Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(112)-8894/2025 25.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, üçüncü şəxs üçüncü şəxs3 nümayəndəsi, vəkil vəkil1 iştirakları ilə, iddiaçı İddiaçıblikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin cavabdeh Cavabdeh qarşı (üçüncü şəxslər: üçüncü şəxs3, İbadov Firdovsi Əlihüseyn oğlu və üçüncü şəxs1) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıblikasının Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fərdi yaşayış tikintisi üçün 0,10 ha torpaq sahəsinin İbadov Firdovsi Əlihüseyn oğluna ayrılması haqqında Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli, **/** nömrəli qərarının etibarsız hesab etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs3 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2-1(112)- ****/**** nömrəli qərardadının ləğv edilməsi və işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə İbadov Firdovsi Əlihüseyn oğlu məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə üçüncü şəxs1 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Neft Kəmərləri İdarəsi əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti ərazisində Qaradağ istehsalat Bölümünün istismarında olan Şirvan-Böyükşor D 500 mm-lik yerüstü neft kəmərinin 114,9-cu km-də Binəqədi rayon Xocəsən qəsəbəsi, Yeni qaydalarla ünvan 1 ünvanda X3 məxsus olduğu bildirilən boş ərazidə kəmərə paralel 1-ci sırada, kəmərin təqribən 27 metrliyində, 10 metr enində və 10 metr uzunluğunda ev tikintisi üçün özül tökülməsi işləri aşkar olunmuşdur. Vətəndaş X3 adına olan hüquqmüəyyənedici sənədlər araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ##.##.2005-ci il tarixli sərəncamı ilə Xocəsən qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin fərdi yaşayış tikintisi üçün İbadov Firdovsi Əlihüseyn oğluna ayrılması qərara alınmışdır. Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən ##.##.2005-ci il tarixli sərəncam ilə İbadov Firdovsi Əlihüseyn oğluna Xocəsən qəsəbəsi ərazisi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılarkən, torpağın Dövlət Neft Şirkətinin neft kəmərlərinin mühafizə zonasında yerləşməsi nəzərə alınmamış, Dövlət Neft Şirkətinə məlumat verilməmiş, razılığı alınmamış, qəbul edilmiş qərar (sərəncam) SOCAR-a təqdim etməmişdir. X6 Neft Şirkətinin istifadəsinə verilmiş, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsinin mühafizə zonasından fərdi yaşayış evi tikintisi üçün İbadov Firdovsi Əlihüseyn oğluna torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs üçüncü şəxs3 nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, oxşar iş üzrə İddiaçıblikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ##.##.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İddiaçıblikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni ## ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## ###### 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, iddianın mümkünsüz sayılması xahiş edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə İddiaçıblikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” İddiaçıblikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı fərdi yaşayış tikintisi üçün 0,10 ha torpaq sahəsinin İbadov Firdovsi Əlihüseyn oğluna ayrılması haqqında Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli, **/** nömrəli qərarının etibarsız hesab etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Yəni, hazırkı iddia müəyyən etmə və tanınma haqqında iddiadır. Öncə qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qərardadında əsas mövqe ondan ibarət olmuşdur ki, hazırkı tələb etibarsızlığın tanınması barədə olmaqla müstəqil iddiadır. Mübahisə predmeti olan ## ######## 2005-ci il tarixli, **/** nömrəli qərar iş materiallarında mövcud deyildir. İbadov Firdovsi Əlihüseyn oğlu ayrılmış torpaq sahəsi 0.10 hektardır, ancaq üçüncü şəxs3 mülkiyyətində olan torpaq sahəsi isə 0,02 hektardır. Başqa sözlə, məhkəmə torpaq sahənin digər hissədə hazırda kimin mülkiyyətində (istifadəsində) olmasına dair araşdırma aparmamışdır. Həmin şəxslərin dairəsi müəyyən olunmadığından onların üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsi istiqamətində məhkəmə tərəfindən prosessual addım atılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadda qeyd olunan göstərişlərinə əsasən məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və araşdırma aparılmışdır. Binəqədi rayonu Xocasən Bələdiyyəsinə və Dövlət Arxivinin Bakı Filialına verilmiş sorğulara cavab olaraq Binəqədi rayonu Xocasən Bələdiyyəsi ## ######## 2005-ci il tarixli, **/** nömrəli qərarının arxiv nüsxəsinin onda olmadığını, Dövlət Arxivinin Bakı Filialı isə müvafiq qərarın arxiv nüsxəsinin ona təhvil verilmədiyini bildirmişlər. Eyni zamanda cavabdehdən müvafiq torpaq sahəsi ilə bağlı arxiv qovluğu məhkəmə sorğusu əsasında əldə edilmişdir. Arxiv qovluğunda olan sənədlərdən görünür ki, İbadov Firdovsi Əlihüseyn oğluna 0,1 hektar torpaq sahəsinin məxsusluğunu torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə təsdiq edir. Həmin şəhadətnamədə isə ilkin torpaqayırma sənədi kimi Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli, **/** nömrəli qərarı qeyd edilmişdir. Həmin qərarın arxiv nüsxəsi aşkar edilməsə də, qeyd edilən hal həmin qərarın mövcudluğunu təsdiq edir. Eyni zamanda arxiv qovluöu ilə müəyyən edilir ki, İbadov Firdovsi Əlihüseyn oğlu 0,1 hektar torpaq sahəsini üçüncü şəxs1 satmışdır. üçüncü şəxs1 həmin sahəni Bayramov Azər İbadət oğluna, o isə torpaq sahəsinin 0,05 hektarını X2, 0,02 hektarını isə üçüncü şəxs3 satmış, 0,03 hektar torpaq sahəsi isə öz mülkiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən üçüncü şəxs1 və İbadov Firdovsi Əlihüseyn oğlu iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. İPM-də göstərilmişdir ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (36.3). Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır (36.4). Məhkəmə qeyd edir ki, subsidiarlıq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. İddiaçı iddia müddətini ötürdüyü təqdirdə eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. İPM-in 38.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisələndirmə haqqında iddia üçün iddia müddəti müəyyən edilmişdir ki, iddiaçı həmin müddəti ötürmüşdür. Qeyd edilməlidir ki, İddiaçıblikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi 1997ci ildə yaradılmışdır. Belə olan halda hazırda etibarsızlığının tanınmasını istədiyi qərarın qəbul edildiyini, torpaq sahəsinin İbadov Firdovsi Əlihüseyn oğluna ayrıldığını vaxtında aşkar etmək və həmin qərarı mübahisələndirmək iddiaçının vəzifəsi idi. Lakin, qərarın qəbulundan uzun müddət keçdikdən, torpaq sahəsi üzərində ayrı-ayrı şəxslərin mülkiyyət hüququnun qeydə alınmasından sonra iddiaçı həmin qərarın etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda o vaxt subyektiv hüquqa malik ola bilərdi ki, həmin qərarın ləğvi ilə bağlı mübahisələndirmə barədə iddianın qaldırılması üçün iddia müddətin üzrlü səbəbdən ötürdüyünü sübut edə bilsin. Lakin, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli, **/** nömrəli qərarının etibarlılığının yoxlanması mümkün deyildir. Çünki, artıq həmin qərara əsasə torpaq sahəsi üzərində müxtəlif şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdır ki, həmin qərarın etibarsız hesab edilməsi həmin şəxslərin hüquqlarının əsassız pozulmasına səbəb ola bilər. Bu səbəbdən iddia mümkün sayıla bilməz. Göstərilənləri nəzərə alaraq və İddiaçıblikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçıblikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin cavabdeh Cavabdeh qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-8894/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8894/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver