Məhkəmə qərarları › İş №e-2-1(112)-873/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-873/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-873/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 və X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilməli, xx.xx.2024-cü il tarixli **********373800 saylı Qərarın ləğv edilməli və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması barədə müqavilə tərəfləri olan alıcıların məlumatı əsasında müəyyən olmuşdur ki, alıcılar e-taxes.gov.az portalından istifadə edib əməliyyatlar həyata keçirərkən, İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması barədə xəbərdarlıq ekranda göstərilməkdədir. Bu səbəbdən maliyyə əməliyyatları aparılmasında məhdudiyyətlər yaranmışdır. Tərəfinizdən Riskli vergi ödəyicilərinin siyahısı yoxlanarkən məlum olmuşdur ki, İddiaçı MMC riskli vergi ödəyicisi kimi xx.xx.2024-cü il tarixində barəsində Qərar qəbul edilmişdir. Nəzərinizə çatdırılır ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən MMC olmuşdur. MMC barəsində öncələrdən hər hansı vergi borcu, vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyicisi olması barədə Qərar qəbul edilməmişdir. Buna baxmayaraq MMC fəaliyyət göstərərkən hər hansı əsası olmayan məhdudiyyətlərə məruz qalmaqdadır. Məsələnin aydınlaşdırılması üçün Vergi orqanlarına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə çoxsaylı müraciətlər edilmişdir. Lakin məhdudiyyət aradan qaldırılmamış, müraciətlər sadəcə "xxxx" vədi ilə nəticəsiz yekunlaşmışdır. Hal-hazırda MMC ilə əməkdaşlıq edən müqavilə tərəfləri İddiaçı MMC ilə iş görməkdən çəkinməkdədir (bəzi əməkdaşlar bu narahatlıqlarını açıq formada bildirmişdir). Satışlardan vəsaitlər daxil olmadığından MMC tərəfindən Banklardan götürülmüş kreditlərin ödənilməsində ciddi problemlər yaranmaqdadır, gündəlik faizlər hesablanmaqdadır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilməsi, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********373800 saylı qərarın ləğv edilməsini və sahibkarlıq fəaliyyətimizin həyata keçirilməsinə süni şəkildə yaradılmış maneənin aradan qərarının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Vergi ödəyicisi olan "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Belə ki, həmin qaydaların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludur. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilməsi, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********373800 saylı qərarın ləğv edilməsini və sahibkarlıq fəaliyyətimizin həyata keçirilməsinə süni şəkildə yaradılmış maneənin aradan qaldırılması barədə müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir.Cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir:Vergi ödəyicisi olan "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur.Belə ki, həmin qaydaların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edilmişdir.Onuda qeyd edir ki, əsasən Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən "xxxx" MMC-yə (VÖEN: **********) məxsus ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektlərində (kodu: **********-10002 və **********-10001) müşahidə aparılması məqsədi ilə müəssisənin rəhbəri ilə əlaqə saxlanıldığı, danışıq zamanı müəssisənin vergi orqanında qeydiyyata qoyulduğundan, fəaliyyətindən, obyektinin olmasından, məlumatının olmadığını və adına aldadılaraq müəssisənin açıldığını, bu barədə vergi orqanına müraciət edildiyini bildirilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın:1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir.İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən MMC olmuşdur. MMC barəsində hər hansı vergi borcu və ya vergi qanunvericiliyinin pozulması barədə Qərar qəbul edilməmişdir. Buna baxmayaraq MMC fəaliyyət göstərərkən hər hansı əsası olmayan məhdudiyyətlərə məruz qalmaqdadır (ƏDV hesabın bloklanması, e-qaimə göndərilə bilməməsi və s.). Barəsində Riskli vergi ödəyicisi siyahısına əlavə edilmək barəsində xx.xx.2024-cü il tarixli Qərar qəbul etmişdir. Halbuki riskli vergi ödəyiciliyi barəsində bugünə kimi mübahisə olmamışdır.Tətbiq edilən məhdudiyyətlərin, çıxarılan qərarların səbəbi və ya tətbiq edilmə əsaslan barədə heç bir rəsmi məlumat verilməmişdir. Vergi Məcəlləsinin 3.2-ci maddəsində göstərilir ki, «Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır». Vergi Məcəlləsinin 53.3-cü maddəsində göstərilir ki, bu məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Göstərilənləri nəzərə alaraq İddiaçı MMC-yə tətbiq edilmiş əsassız məhdudiyyətlərin aradan qaldırılması və xx.xx.2024-cü il tarixli **********373800 saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********373800 saylı xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən vergi ödəyicisi İddiaçı MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********605900 nömrəli məktubdan görünür ki, İddiaçı MMC (VÖEN: **********) qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı ödəyici tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Eyni zamanda İddiaçı MMC-də keçirilən OVN tədbiri barədə məlumatlar qoşma faylda Bakı İnzibati Məhkəməsinə təqdim edilir. Əlavə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az) müraciət etməklə və (və ya) 195 nömrəli Çağrı Mərkəzinə zəng etməklə, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət etməklə əldə edə bilərlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X5 bu Arayışı tərtib edir ondan ötrü ki, tərəfindən xx.xx.2023-cü il tarixli **********057900 nömrəli məktubun icrası ilə əlaqədar "xxxx" MMC-yə (VÖEN: **********) məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Binəqədi şossesi ev.294B ünvanında yerləşən təsərrüfat subyektlərində (kodu: **********-10002 və **********-10001) müşahidə aparılması məqsədi ilə müəssisənin rəhbəri ilə əlaqə saxlanıldığı, danışıq zamanı müəssisənin vergi orqanında qeydiyyata qoyulduğundan, fəaliyyətindən, obyektinin olmasından, məlumatının olmadığını və adına aldadılaraq müəssisənin açıldığını, bu barədə vergi orqanına müraciət edildiyini bildirdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********828400 saylı qərardan görünür ki, 2023-cü ilin dekabr ayında əlavə dəyər vergisi bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 169638,36 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 0.00 manatdır. Vergi Məcəlləsinin müddəalarına əsasən əlavə dəyər vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən Əlavə dəyər vergisi hesablanmışdır.Bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********586400 nömrəli qərarından görünür ki, 2023-cü ilin noyabr ayında əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 22659.74, əvvəli kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 39506.97 manat, kameral yoxlama nəticəsində: əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 62166.71 manat, verginin azadılmış məbləği və ya sığorta haqqı 0.00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0.00 manatdır.Təqdim olunan bəyannamənin 308-ci , VM 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 64257.34 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq həmin bəyannaməyə əlavə edilmiş elektro-qaimə fakturalar barədə məlumatın 308 kodlu sətri üzrə ödənimiş ƏDV məbləğərinin cəmi 2090.63 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. xx.xx.2023-cü il tarixli 14/18 nömrəli "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlar məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü l tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qiymət razıaşdırma protokolları məhkəməyə təqdim edilmişdir. EBDQ seriyalı 251569 nömrəli, EBDQ seriyalı 166847 nömrəli, EBDQ seriyalı 757679 nömrəli ,EBDQ seriyalı 232340 nömrəli, EBDQ seriyalı 641767 nömrəli, EBDR seriyalı 133688 nömrəli ,EBDQ seriyalı 251569 nömrəli malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə elektron-qaimə fakturaların surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçınə ünvanladığı riskli əməliyyatların araşdırılması barədə məktubdan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. Qeyd edilir ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir.Vergi orqanı tərəfindən aparılan araşdırma nəticəsində “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə, bəndlərinə uyğunluğunuz müəyyən edilmişdir. Riskin məzmunu barədə: Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilən məsələlərlə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 (beş) iş günü ərzində saat 11:00-dan 17:00-dək Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin (012) ***-**-** nömrəli əlaqə telefonu ilə əlaqə saxlanılması xahiş olunmuşdur. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu bildirilir. Sənədlər:malların təhvil-qəbul aktları müqavilələr kassa mədaxil-məxaric sənədləri üzləşmə aktları alış aktlarının tarixi, seriya və nömrələri əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar. Araşdırmada şəxsən iştirak edəcəyi təqdirdə şəxsiyyətini təsdiq edən sənədin, səlahiyyətli nümayəndə (qanuni nümayəndə) vasitəsilə iştirak edəcəyi təqdirdə nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi tələb olunur. Tələb olunan sənədlər qeyd olunan müddətdə təqdim olunmadıqda apardığı əməliyyatlara uyğun olaraq qanunamüvafiq Qərar qəbul olunacaqdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə Qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Nəzərinizə çatdırılır ki, riskli vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsinin 38.3.8-1-ci, 50.2.5-ci, 78.4-cü, 83.7-ci, 85.8.2-ci, 85.9-1.2-ci, 87.3-1-ci, 89.3-cü, 109.9-cu, 175.11-ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərdə tutulmuşdur.Riskli vergi ödəyicisi, əmtəəsiz və riskli əməliyyatlar barədə əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək mümkündür. Cavabdeh qurum tərəfindən İddiaçı MMC-nin rəhbəri X3 tərəfindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsinə ünvanlanmış “ vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması barədə ərizəsi məhkəməyə təqdim edilmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi barədə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir, cavabdehi nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Vergi Məcəlləsindən: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndində riskli vergi ödəyicisi hesab olunmanın meyarları təsbit edilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; İstinad olunan normalardan görünür ki, mənfəət (gəlir) əldə etmək məqsədilə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır və belə bir əməliyyat aparan vergi ödəyicisi bu hal aşkar edildikdə riskli vergi ödəyicisi hesab olunur. İşin yuxarıda qeyd olunan hallarından müəyyən edilir ki, vergi orqanının iddiaçının adına qeydə alınmış yeganə təsərrüfat obyekti olan ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektlərində (kodu: **********-10002 və **********-10001) müşahidə aparılması məqsədi ilə müəssisənin rəhbəri ilə əlaqə saxlanılmış, danışıq zamanı müəssisənin vergi orqanında qeydiyyata qoyulduğundan, fəaliyyətindən, obyektinin olmasından, məlumatının olmadığını və adına aldadılaraq müəssisənin açıldığını, bu barədə vergi orqanına müraciət edildiyini bildirmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, keçirilmiş müşahidə zamanı iddiaçıya məxsus hər hansı bir təsərrüfat subyekti, işçilərinin mövcudluğu, aktiv əmək müqavilələri aşkar edilməsə də, onun tərəfindən xeyli midarda malın altı-satqı edilməsi ilə bağlı elektron qaimə faktura göndərildiyi aşkar edilmişdir Cavabdeh tərəfindən qeyd edilən halların araşdırılması məqsədi ilə iddiaçıya bildiriş göndərilmiş, lakin, iddiaçı tərəfindən nə cavabdeh quruma, nə də məhkəməyə fəaliyyətini hansı şəraitdə, hansı təsərrüfat subyetkində, hansı işçiləri vasitəsi ilə, necə həyata keçirməsi ilə bağlı məsələlərə aydınlıq gətirilməmiş, bu barədə hər hansı bir dəlil təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Göründüyü kimi, uçot və hesabat məlumatlarını yoxlamaq, əlaqəli məlumatları təhlil etmək, obyektlərin fəaliyyəti barədə məlumat toplamaq özlüyündə vergi nəzarət tədbirini ehtiva edir və cavabdeh də məhz bu tədbirlər çərçivəsində əldə edilmiş məlumatlara əsasən mübahisəli qərarı qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə mübahisəli qərarın qəbulu üçün əsas olmuş hallar təkzib edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin qərarı əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar