Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8696/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıların nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar X2 və X9 cavabdeh Azərbaycan X3rşı “vəzifəyə bərpa edilmə və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində iddiaçının tutduğu vəzifəyə uyğun vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş № e-2- 1(112)-8696/2025). İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X6 ştatdankənar sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixindən FHN SEDA-nın Təsərrüfat şöbəsinə baş mütəxəssis böyük inspektor vəzifəsinə təyin edilmişdir. “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2074 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X7 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra - Agentlik) yaradılması qərara alınmışdır. Həmin Fərmanın icrası ilə əlaqədar olaraq FHN xx.xx.2023-cü il tarixli 2786/Ş nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Bundan sonra yeni yaradılan Agentlik iddiaçını işlə təmin etməmiş, dəfələrlə müraciət edilməsinə baxmayaraq dövlət qulluğuna bərpa edilməmişdir. Göründüyü kimi, yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi istinad edilən qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmaqla 10 gün müddətində müvafiq işlə təmin etməmiş və bununla bağlı heç bir tədbir görməmişdir. İddiaçı X13 (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində iddiaçının tutduğu vəzifəyə uyğun vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş № e-2- 1(112)-8649/2025). İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı X13 xx.xx.2011-ci il tarixindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X6 Maliyyə və satınalmalar şğbəsinin maliyyə sektorunun baş məsləhətçisi, Maliyyə sektorunun müdiri vəzifələrində çalışmışdır. Fövqəladə Hallar Nazirliyinin xx.xx.2017-ci il tarixli 1420/Ş saylı Əmri ilə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidnetinin xx.xx.2023-cü il tarixli 2074 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X7 əsasında Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi yaradılması qərara alınmışdır. Həmin Fərmanın icrası ilə əlaqədar olaraq FHN xx.xx.2923-cü il tarixli 2786/Ş nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Bundan sonra yeni yaradılan Agentlik iddiaçını işlə təmin etməmiş, dəfələrlə müraciət edilməsinə baxmayaraq dövlət qulluğuna bərpa edilməmişdir. Göründüyü kimi, yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi istinad edilən qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmaqla 10 gün müddətində müvafiq işlə təmin etməmiş və bununla bağlı heç bir tədbir görməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8649/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad ilə məhkəmənin icraatında olan iddiaçı X9 cavabdeh Azərbaycan X1rşı “tutdugu vəzifəyə uyğun vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması” tələbinə dair e-2-1(112)-8649/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı həmin məhkəmənin icraatında olan 2-1(112)-8696/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir. Cavabdeh iddialara yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi tələbi müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Fövqəladə Hallar Nazirliyinin 2786 iş nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci maddəsinə, “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli 2074 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.10.6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X7 aşağıda adları qeyd olunan əməkdaşlarının dövlət qulluğuna xitam verilmişdir:
30. İddiaçı - təsərrüfat şöbəsinin baş mütəxəssisi-böyük inspektor
38. X13- maliyyə sektorunun müdiri. İddiaçılar hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində tutduqları vəzifəyə uyğun vəzifəyə bərpa olunmalarını və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli 2074 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X7 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 1-ci hisəssi ilə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” təsdiq edilmiş, Fərmanın 4-cü hissəsi ilə Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X11 Xidməti işçilərinin say həddi cəmi 164 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 57 ştat vahidi və regional bölmələri üzrə 107 ştat vahidi müəyyən edilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində (bundan sonra – müvafiq sahə) vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İşdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X12 əsasında yaradılmış Azərbaycan Dövlət Su X4 təsdiq edildikdən sonra xx.xx.2023-cü il tarixdə dövlət orqanının ləğv edilməsi əsası ilə iddiaçıların dövlət qulluğuna xitam verilmişdir, həmin əmr qüvvədir və ləğv olunmamış, iddiaçılar tərəfindən mübahisələndirilməmiş, bunun üçün prosessual müddət də öütürlmüşdür. Belə olan halda aydındır ki, həmin əmr edilmədiyindən, iddiaçıların işə bərpası və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi mümkünsüzdür. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na əsasən:
2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra – Mərkəz) məlumat verməlidir.
3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıların hüquqi marağı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi deyil, yeni dövlət orqanında analoji vakant vəzifəyə təyin edilməsinə yönəlmişdir. Lakin işdə iddiaçıların bu barədə cavabdehə müvafiq müraciəti mövcud deyil. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2bərova