Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-892/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərini qanunsuz hesab edilməsi və xx.xx.2024-cü il tarixli, **********417800 saylı qərarın ləğv edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X13 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə xx.xx.2023-cü il tarixli Əmri ilə xx.xx.2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilməsini nəzərə almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması barədə müqavilə tərəfləri olan alıcıların məlumatı əsasında müəyyən olmuşdur ki, alıcılar e-taxes.gov.az portalından istifadə edib əməliyyatlar həyata keçirərkən, İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması barədə xəbərdarlıq ekranda göstərilməkdədir. Bu səbəbdən maliyyə əməliyyatları aparılmasında məhdudiyyətlər yaranmışdır. İddiaçı tərəfindən riskli vergi ödəyicilərinin siyahısı yoxlanarkən məlum olmuşdur ki, İddiaçı MMC riskli vergi ödəyicisi kimi xx.xx.2024-cü il tarixində barəsində Qərar qəbul edilmişdir. İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən MMC olmuşdur. MMC barəsində öncələrdən hər hansı vergi borcu, vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyicisi olması barədə Qərar qəbul edilməmişdir. Buna baxmayaraq MMC fəaliyyət göstərərkən hər hansı əsası olmayan məhdudiyyətlərə məruz qalmaqdadır. Məsələnin aydınlaşdırılması üçün Vergi orqanlarına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsinə çoxsaylı müraciətlər edilmişdir. Lakin məhdudiyyət aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə "xxxx" təsdiq edilmişdir. Şirkətin fəaliyyətində həmin meyarlara uyğun gələn hal olmamaqdadır. Hesab edirik ki, bu hal sırf prinsipial xarakter daşımaqdadır. Vergi Məcəlləsinin 3.2-ci maddəsində göstərilir ki, «Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır». Vergi Məcəlləsinin 53.3-cü maddəsində göstərilir ki, bu məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Vergi Məcəlləsinin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏD Vnin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏD V-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.2-ci və AR Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2012-ci il tarixli **********004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.2.1, 3.3.1 və 3.4.1-ci bəndlərinə əsasən, ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasına (istifadəçilərin təyin edilməsinə, sistemin işlək vəziyyətdə saxlanılmasına, vəsaitlərin hərəkətinə və s.) nəzarət üzrə məsul şəxs İ qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Göstərilən əsaslardan heç biri mövcud olmadığına görə hansı əsasla məhdudiyyət tətbiq olunduğu aydın olmamaqdadır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda bildirilmişdir ki, araşdırma zamanı "xxxx" MMC-nin təqdim etdiyi malları “BENERTOLS LT" MMC (EBDV 621771-31.4 min manat) və "xxxx" MMC-dən (ümumilikdə 12.5 min manat) riskli elektron qaiməfakturalar üzrə əldə etdiyi müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı, "xxxx" MMC-nin alışında hər hansı tikinti materialları olmadığına baxmayaraq, "xxxx" MMC-yə "Sair tikinti xidmətləri" təqdim etdiyi və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri olan X9 və X5, həmçinin X6 elektron qaimə-fakturalar əsasında əldə etdiyi malları təqdim etmədiyi, aktiv təsərrüfat subyektinin (anbar - əsas sahəsi 20 m2) olduğu aşkar edilmişdir. Qeyd olunan səbəblərdən "xxxx" MMC-nin təqdim etdiyi bütün elektron qaimə-fakturaların riskə salınması təklif olunmuşdur. Tikinti xidməti aldığı xx.xx.2023-cü ildə qeydiyyata alınmış "xxxx" MMC 2023-cü ildə ƏDV ilə birlikdə 4,3 milyon manat tikinti xidməti adı altında elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, alışında olan malların tikinti fəaliyyətinə aid olmayan müxtəlif növ mallar olduğu müəyyən edilmişdir. ƏDV depozit hesabına nəzər yetirdikdə "xxxx" MMC-dən başqa digər vergi ödəyicilərinə ödəniş edilmədiyi müşahidə edilmişdir. Beləliklə, aldığı ümumi elektron qaimə-fakturaların məbləğinin 495481,22 manat hissəsinin riskli əməliyyat olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2024-cü il tarixli **********417800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. İddiaçı tərəfindən riskli əməliyyatlar aradan qaldırılmamış aşkar edilmiş və bu səbəbdən iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Sonradan iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kiçik Sahibkarlıqla Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********417800 nömrəli qərarın ləğv edilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə əlavə etiraz təqdim edilmişdir. Həmin etirazda bildirilmişdir ki, "xxxx" MMC-nin alışında hər hansı tikinti materialları olmadığına baxmayaraq, İddiaçı MMC-yə “Sair tikinti xidmətləri” təqdim etdiyi aşkar olunmuşdur. Belə ki, İddiaçı MMC-nin tikinti xidmət aldığ xx.xx.2023-cü ildə qeydiyyata alınmış "xxxx" MMC tərəfindən 2023-cü ildə ƏDV ilə birlikdə 4,3 milyon manat tikinti xidməti adı altında elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, "xxxx" MMCnin alışında olan malların tikinti fəaliyyətinə aid olmayan müxtəlif növ mallar olduğu müəyyən edilmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən tikinti xidməti adı altında elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq uçot-baza məlumatlarına əsasən əmək müqaviləsinin qüvvədə olduğu işçilərin olmadığı müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, "xxxx" MMC-nin əsas fəaliyyət növü “avtomobil ehtiyyat hissələrinin pərakəndə satışı” olmuşdur. "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********334500 nömrəli “Vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 256 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatlar Meyarlarının” 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Eyni zamanda araşdırma zamanı İddiaçı MMC-nin təqdim etdiyi mallar "xxxx" MMC və "xxxx" MMC-də riskli elektron qaimə-fakturalar üzrə əldə etdiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilən malların alış sənədlərinin olmadığı müəyyən edilmişdir. "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin də təqdim etdiyi malların alış sənədlərinin olmadığı müəyyən edilmişdir, bu səbəbdən o, riskli vergi ödəyiciləri sırasına daxil edilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı MMC-nin əsas fəaliyyət növünün tikinti materiallarının topdan satışı olmasına baxmayaraq riskli vergi ödəyiciləri olan X10, X5, həmçinin X6 elektron qaimə fakturalar əsasında fəaliyyət sahəsinə aid olmayan əldə etdiyi müxtəlif malları təqdim etmədiyi aşkar olunmuşdur. Həmçinin İddiaçı MMC-nin həmin malları saxlaması üçün kifayət edəcək qədər sahəyə malik olmayan, yəni sahəsi 20 kv.m olan təsərrüfat subyektinin (anbar) olduğu aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırılmasına baxmyaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında hər hansı səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli, **********417800 nömrəli qərarından görünür ki, İddiaçı Məhud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -001 nömrəli, 12 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC satıcı qismində çıxış edərək alıcı "xxxx" MMC-yə mal satır, sonuncu isə bunun əvəzində malın dəyərini satıcıya ödəyir. 12 dekabr 2023-cü il tarixli, 1 №-li aktdan görünür ki, "xxxx" MMC müqaviləyə əsasən malları (köynək, gödəkcə, jilet, şalvar, jilet, ayaqqabı) iddiaçıya təhvil vermişdir. Malların cəmi dəyəri 1560 manat təşkil etmişdir. 13 dekabr 2023-cü il tarixli, 2 №-li aktdan görünür ki, "xxxx" MMC müqaviləyə əsasən malları (promo yeni il hədiyyəsi) iddiaçı təhvil vermişdir. Malların cəmi dəyəri 1502,80 manat təşkil etmişdir. 15 dekabr 2023-cü il tarixli, 3 №-li aktdan görünür ki, "xxxx" MMC müqaviləyə əsasən malları (stend/dərs cədvəli üçün/divara vurulan) iddiaçı təhvil vermişdir. Malların cəmi dəyəri 73,20 manat təşkil etmişdir. 15 dekabr 2023-cü il tarixli, 4 №-li aktdan görünür ki, "xxxx" MMC müqaviləyə əsasən malları (kərpic, qum, sement, alçipan və s.) iddiaçı təhvil vermişdir. Malların cəmi dəyəri 5900,92 manat təşkil etmişdir. 18 dekabr 2023-cü il tarixli, 5 №-li aktdan görünür ki, "xxxx" MMC müqaviləyə əsasən malları (diplomat zərf, vizitkartı və s.) iddiaçı təhvil vermişdir. Malların cəmi dəyəri 2355,41 manat təşkil etmişdir. 18 dekabr 2023-cü il tarixli, 6 №-li aktdan görünür ki, "xxxx" MMC müqaviləyə əsasən malları (möhür mürəkkəbi, A4 formatda zərf, A4 formatda məxfi zərf və s.) iddiaçı təhvil vermişdir. Malların cəmi dəyəri 833,69 manat təşkil etmişdir. -20 dekabr 2023-cü il tarixli 001 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X4 qismində çıxış edərək alıcı "xxxx" MMC-yə mal satır, sonuncu isə bunun əvəzində malın dəyərini satıcıya ödəyir. 20 dekabr 2023-cü il tarixli 001 №-li müqavilənin 1 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, X11 tərəfindən satılmış malların dəyəri 148847,65 manat təşkil edir. 20 dekabr 2023-cü il tarixli 001 №-li müqavilənin 2 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, X11 tərəfindən satılmış malların dəyəri 78.523,6 manat təşkil edir. Malların təvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 1 №-li aktdan görünür ki, X11 148847,65 manat məbləğində olan malları iddiaçıya təhvil vermişdir. Malların təvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 2 №-li aktdan görünür ki, X11 78.523,6 manat məbləğində olan malları iddiaçıya təhvil vermişdir. -20 dekabr 2023-cü il tarixli 001 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 qismində çıxış edərək alıcı "xxxx" MMC-yə mal satır, sonuncu isə bunun əvəzində malın dəyərini satıcıya ödəyir. 20 dekabr 2023-cü il tarixli 001 №-li müqavilənin 1 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, X10 tərəfindən satılmış malların dəyəri 60.661,44 manat təşkil edir. Malların təvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 1 №-li aktdan görünür ki, X10 60.661,44 manat məbləğində olan malları iddiaçıya təhvil vermişdir. 20 dekabr 2023-cü il tarixli 001 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X1 qismində çıxış edərək alıcı "xxxx" MMC-yə mal satır, sonuncu isə bunun əvəzində malın dəyərini satıcıya ödəyir. Malların təvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 1 №-li aktdan görünür ki, X7 89.825,02 manat məbləğində olan malları iddiaçıya təhvil vermişdir. Malların təvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 2 №-li aktdan görünür ki, X7 147.223,86 manat məbləğində olan malları iddiaçıya təhvil vermişdir. Malların təvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 3 №-li aktdan görünür ki, X7 135.382,92 manat məbləğində olan malları iddiaçıya təhvil vermişdir. Malların təvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 4 №-li aktdan görünür ki, X7 163.852,3 manat məbləğində olan malları iddiaçıya təhvil vermişdir. 20 dekabr 2023-cü il tarixli 001 №-li müqavilənin 1 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, X7 tərəfindən satılmış malların dəyəri 89.825,02 manat təşkil edir. 20 dekabr 2023-cü il tarixli 001 №-li müqavilənin 2 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, X7 tərəfindən satılmış malların dəyəri 147.223,86 manat təşkil edir. 20 dekabr 2023-cü il tarixli 001 №-li müqavilənin 3 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, X7 tərəfindən satılmış malların dəyəri 135.382,92 manat təşkil edir. 20 dekabr 2023-cü il tarixli 001 №-li müqavilənin 4 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, X7 tərəfindən satılmış malların dəyəri 163.852,3 manat təşkil edir. -20 dekabr 2023-cü il tarixli 87/79 nömrəli xidməti müqavilədən görünür ki, "xxxx" MMC İddiaçı MMC-yə xidmət göstərir, sonuncu isə xidmətin dəyərini ona ödəyir. 20 dekabr 2023-cü il tarixli 87/79 №-li müqavilənin qiymət razılaşdırma protokolundan görünür ki, "xxxx" MMC tərəfindən göstərilmiş “sair tikinti xidmətləri”nin dəyəri 122.826,79 manat təşkil edir. Malların təhvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 1 №-li aktından görünür ki, "xxxx" MMC tərəfindən cədvəldə göstərilən miqdarda və məbləğdə mallar (sair tikinti xidmətləri) vaxtında və keyfiyyətlə iddiaçıya təhvil verilmişdir. Cəmi qiymət 122.826,79 manat təşkil etmişdir. Seriya EBDW, 354652 nömrəli elektron qaimə-fakturaya əsasən iddiaçı “Sair tikinti xidmətləri”nə görə "xxxx" MMC-yə ödəniş etmişdir. -21 dekabr 2023-cü il tarixli 001 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC satıcı qismində çıxış edərək alıcı "xxxx" MMC-yə mal satır, sonuncu isə bunun əvəzində malın dəyərini satıcıya ödəyir. 