Məhkəmə qərarları › İş №e-2-1(112)-8856/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8856/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8856/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Ramazanova Nigar Cavanşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X23, X17, X11, X18, X19, X12, X27 və X13) “qeydiyyatdan çıxarılma“ tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X23, X17, X11, X18, X19, X12, X27 və X13) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9, X5, X1, X6, X7, X2, X20 və X3 Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi, ev 33, mənzil 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu X41 küçəsi, ev 33 ünvanda yerləşən 4 saylı mənzili 30.05.2018-ci il tarixdə "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X14 almışdır. Daha sonra məlum olmuşdur ki, qanunsuz Qeydiyyat vəsiqəsi və Çıxarış əsasında hazırki iş üzrə üçüncü şəxslər qeyd edilən mənzildə heç vaxt yaşamadığı halda formal olaraq pasport qeydiyyatına düşmüşlər. Bununla bağlı o, məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 08.06.2020-ci il tarixli, 2-1(112)-2290/2020 nömrəli qəran ilə iddianın təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) qeydiyyat və bununla bağlı aparılmış hərəkətlər qanunsuz hesab edilməklə X1 adına verilmiş 15.08.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2157/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev (keçmiş İnqilab) küçəsi, 33 saylı evin, 4 saylı mənzilinin X10 adına bağışlanmasına dair X11 ilə X24 arasında 09 avqust 2007-ci il tarixində Bakı şəhər 6 saylı dövlət notariat kontorunda qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 33 saylı evin, 4 saylı mənzilinin xüsusi mülkiyyət hüquqıı üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 15.08.2007-ci il tarixdə qeydiyyata alınma etibarsız hesab edilməklə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə 08.06.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd edilən qərarlardan da müəyyən olunur ki, üçüncü şəxslər Bakı şəhəri, Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsi, ev 33, mənzil 4-də heç vaxt yaşamamışlar və onların həmin mənzilə formal qeydiyyatları olmuşdur. Qeyd edilən məhkəmə qərarlarına və qətnaməsinə əsasən qeydiyyata alınmasına əsas olan Qeydiyyat vəsiqəsi və Çıxarış ləğv edildiyindən 24.06.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həmin ünvanında qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdehin imtinası tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Alıcı İddiaçı ilə Satıcı “X37” MMC arasında bağlanmış 30 may 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Satıcı Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də inşa edilmiş 8 mərtəbəli, “X37” MMC-yə məxsus yaşayış binasının 1-ci blokun 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 61.41 kv.m olan 4 saylı mənzili Alıcıya satmışdır. Alıcı qarşılıqlı razılıq əsasında alacağı mənzilin dəyərini tam ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan “X37” MMC-nin 30.05.2018-ci il tarixli 01/023 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 33 küçəsi, məhəllə 945-də inşa edilmiş 8 mərtəbəli, “X37” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yaşayış binasının 1-ci blokun 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 61.41 kv.m olan 4 saylı mənzilin dəyərini tam ödəmişdir, “X38” MMC-nə borcu yoxdur. İş materiallarında olan “X37” MMC-nin 05.02.2019-cu il tarixli 01/063 saylı arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 33, 8 mərtəbəli bina, blok 1, mərtəbə 3, 4 saylı mənzil İddiaçı mülkiyyətindədir və hal-hazırda orada yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 18.06.2021-ci il tarixli arayışından görünür ki, X4, X23, X17, X28, X11, X18, X21, X19, X12, X27, X13, X25 Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi, 33 saylı evin 4 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05.07.2021-ci il tarixli məktubda qeyd edilir: Daxili işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, müraciətinizdə qeyd etdiyiniz şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2290/2020 saylı 08.06.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X8, X15 və "xxxx" MTK-ya qarşı iddiası təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) qeydiyyat və bununla bağlı aparılmış hərəkətlər qanunsuz hesab edilməklə, X1 adına verilmiş 15.08.2002-ci il tarixli ÖM seriyalı, 119893 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1524/2020 saylı 21.09.2020-ci il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2290/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxslər X16 və X10 apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2432/2020 saylı 29.12.2020-ci il tarixli qərarından görünür ki, cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2020-ci il tarixli, 2-1(103)- 1524/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərar alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2157/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X15, 06 saylı Dövlət Notariat Kontoruna və X8 qarşı ("xxxx" MTK müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev (keçmiş İnqilab) küçəsi, 33 saylı evin, 4 saylı mənzilinin X15 bağışlanmasına dair X11 ilə X24 arasında 09 avqust 2007-ci il tarixində Bakı şəhər 6 saylı dövlət notariat kontorunda qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 33 saylı evin, 4 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə X10 adına Daşınmaz əmlakın Dövlət reyestrində 502 nömrəli reyestr kitabının 46350 nömrəli vərəqində **********70-05101- 093001 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə 15.08.2007-ci il tarixdə qeydiyyata alınma etibarsız hesab edilməklə, MH seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 17.06.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2290/2020 saylı 08.06.2020-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X8, X15 və "xxxx" MTK-ya qarşı iddiası təmin edilərək ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) qeydiyyat və bununla bağlı aparılmış hərəkətlər qanunsuz hesab edilməklə, X1 adına verilmiş 15.08.2002-ci il tarixli ÖM seriyalı, 119893 saylı Qeydiyyat Vəsiqəsi etibarsız hesab edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2157/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X15, 06 saylı Dövlət Notariat Kontoruna və X8 qarşı ("xxxx" MTK müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddiası qismən təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev (keçmiş İnqilab) küçəsi, 33 saylı evin, 4 saylı mənzilinin X15 bağışlanmasına dair X11 ilə X24 arasında 09 avqust 2007-ci il tarixində Bakı şəhər 6 saylı dövlət notariat kontorunda qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 33 saylı evin, 4 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə X10 adına Daşınmaz əmlakın Dövlət reyestrində 502 nömrəli reyestr kitabının 46350 nömrəli vərəqində **********70-05101- 093001 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə 15.08.2007-ci il tarixdə qeydiyyata alınma etibarsız hesab edilmiş, MH seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Alıcı İddiaçı ilə Satıcı “X37” MMC arasında bağlanmış 30 may 2018-ci il tarixli müqaviləyə əsasən Satıcı Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də inşa edilmiş 8 mərtəbəli, “X37” MMC-yə məxsus yaşayış binasının 1-ci blokun 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 61.41 kv.m olan 4 saylı mənzili Alıcıya, yəni iddiaçıya satmışdır, iddiaçı da həmin mənzilin dəyərini tam ödəmişdir, onun həmin mənzilə görə “X38” MMC-nə borcu yoxdur. “X37” MMC-nin 05.02.2019-cu il tarixli arayışından da görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi, 33 saylı evin 4 saylı mənzili İddiaçı məxsusdur və o, hal-hazırda orada yaşayır. Yuxarıda qeyd olunan məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, göstərilən mənzil iddiaçıya məxsusdur, o, həmin ünvanda yaşayır və üçüncü şəxslər həmin mənzildə yaşamırlar. Göründüyü kimi, qeyd olunan mənzil iddiaçıya məxsusdur, üçüncü şəxslər orada qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Mənzildə qeydiyyatda olan üçüncü şəxslər orada yaşamasalar da, mənzildən qeydiyyatdan çıxmamışlar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən həmin mənzilə dair X1 adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, habelə X11 ilə X24 arasında bağlanmış bağışlama müqaviləsi və X10 adına daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Üçüncü şəxslər həmin mənzildə formal qeydiyyatdadır, hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi, 33 saylı evin, 4 saylı mənzilindən X23, X17, X11, X18, X19, X12, X27 və X3 qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar