Məhkəmə qərarları › İş №e-2-1(112)-8657/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8657/2024

06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8657/2024 06.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində, nigah akt qeydində ərinin adı Əlifətda kimi yazılması (düzəliş edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində, nigah akt qeydində ərinin adı Əlifətda kimi yazılması (düzəliş edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsində anadan olmuş, xx.xx.1974-cü ildə X9 ilə nikaha daxil olmuş, hazırda həyat yoldaşı rəhmətə gedib. O rəhmətə getdikdən sonra pensiyasını almaq üçün müvafiq orqana müraciət etmiş, sənədləşdirmə işləri aparılarkən bəlli oldu ki, ərinin ölüm akt qeydində adı Əlifətda kimi yazılmışdır. Ərinin adı kimi doğum şəhadətnaməsində adı Əlifəda doğum akt qeydində isə adı ümumiyyətlə anasının adı kimi “Həcərxanım”, nikah akt qeydində “Əlifəda”, uşaqlarının doğumunda isə “Əlifətda” kimi qeyd edilmişdir. Bütün bunlar iddiaçıya sənədləşdirmə işinin aparılmasında mane olur. Çünki ərinin adına olan bəzi sənədlərdə də adı Əlifətda kimi yazılmışdır. İddiaçı doğum və nikah haqqında akt qeydlərində olan bu yanlışlığa düzəliş olunması üçün cavabdeh Xəzər rayon Qeydiyyat Şöbəsinə müraciət etdmiş, lakin cavabdeh düzəliş etməkdən imtina etdi. Belə ki, cavabdehin 03 aprel 2024-cü il tarixli imtina məktubunda qeyd edilir ki, “qeyd edirik ki, ərinizin doğum haqqında şəhadətnaməsində adı “Əlifəda”, nikah haqqında akt qeydində ərinizin adı “Əlifətda” qeyd edilmişdir. Bundan əlavə bildiririk ki, ərinizin doğum haqqında akt qeydində adı anasının adı ilə eyni olaraq “Həcərxanım” qeyd edilmişdir. Yuxarıda qeyd olunan aktlar əsasında ziddiyət olduğundan müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir. Müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığından müvafiq düzəlişin şöbə tərəfindən edilməsimümkün deyildir. Akt qeydlərinə düzəliş edilməsi üçün məhkəməyə müraciət edə bilərsiz.” İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Tədqiq edilmiş sübutlar.

AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZ-İİ seriyalı 298789 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X8 xx.xx.2023-cü ildə ölmüşdür. AA 512478 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X11 22 oktyabr 1946cı ildə anadan olmuşdur. H3 ******* nömrəli hərbi biletdən görünür ki, X12 24 yanvar 1966-cı ildə hərbi xidmətə daxil olmuş, 16 dekabr 1968-ci il tarixdə tərxis olunmuşdur. İ-ЖГ 252980 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, X12 ilə X6 ilə nikaha daxil olmuşlar. İddiaçının ərinə məxsus əmək kitabçasında onun adı X3 qeyd edilmişdir. İddiaçının ərinə məxsus AA 179203 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində onun adı X4 qeyd edilmişdir. AA 590122 nömrəli sürücülük vəsiqəsində iddiaçının ərinin adı X1 qeyd edilmişdir. 432897 nömrəli Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsinə əsasən iddiaçının ərinin adı X2 göstərilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-1731/2023 nömrəli cavab məktubu əsasında X5 doğum və nikah haqqında akt qeydinin surəti təqdim edilmiş, təqdim edilmiş doğum akt qeydində görünür ki, X7 adı Musayev Həcər x kimi göstərilmişdir. Ədliyyə Nazirliyi Bakı şəhər Xəzər rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 25 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-68-108/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının ərinin doğum haqqında ilkin şəhadətnamədə adı “Əlfəda”, nikah akt qeydində “Əlifəda” və ölüm akt qeydində “Əlifətda” yazılmışdır. Yuxarıda qeyd olunan aktlar arasında ziddiyət olduğundan müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir.

İV. Məhkəmənin mövqeyi

7. Azərbaycan Respublikası Konstitusiyasının

- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən

- 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. -26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən

- 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na əsasən:

- 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 7.2. bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.

İşin faktiki hallarına əsasən ilkin vətəndaşlıq vəziyyəti aktı olan doğum haqqında akt qeydində iddiaçının ərinin adı “Həcər x” kimi, iddiaçı və onun ərinə məxsus nikah haqqında şəhadətnamədə adı “Əlifəda” göstərilsə də, iddiaçının ərinə məxsus digər sənədlərdə (ölüm haqqında şəhadətnamə, sürücülük vəsiqəsi və digər sənədlərdə) adı “Əlifətda” kimi qeyd edilmişdir. Sənədlərdə olan uyğunsuzluğu aradan qaldırılması üçün yuxarıda istinad edilən normalara əsasən doğum haqqında akt qeydində iddiaçının ərinin adı “Əlifəda”dan “Əlifətda”ya dəyişdirilməsi tələbində haqlıdır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli, iddiaçının ərinin doğum akt qeydində, nigah akt qeydində ərinin adı Əlifətda kimi yazılması (düzəliş edilməsi) öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ:

İddia tələbi təmin edilsin. İddiaçı mərhum ərinin X5 doğum akt qeydində, nigah akt qeydində adı Əlifətda kimi yazılması (düzəliş edilməsi) cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar