Məhkəmə qərarları › İş №e-2-1(112)-8649/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8649/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8649/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, İddiaçı cavabdeh Azərbaycan X3rşı “tutduğu vəzifəyə uyğun vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, cavabdeh Azərbaycan X1 tutduğu vəzifəyə uyğun vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Dövlət X7 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə müraciət edərək, icraatda olan inzibati işlə əlaqədar olaraq eyni cavabdehə qarşı eyni tələb üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahovanın icraatında xx.xx.2025-ci il tarixindən 2-1(112)-8696/2025 saylı inzibati işin icraatı aparıldığından işin birləşdirilərək bir icraatda aparılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə vəsatətin əsaslarını araşdıraraq, hesab edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)- 8649/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-8696/2025 nömrəli işlə (iddiaçı X2 cavabdeh Azərbaycan X3rşı “vəzifəyə bərpa edilməsi və əmək haqqının ödənilməsi” tələbinə dair) inzibati iş üzrə icraata birləşdirilməlidir. İPM-nin: 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İş materiallarından görünür ki, qeyd olunan işlər bir-biri ilə əlaqəli olmaqla İPM-də nəzərdə tutulmuş eyni məhkəməyə aiddirlər. Göstərilənlərə əsasən və İPM-nin 37, 56 və 83-cü maddələrinə əsasən, məhkəmə, qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan X3rşı “tutduğu vəzifəyə uyğun vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması” tələbinə dair 2-1(112)-8649/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı həmin məhkəmənin icraatında olan 2-1(112)-8696/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar