Məhkəmə qərarları › İş №e-2-1(112)-881/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-881/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-881/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni ünvan verilməklə çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanında texniki səhvlər aradan qaldırılmaqla yeni ünvanın verilməsi vəzifəsini cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Bakı şəhəri Suraxanı rayonu, 5-ci mədən küçəsi 15 saylı fərdi yaşayış evi iddiaçının adına reyestrdən xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Sözügedən İddiaçı məxsus fərdi yaşayış evinin ünvanı ünvan 3 ünvan verilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı arayışından görünür ki, faktiki olaraq həmin fərdi yaşayış evində faktiki olaraq yaşamayan vətəndaşlar qeydiyyatdadır. Reyestrin məzmununda texniki səhv olduğundan, yəni eyni ünvan üzrə bir neçə fərdi yaşayış evinin reyestrdə qeydiyyatı olduğundan iddiaçının məxsus fərdi yaşayış evinə əsassız olaraq vətəndaşlar qeydiyyata alınmışdır. Bununla bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət edilmiş, xx.xx.2024-cü il tarixli məktubla formal cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin ünvan 4 ünvan rekvizitli arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Fərdi yaşayış evinin yerləşdiyi nəqliyyat infrastrukturu obyektində (küçədə) yeni qaydalarla ünvan vermə işləri yekunlaşmadığı üçün ünvan təyin edilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iddia tələbi “İddiaçı məxsus Bakı şəhəri, ünvan 5 ünvan verilməklə çıxarışın verilməsi vəzifəsini cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ünvanında texniki səhvlər aradan qaldırılmaqla yeni ünvanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********61 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə göstərilən fərdi yaşayış evinin ünvan 4 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Həmçinin fərdi yaşayış evinin yerləşdiyi nəqliyyat infrastrukturu obyektində (küçədə) yeni qaydalarla ünvan vermə işləri yekunlaşmadığı üçün ünvan təyin edilməsi mümkün olmamışdır. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı” ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********61 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, müraciətdə göstərilən fərdi yaşayış evinin ünvan 4 ünvan rekviziti arxiv və baza məlumatlanna əsasən təkrarlanır. Qeyd edilir ki, fərdi yaşayış evinin yerləşdiyi nəqliyyat infrastrukturu obyektində (küçədə) yeni qaydalarla ünvan vermə işləri yekunlaşmadığı üçün ünvan təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin FM seriyalı 001862 nömrəli qediyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi,5-ci mədən küçəsindəki 4 otaq yaşayış sahəsi 56.8 kv.m, ümumi sahəsi 67.4kv.m olan 15 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli **********39 nömrəli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, ev 15 ünvanı ilə bağlı müayinə aktının və hüquqmüəyyənedici sənədlərin surətinin təqdim edilməsinə dair sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq qeyd olunan fərdi yaşayış evinə aid müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilir. X15 ilə İddiaçı arasında bağlanmış 093020 nömrəli xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, X15 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi,5-ci mədən küçəsindəki ev 15-də ümümi sahəsi 214 kv.m, yaşayış sahəsi 56.8 kv.m olan 4 otaqdan, köməkçi sahəsi 10.6 kv.m olan 3 otaqdan ibarət yaşayış evini İddiaçı 30 milyon manata satmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.0214 ha, faktiki olaraq 0.0214 ha+34.0 m-dir. Torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır, A fye rekonstruksiya işləri aparılıdıqdan sonra köməkçi sahələr genişləndirilib. Ərazinin yaxınlığında neft buruluğları mövcuddur (16.60m). Koordinat işə əlavə olundu. 415707 4475294. X19 İvanoviçin adına olan texniki pasporta əsasən aparılmışdır (9/1415) Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli **********90 nömrəli məktubunda bildirmişdir ki, onun ünvan 10 ünvanına və təkrarlanan bütün ünvanlara dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, ev 15-in 1\2 hissəsi X8, 1\2 hisəsi isə X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 10 saylı notariat konturunun xx.xx.2015-ci il tarixli 2V-74 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2014-cü ildə ölmüş X6 vərəsəsi X11r.Şəhadətnamə ilə verilən miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən ümümi sahəsi 72.3 kv.m, yaşayış sahəsi 46 kv.m, yardımçı sahəsi 26.3 kv.m olan 4 otaqlı 15 saylı fərdi yaşayış evinin və ümumi sahəsi 30.1 kv.m olan həyətyanı tikililərin mərhum X9 məxsus olan1\2 hissəsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, ev 15-in 1\2 hissəsi X1, 1\2 hisəsi isə X3 xüsusi mülkiyyətindədir. X17 ilə X10 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X17 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi,5-ci mədən küçəsindəki ev 15-də ümümi sahəsi 72.3 kv.m ibarət olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1\2 hissəsini X4 bağışlamışdır. X2 ilə X12 arasında bağlanmış xx.xx.1999-cu il tarixli 074059 nömrəli müqavilədən görünür ki, X2 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi,5-ci mədən küçəsindəki ev 15-də ümümi sahəsi 243.9 kv.m olan 1\2 hissədən ibarət olan yaşayış sahəsi 11.5 kv.m+3.3 kv.m olan 2 otaqdan, köməkçi sahəsi 9.8 kv.m-dan ibarət yaşayış evi X7 12500000 manata satılmışdır. X5 ilə X21 arasında bağlanmış 066008 nömrəli xx.xx.1998-ci il tarixli müqavilədən görünür ki, X5 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi,5-ci mədən küçəsindəki ev 15-də yaşayış sahəsi 29.8 kv.molan 2 otaqdan, köməkçi sahəsi 13.9kv.m olan 1 otaqdan ibarət yaşayış evinin vətəndaş X18 18 milyon manata satmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********44 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 10 ünvanına və təkrarlanan bütün ünvanlara dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ********** saylı 25 İyul 2024-cü il tarixli **********90 nömrəli 21 Avqust 2024-cü il tarixli məktub ilə cavablandırılmışdır və müvafiqsənədlərin surəti göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-754/2025 saylı məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 12 ünvanlara dari sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq X12 və X1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 15 saylı fərdi yaşayış evinə (**********02- 10301 reyestr nömrəli), İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 15 saylı fərdi yaşayış evinə (**********32- 10301 reyestr nömrəli) dair arxiv qovluğunda olan sənədlərin, Sabir Sudeyif oğlunun və Bəxtiyar Həsənovun adlarına Suraxanı rayonu 5-ci mədən küçəsi, 15 saylı fərdi yaşayış evlərinə dair tərtib edilmiş texniki pasportların təsdiq edilmiş surəti təqdim edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X26 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X26 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə hesab edir ki, ona məxsus sənədlərin dublikatının alınmasına iddiaçının ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X26 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106). Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: 3.Xidmətin vəzifələri: 3.0.25. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”ndan: 2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. 2.2. Ünvan reyestrində saxlanılan məlumatlar, növündən asılı olaraq, reyestrin dəqiq aparılması, digər məlumat bazaları ilə inteqrasiyanın təmin edilməsi, axtarış sisteminin sadələşdirilməsi məqsədləri üçün müvafiq hissələrə (fəsillərə, bölmələrə) bölünür, nömrələnir və ya digər işarələr vasitəsilə sistemləşdirilir. 2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Bu hal iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanına dair müstəqil sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, işin materialları ilə də aydın olur ki, ünvan 4 ünvanı həm iddiaçının mülkiyyətçisi olduğu, həm də üçüncü şəxsin mülkiyyətində olan ev ünvanı ilə təkrarlanır və cavabdeh tərəfindən sözügedən texniki səhvi aradan qaldırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X26 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq, mülkiyyətində olan ünvan 4 ünvanında təkrarlanma aradan qaldırılmaqla düzəlişin edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 13 ünvanında təkrarlanma (texniki səhv) aradan qaldırılmaqla düzəlişin edilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar