Məhkəmə qərarları › İş №e-2-1(112)-8876/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8876/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8876/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixdə vergi orqanlarında ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti “Avtomobil ehtiyat hissələrinin pərakəndə satışı” olan, fəaliyyət ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal qərbi hissəsi olan fiziki şəxsdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********7 nömrəli bildirişinə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********3163 nömrəli Qərarı ilə, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 112562.55 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2024 tarixədək 112562.55 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinə “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3163 saylı qərannın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinin **********477400 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə, fərdi sahibrak olan iddiaçının operativ vergi nəzarətinin nəticələrində Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməməsi və xx.xx.2024-cü il tarixli DVX seriyalı 100871 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3163 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3163 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı şəhadətnamə (VÖEN) ilə əsas fəaliyyəti “Avtomobil ehtiyat hissələrinin pərakəndə satışı” olmaqla vergi uçotuna, xx.xx.2023-cü il tarixində isə əlavə dəyər vergisi (ƏDV ) qeydiyyatına alınmşdır. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2023-cü il tarixli **********2 nömrəli Arayış”a əsasən fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanda yerləşən mağaza təsərrüfat subyekti (obyekti) uçota alınmış və xx.xx.2023-cü il tarixli **********8 nömrəli qeydiyyat vərəqəsinə əsasən “Wizar POS Q2” markalı nəzarət kassa aparatı (NKA) vergi orqanında qeydiyyatdan keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdrəsinin (bundan sonra - cavabdeh) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********1280 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanda yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasında “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektinin (obyektinin) nəqliyyat vasitələrinə yüklənməsi üçün topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı mağazada malların satışı və eləcə də mal qalığı aşkar edilməmiş və bu fakt xx.xx.2024-cü il tarixli DVX seriyalı 100870 nömrəli Akt tərtib edilməklə təsdiq edilmişdir. Lakin mağazada mal satışı və mal qalığı olmadığı, mağazanın boş olduğu halda xx.xx.2024-cü il tarixdə DVX seriyalı 100871 nömrəli Akt tərtib edilərək guya mağazada 1125625,48 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbirinin qeyri-obyektiv, qanuna zidd və ədalətsiz nəticəsinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə baxılmış və elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturanın tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 112 565,55 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3163 nömrəli qərarın ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi - **********259300) cavabdehin yuxarı orqanı olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətə baxılmış və inzibati şikayətin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli **********477400 nömrəli inzibati qərar qəbul edilmişdir. “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda “iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatlarının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır” kimi mübahisənin mahiyyətinə uyğun olmayan, qanunla vergi ödəyicisinin deyil, vergi orqanlarının vəzifələrinə aid olana fikirlər ifadə edilmiş, vergi məsuliyyətinə cəlb etmə qərarının Vergi Məcəlləsinin 13.2.63, 50.4-1, 56.1, 58.13 və 85.4-cü maddələrinin tələblərinə uyğun olması nəticəsinə gəlinmişdir. Hesab edirik ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda vergi orqanının gəldiyi nəticə və əsaslandığı dəlillər mübahisənin istər faktiki, istərsə də hüquqi hallarına uyğun deyildir. İnzibati şikayətə baxılarkən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış və nəticə etibarı ilə mahiyyətcə düzgün olmayan qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3163 nömrəli və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********477400 nömrəli qərarlar qanuna zidd olduğundan və bunun nəticəsində iddiaçının hüquqları pozduğundan ləğv edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 18:00-da Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektdə vergi ödəyicisinin idxal etdiyi və yerli bazardan aldığı 1134917,79 manat dəyərində mallardan 199702,2 manat dəyərində olan hissəsini (2% ticarət əlavəsi və ƏDV daxil deyil) elektron qaimə- faktura əsasında satması, qalan 935215,59 manat dəyərində olan malların 1125625,48 manata (2% ticarət əlavəsi və ƏDV daxil olmaqla) müxtəlif vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2024-cü il tarixli 100871 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 100871 nömrəli akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təqdim edilmiş və həmin akt nümayəndə tərəfindən imzalanaraq qəbul edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024cü il tarixli 100871 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71- 1 -ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 112562,55 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda qeyd etmişdir ki, "vergi ödəyicisinin fəaliyyəti barədə tam məlumatlıyam. Vergi ödəyicisinin obyektləri aşağıdakılardır: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi (**********-11001). Başqa ünvanlarda saxlanca verdiyimiz malımız yoxdur. Ticarət əlavəsi 2% olmaqla malın topdan qaydada satışını həyata keçiririk. Obyektdə iş vaxtımız həftənin 5 günü saat 10:00-dan saat 17:00-dəkdir.” İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli izahatlarında qeyd etmişdir ki, "1125625,48 manat (ƏDV və ticarət əlavəsi daxil) dəyərində malların e-qaimə olmadan satışını onunla izah edirəm ki, bazarda yerləşən müxtəlif vergi ödəyiciləri tərəfindən malın alışı zamanı e-qaimədən imtina edilməsidir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********84889 və **********85455 nömrəli gömrük bəyannaməsi üzrə müvafiq olaraq 16296,2 manat və 14718,89 manat dəyərində idxal olunmuş malların vergi orqanında qeydiyyatda olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən anbara boşalmamasının səbəbi öz səhlənkarlığımız olmuşdur. Fərdi sahibkar İddiaçı tərəfindən **********7755 nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş mallar vergi ödəyicisinin obyektinə deyil digər obyektə boşaldılmışdır. Göründüyü kimi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 da malların müxtəlif vergi ödəyicilərinə və topdan qaydada elektron qaimə-faktura təqdim edilmədən malların satılması faktını etiraf etmişdir (Vergi məcəlləsinin 58.13- cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə- faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir). İddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, "İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı şəhadətnamə (VÖEN) ilə əsas fəaliyyəti "avtomobil ehtiyat hissələrinin pərakəndə satışı” olmaqla vergi uçotuna, xx.xx.2023-cü il tarixində isə əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına alınmışdır. Bildirirlər ki, baza məlumatlarından göründüyü kimi İddiaçı əsas fəaliyyəti "avtomobil ehtiyat hissələrinin pərakəndə satışı” deyil "elektrik-məişət mallarının topdan satışı” olmuşdur. Digər fəaliyyət növləri isə "malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət”, "ixtisaslaşdırılmış mağazalarda idman mallarının pərakəndə satışı”, "elektrik mühərriklərinin, generatorlarının və transformatorlarının təmiri, "bağların və parkların salınması və saxlanması”, "digər qruplara daxil edilməyən sair təmizlik işləri üzrə fəaliyyət”, "zibilin xaric edilməsi” və "avtomobil ehtiyat hissələrinin pərakəndə satışı” olmuşdur. İdxal etdiyi məhsullar isə müxtəlif çeşiddə olan: peyk antenalarının hissələri, mətbəx və süfrə ləvazimatları, elektrik işıqlandırma avadanlığı, projektorlar, saç qayçısı, planşetlər, qulaqcıqlar, ətirlər, çəngəl-qaşıq dəsti, televizor kranşteyns, gitaralar, klarnetlər, zərb alətləri, saçqırxan maşınkalar, bijuteriya (sep, sırğa, üzük), kəlbətin, bağban qayçıları, boru kəsən qayçı, qapı petləsi, printerlər üçün mürəkkəb, idman zalları üçün alətlər qantellər, ştanqlar, avtomobil üçün oturacaq döşəkçəsi, avtomobil qapısı üçün parok və s. Lakin belə fərqli mal çeşidlərinin satışını həyata keçirən iddiaçı tərəfin özünün də etiraf etdiyi kimi yalnız Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən bir obyekti olmuş və həmin obyekt icarə müqaviləsindən də göründüyü kimi anbar tipli olmuşdur. Eyni zamanda iddiaçı tərəfin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan kassa çeklərinə nəzər yetirsək görərik ki, günün müəyyən vaxt aralığında təqribən 15-30 saniyədən bir kassaya yüksək məbləğlərdə mədaxil edilmişdir. Belə ki, sözügedən hallar (obyektlərinin anbar tipli olması, çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında kassaya vurulması, işçisinin olmaması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə qaydada həyata keçirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddiaçının iş vaxtının həftənin 5 günü saat 10:00-dan saat 17:00-dək olduğunu bildirsə də kassa çeklərinə nəzər yetirsək iş saatlarından sonra (saat 18:00 və daha sonrakı zamanlarda) da kassaya mədaxillər edildiyini görərik. Eyni zamanda, Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********1280 nömrəli Qərarda göstərilmiş müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Həmçinin İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektin fotoşəkillərinə nəzər yetirdikdə həmin obyektin pərakəndə ticarət üçün uyğun olmadığını, anbar tipli olduğunu və faktiki olaraq boş olduğunu görmək olar. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). Cavabdehin xx.xx.2024-cü il tarixli **********3163 saylı qərarın qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 112562.55 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2024 tarixədək 112562.55 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********477400 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə fərdi sahibrak olan iddiaçının operativ vergi nəzarətinin nəticələrində Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməməsi və xx.xx.2024-cü il tarixli DVX seriyalı 100871 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3163 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İnzibati Prosessual Məcəllənin: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 112562.55 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh verginin hesablanması ilə bağlı xx.xx.2025-ci il tarixli qərarını onunla əsaslandırır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri tərəfindən iddiaçının ünvanında keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024 tarixli 1871 №-li akt(lar)ına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxıb müəyyən etmiş ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********477400 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə fərdi sahibrak olan iddiaçının operativ vergi nəzarətinin nəticələrində Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməməsi və xx.xx.2024cü il tarixli DVX seriyalı 100871 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3163 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar bununla əsaslandılmışdır ki, uçot-baza məlumatına əsasən R. Əliyevin xx.xx.2023cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin "Elektrik-məişət mallarının topdan satışı” olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş idarə) "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” cü il tarixli **********1280 nömrəli qərarı əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət mərkəzinə gedən yolun şimal qərbi ünvanda yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasında xx.xx.2024- cü il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mal qalığının olmadığı faktı aşkar edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 100870 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, aktın doğruluğunun İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndə X4 tərəfindən imza edilməklə təsdiq edildiyi, X.Nəbiyevin aktın bir nüsxəsini əlavələri ilə birlikdə imza etməklə qəbul etdiyi, həmçinin operativ vergi nəzarəti tədbiri zamanı yazılı arayış verərək İddiaçı saxlanca verilmiş malının olmadığı, satış zamanı malların üzərinə 2 faiz ticarət əlavəsi tətbiq olunmaqla malların topdan qaydada satıldığını bildirmişdir. Bundan əlavə X.Nəbiyevin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”la öz imzası ilə təsdiq etməklə tanış olduğu və "Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamənin bir nüsxəsini imza etməklə qəbul etdiyi məlum olmuşdur. Eyni zamanda qeyd olunan qərar əsasında həmin mağazada xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ticarət əlavəsi və ƏDV ilə birlikdə elektron qaiməfaktura verilmədən 1.125.625,48 manat dəyərində malların təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 100871 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə- faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X.Nəbiyev aktın doğruluğunu imza etməklə təsdiq etdiyi və bir nüsxəsini qəbul etdiyi müəyyən edilmişdir. Operativ vergi nəzarətinin nəticələri üzrə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə İddiaçı xx.xx.2024-cü il tarixli **********024900 nömrəli bildiriş göndərilmiş və xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə dəvət edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3163 nömrəli qərarı əsasında İddiaçı barəsində 112.562,55 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Baş idarənin xx.xx.2024-cü il tarixli **********076800 nömrəli məktubu ilə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə saat 22:35-də oxunmuşdur. İnzibati şikayətin araşdırılması ilə bağlı İddiaçı xx.xx.2024-cü il tarixli 3-21-2-1/2- 1671/2024 nömrəli "Araşdırmada iştirak etmək haqqında” məktub göndərilməklə araşdırmada iştirak etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə saat 11:22-də oxunmasına baxmayaraq, İddiaçı və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etmək məqsədi ilə Dövlət Vergi Xidmətinə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən İddiaçı vergi orqanlarının məlumat bazasında olan və inzibati şikayətində qeyd edilmiş (051) ***-**-** mobil nömrəyə zəng edilərkən bu nömrəyə zəng çatmadığı müəyyən edilmişdir. Qeyd olunan hal müvafiq aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin şikayətinə və dəlillərinə baxılmış, inzibati araşdırma üzrə toplanmış materiallar (sənədlər) öyrənilərək belə nəticəyə gəlinmişdir ki, fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət mərkəzinə gedən yolun şimal qərbi ünvanda yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasında həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə görə tərtib olunmuş xx.xx.2024-cü il tarixli DVX seriyalı 100871 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilməli və həmin akt əsasında Baş idarə tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3163 nömrəli qərar dəyişdirilmədən saxlanılmalı, vergi ödəyicisinin şikayəti təmin edilməməlidir. İnzibati şikayətin araşdırılması zamanı fərdi sahibkar İddiaçı tərəfindən 1 019 569,56 manat dəyərində mal idxal etdiyi, 115 348,22 manat dəyərində elektron qaiməfaktura əsasında mal aldığı, 199 702,2 manat dəyərində elektron qaimə-faktura əsasında satılmış mallar (2 % ticarət əlavəsi çıxılmaqla) nəzərə alınmaqla üzərinə 2% ticarət əlavəsi və 18% əlavə dəyər vergisi əlavə edilməklə 1 125 625,48 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edildiyi, mal satışının müəyyən hissəsini nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olunan dövr ərzində ümumilikdə 1017 çek üzrə 886 232,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil olunduğu, əksər hallarda çox qısa zaman intervalları ilə nəzarət-kassa aparatına məbləğlər daxil edildiyi, 1 çek üzrə orta hesabla nəzarət-kassa aparatına 871,4 manat məbləğin mədaxil olunduğu, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: xx.xx.2024-cü il tarixli 837,0 manatlıq 551 nömrəli çek üzrə vahidinin qiyməti 837,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 866,0 manatlıq 560 nömrəli çek üzrə vahidinin qiyməti 866,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 925,0 manatlıq 572 nömrəli çek üzrə vahidinin qiyməti 925,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 958,0 manatlıq 585 nömrəli çek üzrə vahidinin qiyməti 958,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 844,0 manatlıq 964 nömrəli çek üzrə vahidinin qiyməti 844,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 965,0 manatlıq 973 nömrəli çek üzrə vahidinin qiyməti 965,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 968,0 manatlıq 993 nömrəli çek üzrə vahidinin qiyməti 968,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 829,0 manatlıq 1012 nömrəli çek üzrə vahidinin qiyməti 829,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 875,0 manatlıq 1085 nömrəli çek üzrə vahidinin qiyməti 875,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 885,0 manatlıq 1128 nömrəli çek üzrə vahidinin qiyməti 885,0 manat olmaqla 1 ədəd tekstil malı) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları aşkar olunmuşdur. Bununla da, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaiməfaktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa "kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları "qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Sözügedən hallar faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Cavabdeh verginin hesablanması ilə bağlı xx.xx.2023-cü il tarixli qərarı onunla əsaslandırır ki, Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 289531.42 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmi bəyannamələrin (301.1.1.3 +301.1.1.4+ 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7+301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 0 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə - 289531.42 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Təqdim etdiyini bəyannamənin 308-ci " VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaiməfakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ " sətrində 19.494,23 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar tərəfindən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. 2023-cü ilin aprel ayı ərzində tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaiməfakturaların dəyəri (ƏDV-siz) (1217324,44 manat) cəmi məbləği 1220564,44 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin " Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) " sütunundakl 3240.00 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 19420,29 manat, cəmi 22660,29 manat göstərildiyindən 1197904.15 manat kənarlaşma yaranmışdır. İddiaçı hazırda bununla razılaşmayaraq həmin qərarı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Qeyd etmək lazımdır ki, İddiaçı inzibati şikayətində bütün malları nəzarət-kassa aparatına vurmaqla və elektron qaimə-faktura tərtib etməklə satdığını iddia etməsinə baxmayaraq, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 operativ vergi nəzarəti zamanı verdiyi izahatında bunun əksinə olaraq, malların müxtəlif vergi ödəyicilərinə və topdan qaydada elektron qaimə-faktura təqdim edilmədən malların satılması faktını etiraf etmişdir. Göstərilən hal bir daha sübut edir ki, fərdi sahibkar İddiaçı inzibati şikayətində heç bir hüquqi əsası olmayan və heç bir sübutla təsdiq edilməyən iddialar irəli sürməklə yol verdiyi qanun pozuntusuna haqq qazandırmağa çalışır...” İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli **********3163 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarını mübahisələndirir. Həmin qərar Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qəbul edilmişdir, hansı ki, həmin normaya əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasımn tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İstinad edilən normadan görünür ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün ödəyici topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malları pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim etməlidir. Vergi Məcəlləsinə əsasən: - maddə 13.2.62. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - maddə13.2.63. topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yä nız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentin n 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - Bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının! istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürü məsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. - bənd 3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir - bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS- terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehiak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti - ticatət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. - bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. - bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyiıpatıpa uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar’1, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar’^ “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. - bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. İstinad olunan normalardan görünür ki, malların topdan satışı sahibkarlıq fəaliyyəti məqsədləri üçün mallların alıcıya təqdim edilməsini nəzərdə tutursa, pərakəndə satış son istehlak məqsədi üçün malalrın alıcıya təqdim edilməsini ehtiva edir. Pərakəndə satış ticarət obyektində, topdan satış isə o cümlədən anbarda həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarix aralığında olan kassa çeklərindən görünür ki, günün müəyyən vaxtr aralığında təqribən 15-30 saniyyədən bir kassaya yüksək məbləğlərdə mədaxil edilmişdir. Sözügedən hallar (obyektlərin anbar tipli olması, çeklərin günün eyni vaxtılarında, qışa vaxt aralığında kassaya vurulması, işçisinin olmaması) faktiki olaraq torpaq qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi olan əməliyyatın pərakəndə qaydada həyata keçirməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddiaçının iş vaxtını həftənin 5 günü saat 10:00-dan saat 17:00-dək olduğunu bildirsədə də kassa çeklərərindən saat 18:00 və daha sonrakı zamanlarda) da kassaya mədaxillər edildiyi görünür. Məhkəmə qeyd edir ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə cavabdehin hazırki mübahisə üzrə mal qalığı barədə əsas sübut kimi istinad etdiyi iddiaçının nümayəndəsinin izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1950/2022 saylı qərarı). Hazırkı iş materiallarını qeyd olunan konteksdə yoxlayan məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin izahatı iş üzrə digər sübutlarla, həmçinin iki gün ərzində iddiaçının kassaya daxil etdiyi əməliyyatların sayı, fəaliyyəti göstərdiyi təsərrüfat obyektinin ticarət obyekti deyil, anbar olması kimi faktlarla öz təsdiqin tapır. Belə ki, qanunverici pərakəndə satış zamanı kassaya daxil edilən əməlyyatların həcmi ilə bağlı hər hansı bir tələb müəyyən etməsə də, iddiaçının fəaliyyət göstərdiyi obyektin faktiki vəziyyəti və yerləşmə yeri nəzərə alındıqda, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarix aralığında olan kassa çeklərindən görünür ki, günün müəyyən vaxt aralığında təqribən 15-30 saniyyədən bir pərakəndə ticarət qaydasında satılmasının mümkünlüyü həyatın normal axarına uyğun hesab olunmur. iddia ərizəsindən də görünür ki, iddiaçı mübahisəli qərarın ləğvini tələb edərkən onun topdansatış fəaliyyəti ilə məşğul o olmadığına deyil, cavabdeh tərəfindən prosessual normaların pozulmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarınıq) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın | inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq dlunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə ötdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-bi maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və İstehsal obyektlərindən, habelp anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəylcisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71,5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllnin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1 -ci maddəsi üzrə operativ vergi nəzarəti Məcəllənin 56.1-ci və 84.5 maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəfeinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarındah müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edi ə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən i ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar