Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8644/2025 22.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının vəkili və nümayənəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 3 nömrəli qərarı ilə mərhum əri X4 fərdi ev tikmək üçün Buzovna qəsəbəsi, 238 nömrəli vəzifəsinin Xəzər rayon İcara Hakimiyyətinin üzərinə qoyulması qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 müəllim vəzifəsində işləmiş, Əzizbəyov rayon X12 icraiyyə komitəsinin (XDS İK) xx.xx.1989-cu il tarixli 6 nömrəli qərarı ilə kooperativ mənzil növbəsinə duran mərhum əri X4 Əzizbəyov rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 3 nömrəli Qərarı ilə fərdi ev tikmək üçün Buzovna qəsəbəsində 238 nömrəli sahədə 600 m2 torpaq sahəsi ayrılmışdır. Qərarda mərhumun adı Ələkpər kimi qeyd olunsa da, əslində adı Ələkbər olmuşdur və bu hal, AZ-İİ №289168 nömrəli ölüm haqqında şəhadətnamə ilə sübut olunur (bu fərqə görə gələcəkdə əlavə probelm yaşamamaq üçün, bununla bağlı zəruri təsdiqedici məlumatların iddia tələbim üzrə qəbul olunacaq qərarda əksinin tapmasını zəruri hesab edir). Qərarın giriş hissəsindən göründüyü kimi, torpaq sahəsi ayrılarkən Buzovna qəsəbə XDS İK-nın xx.xx.1990-cı il tarixli 1 nömrəli qərarı, “Əzizbəyovneft” NQçİ-nin 3187/01-4 nömrəli 2/X-89-cu il tarixli və Bakı şəhər XDS İK-nin 7-7192/7 nömrəli 4/X-89-cu il tarixli məktubları ilə razılaşdırılmışdır. Lakin, Qərarda “yerquruluşçusunun məlumatı” ifadəsi əks olunsa da, torpaq sahəsinin planölçü sxemi (yerləşmə cizgisi) Qərara əlavə olunmamışdır. Qərarın təsdiq olunmuş surətinin verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətə cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli 3-52/2-11-485-112/2024 nömrəli məktuba da, Əzizbəyov rayon XDS İK-nın sözügedən Qərarının təsdiqlənmiş surəti əlavə olunsa da, cizgi əlavə olunmamışdır. Məlum olduğu kimi, XDS İK-nın qeyd olunan qərarı qəbul edildiyi tarixdə qüvvədə olan Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının 1999- cu il 25 iyun tarixli Qanunu ilə qüvvədən düşüb) və tətbiq edilən digər hüquq normalarına uyğun olaraq torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Cavabdehnə ünvanladığı müraciəti ilə bağlı Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən torpaq sahəsinin sənəd ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan həmçinin qeyd olunan torpaq sahəsi ‘’X8’’ MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. ‘’Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2000-ci il tarixli, 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı ‘’torpaq sahəsinə yerləşmə sxeminin verilməsi’’ tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: -Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 118 nömrəli Arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi 1990-ci ildən İddiaçı istifadəsindədir və bu günə kimi vergi borcu yoxdur. -AZ-İİ seriyalı 289168 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X9 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 748 nömrəsi ilə qeyd edilmişdir. -Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 855 nömrəli məktubunda göstərilmişdir ki, X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə tərəfimizdən vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən arvadı İddiaçı mərhumun varisi olması barədə sizə məlumat veririk. ünvan 4 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair Çıxarış verəsiniz. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-941/2025 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 1990-cı ilə dair arxiv sənədləri , o cümlədən xx.xx.1990-cı il tarixli, 3 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 3-52/2-2805/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş X3 adına verilmiş Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 03 nömrəli qərarının təsdiqlənmiş surəti Sizə göndərilir və həmin qərara əsas olmuş sənədlər əlavə edilməmişdir. Həmin məktubla təqdim edilən sənədlərdən görünür ki: -Əzizbəyov Rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il 3 nömrəli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Qərara əsasən Buzovna qəsəbəsi R.Axundov küçəsi, 150 nömrəli evdə yaşayan 1 nömrəli Vərəm Sanatoriyasında müəllim vəzifəsində işləyən, Əzizbəyov rayon XDS İK-nin 6 nömrəli xx.xx.1989-cu il tarixli qərarı ilə kooperativ mənzil növbəsində duran X5 Buzovna qəsəbəsində fərdi ev tikmək üçün 238 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılması, Ailə tərkibi bir nəfərdən ibarətdir. Evin ümumi sahəsi 88.58 kv.m, yaşayış sahəsi 43.3 kv.m, hündürlüyü 2.2 m olan təsdiq edilmiş 185-000-109c seriyalı layihə əsasında aparılması qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-47565/2025 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.0807 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ). Sahədən 51.0 m məsafədə ləğv edilmiş quyu məlumatları mövcuddur. Həmçinin torpaq sahəsinə dair X11 tərəfindən müraciətləri olmuşdur. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Həmin məktubla təqdim edilən sənədlərdən görünür ki: -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 0.0807 ha təşkil edir. Hər tərəfdən mişar daşı ilə sərhədlənmişdir. Torpaq sahəsində tikinti yoxdur. -Ortofoto görüntüdən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin digər sahələr ilə üst-üstə düşmə halı mövcud deyildir. Cavabde Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, Fərdi yaşayış evi tikmək üçün mərhum X5 ayrılmış sahənin cizgi və xəritədən çıxarışının hazırlanması barədə Rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəniz tapşırığa əsasən RİHB-nın Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Nümayəndəlikdən verilən məlumatda bildirilir ki, istifadənizdə olan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan, həmçinin qeyd olunan torpaq sahəsi "X8" MMC-nin ərazisində yerləşdiyindən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3 nömrəli qərarı ilə X5 Buzovna qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Sözügedən qərar dövlət arxivinə təhvil verilmiş, lakin həmin qərarla birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. X9 vəfat etdikdən sonra arvadı İddiaçı mərhumun tək vərəsəsi kimi sözügedən torpaq sahəsinə faktiki sahiblik və istifadə edir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər X12 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda ərazinin ortofotogörüntüsündə də sahənin yaşayış məntəqəsi olduğu adi gözlə müşahidə olunmuşdur. Eyni zamanda torpaq sahəsinin neft qaz əməliyyatlarının aparılması üçün komtrskat sahəsinin hüduudları daxilində yerləşməsi, 51.0 metr məsafədə ləğv edilmiş neft quyusu barədə məlumatların olması iddiaçıya ayrılmış torpaq sahəsinə dair onun yerləşmə sxeminin verilməsi üçün maneə deyildir. Əvvəla ona görə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin mübahisəli ünvanda yerləşən torpaq sahəsi hasarlanmış və həmin torpaq sahəsi vahid elektron kaldastr məlumatlarına əsasən göstərilən sahə «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına aiddir. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə mübahisəli torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti olaraq cavabdeh (hüquq sələfi) torpaq qanunvericiliyinin həmin vaxt qüavvədə olan tələblərinə uyğun hərəkət etmişdir. İkincisi, iddiaçının tələb etdiyi sənəd yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış torpaq sahəsinin yerini əks etdirən plan-cizgi olaraq hüquqmüəyyənedici hesab edilməyən, texniki bir sənəddir. Odur ki, bu hal qüvvədə olan inzibati aktın tərkibinə aid yerləşmə cizgisi kimi texniki sənədin verilməsini istisna etmir Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3 nömrəli qərarı hazırda da qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda sənəd üzrə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3 nömrəli qərarı əsasında X5 ayrılan Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-8644/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8644/2025
22.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver