Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8655/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “yenidənqurma işlərinin rəsmiləşdirilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ona aid olan 89.32 kv.m hissəsində aparılmış yenidənqurma işlərinin rəsmiləşdirilməsi və həmin işlərin başa çatmasına dair qəbul aktının verilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin və göstərilən sahənin qeyri-yaşayış sahəsi kimi hüquqi qeydiyyata alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq Çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş, **********45-05101-093022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi onun və onunla birgə mülkiyyətçi olan X2 mülkiyyətdir. X3 ilə qarşılıqlı razılığa gələrək, mənzili naturada bölmək məqsədi ilə, mənzilin yaşayış sahəsi kimi hesablanmış 89,32 kv.m. sahəsindən, mənzilin giriş-çıxış hissəsidə olan dəhliz, iki otağ və bir eyvan olmaqla ümumilikdə 38,59 kv.m. sahə İ.T.Hüseynovun, qalan sanuzel qarşısında olan dəhliz, sanuzel, mətbəx, iki otaq və dörd eyvan olmaqla, ümumilikdə 50,73 kv.m. sahə onun olmasını əks etdirən bölgü sxem tərtib edilmişdir. Bölgü sxemi öz imzaları ilə 26 may 2021-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq etmişlər. Bununla da mənzil bölgü sxeminə uyğun olaraq aralarında bölünmüşdür. Mənzilin çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində olmasını, bölgü sxemi ilə ona düşən sahənin binanın sonunda, yan tərəfində yerləşməsini və bölgü sxemi ilə mənzilin giriş-çıxış hissəsinin İ.T.Hüseynovda qalmasını və mənzilin ona düşən hissəsinə, binanın həyətdən giriş-çıxış qapısı tikilməsini düşünərək, mənzili yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevirmək qərarına gəlmişdir. Mənzilin sənədilə paylı mülkiyyətdə olmasını nəzərə alaraq, ona düşən sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevirməsinə mənzilin digər mülkiyyətçisi olan X1 rəsmi qaydada razılıq ərizəsi almışdır. Həmin ərizə 03 iyun 2021-ci il tarixdə Bakı şəhəri 41 saylı notariat ofisi tərəfindən təsdiq olunmuşdur. Mənzilin ona düşən sahəsində, uzun illər bundan əvvəl şəxsi vəsaiti hesabına, tikinti normalarına uyğun qaydada, tikinti, rekonstruksiya və yenidənqurma işləri aparmış və bir müddət sonra mənzilin ona aid olan hissəsindən qeyri-yaşayış sahəsi kimi istifadə etməyə başlamışdır. Ötən müddət ərzində aparılmış tikinti, rekanstruksiya və yenidənqurma işlərinə qarşı hər hansı qonşu, digər fiziki və hüquqi şəxslər tərəfindən irad, təklif və ya narazılıq bildirilməmiş, bu işlərin dayandırılması və sökülməsi ilə bağlı səlahiyyətli orqanlar tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada məhkəməyə müraciət olunmamışdır. Eyni zamanda tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada müraciət edilmiş və qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi sahədən istifadənin qanunauyğun olub-olmamağına dair müvafiq suallar qoyulmuş və bununla bağlı mütəxəssis rəyi verilmişdir. Göstərilənləri nəzərə almaqla, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzilin ona aid olan hissəsində aparılmış yenidənqurma işlərinin yerində tədqiq olunması və aparılmış bu işlərin rəsmiləşdirilərək müvafiq qəbul aktının verilməsini, eləcə də, həmin sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair Qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti ilk müraciəti üzrə xx.xx.2023-cü il tarixli, 5-11/2-T-35-162/2023 saylı məktubu ilə əslində müraciətinin məzmununa tam uyğun olmayan yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsinə dair tələb olunan sənədlərin siyahısını sadalamaqla qeyrimüəyyən bir cavab vermişdir. Bundan sonra o, təkrar ərizə ilə yenidən cavabdehə müraciət edərək, ilk məktubda sadalanan müvafiq sənəd və rəylərin alınmasının mümkünsüzlüyünə dair vəkil sorğusu əsasında alınmış cavab məktublarında təqdim etməklə, müraciətinə yenidən baxılmasını xahiş etmişdir. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti yenidən xx.xx.2024-cü il tarixli, 5-11/2-T-10-162/2024 saylı məktubla yenidən müraciətinin məzmun və mahiyyətinə uyğun gəlməyən belə bir cavab vermişdir ki,“ Müraciətlə bağlı araşdırma zamanı qeyd olunan mənzildən heç bir hüquqi sənədə əsaslanmadan qeyri-qanuni əlavə tikinti işləri apararaq obyektin ərazisini xeyli genişləndirərək, uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2011ci il tarixli, 05 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 136 saylı sərəncamın 4 cü bəndinə əsasən şəxsi mülkiyyət hüquqi ilə hüquqi və fiziki şəxslərə məxsus olan binanın 1-ci mərtəbəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin və zirzəmilərindəki qeyri-yaşayış sahələrinin pəncərə oyuqlarının qapı və vitrinlə əvəzedilməsi layihələri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında həyata keçirilir”. Cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd edilən cavab məktubu uzun illər bundan əvvəl müvafiq icazələr alınmadan mənzildə aparılmış rekonstruksiya işlərinin müvafiq tədqiqat aparılmaqla rəsmiləşdirilməsindən imtina etməsi kimi dəyərləndirilməli və bu əsasla yenidənqurma işlərinin tədqiq olunmaqla rəsmiləşdirilməsi və bu barədə qəbul aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair Məhkəmə tərəfindən Qərar qəbul olunmalıdır. Eləcə də, iddia tələbinin yuxarıda əsaslandığı hallarından da göründüyü kimi, o, uzun illərdir ki, yaşayış sahəsi kimi hüquqi qeydiyyatdan keçmiş mənzilindən qeyri-yaşayış sahəsi kimi istifadə edir. Bu səbəbdən hesab edir ki, tərəfindən mənzilində aparılmış yenidənqurma işlərinə dair cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yenidənqurma işlərinin başa çatmasına dair qəbul aktı verilməklə, sözügedən mənzilin qeyri-yaşayış sahəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmalı və bu barədə müvafiq Çıxarış verilməlidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazda iddia tələbinin təmin edilməməsi xahiş olunmuş və göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı Mənzil Məcəlləsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, mənzildə əlavə olaraq 68.2 kv.m əlavə sahələr inşa edilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahənin bir hissəsi **********76-05101 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş çoxmərtəbəli yaşayış binasının tərkib hissəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə işin hallarını qeyd olunanlara əsasən araşdıraraq hesab edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.32 kv.m olan mənzil X2 mülkiyyətində olmuşdur. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.32 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 50.73 kv.m hissəsini 30000 (otuz min) manat müqabilində alıcı İddiaçı mülkiyyətinə vermişdir. - xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89.32 kv.m olan mənzil İddiaçı (50.73 kv.metr) və X2 (38.59 kv.metr) paylı mülkiyyətindədir. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, İddiaçı məxsus mübahisəli mənzil Xətai rayonu, A.Rəhimov küçəsi, 15 saylı 9 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsi və bitişik birmərtəbəli tikilini əhat edir, ümumi sahəsi 119.3 kv.metrdir. Qeydiyyatdan keçmiş mənzilə bitişik 56.6 kv.m əlavə sahələr tikilmişdir. Arxiv texniki pasportunda qeyd olunmuş 4 və 8 saylı balkonlar ləğv olunmuşdur. Faktiki mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı hazırda mübahisəli mənzilin ona aid hissəsində yenidənqurma edərək qeyriyaşayış sahəsi kimi istifadə etdiyini bildirməklə, həmin yenidənqurma işlərinin rəsmiləşdirilməsini və qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Sadalanan normalardan məlum olur ki, şəxs yaşayış sahəsində onun texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dəyişiklik etmək istədikdə, bu dəyişikliyi yerli icra hakimiyyəti ilə razılaşdırmalıdır. Əgər şəxs artıq belə bir dəyişiklik etmişsə, onda bu dəyişiklik özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırma sayılır və yerli icra hakimiyyəti orqanı özbaşına edilmiş bu yenidənqurma ilə bağlı MM-in 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları yoxlamalı, əgər özbaşına yenidənqurma və (və ya) yenidən planlaşdırma zamanı MM-in 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan hallar olmazsa, onda inzibati orqan həmin özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırmanı rəsmiləşdirməlidir. İşdən görünür ki, 62 saylı mənzildə müvafiq yenidənqurmalar aparılsa da, həmin yenidənqurma yerli icra hakimiyyəti ilə razılaşdırılmamışdır. İddiaçı hazırda 62 saylı mənzilə münasibətdə:
1. aparılmış yenidən qurma işlərinin rəsmiləşdirilməsini;
2. mənzilin qeyri yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Lakin iş materiallarından görünür ki, iddiaçı özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırmanın razılaşdırılması ilə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə paylı mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 62 saylı mənzildə aparılmış yenidən qurma işlərinin rəsmiləşdirilməsi ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış tələbi mümkün sayılmamalıdır. Yaşayış sahəsinin qeyri yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına gəldikdə, məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.9-cu maddəsinə görə həmin Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrini aparan orqandan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydə alınmasını keçirilməni həyata keçirən orqanın qərarı və yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktını təqdim etdikdən sonra tələb edə bilər. Hazırkı halda iddiaçı həmin sənədləri cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmədiyindən həmin inzibati orqan tərəfindən onun hər hansı bir hüququnun pozulması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5alahova