21 dekabr 2023-cü il tarixli 001 №-li müqavilənin 1 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, "xxxx" MMC tərəfindən satılmış malların dəyəri 31.406,16 manat təşkil edir. Malların təvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli, 1 №-li aktdan görünür ki, "xxxx" MMC 31.406,16 manat məbləğində olan malları iddiaçıya təhvil vermişdir. -Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********579300 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023 tarixli EBDU seriyalı 935039 nömrəli, xx.xx.2023 tarixli EBVD seriyalı 189192 nömrəli, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 994432 nömrəli, xx.xx.2023 tarixli EBDV seriyalı 342288 nömrəli, xx.xx.2023 tarixli EBDV seriyalı 212588 nömrəli, xx.xx.2023 tarixli EBDV seriyalı 643860 nömrəli, xx.xx.2023 tarixli EBDV seriyalı 297426 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirdiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. -Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********145800 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023 tarixli EBDV seriyalı 621771) elektron qaimə-faktura əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirdiyi sənəd hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. -Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********334500 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə olunan (xx.xx.2023 tarixli, EBDW seriyalı 354652) elektron qaiməfaktura əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirdiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Beləliklə, iddiaçı hazırkı tələbi ilə cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********417800 nömrəli qərarını mübahisələndirir. Həmin Qərara əsasən iddiaçı AR NK-nın xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicilərinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci yarımbəndinə uyğun olaraq riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə cavabdeh vergi orqanın qərarı qanunazidd olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Hazırkı halda iddiaçı ümumiyyətlə riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanının qərarını doğru hesab etmir və onun hüquqi marağı həmin qərarın ləğv edilməsi yolu ilə riskli vergi ödəyicisi siyahısından çıxarılmasına, başqa sözlə, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına yönəldiyindən məsələyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli 486 nömrəli Qərarı ilə 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndləri yeni redaksiyada verilmiş, 3-cü hissəsi ləğv edilmişdir) uyğun hüquqi qiymət verilməlidir. Həmin Meyarlardan: -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. -3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Yuxarıda qeyd olunan normaların təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti onda ifadə olunur ki, vergi orqanlarına potensial vergidən yayınmaları və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir Məhkəmə qeyd edir ki, Meyarların 3.1.1-ci və 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, eləcə də vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı (müqavilə üzrə sifarişçi) "xxxx" MMC ilə (müqavilə üzrə icraçı) "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 87/79 nömrəli xidmət müqaviləsi bağlanmış və göstəriləcək xidmətin növü, çeşidi tərkibi, digər əlamətlərinin Əlavə razılaşma və ya təhvil təslim aktı ilə müəyyən olunması razılaşdırılmışdır (müqavilənin 1.2-ci maddəsi). Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli 87/79 saylı protokoldan görünür ki, İddiaçı MMC "xxxx" MMC ilə “sair tikinti xidmətləri”nin göstərilməsi üçün 122.826,79 manat məbləğə razılaşmışlar. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbulu haqqında aktdan görünür ki, “Satıcı” "xxxx" MMC “Alıcı” İddiaçı MMC-yə “sair tikinti xidmətləri”ni vaxtında və keyfiyyətlə təhvil vermiş, alıcı isə həmin işləri təhvil almışdır. Tərəflər arasındakı müqavilədən göründüyü kimi, bu müqavilə podrat müqaviləsi olmuşdur. Belə ki, müqavilənin məqsədi, podratçının müəyyən edilmiş işi yerinə yetirməsi və sifarişçisinin ona razılaşdırılmış məbləği ödəməsi üzərində qurulmuşdur. Bununla belə müqavilə formal olaraq xidmət müqaviləsi kimi təqdim olunsa da, onun praktiki mahiyyəti və tərkibi, podrat müqaviləsi konsepsiyasına uyğun gəlmir. Müqavilə və müvafiq razılaşma protokolu əsasında "xxxx" MMC tərəfindən təqdim edilən xidmətlər barədə heç bir konkret məlumat verilməmişdir. Bunun yerinə, yalnız "sair xidmət" adı altında ümumi bir ifadə istifadə olunmuşdur ki, bu da müqavilənin təbii mahiyyəti ilə uyğun gəlmir və şübhə doğurur. Həmçinin, mal təhvil-təslim aktının tərtib edilməsi, müqavilənin xidmət müqaviləsi olmasına baxmayaraq, hüquqi baxımdan uyğun olmayan bir vəziyyət yaradır, çünki xidmət müqaviləsi çərçivəsində malın təhvil-təslimi deyil, görülmüş işin təhvil verilməsi nəzərdə tutulmalıdır. Digər tərəfdən iddiaçı tərəf sözügedən müqavilənin icrası nəticəsində hansı tikinti xidmətinin göstərilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. İşin araşdırılması ilə İddiaçı MMC-nin mülkiyyətində, balansında təsərrüfat subyektinin olması müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak etmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclaslarında verdiyi izahatlarda bildirmişdir ki, "xxxx" MMC ilə bağlanmış müqavilə tikinti xidmətinin göstərilməsi kimi bağlansa da, əslində həmin müqavilə ilə həmin MMC-dən malların alışı həyata keçirilmiş və hər hansı tikinti xidməti göstərilməmişdir. Alınmış mallar isə ayrı-ayrı şəxslərə satılmışdır. Lakin iddiaçı "xxxx" MMC-dən aldığı malların satılmasına dair qaimələri, yaxud harada saxlanılmasına dair sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, "xxxx" MMC-nin fəaliyyət istiqaməti, xüsusilə onun əsas fəaliyyət növü olan "avtomobil ehtiyat hissələrinin pərakəndə satışı" nəzərə alındıqda, göstərilən xidmətlərin faktiki olaraq mövcud olmadığı və bu cür əməliyyatların riskli olduğu aydın olur. Belə olan halda iddiaçının təqdim etdiyi qaimə tikinti xidmətinin göstərilməsi ilə bağlı olduğu halda, əslində malların alqı-satqısını nəzərdə tutduğu təsdiq edildiyindən, beləliklə də, elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi sübuta yetirildiyindən iddiaçının Meyarların 3.1.1-ci bəndinə əsasən riskli vergi ödəyicisi hesab edilməsi əsaslı olmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir, vergi ödəyicilərinin apardığı əməliyyatların riskli olub-olmaması məsələsini yalnız müvafiq müqavilənin formal quruluşuna deyil, həmçinin onun faktiki məzmununa və yerinə yetirilmə şəraitinə əsaslanaraq qiymətləndirir. Bu halda, vergi ödəyiciləri arasında bağlanmış müqavilənin real məqsədi, təfsir edilən razılaşmaların hüquqi uyğunluğu və əməliyyatların düzgünlüyü məsələləri, vergi ödəyicilərinin hüquqi münasibətlərinin qanuni şərtlərlə uyğun olub-olmaması baxımından vacib təsirə malikdir. Hazırki halda hər iki vergi ödəyicisi arasında aparılan əməliyyatın riskli əməliyyat hesab olunması üçün kifayət qədər mötəbərli arqumentlər mövcud olmuşdur. İddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə aparılan əməliyyatlara münasibətdə də isə qeyd olunur ki, iddiaçıya təqdim edilən malların alış sənədlərinin olmaması faktiki olaraq həmin əməliyyatın riskli hesab olunmasına əsas verir. Belə ki, bu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə vergi ödəyicisinin təqdim etdiyi malların alış və idxal əməliyyatlarında təsbit edilməməsi, bazarda sağlam rəqabət prinsiplərinin pozulmasına, alış sənədi olmayan malların təqdim edilməsi yolu ilə qeyri-rəsmi dövriyyələrin təşviq olunmasına və vergi ödəyicilərinin fərqli hüquqi statuslarda yerləşdirilməsinə gətirib çıxarır. Bu səbəbdən də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1462/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da bu mövqedən çıxış olunmuşdur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının həmin vergi ödəyiciləri ilə apardığı əməliyyatda riskli əməliyyat hesab olunur. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə **********417800 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı əsaslı olmuşdur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-892/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-892/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver