Məhkəmə qərarları › İş №e-2-1(112)-8855/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8855/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8855/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı2, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X6 və qeyrisi) qarşı “qeydiyyata çıxarma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzili Azərbaycan SSR Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 18 yanvar 1967-ci il tarixli 47537 saylı orderə əsasən bibisi X9 istifadasinə verilmişdir. Orderdə bibisi X10 başqa atası İddiaçı1 Davidoviç, X11 adı da, qeyd olunmuşdur. Bibisinin vəfatından sonra Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 sayli evin 49 saylı mənzilinə dair mənzil kirayə müqaviləsi Nizami Rayon İcra Hakimiyyətinin 27 sentyabr 1994-cü il tarixli 2486 saylı sərəncamı ilə bacısı X2 adına bağlanmış və ailə üzvləri siyahısında anası X5, İddiaçı2, X16, İddiaçı1 Borisovic, X12 göstərilmişdir. Qeyd olunan mənzil ilk növbədə bacısı X2 adına özəlləşdirilərək, onun adına çıxarış verilsə də, sonradan Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən mənzilin X2 adına özəlləşdirilməsi etibarsız hesab edilmiş və onun adına verilmiş çıxarış ləğv edilmişdir. Bundan sonra, Ali Məhkəmənin yekun qərarı qəbul edildikdən sonra İddiaçı2 mənzilin hazırki iş üzrə iddiaçı X7 adına özəlləşdirilməsinə razıliq versə də, həmin vaxt münasibətləri normal olduğundan, cavabdeh mənzili heç vaxt satmayacağına söz verdiyindən, mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Lakin Azərbaycan dilində yazıb oxumağı bacarmadığından, onun adından tərtib edilmiş ərizənin mahiyyətini tam başa düşməmişdir. Mənzil cavabdehin adına rəsmiləşdirildikdən sonra iddiaçı X17 cavabdeh Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X8 üçüncü şəxs qismində cəlb edilməklə, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Baki Şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2016-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X2 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması Bakı Şəhəri Nizami Rayonu Polis İdarəsinin üzərinə qoyulmuşdur. Sonrada, 2024-cü ildə Nizami rayon Məhkəməsində iddia qaldıraraq, İddiaçı2 və İddiaçı1 qarşı Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, istifadə hüququnun itirilməsini və mənzildən çıxarılmasını tələb etmişdir. Hesab edirəm ki, ünvan 5 ünvanında yerləşən mənzilin X7 adına özəlləşdirilməsi etibarsız hesab edilməli və onun adına verilmiş 14 mart 2018-ci il tarixli ********** saylı çıxarış ləğv edilməlidir. Cavabdeh qeyd olunan mənzili yararsız vəziyyətə gətirmiş, mənzildə olan əşyaları sındırmaqla, orada onların yaşamaqlarına maneçilik törətmək məqsədilə yaşayış üçün zəruri olan su, elektrik enerjisini, qaz xəBini kəsməklə yaşamaqlarına maneçilik törətmək məqsədilə yaşayış üçün zəruri olan su, elektrik enerjisini, qaz xəttini kəsməklə yaşamaqlarına maneçilik törədir. O, mənzilə yaranmış mülkiyyət hüququndan sui-istifadə edir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, doğrudur ki, mübahisə predmetini təşkil edən mənzil üçüncü şəxs X7 mülkiyyətindədir. İddiaçılar hazırda həmin mənzildə qeydiyyatda olan və mülkiyyətçinin arvadı olan X1 qeydiyyatdan çıxarılmasını tələb edirlər. İddiaçılar mənzilin mülkiyyətçiləri olmasalar belə, onların həmin mənzilə dair istifadə hüquqları olmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(007)-597/2024 nömrəli qətnaməsi ilə mülki məhkəməsi İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi hissəsində iddianı təmin etməmiş, bununla da adıçəkilən şəxslərin mənzilə dair istifadə hüquqlarının olduğunu qəbul etmişdir. İndiki halda iddiaçılar mənzilə istifadə hüququ olan şəxslər qismində çıxış edərək, üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb edirlər ki, istifadə hüquqları baxımından onlar hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdirlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X7 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-597/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilməsi, X17 yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü İddiaçı1 Davidoviç və 02 avqust 2022-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdeh İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi və cavabdeh İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzildən çıxarılması” hissəsində əsassızdır və təmin edilməməlidir.

52. Belə ki, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 sentyabr 1994-cü il tarixli 2486 nömrəli sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilində kirayəçi X13 ailə üzvləri - X8, X5, İddiaçı2, X17, İddiaçı1 və X4muşdur.

53. Göründüyü kimi cavabdehlər İddiaçı2 və İddiaçı1 icarədar ilə birlikdə yaşayan ailə üzvləri olmaqla onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olmaqla həmin mənzilə istifadə hüquqları həmin vaxtdan yaranmışdır. Həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1999/2012 nömrəli, 29 avqust 2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə istifadə hüquqları tanınmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı2 mübahisəli mənzilə istifadə hüququnun olması işin mübahisəsiz halıdır və sübuta ehtiyacı yoxdur. İddiaçı1 də, mübahisəli mənzilə istifadə hüququ olmaqla həmin mənzildə yaşayır. Onun ailəsinin yanına gedibgəlməsi onun hazırki mənzildən başqa daimi yaşayış yerinin olması qənaətini yaratmır. Bundan başqa iddiaçı özü ərizəsində qeyd etmişdir ki, cavabdeh İddiaçı1 həmin mənzildə yaşayaraq onu mənzilə buraxmır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı1 mübahisəli mənzildən başqa daimi yaşayış yerinin olmaması inkar olunmur. Belə olan halda cavabdehlər İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi və cavabdeh İddiaçı2 həmin mənzildən çıxarılması tələbi əsasızdır.” Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1410/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı X6 ünvan 7 ünvanında yerləşən mənzilə köçürülmüş, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçıların istifadə hüquqları yaranmış mənzildə qeydiyyatda olan üçüncü şəxs X1 yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən hallar mövcud olduğundan iddia qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, təqdim edilmiş iş materiallarından məlum olur ki, iddiaçılar mənzilin mülkiyyətçisi olan X7 arvadı X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb edirlər ki, onlar qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxsin mənzilin mülkiyyətçisinin arvadı olduğu halını nəzərə almamışlar, adıçəkilən şəxsin istifadə hüququnun mövcudluğuna əhəmiyyət verməyərək, üstəlik həmin ünvanda yerləşən əmlaka məhkəmə qətnaməsi ilə köçürülən şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmişdirlər ki, məhkəmə hesab edir ki, iddia qanunsuz və əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar