Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8796/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçıya 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş səbəb əlaqənin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş “ümumi xəstəlikdir” səbəb əlaqəsinin səbəbi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır”a dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 sentyabr 2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il təvəllüdlüdür, iddiaçı 1 saylı BPL-ni 2010-cu ildə bitirdikdən sonra hərbi xidmətə yararlı hesab edilərək xx.xx.2010-cu ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2010-cu il tarixli, 197 nömrəli əmrlə doldurucu, xx.xx.2010-cu il tarixli, 298 nömrəli əmrlə sürücü vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 342 nömrəli əmri əsasında xx.xx.2012-ci ildə ehtiyata buraxılmışdır.2014-cü ildən etibarən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində müxtəlif hərbi hissələrdə müddətdən artıq həqiqi hərbi xidmət etmişdir, xx.xx.2019-cu ildə ordu sıralarından tərxis olunmuşdur.Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2018-ci il tarixli çıxarış epikrizinə əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət əsgəri iddiaçıya qoyulmuş diaqnoz “sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya”dır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2018-ci il tarixli, 8110 nömrəli arayışında qeyd olunur ki, xəstəliyin səbəb əlaqəsi “dissosiativ reaksiya, xroniki tonzillit, dekompensə forma.Stasionar müayinədən sonra şəhadətləndirilməlidir”.xx.xx.2022-ci il tarixli 3711 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən qoyulmuş diaqnoz şizofreniya paranoid formadır.Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “ümumi xəstəlikdir” səbəb əlaqəsi təsdiq olunur.Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 2(094)-21/2023 nömrəli qətnaməsi ilə iddiaçı fəaliyyət qabiliyyətsiz şəxs hesab olunmuşdur və Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının 56 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə X1 Emil Şahin oğlunun üzərində qəyyum təyin edilmişdir.X2 cavabdehə müraciət edərək İddiaçı 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş səbəb əlaqənin dəyişdirilməsini xahiş etmişdir. Belə ki, İddiaçı müvafiq komissiya yoxlanışından keçərək hərbi xidmətə yollanmış, daha sonra isə müddətdən artıq hərbi xidmət əsgəri kimi xidmət keçmişdir.Travmanın səbəbi Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstanda xidmət keçərkən baş nahiyəsində travma alması olmuşdur.Xəstəlik sonradan qazanılmışdır, hər hansı genetik amildən asılı olmamışdır.Bu baxımdan ümumi xəstəlik kimi səbəb əlaqəsinin təyin edilməsi düzgün deyildir. Cavabdeh 92 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmiş, qeyd etmişdir ki, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi olmadığından “ümumi xəstəlikdir” kimi təyin edilmişdir, dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı xx.xx.2019-cu ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, bundan 1 il 10 ay sonra, yəni xx.xx.2020xx.xx.2021-ci il tarixlərində 3 nömrəli Şəhər Klinik xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləli artan gedişli” diaqnozu ilə müayinə və müalicədə olmuşdur.Bu da hərbi xidmətdən sonrakı dövrə təsadüf edir.Bundan başqa İddiaçı iddia ərizəsində qeyd olunan xəstəliyin yaranma səbəbini Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstanda hərbi xidmət keçərkən baş nahiyəsindən aldığı travma ilə əlaqələndirməyə çalışmışdır.Lakin o başından travma almasını təsdiq edən çıxarış epikrizini və bununla əlaqədar hərbi hissə komanridinin verməli oıduğu “travma haqqında arayışı” komissiyaya təqdim etməmişdir.Həmçinin şəhadətləndirmə zamanı onun başında xəsarət və onun nəticələri aşkar edilməmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “e” yarımbəndi ilə iddiaçıya təyin edilmiş xəstəliyin xidmətlə səbəb əlaqəsinin “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmıdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır.Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “e” yarımbəndinə əsasən vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi Xəstəlikdir” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü
6.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 7.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
9.İddiaçı hərbi biletinə və şəxsi işində olan məlumatlara əsasən o, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilə qədər müddətli həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.2013-cü ildə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmuş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən xx.xx.2019-cu ildə ehtiyata buraxılmışdır. 10.İddiaçının şəxsi işində olan sənədlərə - 3711 nömrəli, xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı hərbi xidmətdə olan zaman – xx.xx.2018-ci ildə psixi vəziyyətini dəqiqləşdirilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir, xx.xx.2018-xx.xx.2018-ci ilə qədər “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicə və müayinədə olmuşdur, xx.xx.2019-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunmuş və xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər 3 nömrəli Şəhər Klinik Xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləsiz artan gedişli” diaqnozu ilə stasionar müalicədə olmuşdur, xx.xx.2021xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə müalicədə olmuşdur, xx.xx.2021-ci ildə ona “şizofreniya paranoid forma F20.0” diaqnozu təyin edilmişdir, xx.xx.2018-xx.xx.2018-ci ildə Baş Klinik Hospitalında psixiatriya bölməsində, xx.xx.2020xx.xx.2021-ci il dövründə 3 nömrəli Şəhər Klinik Xəstəxanasında, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci dövrlərində Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2021-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicədə olmuşdur, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Ümumi xəstəlikdir” səbəb əlaqəsi təsdiq olunmuşdr. 11.Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 160 №li arayışına əsasən iddiaçı N nömrəli hərbi hissənin komandirinin xx.xx.2018-ci il tarixli, 2982 nömrəli göndərişi ilə xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, qısa anamnezi: şikayəti əsəbilikdən, həyəcandan, ümumi halsızlıqdandır, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicə və müayinədə olmuşdur, N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir, hərbi həkim komissiyasının qərarı – “sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya, xroniki dekopmpensasiya olunmuş tonzillit.Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. 12.”Hərbi xidmətə könüllü daxil olan şəxsin tibbi şəhadətləndirilməsi haqqında 5517 nömrəli karta əsasən iddiaçı xx.xx.2013-cü ildə sağlam şəxs olmuşdur, heç bir xəstəlikdən əziyyət çəkməmişdir.
13. 22 oktyabr 2018-ci il tarixli, 8110 nömrəli arayışa əsasən iddiaçı xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, qısa anamnezi: şikayəti qulağəna səs gəlməsindən, qorxu hissindən, həyəcandan, gərginlikdən, baş ağrısından, tez-tez anginadandır...N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir, Silahlı Qüvvələrin baş psixiatrı ilə konsultasiya olunmuşdur.Diaqnozun xəstəliyinin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı “dissosiativ reaksiya, xroniki tonzillit, dekompensə forma” təyin edilmişdir, “stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. 14.Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının 56 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən X4 fəaliyyət qabiliyyəti olmayan xx.xx.1990-cı il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. 15.Cavabdehin 92 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının “Ümumi xəstəlikdir” səbəb əlaqəsinin dəyişdirilməsindən imtina edilmişdir. 16.İddiaçının ambulator kartından çıxarışa əsasən iddiaçıya “Şizofreniya Paranoid forma, fasiləsiz gedişli” diaqnozu qoyulmuşdur. 17.Silahlı Qüvvələrin Baş Klinik Hospitalnın psixiatriya bölməsinin verdiyi 9837 nömrəli çıxarış epikrizinə əsasən iddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər həmin bölmədə müayinə-müalicə olunmuşdur, diaqnozu:sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya, daxil olarkən şikayəti: əsəbilikdən, tək olan zaman onu çağıran “səslərdən” və baş ağrısından olub.Hərbi hissə həkiminin dinamik nəzarətində saxlanılma tövsiyyə edilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” əsasnamənin İİ bölməsinin iddiaçı ilkin həqiqi hərbi xidmətə çağırıldığı zaman qüvvədə olan redaksiyasında deyilirdi: 2.1. İlkin hərbi qeydiyyata alınarkən vətəndaşların şəhadətləndirilməsinin təşkil edilməsi vətəndaşların hərbi uçota götürülməsi üzrə rayon, şəhər (rayon bölgüsü olmayan) komissiyasına, hərbi xidmətə çağırılarkən isə rayon, şəhər (rayon bölgüsü olmayan) çağırış komissiyasına həvalə olunur. 2.2.İlkin hərbi uçota götürülərkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. 2.3.Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunur.Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbacan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məyyən edilir. 2.4.Hərbi komissarlıqların göndərişinə əsasən vətəndaşlar şəhadətləndirməyə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. 2.5.İlkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq və zərurət olduqda digər ixtisaslardan olan həkimmütəxəssislər keçirilər. 19.Həmin Əsasnamənin 2.11-ci bəndinin ikinci abzasında göstərilirdi: Hərbi xidmətə çağırılmış vətəndaşların xidməti yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Respublika Çağırış Komissiyasına həvalə olunur. 20.Həmin Əsasnamənin hal-hazırda qüvvədə olan : 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır:a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»;b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»;c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»;ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»;d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»;e) «Ümumi xəstəlikdir». Həmin Əsasnamənin “ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə;əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə;əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa;əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. 21.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Məhkəmənin mövqeyi
22.İşin faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilə qədər müddətli həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.2013-cü ildə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmuş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən xx.xx.2019-cu ildə ehtiyata buraxılmışdır, həm müddətli həqiqi hərbi xidmətə çaöğırılan zaman, həm də müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən zaman həkim komissiyaları tərəfindən, o cümlədən psixiatr tərəfindən şəhadətləndirilmiş və tam sağlam hesab edilmişdir.
23. İlk dəfə xx.xx.2018-ci ildə iddiaçının psixi vəziyyətinin dəqiqləşdirilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir, xx.xx.2018-xx.xx.2018-ci ildə Baş Klinik Hospitalda psixiatriya bölməsində “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicə-müayinə olunmuşdur, xx.xx.2019-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunmuş və xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər 3 nömrəli Şəhər Klinik Xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləsiz artan gedişli” diaqnozu ilə stasionar müalicədə olmuşdur, xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə müalicərə olmuşdur, xx.xx.2021-ci ildə ona “şizofreniya paranoid forma F20.0” diaqnozu təyin edilmişdir, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə isə iddiaçının xəstəliyinin “Ümumi xəstəlikdir” səbəb əlaqəsi təsdiq olunmuşdr. 24.Məhkəmə hesab edir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının “Ümumi xəstəlikdir” səbəb əlaqəsi düzgün təsdiq olunmamışdır. 25.Belə ki, işdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin xx.xx.2018-ci il tarixli göndərişi ilə xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən iddiaçı şəhadətləndirilmişdir, qısa anamnezi: şikayəti əsəbilikdən, həyəcandan, ümumi halsızlıqdansır, xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, qısa anamnezi: şikayətiqulağəna səs gəlməsindən, qorxu hissindən, həyəcandan, gərginlikdən, baş ağrısından, tez-tez anginadan olması qeyd edilmişdir, stasionardan buraxılan zaman hərbi hissə həkiminin dinamik nəzarətində saxlanılma tövsiyyə edilmişdir, N nömrəli hərbi nhissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir, Silkahlı Qüvvələrin baş psixiatrı ilə konsultasiya olunmuşdur.Diaqnozun xsətəliyinin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı “dissosiativ reaksoya, xroniki tonzillit, dekompensə forma” təyin edilmişdir, “stasionar müayinədən sonra “şəhadətləndirilməlidir qərarı verilmişdir. 26.Göründüyü kimi iddiaçı hələ ehtiyata buraxılmazdan əvvəl 2018-ci ildə artıq hərbi hospitalın psixiatriya bölməsində stasionarda müalicə və müayinə edilmişdir, “dissosiativ reaksoya, xroniki tonzillit, dekompensə forma” diaqnozu təyin edilmişdir, “stasionar müayinədən sonra hərbi hissə həkiminin dinamik nəzarətində saxlanılma tövsiyyə edilmişdir, eyni zamanda xx.xx.2018-xx.xx.2018-ci ildə Baş Klinik Hospitalda psixiatriya bölməsində “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicə-müayinə olunmuşdur, göründüyü kimi iddiaçının xəstəliyinin hərbi xidmət dövründə başlanması və şəraitlə (hərbi xidmətlə) əlaqəli olması işin mübahisəsiz halıdır, belə olan halda iddiaçı hərbi xidmətə daxil olan zaman tam sağlam olduğu üçün iddiaçının hazırda əziyət çəkdiyi xəstəliyini səbəb əlaqəsi “ümumi xəstəlik” deyildir. 27.Cavabdeh qeyd edilən bütün halları hərtərəfli və obyektiv araşdırmamış, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuş, qanunsuz inzibati akt qəbul etmişdir. 28.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 21.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 29.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı iddiası təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş “ümumi xəstəlikdir” səbəb əlaqəsinin səbəbi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır”a dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ 23.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş “ümumi xəstəlikdir” səbəb əlaqəsinin səbəbinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır”a dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova