Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8861/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı “sərəncamında müvəqqəti sözünün etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək xx.xx.1994-cü il tarixli, 6 nömrəli Cavabdehin başçısının sərəncamına əsasən mənə verilmiş Ticarət küçəsi, 23 nömrəli evin, 13.0 kv.metr olan 1 otaqlı 5 nömrəli mənzilə dair daimi əsaslarla kirayə müqaviləsinin bağlanması öhdəliyinin Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Cavabdehin xx.xx.1994-cü il tarixli 6 nömrəli sərəncamının “Ticarət küçəsi, 23 nömrəli evin sahəsi 13,0 kv.m olan 1 otaqlı 5 nömrəli mənzilinin 6 nəfər ailə tərkibi ilə İddiaçı növbəsi çatana kimi müvəqqəti istifadəsi üçün verilməsi” hissəsində etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli, 134 nömrəli əmrinə əsasən hərbi qulluqçu kimi ehtiyata buraxılmışdır. Daha sonra güzəştli mənzil növbəsinə alınmaq üçün Cavabdehdə uçota durmuşdur. Nəticədə xx.xx.1994-cü il tarixli, 6 nömrəli Cavabdehin başçısının sərəncamına əsasən hərbi qulluqçu kimi güzəştli mənzil iddiaçıya təhvil verilənədək Ticarət küçəsi, 23 nömrəli evin, 13.0 kv.metr olan 1 otaqlı 5 nömrəli mənzil 6 nəfər ailə tərkibi ilə birlikdə müvəqqəti iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan etibarən sözügedən mənzilin iddiaçının və ailə üzvlərinin faktiki istifadəsində olmuşdur. İddiaçı həmin mənzildə yaşayır, təsərrüfat aparır. Sözügedən mənzilə dair daimi əsaslarla kirayə müqaviləsinin bağlanması üçün iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin xx.xx.2025-ci il tarixli, 5-14/1-H-33-032/2025 saylı cavab məktubuna əsasən müraciətin müsbət həll edilməsi mümkün olmamış, 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanılır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtərəfli formasımüvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Məhz bu səbəbdən də müraciətimin həllindən cavabdeh orqan tərəfdən imtina edilmişdir. Qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi, cavabdeh orqan iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Nəticə etibarilə, iddiaçının Konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı xx.xx.1994-cü il tarixli, 6 nömrəli Cavabdehin başçısının sərəncamına əsasən verilmiş Ticarət küçəsi, 23 nömrəli evin, 13.0 kv.metr olan 1 otaqlı 5 nömrəli mənzilə dair daimi əsaslarla kirayə müqaviləsinin bağlanmasının həvalə edilməsini məqsədəmüvafiq hesab etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarxili məktubda qeyd edilmişdir ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra sözügedən məsələyə yenidən baxıla bilər. Həmin məcəllədə yaşayış orderlərinin verilməsi nəzərdə tutulmamışdır.
5. Cavabdeh Başçınının xx.xx.1994-ci il tarixli 6 saylı Sərəncamında qeyd edilmişdir ki, İddiaçı ehtiyyatda olan böyük proporşikdir. O, 6 nəfər ailə tərkibi ilə, (özü, arvadı, 3 qızı, oğlu) Qubadlı rayon Xanlıq kəndində yaşamış, hal-hazırda Naxçıvanski küçəsi 14 №-li evin 65 №-li mənzildə yaşayır. N №-li hərbi hissənin 9.06.1992-ci il tarixli 134 №-li əmrinə əsasən yaşına görə ehtiyyata buraxılmış İddiaçı uçota götürülmək üçün Bakı şəhəri Nərimanov rayonuna göndərilmişdir. Nərimanov 12.10.92-ci il tarixli 310 №-İi sərəncamına əsasən M.Ş. Həsənov 6 nəfər ailə tərkibi ilə (özü, arvadı, 3 qızı, oğlu) mənzil növbəsinə götürülmüş və hərbi qulluqçuların güzəştli siyahısına salınmışdır. M.Ş. Həsənov dəfələrlə İH-nə müraciət edərək onu növbəsi çatana kimi müvəqqəti yaşayış sahəsi ilə təmin etməyi xahiş etmişdir. Keçmiş sakinin köçməsi ilə əlaqədar Ticarət küçəsi 23 №-li evin sahəsi 13,0 kv.m. olan 1 otaqlı 5 №-li mənzili boşalmışdır. Boşalmış mənzil Həsənova təklif edilmiş və o, müvəqqəti yaşamaq üçün həmin mənzilə köçməyə yazılı razılığını bildirmişdir. İH-nin MMK-sı xx.xx.1994-cü il tarixli 19 №-li qərarı ilə ərizəçinin xahişini təmin edilməsini tövsiyyə edir. Ticarət küçəsi 23 №-li evin sahəsi 13,0 kv.m. olan 1 otaqlı 5 №-li mənzil 6 nəfər ailə tərkibi ilə İddiaçı növbəsi çatana kimi müvəqqəti istifadə üçün verilmişdir.
6. Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən vətəndaş İddiaçı Bakı şəhəri, A.Məmmədzadə küçəsindəki 23 №-li evin 1 mərtəbəli evin 1-ci mərtəbəsində 13,0 kv.m sahəsi olan 1 otaqlı 5 №-li mənzilində yaşayır. Mənzil tam kommunal şəraitlidir. Vətəndaş İddiaçı ailəsi 7 nəfərdən ibarətdir: İddiaçı – özü X9 – arvadı X2 – oğlu X4 – gəlini X6 – nəvəsi X3 – nəvəsi X1 – qızı
7. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı, X9, X2, X4, X6, X3 və X1 ünvan 1 ünvanında qeydiyyatdadır.
8. Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ərazi üzrə 38 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən qeyd olunan mənzilə aid sənədlər hazırlanaraq vətəndaş İddiaçı təqdim edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü inzibati hüquq münasibətlərinin müəyyən olunması ilə bağlı olduğu üçün müəyyən etmə növündə iddiadır. Belə ki, iddiaçı hazırki iddia ilə sərəncamda “müvəqqəti” sözünün etibarsız sayılmasını tələb etsə də, hüquqi marağı faktiki olaraq etibarlı mənzil münasibətlərinin müəyyən edilməsinə yönəlib.
12. İddianın növü müəyyən etmə növündə iddiadır.
13. İPM-dən: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
14. Odur ki, məhkəmə hesab edir ki, hazırkı münasibətlərin müəyyən edilməsi iqtisadi xarakterlidir və həmin iddia mənzilə dair mülkiyyət hüquqlarının tanınmasına (özəlləşdirilməsinə) yönəlib.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsində xidməti yaşayış sahəsindən istifadə və yataqxanalardan istifadə halları istisna olmaqla mənzilin müvəqqəti verilməsi təsbit olunmamışdır. İddiaçıya qeyd edilən məqsədlərlə (iş və ya təhsil dövründə yaşaması üçün və ya əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşaması üçün) mənzil verilməsi Cavabdeh Başçınının xx.xx.1994-ci il tarixli 6 saylı sərəncamına əsasən müəyyən olunmur. Əksinə, həmin sərəncamla İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli siyahıya daxil edildiyi, lakin bu məqsədlə ona yaşayış üçün müvəqqəti mənzil verildiyi qeyd edilmişdir.
17. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsindən: Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Mənzil-tikinti kooperativlərinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan üzvləri, xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu cür evlərdə yaşayan başqa vətəndaşlar yaşayış sahəsi ilə ümumi əsaslarla təmin edilirlər. Vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə (29-cu maddə) və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş əsaslara görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər. Maddə 29. Vətəndaşları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesabetmənin əsasları Aşağıdakı vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər: 1) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar; 2) dövlət və ictimai mənzil fondu evlərində əsas icarədardan icarəyə götürmək şəraitində və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə yaxud da fərdi mənzil fondu evlərində icarə müqavilələri üzrə uzun müddət yaşayan və başqa yaşayış sahəsi olmayan vətəndaşlar; 3) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olanlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; 4) müəyyən edilmiş sanitariya tələblərinə, texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa əsaslara görə də vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilə bilərlər.
18. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında etibarlı mənzil münasibətləri müəyyən edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ticarət küçəsi, 23 №-li evin 5 nömrəli mənzilinin İddiaçı ailə üzvlərinin müvəqqəti istifadəsinə verilməsi barədə Cavabdehin xx.xx.1994-cü il tarixli 6 saylı sərəncamı “növbəsi çatana kimi müvəqqəti istifadəsi üçün” hissəsində etibarsız hesab edilməli və iddiaçı mənzil növbəsindən çıxarılmalıdır.
19. Odur ki, qeyd edilənlər məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra iddiaçının mənzilin özəlləşdirilməsi ilə bağlı aidiyyəti quruma müraciət etməsi hüququnu istisna etmir.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, Ticarət küçəsi, 23 nömrəli evin 5 nömrəli mənzilinə dair etibarlı mənzil hüquq münasibətləri müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ticarət küçəsi, 23 nömrəli evin 5 nömrəli mənzilinin İddiaçı ailə üzvlərinin müvəqqəti istifadəsinə verilməsi barədə Cavabdehin xx.xx.1994-cü il tarixli 6 saylı sərəncamı “növbəsi çatana kimi müvəqqəti istifadəsi üçün” hissəsində etibarsız hesab edilsin. Hazırkı qərar İddiaçı mənzil uçotundan çıxarılması üçün əsasdır. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva