Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-866/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dərəcəsinin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı sağlamlıq vəziyyətindəki ağırlaşmaları nəzərə alaraq 28 iyun 2023-cü il tarixdən ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi “Dövlət Tibbi- Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, xx.xx.2024-cü il tarixdən ikinci dərəcə əlilliyin (orqanizmin funksiyalarının 61-80 faizinin pozulmasının) təyin edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Astara rayonunda anadan olmuşdur. Uzun illərdir ki, müalicəsi olmayan şəkərli diabetdən əziyyət çəkir. Bu səbəblə ona 2012-ci ildən etibarən hər il eyni-“ağır gedişli endokrin və infeksion-allergik xəstəlik, hormon asılılığı” diaqnozu ilə ikinci dərəcə əlillik müəyyən edilmişdir. 2021-ci ilin dekabr ayında əlilliyin müddətinin bitməsi ilə əlaqədar yenidən cavabdehə müraciət etmişdir. Lakin onlar ona göndəriş natamam doldurulub adlı imtina cavabı göndərdilər. Daha sonra 2022ci ilin iyun ayında yeni göndərişlərlə müraciət etmişdir, bu dəfə ona əlavə müalicəyə ehtiyac imtinası verildi. Müalicəsi olmayan xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq bu imtinadan sonra aldığı müalicələr də qeyd olunmaqla yeni forma-88 ilə 2023-cü ilin iyun ayında müraciət etmişdir. Onlar bir il sonra ona yenə imtinanı verdilər. Bildirilmişdir ki, onun səhhətində artıq ciddi ağırlaşmalar var, aşağı ətrafları hərəkət funksiyasını itirib, ciddi tənginəfəslik səbəbindən bir mərtəbə qalxa bilmir, şəkər böyrəklərinin fəaliyyətini sıradan çıxardır, təzyiq gün ərzində dəfələrlə qalxır, hər gün yüksək dozada insulindən və digər ağır dərmanlardan istifadə edir.
4. Cavabdeh qurumun etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcəli əlilik təyin edilməsi” tələbi əsassızdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir.
Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik altsistemində olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Astara Rayon Mərkəzi Xəstəxanasının “Hipofizin adenoması. Hipertenzion hidrosefalik sindrom. Epilepsiya xəstəliyi, tez tez qıcolma tutmaları ilə.” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “ilkin”; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0108003AAFPX nömrəli göndərişi rəsmiləşdirilsə də, əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, göndərişin natamam doldurulması səbəbindən (Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin) əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarılmış, Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 2750003AAGKD nömrəli və Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli Q00108926DSN nömrəli rəsmiləşdirilmiş göndərişləri əsasında isə ixtisaslaşmış tibb müəssisəsində stasionar müayinə və müalicə müddəti yetərli olmadığından, barəsinda “Əlavə müalicəyə ehtiyacın olması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır.xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrıları, baş gicəllənmələri, əsəbilik, qıcolma tutmalarından, ümumi zəiflik və halsızlıqdan olmuş, anamnestik olaraq “başından” ona cərrahi əməliyyat icra edildiyini, hal hazırda xəstəliyi ilə əlaqədar dərman qəbul etmədiyini, qıcolma tutmalarının ayda 1-2 dəfə olduğunu və yarım saat davam etdiyini bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, M.Ə.Əfəndiyev adına X6 xx.xx.2022 – xx.xx.2022-ci il tarixli 4144 nömrəli epikrizinə əsasən diaqnoz “Hipofiz adenomektomiyadan sonrakı vəziyyət. Kəlladaxili normotenziv hipertenziya. OU – Başlanğıc katarakta. OD – Makulada epiretinal membran + VHT. Arterial hipertenziya, İİ dərəcə”; Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 8635 nömrəli epikrizinə əsasən diaqnoz “Simptomatik epilepsiya. Hipofiz vəzinin adenomektomiyası əməliyyatından sonrakı vəziyyət. Ensefalopatiya.” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində Respublika Diaqnostika Mərkəzində aparılmış video-EEQ-monitorinq müayinəsinin nəticəsi “Müayinədə oyanıqlıq zamanı arxa paylarda alfa-ritm qeyd edilir. Qısa müddətli yuxu zamanı fizioloji yuxu patternlərininin indeksi normal yaşa uyğundur. Oyanıqlıq və yuxu zamanı alın-ön gicgah paylarında epileptik xarakterli paroksizmal aktivlik qeyd edilərək, konveksə yayılmağa meyillidir. Yarımkürələr arası asimmetriya qeyd edilmir.” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 80 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, periferik nəbz dolğun olmuş, həkim-nevroloq müyinəsinin nəticəsinə əsasən ətraflarda hərəkət məhdudluğu, patoloji reflekslər izlənilməmiş, reflekslər D=S canlı olmuş, yeriş sərbəst, pozulmamış, Romberq vəziyyətində dayanıqlı olmuş, koordinator sınaqları dəqiq yerinə yetirmiş, EEQ müayinəsi nəticəsində təqdim edilmiş “EEQ – dalğaları” “Epilepsiya” xəstəliyini təsdiq etməmiş, əlillik təyinatına əsas verən nevroloji defisit və heç bir patofunksional pozuntu müəyyən edilməmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
5. TSEK Müayinələri: -xx.xx.2012-ci il tarixində hipofizin adenoması, hipertenzion hidrosefalik sindrom, epilepsiya xəstəliyi, tez-tez qıcolmaa tutmaları ilə diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.9 ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asıllığı vəziyyəti ilə 1 il müddətinə ilkin əlillik təyin edilmişdir. -xx.xx.2014-cü il tarixində hipofizin adenoması, hipertonik-hirosefal sindrom prolektonoma, ürəyin xroniki revmatik xəstəliyi , epilepsiya, tez-tez baş verən qıcolma tutmaları şOUhipertonik angiopatiya diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.9 ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asıllığı vəziyyəti ilə 1 il müddətinə təkrar əlillik təyin edilmişdir. -xx.xx.2015-ci il tarixində involusiya edən hipofizin adenoması, tez-tez baş verən qıcolma tutmaları ilə, kəllə-daxili hipertenziya, revmatizm q/a faza diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.12 sinir siteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya, və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu.. 1 il müddətinə təkrar əlillik təyin edilmişdir. -xx.xx.2016-cı il tarixində involusiya edən hipofizin adenoması, tez-tez baş verən qıcolma tutmaları ilə, kəllə-daxili hipertenziya, revmatizm q/a faza diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.12 sinir siteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya, və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu.. 5 il müddətinə təkrar əlillik təyin edilmişdir. -29.12.2021-ci il tarixində D35.2 hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyasında sonrakı vəziyyət; ağırlaşma G93.2 xoşxassəli kəllədaxili hipertenziya; ağırlaşma R25.2 qıcolma və spazm, tez-tez təkrarlanan qıcolmalar; ağırlaşma R52.2 digər daimi ağrı, davamlı baş ağrıları; yanaşı xəstəliklər M54.2 servikalgiya, bel ostexandrozu davamlı ağrılarla; yanaşı xəstəliklər M80 patoloji sınıqla osteoporoz, hər iki dizin oynaqlarının osteoporozu; yanaşı xəstəliklər İ10 essensial (birincili) hipertenziya diaqnoz mətni ilə göndərişin natamam doldurulmasına görə (Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin) imtina edilmişdir. -xx.xx.2022-ci il tarixində əsas diaqnoz D35.2 hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyasından sonrakı vəziyyət, ağırlaşma G40.5 xüsusi epileptik tutmalar diaqnoz mətni ilə əlavə müalicəyə ehtiyacın olmasına görə (Səbəb: diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olmasına ehtiyac var) imtina edilmişdir. -xx.xx.2023-cü il tarixində hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyadan sonrakı vəziyyəti, komleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, artan risk qrupu, ensofalopatiya diaqnoz mətni ilə əlavə müalicəyə ehtiyacın olmasına görə (Səbəb: müxtəlif illərdə fasilələrlə stasionar müalicələr qeyd olunub, ixtisaslaşdırılmış müalicə davam etsin.) imtina edilmişdir. -xx.xx.2024-cü il tarixində hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyadan sonrakı vəziyyəti, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, artan risk qrupu, ensofalopatiya diaqnoz mətni ilə diaqnoz öz təsdiqini tapmır (səbəb: diaqnoz təsdiqini tapmadı qərarı qəul edilmişdir.) səbəbi ilə imtina edilmişdir.
6. Xəstəliyə görə ambulator müraciətlər: XBT10 Xəstəliyin adı Müraciət tarixi Kodu D35.2 Hipofiz xx.xx.2023 D35.2 Hipofiz xx.xx.2023
7. Stasionar müalicə aldığı müəssisələr: Klinik Müəssisənin Daxil olma Çıxma Gün diaqnoz Klinik diaqnoz mətni adı tarixi tarixi sayı XBT kodu RKX (Mirqasımov adına xx.xx.2011 xx.xx.2011 13 D35.2 Hipofiz Respublika Klinik Xəstəxana) KTM (X7) xx.xx.2015 xx.xx.2015 14 D35.2 Hipofiz XTM (X8) xx.xx.2021 xx.xx.2021 6 D35.2 Hipofiz XTM (X8) xx.xx.2022 xx.xx.2022 6 D35.2 Hipofiz
8. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcə əlilliyin təyin edilməsi barədə iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən qeyd edilmişdir ki: “Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik altsistemində olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Astara Rayon Mərkəzi Xəstəxanasının “Hipo fizin adenoması. Hipertenzion hidrosefalik sindrom. Epilepsiya xəstəliyi, tez tez qıcolma tutmaları ilə.” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “ilkin”; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0108003AAFPX nömrəli göndərişi rəsmiləşdirilsə də, əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, göndərişin natamam doldurulması səbəbindən (Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin) əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarılmış, Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 2750003AAGKD nömrəli və Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli Q00108926DSN nömrəli rəsmiləşdirilmiş göndərişləri əsasında isə ixtisaslaşmış tibb müəssisəsində stasionar müayinə və müalicə müddəti yetərli olmadığından, barəsində “Əlavə müalicəyə ehtiyacın olması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrıları, baş gicəllənmələri, əsəbilik, qıcolma tutmalarından, ümumi zəiflik və halsızlıqdan olmuş, anamnestik olaraq “başından” ona cərrahi əməliyyat icra edildiyini, hal hazırda xəstəliyi ilə əlaqədar dərman qəbul etmədiyini, qıcolma tutmalarının ayda 1-2 dəfə olduğunu və yarım saat davam etdiyini bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, M.Ə.Əfəndiyev adına X6 xx.xx.2022 - xx.xx.2022-ci il tarixli 4144 nömrəli epikrizinə əsasən diaqnoz “Hlpofiz adenomektomiyadan sonrakı vəziyyət. Kəlladaxili normotenziv hipertenziya. OU - Başlanğıc katarakta. OD - Makulada epiretinal membran + VHT. Arterial hipertenziya, İİ dərəcə”', Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 8635 nömrəli epikrizinə əsasən diaqnoz “Simptomatik epilepsiya. Hipofiz vəzinin adenomektomiyası əməliyyatından sonrakı vəziyyət. Ensefalopatiya.” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində Respublika Diaqnostika Mərkəzində aparılmış video-EEQ-monitorinq müayinəsinin nəticəsi “Müayinədə oyanıqlıq zamanı arxa paylarda alfa-ritm qeyd edilir. Qısa müddətli yuxu zamanı fizioloji yuxu patternlərininin indeksi normal yaşa uyğundur. Oyanıqlıq və yuxu zamanı alın-ön gicgah paylarında epileptik xarakterli paroksizmal aktivlik qeyd edilərək, konveksə yayılmağa meyillidir. Yarımkürələr arası asimmetriya qeyd edilmir” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 80 vurğu), dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, periferik nəbz dolğun olmuş, həkim-nevroloq müyinəsinin nəticəsinə əsasən ətraflarda hərəkət məhdudluğu, patoloji reflekslər izlənilməmiş, reflekslər D=S canlı olmuş, yeriş sərbəst, pozulmamış, Romberq vəziyyətində dayanıqlı olmuş, koordinator sınaqları dəqiq yerinə yetirmiş, EEQ müayinəsi nəticəsində təqdim edilmiş “EEQ - dalğaları” “Epilepsiya” xəstəliyini təsdiq etməmiş, əlillik təyinatına əsas verən nevroloji defisit və heç bir patofunksional pozuntu müəyyən edilməmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.”
10. İş üzrə məhkəmənin xx.xx.2024-cüü il tarixli qərardadı ilə Bakı Baş Səhiyyə İdarəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən hazırkı iş üzrə kompleks məhkəmə tibbi və məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx xxxx 1961-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı epilepsiya xəstəliyindən əziyyət çəkirmi? - İddiaçı həmin (epilepsiya) xəstəlikdən əziyyət çəkirsə: (i) epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edirmi və həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika halı müşahidə olunurmu? (ii) tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnirmi: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları müşahidə olunurmu?
12. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 19 nömrəli Şəhər Poliklinikası tərəfindən təqdim edilən müvafiq məlumat təqdim edilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2024-cü il tarixli 5097 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı iddiası ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə birliyə təqdim edilmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılır.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli 3530 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi: Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, İddiaçı əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx xxxx 1961-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı hər hansı psixi xəstəlik aşkar olunmur. 2-ci sual: İddiaçı epilepsiya xəstəliyindən əziyyət çəkirmi? Cavab: Yoxlanılan şəxs İddiaçı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. 3-cü sual: İddiaçı həmin (epilepsiya) xəstəlikdən əziyyət çəkirsə: epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edirmi və həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika halı müşahidə olunurmu? tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnirmi: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları müşahidə olunurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı tibbi sənədlərə əsasən Epilepsiya xəstəliyi. Tez-tez qıcolma tutmaları ilə nevroloji xəstəliyi qeyd edilmişdir.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5149/KEŞ nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi: 1.2. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda “Parsial epilepsiya generalizə olunan tonik, klonik qıcolmaları ilə” xəstəliyinin olduğu müəyyən edilmişdir. Bu da X1 10-cu yenidən işlənmiş variantının Vİ sinif “Sinir sistemi xəstəlikləri” bəndinə aiddir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
18. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
19. İddiaçının məhkəmə xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcə əlilliyin təyin edilməsi barədə iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert Komissiyasının xx.xx.2024cü il tarixli qərarına əsasən diaqnozun təsdiqini tapmaması səbəbi ilə əlillik təyin edilməmişdir. Hazırda iddiaçının iddia tələbi xx.xx.2024-cü il tarixdən ikinci dərəcə əlilliyin (orqanizmin funksiyalarının 61-80 faizinin pozulmasının) təyin edilməsi ilə bağlıdır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
21. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
22. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
23. Hazırki iddia məcburetməyə dair iddiadır.
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
25. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
27. TSEK Müayinələrə əsasən iddiaçı xx.xx.2024-cü il tarixində hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyadan sonrakı vəziyyəti, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, artan risk qrupu, ensofalopatiya diaqnoz mətni ilə diaqnoz öz təsdiqini tapmır (səbəb: diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir.
28. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: - (status localis) Özünü uzun illərdir ki, xəstə hesab edir. 30.07-xx.xx.1990 tarixlərində Rusiyada Mərkəzi xəstəxanada "Sonsuzluq. Genital infantilizm" diaqnozu qoyulub. 29.07xx.xx.1991-dək eyni adlı diaqnoz ilə yenidən stasionar müalicə alıb. xx.xx.2011 tarixində RKX-da "klimakterik dövr. Prolactinoma Autoimmun tireadit. Epilepsiya, qıcolma tutmaları, xroniki pielonefrit. Sidik turşulu diatez. Duodenit revmatizm aktiv faza" d-zu ilə ambulator müalicə alıb. 06.09-xx.xx.2011-dək RKX-da "Hipofizin adenoması. Hipertenzion. hidrosefaliz sindrom. Prolaktinoma" diaqnozu ilə stasionar müalicə alıb. xx.xx.2012-də RKX-da 'Hipofizin adenoması. Hipertenzion hidrosefalik sindrom. Prolaktinoma. Ürəyin xroniki revmatik xəstəliyi. Arterial qapaq çatmamazlığı" d-zu ilə ambulator müalicə alıb. 21.07-xx.xx.2015-dək 'İnvolyasiya edən hipofizin adenoması (kista). Diensefal sindrom. Bel fəqərələrinin osteosandrozu, davamlı kökcük ağrılarla, residiv gedişli, kəskinləşmə mərhələsi. Diz oynaqlarının artrozu" d-zu ilə stasionar müalicə alıb-KTM-də. 03.08xx.xx.2021-də Xətai TM-də "Hipofizin adenomektomiyasından sonrakı vəziyyət. Kəllə daxili hipertenziya , davamlı baş ağrıları. Belosteoxondrozu, davamlı kökcük kompressionağrılar. Hər iki diz oynaqların osteoartrozu. Arterial hipertenziya İİ mərhələ' dzu ilə stasionar müalicə alıb. 15.11-xx.xx.2022-dək Xətai TM-də "Hipofizin adenomektomiyasından sonrakı vəziyyət. Kəllədaxili normotenziv hipertenziya. OU- Başlanğıc katarakta. OD-Makulada epiretinal membran+VHT, Arterial hipertenziya İİ mərhələ" diaqnozları ilə stasionar müalicə alıb. xx.xx.2023-də RKX-da "Limtomatik epilepsiya. Hipofiz vəzinin adenomektomiyası əməliyatından sonrakı vəziyyət. Ensefalopatiya" d-zu ilə ambulator müayinə olunub. Xəstəyə xx.xx.2022-də imtina gəlib: Səbəb-Həkimin rəyi: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin. xx.xx.2022tarixində ikinci imtina gəlib. Səbəb:Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı diaqnoz və aöırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olunmasına ehtiyacı var. Nevroloji Statusda: Bəbəkləri D=S, işığa qarşı reaksiya saxlanılıb. Göz almalarının xaricə hərəkəti məhdudlaşıb. Konvergensiya çatmamazlığı. Burun dodaq büküşü asimmetrikdir. Dili orta xətt üzrədir. Udma sərbəstdir. Sümüküstü və vətər refleksləri yuxarı və aşağı ətraflarda D böyükdür S. Parez yoxdur. Romberq vəziyyətində dayanıqsızdır. Emosional labildir. Aqressivdir. Əsəbidir. Daimi baş ağrılarından şikayətlənir. 2013-cü ildən əlillik alır. Əlillik müddəti bitdiyinə görə təkrari əlilliyin təyini üçün TSEK-ə göndərilir - Əsas diaqnoz. D35.2 Hipofizin xoşxassəli yenitörəməsi, Hipofizin adenomektomiyadan sonrakı vəziyyəti - Ağırlaşma. G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomotik epilepsiya - Ağırlaşma. G93.4 G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya - Yanaşı xəstəliklər. İ10 Essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, artan risk qrupu
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli 3530 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi: Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, İddiaçı əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası cavablandırır: Yoxlanılan şəxs İddiaçı hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs İddiaçı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs İddiaçı tibbi sənədlərə əsasən Epilepsiya xəstəliyi. Tez-tez qıcolma tutmaları ilə nevroloji xəstəliyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5149/KEŞ nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi: 1.2. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda “Parsial epilepsiya generalizə olunan tonik, klonik qıcolmaları ilə” xəstəliyinin olduğu müəyyən edilmişdir. Bu da X1 10-cu yenidən işlənmiş variantının Vİ sinif “Sinir sistemi xəstəlikləri” bəndinə aiddir. 3.Qeyd olunan sualların cavablandırılması məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 6.7. Epilepsiya G40 Qiymətləndirmə epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə 65- 6.7.3 epileptik status, epileptik tutma 2 il 80 seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) 31.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (epilepsiya G40) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) və ekspert rəyi ilə təsdiqini tapmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2012-2023) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi, X8, X7) təsdiqlənmişdir. Tibbi sənədlərinə əsasən iddiaçı həmin xəstəlikdən 12 ildən artıqdır ki, əziyyət çəkir.
32. Məhkəmə hesab edir ki, faktiki olaraq təyin edilmiş məhkəmə-tibb ekspertizası rəyinə əsasən iddiaçının əlillik dərəcəsi təyin etməyə imkan verən xəstəliyin mövcud olması və ixtisaslaşmış müalicə müəssisəsində aparılmış müalicədən sonra xəstəliyin sağalmasının mümkün olmaması təsdiqlənmişdir. İddiaçının bu xəstəlikdən əziyyət çəkdiyi işin təkzibolunmaz haldır. 33.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəylərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2012-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnoz öz təsdiqini tapmır haqqında qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 34.Cavabdeh orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 8635 nömrəli epikrizinə əsasən diaqnoz “Simptomatik epilepsiya. Hipofiz vəzinin adenomektomiyası əməliyyatından sonrakı vəziyyət. Ensefalopatiya.” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində Respublika Diaqnostika Mərkəzində aparılmış video-EEQ-monitorinq müayinəsinin nəticəsi “Müayinədə oyanıqlıq zamanı arxa paylarda alfa-ritm qeyd edilir. Qısa müddətli yuxu zamanı fizioloji yuxu patternlərininin indeksi normal yaşa uyğundur. Oyanıqlıq və yuxu zamanı alın-ön gicgah paylarında epileptik xarakterli paroksizmal aktivlik qeyd edilərək, konveksə yayılmağa meyillidir. Yarımkürələr arası asimmetriya qeyd edilmir.” kimi qiymətləndirilmişdir. 35.Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 6.7.3.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə əlillik təyin edilməlidir.
36. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 6.7.3.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir. 37.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
38. Sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsi tarixinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş sonuncu tibbi göndəriş xx.xx.2023-cü il tarixində tərtib edilməklə əlavə müalicəyə ehtiyacın olmasına görə (Səbəb: müxtəlif illərdə fasilələrlə stasionar müalicələr qeyd olunub, ixtisaslaşdırılmış müalicə davam etsin) imtina edilmişdir. Lakin cavabdeh qurumun xx.xx.2024-cü il tarixdə əyani müayinə zamanı tibbi sənədlərinə əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasını müəyyən etmək imkanı var idi. Buna baxmayaraq cavabdeh “diaqnoz öz təsdiqini tapmır” qərarı qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, əlillik təyinatı məhz qeyd edilən xx.xx.2024-cü il tarixdən aparılmalıdır. 39.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
40. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
41. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
42. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
44. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
45. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
46. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
47. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının xx.xx.2024-cü il tarixdən (2 il müddətinə təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək İddiaçı orqanizmin funskiyalarının 65-80% pozulmasının xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva