna görə kənar şəxs nəzarəti və ya qullağuna əsas verən patologiya izlənilməmişdir.. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1012/24 nömrəli Çıxarışında diaqnoz ““Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 Saylı X5nın xx.xx.2024-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının hiperventilyasiya zamanı aşkarlanan paroksizmi qeyd olunur” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5228 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, tez tez dekompensasiyalar, intihar cəhdləri ilə. Təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına X2 xx.xx.2024-cü il tarixli Bera müayinəsinin nəticəsi “Sağ qulaqda 35 db, solda 40db əldə olundu” kimi qeyd edilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “Bel lordozu artmışdır. L3-L4 intervertebral diskdə hissəvi dehidratasiya qeyd olunur. L3-L4 intervertebral diskdə fibroz halqanın arxa sirkulyar qabarması qeyd olunur. L5-S1 intervertebral disk məsafəsi daralmışdır, degenerativ dəyişiklik və ~ 6.4 mm arxa median-sol paramedian geniş əsaslı yırtıq və sol fəqərəarası dəlik məsafəsinin və sinir kökcüyünün kompressiyası qeyd olunur. L5, S1 fəqərə cisimlərinin tamamlayıcı lövhələrində T2, T1 hiperintens-Modik İİ tip subxondral sklerotikdegenerativ dəyişiklik izlənir. L2 fəqərə cismində və L5 fəqərə cismində T1, T2 hiperintenshemangiomaya xarakter ocaqlar qeyd olunur” kimi müəyyənləşdirilmişdir. İstanbul NS Klinikasının xx.xx.2024-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Stimulyasiyon və iynəli EMQ müayinəsi zamanı aşağı ətraflardan alınan elektrofizioloji göstəricilərə görə sol tibial sinirin neyropatiyası qeydə alınır” kimi qeyd edilmişdir. X8 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi nəticəsində. Posttravmatik ensefalopatiya qıcolma sindromu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. 72 ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 30 db, sol qulaq 35 db” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Qeyd edilməlidir ki, vətəndaşın öncəki əlillik təyinatı epilepsiya diaqnozu ilə olsa da, vətəndaş bu haqda ümumiyyətlə məlumat verməmiş, xəstəliklə bağlı şikayət bildirməmiş, ümumiyyətlə məlumatsız olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. TSEK-Müayinələr: - xx.xx.2019-cu il tarixində “hərbi əməliyyatlar nəticəsində keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri xx.xx.2016-ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan top mərmisinin partlaması nəticəsində zərbə dalağasından yıxılaraq huşunu itirmiş qapalı kəllə beyin travması almışdır Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 6-7 dəfə), Sol aşağı ətrafın Distal parezi və damlı ağrı sindromu ilə müşaiyət olunan xroniki tez tez residivləşən sol aşağı ətrafın funksiyasının pozulması ilə. Baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq otaqlı nevrolojl nişanalar. Kəllə daxili təzyiqin artması ilə Diskogen mənşəli sol tərəfli bel-oma Ç13-51) radikulilinin kəskinlaşmasi Asteno nevrotik təzahürlər və vegetativ damar davamsızlığı ilə olan qalıq əlamatləri. Mərkəzi sinir sistemi funksiyasının cüzi dərəcədə pozulmasa ilə Travmatık ensofolopatiya Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər (xx.xx.2016) L5-S1 f/ə diskin sol S1 sinir kökünü kompressiyə edən sol posterolaterəl yırtığına görə aparılmış sol tərəfli hemilanoektomiya əməliyyatı nəticəsində onurğa sütununun bel şöbəsinin funksiyasının pozulması ilə” diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (G40-G41.9) təyin edilmişdir. - xx.xx.2024-cü il tarixində hərbi əməliyyatlar. Partlayış travması. Qapalı KBT, baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə (ayda 6-7 dəfə). Üzvi mənşəli şəxsiyyət pozuntusu. L5-S1 diskin laminektomiyasından sonrakı vəziyyət. L5-S1 diskin residiv yırtığı. Sol aşağı ətrafın distal parezi. Yerişin pozulması. Fəqərəarası disklərin mielopatiyası ilə ağırlaşması diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

8. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz Y36 Hərbi əməliyyatlar, partlayış travması. Qapalı KBT, baş beyin silkələnməsindən sonrakı vəziyyət Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, üzvi mənşəli (baş-beyin travması) şəxsiyyətin pozuntusu. Ağırlaşma G40.1 Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Posttravmatik ensefalopatiya,qıcolma tutmaları ilə.(qıcolma tutmaları ayda 6-7 dəfə) Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5- S1 diskin laminoektomiyasından sonrakı vəziyyət. L5-S1 diskin residiv yırtığı. Sol aşağı ətrafın distal parezi. Yerişin pozulması Yanaşı xəstəliklər M51.0 Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), Fəqərəarası disklərin mielopatiyası ilə ağırlaşması, residiv

9. Xəstəliyə görə ambulator müraciətlər: Y36 Hərbi əməliyyatlar xx.xx.2024 xx.xx.0001 01.01.001 T90.5 Kəllədaxili travmaların nəticələri xx.xx.2024 xx.xx.0001 01.01.001

10. Stasionar müalicə aldığı müəsisələr: Mirqasımov adına RKX xx.xx.2020 xx.xx.2020 19 F07.2 Postkontuzion sindrom Referans Klinik. xx.xx.2021 xx.xx.2021 4 T90.5 Kəllədaxili travmanın nəticələri X6 xx.xx.2021 xx.xx.2021 12 T90.5 Kəllədaxili travmanın nəticələri Tovuz rayonu RMX xx.xx.2023 xx.xx.2023 21 T90.5 Kəllədaxili travmanın nəticələri A.Səhhət adına Gəncə Xəst. xx.xx.2023 xx.xx.2023 8 S06.3 Baş beynin ocaqlı travması Ocaqlı Mirqasımov adına RKX xx.xx.2023 xx.xx.2023 0 Y36 Hərbi əməliyyatlar A.Səhhət adına Gəncə Xəst. xx.xx.2023 xx.xx.2024 10 Y36 Hərbi əməliyyatlar A.Səhhət adına Gəncə Xəst. xx.xx.2024 xx.xx.2024 12 T90.5 Kəllədaxili travmanın nəticələri A.Səhhət adına Gəncə Xəst. xx.xx.2022 xx.xx.2022 26 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Qazax rayonu Psix.Xəst. xx.xx.2022 xx.xx.2022 15 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 saylı KPX xx.xx.2023 xx.xx.2023 14 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 saylı KPX xx.xx.2024 xx.xx.2024 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Qazax rayonu Psix.Xəst. xx.xx.2024 xx.xx.2024 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu

11. Həkim müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim müayinəsi xx.xx.2024 F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu Həkim müayinəsi xx.xx.2024 Y36 Hərbi əməliyyatlar, partlayış travması. Qapalı KBT, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə Həkim müayinəsi xx.xx.2024 Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 diskin laminoektomiyasından sonrakı vəziyyət. M51.0 L5-S1 diskin residiv yırtığı. Sol aşağı ətrafın distal parezi.Yerişin pozulması. F07.0 Üzvi mənşəli (baş beyin travması) şəxsiyyətin pozuntusu.

12. Respublika Psixiatriya X7 Şəxsi Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3282 nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmaları ilə F07.0

13. Respublika Psixiatriya X7 Şəxsi Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 5228 nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmaları ilə, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə F07.0

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 073 nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən gizir İddiaçı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı düşmən atəşi nəticəsində mövcud bədən xəsarətini almışdır. D-z: Qapalı kəllə-beyin travması. Xroniki koxlear nevrit. (Müdafiə Nazirliyinin Tibbi Ekspertiza və Patalogiya Mərkəzinin 2020 nömrəli xx.xx.2017-ci il tarixli müayinə aktına əsasən)

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

17. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

18. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir.

19. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

20. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

21. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

22. Hazırki iddia məcburetməyə dair iddiadır.

23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

24. İddiaçı əlillik müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən 6 ay ərzində (xx.xx.2024-cü il tarixdə) qiymətləndirildiyindən ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsini tələb edə bilər.

25. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

27. TSEK Müayinələrə əsasən İddiaçı xx.xx.2019-cu il tarixində hərbi əməliyyatlar nəticəsində keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri xx.xx.2016-cı ildə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan top mərmisinin partlaması nəticəsində zərbə dalağasından yıxılaraq müşünü itirmiş qkbt almışdır. Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 6-7 dəfə), Sol aşağı ətrafın Distal parezi və damlı ağrı sindromu ilə müşaiyət olunan xroniki tez tez residivləşən sol aşağı ətrafın funksiyasının pozulması ilə. Baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq otaqlı nevrolojl nişanalar. Kəllə daxili təzyiqin artması ilə Diskogen mənşəli sol tərəfli bel-oma Ç13-51) radikulilinin kəskinlaşmasi Asteno nevrotik təzahürlər və vegetativ damar davamsızlığı ilə olan qalıq əlamatləri. Mərkəzi sinir sistemi funksiyasının cüzi dərəcədə pozulmasa ilə Travmatık ensofolopatiya Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər (xx.xx.2016) L5-S1 f/ə diskin sol S1 sinir kökünü kompressiyə edən sol posterolaterəl yırtığına görə aparılmış sol tərəfli hemilanoektomiya əməliyyatı nəticəsində onurğa sütununun bel şöbəsinin funksiyasının pozulması ilə diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (g40-G41.9) təyin edilmişdir; xx.xx.2024-cü il tarixində hərbi əməliyyatlar. Partlayış travması. Qapalı KBT, baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə (ayda 6-7 dəfə). Üzvi mənşəli şəxsiyyət pozuntusu. L5-S1 diskin laminektomiyasından sonrakı vəziyyət. L5-S1 diskin residiv yırtığı. Sol aşağı ətrafın distal parezi. Yerişin pozulması. Fəqərəarası disklərin mielopatiyası ilə ağırlaşması diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

28. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) 2016-cı ildən xəstədir. Xəstəliyini top mərmisi partlaması nəticəsində aldığı Kəllə beyin travması ilə əlaqələndiri. Şikayətləri: baş ağrıları, baş gicəllənmə, huşun itməsilə gedən qıcolma tutmaları (ayda 6-7 dəfə), yüksək təzyiq A/T-160/100 mm.c.s.qulaqda səs, eşitmənin zəifliyi, sol ayaqda keyimə, zəiflik,yerişin pozulması, əsəbilik,aqressivlik, yuxu pozğunluğu. Göz yarıqları D bərabərdir S, bəbəklər D bərabərdir S,fotoreaksiya canlıdır. Burun dodaq büküşü asimmetrikdir. Konvengensiya və akkomadasiya çatmamazlığı qeyd olunur. Dili orta xətt üzrədir. DHS t-dən yuxarı ətraflarda reflekslər D bərabərdir S, orta canlıdır, parez yoxdur. Aşağı ətraflarda diz refleksi S böyükdür D, sağ aşağı ətrafda əzələ gücü 5 bal, solda proksimal 4 bal, distal 3 baldır, tonus enib. Solda Axill refleksi alınmır. Hissiyat kökcük tipli enib. Aşağı Barre sınağı sol tərəfli müsbətdir. Dartınma simptomları (Laseq) sol tərəfli müsbətdir. - Əsas diaqnoz. Y36. Hərbi əməliyyatlar, partlayış travması. Qapalı KBT, baş beyin silkələnməsindən sonrakı vəziyyət. - Ağırlaşma. F07.0. Üzvi mənşəli şəxsiyyət pоzuntusu, üzvi mənşəli (baş-beyin travması) şəxsiyyətin pozuntusu. - Ağırlaşma. G40.1. Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə (qıcolma tutmaları ayda 6-7 dəfə). - Yanaşı xəstəlik. Z98.8. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 diskin laminoektomiyasından sonrakı vəziyyət. L5-S1 diskin residiv yırtığı. Sol aşağı ətrafın distal parezi. Yerişin pozulması - Yanaşı xəstəlik. M51.0. Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), Fəqərəarası disklərin mielopatiyası ilə ağırlaşması, residiv - Həkim müayinəsi nəticəsində F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu; Y36 Hərbi əməliyyatlar, partlayış travması. Qapalı KBT, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə; Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 diskin laminoektomiyasından sonrakı vəziyyət; M51.0 L5-S1 diskin residiv yırtığı. Sol aşağı ətrafın distal parezi.Yerişin pozulması.

29. Respublika Psixiatriya X7 Şəxsi Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3282 nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmaları ilə F07.0

30. Respublika Psixiatriya X7 Şəxsi Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 5228 nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmaları ilə, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə F07.0

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 6.7. Epilepsiya (G40) Qiymətləndirmə 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 32.Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəliklərdən (epilepsiya – G40, üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2022-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (A.Səhhət adına Gəncə Xəstəxanası, 2 nömrəli X5, Qazax rayonu Psixiatriya Xəstəxanas, Respublika Psixiatriya Xəstəxanası) təsdiqlənmişdir. İddiaçının həmin xəstəliklərdən 8 ildən artıqdır ki, əziyyət çəkməsi işin mübahisəsiz halıdır. Belə ki, Respublika Psixiatriya X7 Şəxsi Həkim Psixiatr Komissiyası tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3282 nömrəli Rəydə və xx.xx.2024-cü il tarixli 5228 nömrəli Rəydə iddiaçı X9 xəstəliyinin 2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə beyin travmasının nəticəsi olduğu aşkar şəkildə qeyd olunmuşdur. Eyni zamanda əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən xəstəliyin başlanma tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. 33.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2020-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (A.Səhhət adına Gəncə Xəstəxanası, 2 nömrəli X5, Qazax rayonu Psixiatriya Xəstəxanası, Respublika Psixiatriya Xəstəxanası) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 34.Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 6.7.3-cü və 7.6.2.2.-ci bəndlərinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə əlillik təyin edilməlidir. 35.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 36.Məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, iddiaçı X13 xx.xx.2019-cu il tarixində 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (G40-G41.9) təyin edilmişdir. Şəxsə təyin olunmuş ikinci dərəcə əlilliyin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Daha sonra iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2024-cü il tarixdə təkrar qiymətləndirilmiş və müayinə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. 37.Məhkəmə qeyd edir ki, iddiaçı X13 təyin olunmuş ilkin əlillik müddəti xx.xx.2024-cü il tarixində bitdiyindən və iddiaçının sağlamlıq vəziyyəti növbəti 6 ay ərzində (xx.xx.2024cü il tarixdə) təkrar qiymətləndirildiyindən (məhkəmə müvafiq müayinə nəticəsində iddiaçıya əlillik təyin edilməli olduğu qənaətindədir) şəxsin əlilliyin ötürülmüş müddət daxil olmaqla təyin edilməsini tələb etmək hüququ var. 38.Ona görə məhkəmə hesab edir ki, iddiaçıya orqanizmin funskiyalarının 65-80% pozulmasının təyinatı məhz ilkin əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2019-cu il tarixdən) aparılmalıdır. 39.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

40. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

41. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

42. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

43. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

44. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

45. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

46. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

47. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının 65-80% pozulmasının xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar