Məhkəmə qərarları › İş №e-2-1(112)-8646/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8646/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8646/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun anadan olduğu tarixdən yaşadığı və daimi pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçının X1 1965-ci il tarixdən etibarən nənəsi X8 və anası X16 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşamışdır. Həmin yaşayış sahəsi keçmiş Oktyabr rayon X20 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) xx.xx.1965-ci il tarixli 96 saylı qərarı ilə X1nun istifadəsinə verilmişdir. Həmin qərardan görünür ki, yerli komitənin və işçilərin ümumi yığıncağının qərarı təsdiqlənərək 2-ci mikrorayon, 27 saylı evin, 48 saylı mənzilinə (indiki ünvan 1) dair order verilməsi haqqında qərar alınmışdır. Daha sonra yaşayış sahəsinin uçotu və bölgüsünə dair keçmiş Oktyabr rayon XDS İK-nin xx.xx.1965-ci il tarixli 35886 nömrəli orderi verilmişdir. Sözügedən orderdə “Orderə əsasən yaşayış sahəsinə istifadə hüququ olan şəxslərin siyahısı” göstərilmişdir. Yaşayış sahəsidən istifadəyə hüququ olan şəxslərin siyahısında X1, anası X28 və nənəsi X8 göstərilmişdir. X12 1985-ci ildə vəfat etmiş, orderdə adı siyahıya daxil edilmiş digər ailə üzvləri də vəfat etmişlər. X1 yaşadığı dövrdə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında mənzildən istifadə hüququ əldə edərək mənzildən maneəsiz istifadə etmiş, həmin mənzildə qeydiyyatda olmuş, lakin bu mənzilə dair İcra Hakimiyyətinin icarəyə dair hər hansı bir sərəncamı yoxdur. İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə anadan olduğu vaxtdan ünvan 2 ünvanında yaşamış və daimi pasport qeydiyyatında olmuşdur. Mənzil Kommunal Təsərürfat Birliyinin 51 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayış əsasən qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.B.Əlivev küçəsi 15 saylı 5 mərtəbəli evin 3-cü mərtəbəsində, kommunal şəraitli mənzil İcra Hakimiyyətinə məxsusdur və sahibi (kirayəçisi) X4r. İddiaçı xx.xx.1966-cı ildə anadan olduğu tarixdən bəri həmin sözü gedən mənzildə yaşamaqla daimi pasport qeydiyyatında olmuşdur. Hazırda mənzildə qeydiyyatda olan digər yetkinlik yaşına çatan ailə üzvlərinin hər biri ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının adına mənzilin kirayə müqaviləsinin bağlanmasına etirazları olmadığını notarial qaydada ərizə verməklə təsdiq etmişlər. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, işdə olan Oktyabr rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 96 saylı qərarından görünür ki, 2-ci mikrorayon, ev 27, mənzil 48 ünvanında yerləşən mənzil X3 ayrılmış, onun mənzil uçotundan çıxarılması və order verilməsi qərara alınmışdır. Yaşayış sahəsinin uçotu və bölgüsünə dair Oktyabr rayon ZDS İK-nin xx.xx.1965-ci il tarixli 35886 nömrəli orderindən görünür ki, Bakı şəhəri, 2-ci mikrorayon, ev 15, mənzil 37, blok 3, mərtəbə 3-də yerləşən 2 otaqlı, 33,13 kv.metr sahəsi olan mənzil X3 ayrılmışdır. Orderdə yaşayış sahəsindən istifadəyə hüququ olan şəxslərin siyahısında M.Hacıilyasovla yanaşı, anası X28 və nənəsi X5 adı göstərilmişdir. İşdə olan 340642 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1985-ci ildə ölmüşdür. 456016 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2014-cü ildə ölmüşdür. Mənzil-Kommunal Təsərrüfat Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar sahəsinin 56923-45 nömrəli arayışından görünür ki, İddiaçı H.B.Əliyev küçəsindəki 15 nömrəli evin 5 mərtəbəli evin 3-cü mərtəbəsində 44,93 kv.metr sahəsi olan 2 otaqlı 37 nömrəli mənzilində yaşayır. Sahibi (kirayəçinin) X6 xx.xx.1985-ci ildə ölmüşdür. İddiaçı xx.xx.1987-ci ildən, X17 2001-ci ildən, X24 xx.xx.2002-ci ildən, X7 xx.xx.1981-ci ildən, X10 xx.xx.1003-cü ildən, X22 xx.xx.2008-ci ildən, X19 xx.xx.2024-cü ildən həmin ünvanda daimi qeydiyyatdadırlar. Mənzil-Kommunal Təsərrüfat Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar sahəsinin 736 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 2-ci mikrorayon, H.B.Əliyev küçəsindəki 15 nömrəli evin 37 nömrəli mənzilində daimi qeydiyyatdadır. Mərhum X1 bu ünvanda vəfat edən günə qədər bu mənzildə qeydiyyatda olmuşdur. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək, Cavabdehnə qarşı iddia qaldırmaqla, həmin mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması üçün qərar verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.-ci maddəsinə əsasən qaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı yarımbəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil etmək yerli icra hakimiyyəti başçısının vəzifəsinə, 4.9.8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səalhiyyətinə aid edilmişdir. Əsasnamənin 7.2-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndiskommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. İşdə olan registrdən çıxarışdan görünür ki, 1964-cü il tarixdə istismara verilmiş ünvan 3 ünvanındakı beşmərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) balansında olan daşınmaz dövlət əmlakıdır. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanı ünvan 6 hər hansı məlumatın verilməsi mümkün deyildir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.B.Əliyev küçəsi, 15 saylı yaşayış binası və orada yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göründüyü kimi, mübahisəli mənzil, Cavabdeh deyil, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olmaqla, Nəsimi rayonunun inzibati ərazi vahidində yerləşir və həmin mənzilə dair qərar qəbul etmək onun balanssaxlayıcısı olan yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı düzgün olmayan cavabdehə qarşı iddia qaldırmaqla, cavabdeh Yasamal Rayon İcra Hakimyyətindən onun səlahiyyətlərində olmayan məsələnin həllini tələb etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar