Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-876/2024 26.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Vergi Məcəlləsinin 222-ci maddəsinə uyğun olaraq müəssisənin koronovirus pandemiyasından tam və ya qismən zərərçəkmiş sahə kimi tanınması, xx.xx.2022-ci il tarixli **********732800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar”ın ləğv edilməsi və əlavə hesablanmış 85149.52 manat vergi məbləğinin silinməsi; əlavə vergi hesablamalarına görə hesablanmış faiz məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********732800 saylı “Verg Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dünyada baş vermis məlum COVİD-19 pandemiyası onlara öz mənfi təsirini göstərmişdir. Belə ki, 2020-ci ilin mart ayının sonlarında Azərbaycanda, xüsusən də Bakı şəhərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı olaraq fəaliyyət göstərmələri tam və ya qismən məhdudlaşdırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi adlı XVİİİ saylı fəsil əlavə edilmişdir. Əlavə edilmiş bu fəsildə məlum koronovirus pandemiyasından tam və ya qismən zərər çəkmiş sahələr üzrə vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müddəalar, tətbiq edilən güzəştlər və vergilərin ödənilmə müddəti müəyyən edilmişdir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində qeyd olunan fəslin müddəalarının hansı şəxslərə şamil edilməsi əks etdirilmişdir. Vergi Məcəlləsinin bu maddəsi müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən fəaliyyəti tam və ya qismən məhdudlaşdırılmış fəaliyyət sahələrinin də bu güzəştlərdən yararlanması müəyyən edilmişdir. Xüsusi karantin rejimi zamanı onların da fəaliyyətinə əsasən xx.xx.2020-ci il tarixədək məhdudiyyət qoyulmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixdə verdikləri **********748500 saylı sorğuya cavab olaraq xx.xx.2021-ci tarixli **********923200 saylı məktubla bildirilmişdir ki, həqiqətən də faktiki fəaliyyət sahələri (kompüter və periferiya avadanlıqlarının satışı və təmiri) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120 nömrəli Qərarının (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2020-ci il tarixli 147 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) 4.6.10-cu (məişət texnikasının və elektron cihazların (avadanlıqların), o cümlədən kompüterlərin, mobil cihazların, onlara aid ehtiyat hissələrinin və aksesuarların satışı) və 4.10.2-ci (məişətavadanlıqlarının, kompüter və mobil cihazların təmiri) bəndlərinə əsasən 31 mart 2020-ci il tarixdən 27 aprel 2020-ci il tarixədək məhdudlaşıdırılmışdır. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra DVX) onları pandemiyadan tam və ya qismən zərərçəkmiş sahə kimi tanımadı və özlərinin qeyri-qanuni arqumentlərini əsas gətirərək müraciətlərini təmin etmədilər. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********530100 saylı “Vergilərin, sosialsığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə müəssisəyə 2020-ci ilin Mənfəət vergisi üzrə 125 961.18 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan 85 149.52 manatı pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə verilən güzəşt məbləğidir. Bu qərarla bağlı xx.xx.2022-ci il tarixli **********453900 saylı şikayət məktubunu DVX göndərmişlər. Məktubun nəticəsi olaraq xx.xx.2022-ci il tarixli inzibati şikayətin qismən təmin edilməsi haqqında **********037500 saylı qərar onlara təqdim edildi. DVX onların fəaliyyətini pandemiyadan zərərçəkmiş sahə kimi qəbul etməyərək 85 149.52 manat vergi məbləğini azaldılmaması, digər hissəsini isə - sənədləri təqdim etmədiklərinə görə 40 811.66 manatını azaldılması qərara almışdır. Bu qərara uyğun olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********732800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 85 149.52manat əlavə mənfəət vergisini heablamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********33790 №-li iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etiraz): Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********33790 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2020-ci ilin hesablama metodu tətbiq etməklə təqdim edilmiş mənfəət vergisi üzrə bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (6380 920,04 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 (bir) №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (951829,53 manat), cari il ərzində əldə edilmiş elekton qaiməfakturaların və alış aktlarının məbləğinin (3172106,86 manat), cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (3158644,35 manat) məbləği ilə bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,0 manat) cəmi məbləğindən (7282580,74 manat) bəyannamənin 1 (bir) №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (943273,39 manat) çıxılması nəticəsində yaranan (6339307,35 manat) məbləğin müqayisəsi nəticəsində 41612,69 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olması, o cümlədən 2020-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin göstəricilərinin 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin göstəricilərindən fərqli olması, həmçinin Cəmiyyətin bir neçə fəaliyyət növləri üzrə fəaliyyət göstərməsinə baxmayaraq, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, əldə edilmiş ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********501000 nömrəli və xx.xx.2022-ci il tarixli **********012900 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktublarına əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün mənfəət vergisi üzrə 125 961,18 manat vergi məbləği işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Uçotbaza məlumatlarına, təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə və Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin, o cümlədən xx.xx.2022-ci il tarixdə 2020-ci ilin 2-ci, 3-cü və 4-cü rübləri üçün təqdim edilmiş dəqiqləşdirilmiş ÖMV bəyannamələrinin və 2020-ci ilin yanvar-dekabr ayları üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin göstəricilərinə əsasən kameral vergi yoxlaması ilə aşkar edilmiş uyğunsuzluqların mövcud vəziyyətdə qismən aradan qaldırıldığını, ÖMV bəyannamələri üzrə 77501,92 manat məbləğində qeyri-rezident nəqliyyat xərclərinin göstərildiyini, 2020-ci il ərzində müxtəlif tenderlərdə iştirak etmək üçün 21525,0 manat məbləğində vəsaitin ödənildiyini, təqdim edilmiş ödəniş sənədləri əsasında təsdiqini tapdığını, Cəmiyyətin təsərrüfat subyektində (obyektində) xx.xx.2020-ci il tarixdə quraşdırılmış online kassa aparatının göstəricilərinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tam fəaliyyətdə olduğunu, 2019-cu il ilə müqayisədə 2020-ci il ərzində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 35,7% artdığını, eyni zamanda 2020-ci ilin yanvar - mart ayları ilə müqayisədə həmin ilin pandemiya dövründə, yəni aprel - dekabr aylarında təqdim edilmiş mal, iş və xidmətlərin orta aylıq dəyərinin (ƏDV nəzərə alınmadan) 50,5% artdığını, həmçinin Cəmiyyətin muzdlu işçiləri barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edilərək pandemiya dövründə maneəsiz hərəkətinin təmin edilməsi ilə bağlı müvafiq icazələr alındığı üçün Vergi Məcəlləsini 222.5-ci maddəsinədə göstərilən güzəşt və azadolmaların Cəmiyyətə şamil edilmədiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********037500 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarının 2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********530100 nömrəli Qərarı 85149,52 manat vergi məbləğinin hesablanması hissədə əsaslı hesab olunaraq dəyişdirilmədən qüvvədə saxlanılmış, 40811,66 manat hissədə ləğv edilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, pandemiya dövründə ona müvafiq qurum tərəfindən yardım edilməsi məhz onun pandemiyadan zərər çəkməsini sübut edir və VMnin müvafiq pandemiya ilə güzəştlər nəzərədə tutan 18-ci fəslinin müddəalarının ona şamil edilməsini tələb edir. Bu hissədə bildirilir ki, iddiaçının VM-nin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda iri fəaliyyət sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına nəzər saldıqda tam məhdudlaşdırılan fəaliyyət sahələri aşağıdakılardır: 1. Yeni növ koronavlrus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantln rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 30 sentyabr saat 00:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin: 1.1. Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılsın. 1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; 1.1.2.ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər (açıq hava sahəsində müştərilərə yerində xidmətlər istisna olmaqla); 1.1.3. muzey və sərgi zallarının fəaliyyəti; 1.1.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); 1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); 1.1.6.açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi. Görüldüyü kimi iddiaçının fəaliyyəti tam dayandırılmamışdır. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3- cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; X6 əsasən ümumi sayı işçilərinin 50%-dən çox olmayan icazə verilən fəaliyyət sahələrinə nəzər salaq: 4. Əsas istehsalat növləri: 4.1. müdafiə sənayesi məhsullarının istehsalı; 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar; 6. Məişət xidmətləri üzrə: 6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.4. avtomobillərin təmiri; 6.5. avtomobil yuyulma məntəqələri; 6.6. heyvan sığınacaqları; 9. Xüsusi xidmət növləri üzrə: 9.2. tərcümə xidmətləri. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə müəyyən olunurki, VM-nin 222-ci maddəsinin koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) müddəasında iddiaçının qeyd olunan fəaliyyəti göstərilməmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” barədə xx.xx.2022-ci il tarixli **********530100 №-li qərarının surətindən müəyyən olunur ki, 2020-ci il mənfəət vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə onlar tərəflərindən hesablanmış vergi və ya sığorta haqqı – 27.921,76 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0.00 manat; - Vergi orqanı tərəfindən aparılmış X3 müəyyən edilmiş vergi və ya sığorta haqqı – 153.882,94; X3: Əlavə Hesablanmış vergi və sığorta haqqı məbləği – 125.961,18 manat; Verginin Azaldılmış məbləği və ya sığorta haqqı – 0.00 manat; Zərərin məbləği: (artmışdır və azaldılmışdır) – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat; Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” barədə xx.xx.2022-ci il tarixli **********732800 №-li qərarının surətindən müəyyən olunur ki, 2020-ci il mənfəət vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı – 28.383,17 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0.00 manat; - Vergi orqanı tərəfindən aparılmış X3 müəyyən edilmiş vergi və ya sığorta haqqı – 113.532,694; X3: Əlavə Hesablanmış vergi və sığorta haqqı məbləği – 85.149, 52 manat; Verginin Azaldılmış məbləği və ya sığorta haqqı – 0.00 manat; Zərərin məbləği: (artmışdır və azaldılmışdır) – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat; xx.xx.2022-ci il tarixli, **********037500 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərara əsasən xx.xx.2022-ci il tarixli, № **********530100 saylı qərarı ləğv edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlaması” xx.xx.2023-cü il tarixli **********166848 №-li aktının surətindən müəyyən olunur ki; Təyin olunmuş səyyar vergi yoxlaması Baş İdarənin xx.xx.2022-ci il tarixli **********613800 nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: dekabr 2019 - noyabr 2022. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlart, yoxlamaya təqdim edilmiş ilkin sənədlər və bank əməliyyatları barədə məlumatlar əsasında aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi Kompüter və kompüter ehtiyyat hissələrinin topdan və pərakəndə satışı və İT xidməti fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş mənfəət vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Yoxlama ilə mənfəət vergisi üzrə 2019-cu, 2020-ci və 2021-ci illər əhatə olunmuşdur. Yoxlama ilə cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbi pozulmuşdur. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Hamin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 16.1.3-cu maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 16.1,6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Yoxlama ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsi əhatə edilmişdir. Cəmiyyət tərəfindən 2019-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində kənarlaşma aşkar edilmədi. Yoxlama ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi əhatə edilmişdir. Cəmiyyət tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 7661854.65 manat, o cümlədən malların təqdim edilməsindən 7616557.37 manat gəlir, gəlirin əldə edilməsi ilə bağlı xərclər 7094191.18 manat, o cümlədən: əmək haqqı 478172.39 manat, sosial sığorta haqları 79212.93 manat, malın dəyəri 6008505.25 manat, icarə haqqı üzrə 41823.09 manat, ezamiyyə xərcləri 1607.45 manat, yanacaq xərcləri 6354.49 manat, su və kanalizasiya xərcləri 790.7 manat, rabitə xərcləri 2013.65 manat, bank xidməti üzrə xərclər 32379.28 manat, reklam xərcləri 7059.62 manat, sair xərclər 270267.28 manat, borca görə faizlər və bununla bağlı xərclər 42528.27 manat, amortizasiya ayırmaları üzrə xərclər 9564.99 manat, nəqliyyat xərcləri 92611.60 manat, sığorta üzrə xərclər 1421.02 manat, gəlirdən çıxılan vergilər və yığımlar (Əmlak vergisi) üzrə isə 9.58 manat və nağd qaydada bank hesabından çıxarılmış məbləğə görə tutulmuş sadələşdirilmiş vergi 370, 00 manat olmuş və nəticədə 567663.47 manat (7661854.65-7 094191.18) vergiyə cəlb olunan mənfəət göstərilmiş və 113532.69 manat mənfəət vergisi bəyan edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlir 7661854.65 manat, o cümlədən malların təqdim edilməsindən 7616557.37 manat gəlir, gəlirin əldə edilməsi ilə bağlı xərclər 7094191.18 manat, o cümlədən: əməkhaqqı 478172.39 manat, sosial sığorta haqları 79212.93 manat, malın dəyəri 6008 505.25 manat, icarə haqqı üzrə 41823.09 manat, ezamiyyə xərcləri 1607.45 manat, yanacaq xərcləri 6354.49 manat, su və kanalizasiya xərcləri 790.7 manat, rabitə xərcləri 2 013.65 manat, bank xidməti üzrə xərclər 32379.28 manat, reklam xərcləri 7059.62 manat, sair xərclər 0.00 manat, borca görə faizlər və bununla bağlı xərclər 42528.27 manat, amortizasiya ayırmaları üzrə xərclər 9564.99 manat, nəqliyyat xərcləri 92611.60 manat, sığorta üzrə xərclər 1421.02 manat, gəlirdən çıxılan vergilər və yığımlar (Əmlak vergisi) üzrə isə 9.58 manat və nağd qaydada bank hesabından çıxarılmış məbləğə görə tutulmuş sadələşdirilmiş vergi 370,00 manat müəyyən edilmişdir ki, nəticədə 270267,28 manat əlavə mənfəət üzrə 54053,46 manat (270267,28*20%) mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 54053,46 manat vergi məbləğinin 50 faizi miqdarında 27026,73 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Yoxlama ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi əhatə edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 8224097.60 manat, o cümlədən malların təqdim edilməsindən 8210 699.97 manat gəlir, gəlirin əldə edilməsi ilə bağlı xərclər 7692981.95 manat, o cümlədən: əmək haqqı 529426.61 manat, sosial sığorta haqları 91892.53 manat, xammal və materiallar 932.54 manat, malın dəyəri 695 787.27 manat, icarə haqqı üzrə 53 451.96 manat, ezamiyyə xərcləri 2 832.73 manat, yanacaq xərcləri 14 130.43 manat, su və kanalizasiya xərcləri 1 169.3 manat, rabitə xərcləri 2 726.2 manat, bank xidməti üzrə xərclər 38 031.04 manat, sair xərclər 286 203 manat, borca görə faizlər və bununla bağlı xərclər 40 590.55 manat, amortizasiya ayırmaları üzrə xərclər 26 838.13 manat, nəqliyyat xərcləri 4 726.86 manat, sığorta üzrə xərclər 2 710.53 manat, gəlirdən çıxılan vergilər və yığımlar (Əmlak vergisi) üzrə isə 732.27 manat və nağd qaydada bank hesabından çıxarılmış məbləğə görə tutulmuş sadələşdirilmiş vergi 800.00 manat olmuş və nəticədə 531 115.65 manat (8 224 097.60- 7 692 981.95) vergiyə cəlb olunan mənfəət göstərilmiş və 106 223.13 manat mənfəət vergisi bəyan edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 8224097.60 manat, o cümlədən malların təqdim edilməsindən 8210699.97 manat gəlir, gəlirin əldə edilməsi ilə bağlı xərclər 7692981.95 manat, o cümlədən: əmək haqqı 529426.61 manat, sosial sığorta haqları 91892.53 manat, xammal və materiallar 932.54 manat, malın dəyəri 6595787.27 manat, icarə haqqı üzrə 53451.96 manat, ezamiyyə xərcləri 2832.73 manat, yanacaq xərcləri 14130.43 manat, su və kanalizasiya xərcləri 1169.3 manat, rabitə xərcləri 2726.2 manat, bank xidməti üzrə xərclər 38031.04 manat, sair xərclər 52776.95 manat, borca görə faizlər və bununla bağlı xərclər 40590.55 manat, amortizasiya ayırmaları üzrə xərclər 26838.13 manat, nəqliyyat xərcləri 4726.86 manat, sığorta üzrə xərclər 2710.53 manat, gəlirdən çıxılan vergilər və yığımlar (Əmlak vergisi) üzrə isə 732.27 manat və nağd qaydada bank hesabından çıxarılmış məbləğə görə tutulmuş sadələşdirilmiş vergi 800.00 manat müəyyən edilmişdir ki, nəticədə 233426.05 manat əlavə mənfəət üzrə 46685.21 manat (233426.05*20%) mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 46685.21 manat vergi məbləğinin 50 faizi miqdarında 23342.61 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Beləliklə, yoxlama zamanı büdcəyə əlavə olaraq 100738.67 manat (54053.46 + 46685.21) məbləğində mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 100738.67 manat vergi məbləğinin 50 faizi miqdarında 50369,34 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllə. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-nin normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1- ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar”ın xx.xx.2022-ci il tarixli **********732800 saylı qərarı inzibati akt “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, mübahisələndirmə haqqında iddialarda hüquqi maraq inzibati orqanın konkret inzibati aktı qəbul etməkdə səlahiyyətli olduğunun yoxlanılmasından ibarət olduğu üçün, məntiqi baxımdan bir qayda olaraq, inzibati orqanın axırıncı qərarını qəbul etdiyi zaman kəsiyinin və həmin zaman kəsiyində qüvvədə olan normaların nəzərə alınması zəruridir. Başqa sözlə, məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın qanunauyğunluğuna qiymət verilməsi üçün həlledici an axırıncı inzibati aktın qəbul ilə bağlı hüquq normalarının qüvvədə olduğu an hesab edilir. Belə yanaşma ondan irəli gəlir ki, məhkəmə mübahisə edilən formada inzibati aktın qanunauyğunluğuna baxır və bu mənada hüquqi və faktiki vəziyyətin dəyişməsi artıq qəbul edilmiş inzibati aktın qanunauyğunluğuna maddi-hüquqi qiymətin verilməsi baxımından hər hansı əhəmiyyət kəsb etmir. Əlbəttə maddi hüquq normalarında bu qaydadan istisnaların nəzərdə tutulması mümkündür. Həmçinin nəzərə almaq lazımdır ki, inzibati aktların maddi–hüquqi qanunauyğunluğunun qiymətləndirilməsi qaydası iddianın növündən asılı olaraq fərqləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddiaçının hüquqi marağı onun barəsində qəbul edilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” barədə xx.xx.2022-ci il tarixli **********732800 saylı qərarın ləğv edilməsinə yönəlmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbə münasibətdə heç bir hüquqi marağı yoxdur. Belə ki, kameral vergi yoxlaması nəticəsində cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********530100 №-li “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” qərarı qəbul edilərək 2020-ci il mənfəət vergisi üzrə 125.961,18 manat əlavə vergi və sığorta haqqı hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən yuxarı vergi orqanına inzibati şikayət verilərək, xx.xx.2022-ci il tarixli, № **********530100 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli, **********037500 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərara əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” xx.xx.2022ci il tarixli **********530100 №-li qərarı ləğv edilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yeni qəbul edilmiş “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” xx.xx.2022ci il tarixli **********732800 №-li qərarı ilə isə X3 2020-ci il mənfəət vergisi üzrə 85.149, 52 manat əlavə vergi və sığorta haqqı hesablanmışdır. Daha sonra isə cavabdeh inzibati orqan tərəfindən İddiaçı MMC-də səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticədə xx.xx.2023-cü il tarixdə isə “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir. İş materiallarınada əlavə edilmiş həmin səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlir 7 661 854.65 manat, o cümlədən malların təqdim edilməsindən 7 616 557.37 manat gəlir, gəlirin əldə edilməsi ilə bağlı xərclər 7 094 191.18 manat, o cümlədən: əməkhaqqı 478 172.39 manat, sosial sığorta haqları 79 212.93 manat, malın dəyəri 6 008 505.25 manat, icarə haqqı üzrə 41 823.09 manat, ezamiyyə xərcləri 1 607.45 manat, yanacaq xərcləri 6 354.49 manat, su və kanalizasiya xərcləri 790.7 manat, rabitə xərcləri 2 013.65 manat, bank xidməti üzrə xərclər 32 379.28 manat, reklam xərcləri 7 059.62 manat, sair xərclər 0.00 manat, borca görə faizlər və bununla bağlı xərclər 42 528.27 manat, amortizasiya ayırmaları üzrə xərclər 9 564.99 manat, nəqliyyat xərcləri 92 611.60 manat, sığorta üzrə xərclər 1 421.02 manat, gəlirdən çıxılan vergilər və yığımlar (Əmlak vergisi) üzrə isə 9.58 manat və nağd qaydada bank hesabından çıxarılmış məbləğə görə tutulmuş sadələşdirilmiş vergi 370,00 manat müəyyən edilmişdir ki, nəticədə 270 267,28 manat əlavə mənfəət üzrə 54 053,46 manat (270 267,28*20%) mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 54 053,46 manat vergi məbləğinin 50 faizi miqdarında 27 026,73 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Nəticə etibarı ilə iddiaçıya səyyar vergi yoxlaması nəticəsində 2020-ci ilin mənfəət vergisi üzrə 81.080,19 manat (maliyyə sansksiyası: 27026,73 manat + əlavə hesablanmış: 46685,21 manat) əlavə vergi və sığorta haqqı hesablanmışdır. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə 2019-2022-ci il fəaliyyət dövrü ilə bağlı səyyar vergi yoxlamasına əsasən xx.xx.2022-ci il tarixli **********166848 nömrəli “Səyyar vergi yoxlaması” Aktıda tərtib olunmuşdur. Həmin səyyar vergi yoxlaması üzrə (aktda müvafiq qeydlər vardır), iddiaçının mübahisələndirdiyi yoxlama da əhatə olunmaqla yanaşı, iddiaçıya əlavə olaraq 2020-ci ilin mənfəət vergisi üzrə 54043,46 manat mənfəət vergisi və VM-nin 58-ci maddəsinə uyğun olaraq 27026,73 manat məbləğnfə maliyyə sanksiyası hesablanmış və iddiaçının rəhbərliyi tərəfindən müvafiq akt imzalanmaqla, ödənişlər edilmişdir (Ödənişlər şəxsi hesab vərəqəsində əks olunur). Qeyd olunur ki, bugünki tarixə iddiaçının şəxsi hesab vərəqəsində borc yoxdur. Nəticə etibarı ilə, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********732800 saylı “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi barədə” qərarla iddiaçıya 2020-ci il mənfəət vergisi üzrə X3 hesablanmış 85.149, 52 manat əlavə vergi və sığorta haqqı səyyar vergi yoxlaması nəticəsində də öz təsdiqini tapmış və iddiaçı tərəfindən isə həmin vergi borcu mübahisələndirilmədən dövlət büdcəsinə müvafiq mənfəət vergisi üzrə vergi borcu və maliyyə sanksiyası ödənilmişdir. Bu, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapmışdır. Bununla məhkəmə bu mövqeydən çıxış edərək bildirir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar ləğv olunsa, inzibati akt öz hüquqi nəticələrini digər inzibati aktda təsdiqini tapdığını və həmin inzibati akt isə iddiaçı tərəfindən mübahisləndirilmədiyi üçün öz hüquqi nəticələrini saxlayacaqdır. Belə ki, mübahisələndirilən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” barədə xx.xx.2022-ci il tarixli **********732800 saylı qərarı ilə iddiaçıya 2020-ci il mənfəət vergisi üzrə X3 hesablanmış 85.149, 52 manat əlavə vergi və sığorta haqqı səyyar vergi yoxlaması nəticəsində də öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsinə İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş qərar və vergi borcunun mübahisələndirilməsinin mümkünlüyü izah olunsa da, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi həmin qərarın mübahisələndirilməsindən imtina etdiyini və məhkəmənin hazırki mərhələsində zərurət olmadığını bildirmişdir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan sənədin ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, mübahisə predmeti olan qərara münasibətdə iddia mümkün sayıla bilməz. Bundan əlavə öz mövqeyini əsaslandırmaq üçün məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Plenumun sözügedən qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Bundan əlavə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir Lakin hazırkı mübahisəyə münasibətdə belə istisnanın nəzərdə tutulduğu müəyyən edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə.85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-876/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-876/2024
26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver