Məhkəmə qərarları › İş №e-2-1(112)-893/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-893/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-893/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı "qərarların qanunsuz hesab edilərək ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınaraq iddiaçının adına şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “cavabdehin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A173/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, “aydoğanstar” təsviri əmtəə nişanının ƏXBT-nin 25-ci sinifi üzrə iddiaçının adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi tərəfindən 2023-ci il 23 iyun tarixli, 21 №-li Protokolla təsdiq edilmiş qərarının ləğv edilməsi, “aydoğanstar" təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinifi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "aydoğanstar” əmtəə nişanının Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının” (bundan sonra- ƏXBT) 25—ci sinif üzrə İddiaçı adına qeydiyyata alınmasına dair Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinə müvafiq iddia sənədi ilə müraciət etmişdir. Qeyd edilən iddia sənədi 2023 00807 nömrə ilə qeydə alınmışdır. Həmin iddia sənədi üzrə Əqli Mülkiyyət Agentliyinin tabeliyində (bundan sonra-“Agentlik”) olan Patent və X2 Mərkəzi (bundan sonra - “Ekspertiza Mərkəzi") tərəfindən 2023-ci il 23 iyun tarixli, 21 nömrəli Protokolla təsdiq edilmiş qərar qəbul edilmiş, həmin qərarla “aydoğanstar" əmtəə nişanının ƏXBT-in 25-ci sinif üzrə İddiaçı adına qeydiyyata anmasından imtina edilmişdir. Ekspertiza Mərkəzinin göstərilən qərarından Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına (bundan sonra Apellyasiya Şurası) etiraz verilmiş və Apellyasiya Şurasından "Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin 2023 00807 nömrəli iddia sənədi üzrə 2023-ci il 23 iyun tarixli, 21 №-li Protokolla təsdiq edilmiş əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərarı”nın ləğv edilməsi və 2023 00807 nömrəli iddia sənədi üzrə "aydoğanstar" əmtəə nişanını ƏXBT-in 25-ci sinif üzrə İddiaçı adına qeydiyyata alınmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya Şurasının А173/23 nömrəli, 05 dekabr 2023-cü İİ tarixli qərarı ilə etiraz təmin edilməmiş, ekspertiza mərkəzinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab edirik. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır), 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşmasıdır, 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra—“Paris Konvensiyası” adlandırılacaqdır) 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin "b”, "c”, “d" bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə əsasən aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır, 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında, eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-cl maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafızəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır; a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları, ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü bəndinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır, 29.6.1-ci bəndinə əsasən sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər, 29.6.2-ci bəndinə əsasən səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu, 29.6.3-cü bəndinə əsasən qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası), 29.6.4-cü bəndinə əsasən məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üstüstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri, 29.6.5-ci bəndinə əsasən bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər, 29.7.1-ci bəndinə əsasən təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə), 29.7.2-ci bəndinə əsasən təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (nalurallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması, 29.7.3-cü bəndinə əsasən bu Qaydaların 29.7.1-ci və 29.7.2-ci bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər, 29.8.1-ci bəndinə əsasən kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə, 29.8.2-ci bəndinə əsasən kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1— 29.6.5 və 29.7.1— 29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur, 29.9.1-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır, 29.9.2-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri,onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Apellyasiya şurasının şikayət olunan qərarında qeyd edilmişdir ki, iddia olunan nişan ilə qarşı qoyulmuş nişan üzrə ƏXBT-nin 25-ci sinfinə aid olan əmtəələrin üst-ustə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) bırı-bırınə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) ust-üslə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Odur ki, ərizə təmin edilməməlidir. Halbuki, apellyasiya şurası tərəfindən nəzərə alınmamışdır ki, nişanların müqayisəsi aparılarkən orta istehlakçı tərəfindən qavranılma zamanı nişanlar bütöv şəkildə götürülməlidir. Ona görə də, nişanlar bütövlükdə müqayisə edilkdə aydın şəkildə görünür ki, orada bənzərlik yalnız hərflərdən ibarətdir, lakin nişan bülövülükdə götürüldükdə orada rənglərin kombinasiyası, nişanın görünüşü, yazı şrifti, ölçüsü və s. ( kifayət qədər fəqləndirici əlamətlər) mövcuddur. Belə ki, iddia edilən “aydoğanstar” əmtəə nişanı ağ rəng kombinasiyalı hərflərdən ibarət olmaqla qara çərçivə içərisində yerləşdirilmiş və kursiv formalda tərtib edilmişdir. Lakin iddia edilən əmtəə nişanına qarşı qoyulmuş "aydoğanstar” iddia edilən nişandan tamamilə fərqli rənglərdə, dizaynda, ölçüdə, şriftdə və məzmunda və s. olmasına baxmayaraq cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq həmin nişanların qarışdırılacaq qədər oxşar olunması qənaətinə gəlinmişdir. Belə ki, qarşı qoyulmuş nişan sadə şrift, latın əlifabası ilə, üzərində müvafiq loqo olan və ağ fon üzərində yazılmış, yalnız “AYDOĞAN” “Türk malı” hərf birləşməsindən ibarətdir. Belə olduğu təqdirdə isə həmin nişanların qarışdırılacaq dərəcədə oxşar olması qeyri-mümkündür. Ümumiyyətlə nişanlar müqayisə edilərkən onların qarışdırılacaq dərəcədə oxşar olub-olmadığını müəyyən etmək üçün nişanın ayrıayrı elementləri deyil, ümumi təsvirin bütöv şəkildə istehlakçıda alqısı nəzərə alınmalıdır. Hansı ki, müvafiq nişanları müqayisə etdikdə onların söz ifadələrindən başqa təsviri hissələrinin də fərqləndiyi aydın görünür. Bundan əlavə bir çox ölkələrdə “aydoğanstar”, “aydoğan”, “aydoğanlar” və s. hərf birləşmələrindən ibarət olan əmtəə nişanları müvafiq konvensiyanın üzvü olan dövlətlərdə qeydiyyatdan keçmişdir. Təqdim edilmiş təsvir nişanlar isə bunu bir daha təsdiq edir. Belə olduğu təqdirdə ekspertiza mərkəzi tərəfindən hazırkı iş üzrə verilmiş imtina tam qanunsuz və əsassızdır. Həmçinin cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, onun qeyd etdiyi dəlillər əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsaslarına aid deyil (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsi). Başqa sözlə, həmin dəlillər iddianın əsaslılığını qeyd-şərtsiz aradan qaldırmır. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsaslarına dair Qanunun tələbinə gəldikdə (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsi), həmin normanın tələbinə görə, normanın birinci hissəsinin “a-e” bəndlərində göstərilənlərlə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bu baxımdan, qeyd edilənlərin istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus mallar (xidmətlər) olduğu təsəvvürü yarada bilməsinə dair dəlil də əsaslı deyil. Belə ki, iddia olunan nişanın fərqli istehsalçıya məxsusluğu onda aşkar ifadə olunmuşdur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsində də məhz “eyniliyin” və “qarışdırılacaq dərəcə”nin mövcudluğu nişanın qeydə alınmasından imtinanın əsasları kimi çıxış edirlər. Həmin əsaslar isə hazırkı işdə mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox presedentlərində, o cümlədən Anheuser-Busch İnc. v.Portugaİ (11 yanvar 2007-ci il tarixli qərar), Paeffgen GMBH v.Germany (18 sentyabr 2007) işində bildirmişdir ki, əmtəə nişanından istifadə hüququ iqtisadi dəyər daşıdığından Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan “mülkiyyət hüququ”na daxildir və qanunsuz şəkildə əmtəə nişanının qeydiyyat alınmasından imtina Konvensiyanın sözügedən maddəsinin pozulması ilə nəticələnəcəkdir. Həmin işə baxan Məhkəmənin Böyük Palatası bildirmişdir ki, əmtəə nişanının qeydiyyata alınması barədə ərizə verildiyindən, ərizəni vermiş şəxsin həmin əmtəə nişanına dair müstəsna müdafiə hüququ yaranır. Əgər ərizə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğundursa, səlahiyyətli milli orqan həmin əmtəə nişanını qeydiyyata almalıdır və bu məsələdə onun hər hansı bir mülahizə sərbəstliyi olmamalıdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, ******* beynəlxalq qeydiyyat nömrəli “AYDOĞAN” əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə 2019-cu il 8 oktyabr tarixində “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına beynəlxalq qeydiyyata alınmışdır. Nişana 2023-cü il 24 fevral tarixindən Azərbaycan Respublikası ərazisində mühafizə verilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “a” yarımbəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın (bundan sonra- Qaydalar) 29.3-cü maddəsinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır; Qaydaların 29.4-cü bəndinə əsasən eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Qaydaların 29.5-ci bəndinə əsasən qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır. Qaydaların 29.6 - 29.8-ci bəndləri iddia edilən nişanların yoxlanılması ilə əlaqədar prosedurları müəyyən edir. Nişanların qarşılıqlı müqayisəsi əsasında aşağıdakıları müəyyən etmək olar: 1. Nişanlarda fərqli rəng çalarlarından istifadə edilsə də, hər iki nişanda əsas fərqləndirici element olan “aydoğan” sözü eynilik təşkil edir. 2. “AYDOĞAN” sözü 25-ci sinif əmtəələri üzrə “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına Azərbaycan Respublikasında hüquqi mühafizə edilir. 3. İşarələrin təəssüratını meydana gətirən bir çox elementə sahib olan təsvir şəklində nişanları müqayisə edərkən qrafik meyar, ideya uyğunluğu və orta istehlakçıda yarada biləcək təəssürata nəzərən ümumi görünüşlü (müşahidə) təəssüratı nəzərə alınmalıdır. Göründüyü kimi müqayisə edilən nişanların ümumi görünüşlü (müşahidə) təəssüratı, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası, qrafiki yazılış, nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu müqayisə edilən nişanların qarışdırılacaq dərəcədə oxşar olmasını deməyə əsas verir. 4. Müqayisə olunan simvollar oxşar bir semantik yük daşıyır və istehlakçının təxəyyülündə eyni istehsalçıya məxsus əmtəələrin cüzi qrafik fərqlərə malik seriyası olması fikrini yaradır. 5. Müqayisə edilən nişanlar istər qrafiki (görünüşlü), istər fonetik cəhətdən, istərsə də məna etibarı ilə (semantik) oxşardırlar. “AYDOĞAN” sözünün 25-ci sinif əmtəələri üzrə “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına Azərbaycan Respublikasında, hüquqi mühafizə edilərkən onun razılığı olmadan başqa şəxsin adına qeydiyyata alınması sahibkarın nişan üzərində müstəsna hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin İddiaçı Qanunun 6-cı maddəsinin birinci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədinin əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə Apellyasiya şurasında nəzərə alına biləcəyi barədə məlumat verilsə də, belə razılıq məktubu və ya başqa razılaşma sənədi təqdim edilməmişdir. Qeyd edilməlidir ki, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqli əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. Belə ki, müqayisə edilən nişanların ƏXBT-nin 25-ci sinif əmtəələri həmcinsdir, bəzi hallarda isə bir-biri əlaqəlidir. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. Beləliklə, “aydoğanstar” əmtəə nişanının qeydiyyata almaması üçün iddia etdiyi əmtəələrlə və qarşı qoyulmuş “AYDOĞAN” əmtəə nişanı əmtəə nişanına Azərbaycan Respublikasında hüquqi mühafizə verilmiş ƏXBT-nin 25-ci sinfinə aid olan əmtəələrin üst-üstə düşür və ya həmcinsdirlər, habelə müqayisə edilən nişanlarda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır;.. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 7.İnzibati iş materiallarında olan: Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A173/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı (ərizəçi) İddiaçı məxsus “aydoğanstar” (92023 00807 nömrəli iddia sənədi) əmtəə nişanının ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş etiraz əsassız hesab olunmuş və təmin olunmamışdır, qərarda etirazın əsassız hesab edilməsinə əsas kimi iddiaçının təqdim etdiyi əmtəə nişanının qarışdırılacaq dərəcədə oxşar olan əmtəə nişanları ilə oxşar əmtəə nişanı olması, “AYDOĞAN” əmtəə nişanının “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ adına xx.xx.2019cu ildə ******* beynəlxalq qeydiyyat nömrəsi ilə qeydiyyata alınması və nişana xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının ərazisində mühafizə verilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin “Əmtəə nişanının qeydiyyata almaqdan imtina edilməsi haqqında” qərarına əsasən iddiaçının 2023 00807 nömrəli iddia sənədinin ekspertizasının nəticəsinə əsasən aşağıdakı əmtəələr və / və ya xidmətlər üzrə əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında qərar qəbul edilmişdir, imtinanın əsasları kimi göstərilmişdir: “Ekspertizanın nəticəsinə uyğun olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır.Bu səbəbdən “aydoğanstar” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının ƏXBT 25-ci sinfi üzrə qeydiyyata alınmasından imtina edilir.Eyni zamanda iddiaçının hüququ ünvanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğu halda iddia etdiyi əmtəə nişlanının üzərində Azərbaycan dilinə Türkiyə kimi tərcümə edilən “Türkey” söz işarəsi qeyd edilmişdir.Bu isə əmtəənin mənşəyi və yaxud istehsal olunduğu yer ilə bağlı coğrafi mənşə baxımından istehlakçını yanılda bilər.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №li qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “ə” yarımbəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilmir.Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “f” bəndinə əsasən “əmtəələrin və ya xidmətlərin coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarını”nın əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, e-2-1(112)-7037/2024 nömrəli ekspert rəyinə əsasən təqdim olunmuş mülki iş üzrə təqdim edilmiş şəkillərdəki “AYDOĞAN” və “aydoğanstar” əmtəə nişanlarl qarışdırılacaq dərəcədə oxşardır. Bundan başqa məhkəməyə "xxxx" MMC-nin dövlət qeydiyyatına alınması haqqında sənəd,elektron-faktura, gömrük bəyannaməsi, nəqliyyat bəyannaməsi,invoyslar, iddiaçıya cavabdeh tərəfindən iddiaçının eitrazına (ərizəsinə) baxılmasının vaxtı və yeri barədə göndərdiyi bildirşlər təqdim edilmişdir. III.Məhkəmənin mövqeyi 8.Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. 9.“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublıkasının qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında əmtəə nişan larının və coğrafi göstəricilərin qeydə alınması,hüquqi mühafizəsi və istifadəsi ilə bağlı m ünasibətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır:əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Həmin Qanunun 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar;e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elemen-tlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar;ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları;f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları;g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırı-lacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları;ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları.İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Həmin Qanunun 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. 10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası qaydaları”nın 4-cü bəndinə əsasən əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları Qanunun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı; c) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları. Bu cür nişanlara aid edilir: şərabların və spirtli içkilərin adlarında coğrafi göstəriciləri özündə eyniləşdirən (əks eləyən), lakin onlarla heç bir əlaqəsi olmayan nişanlar (belə ki, şərabların və spirtli içkilərin adında coğrafi göstəricini təsvir edən nişan (işarə) saxta olur, yəni onların təsvir edilən ölkə, regionla əlaqəsi olmur); ç) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar. Bu cür nişanlara aiddir: əmtəənin mahiyyətini əks etdirən formalar, texniki nəticəyə nail olmaq üçün zəruri formalar, əmtəənin əsas dəyərlərini təmin edən formalar. Əmtəələrin mahiyyətini əks etdirən formalar, əmtəənin özündən ayrılmayan formalar kimi təsvir edilməlidir (məsələn çətirin forması, yumurta üçün kasetlər və s.). Texniki nəticəyə nail olmaq üçün zəruri formalar, texniki nəticə ilə şərtlənən əmtəə forması kimi təsvir edilə bilər, belə ki, formaya sənaye nümunəsi və ya faydalı model hüquqi mühafizə verilə bilər (texniki nəticə mövcud olduqda). Nəticənin əsas dəyərlərini təmin edən formalara, istehlakçını özünə cəlb edən formalar kimi təsvir olunan formalar aiddir, yəni əmtəənin əsas dəyərləri onun cəlbedici estetik forması ilə təsvir olunur (məsələn, estetik xassələri əks etdirən balıqqulağı formasında uşaqlar üçün vanna); d) ictimai qaydalara, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar. Bu cür nişanlara xüsusən aiddir: ədəbsiz sözlər və təsvirlər, dövlət hakimiyyət orqanlarının və ya qadağan olunmuş siyasi partiyaların emblemləri, humanizm prinsiplərinə qarşı olan, insan ləyaqətini, dini heysiyyatları təhqir edən çağırışlar; e) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricilərdən ibarət əmtəə nişanları. Bu cür nişanlara aiddir: müəyyən əmtəələr və ya xidmətlər üçün istifadə olunan, eyni cür əmtəələr və ya müxtəlif istehsalçılar arasında müəyyən şəkil alan həmin əmtəə növünün Azərbaycan Respublikasında uzun müddət istifadə olunması, həmçinin müxtəlif fəaliyyətlə bağlı ümumi şəkildə qəbul olunmuş rəmzlər və terminlər. ə) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları. Bu cür nişanlara aiddir: əmtəələrin həqiqətə uyğun olmayan keyfiyyəti və ya başqa xüsusiyyətləri ilə və onların coğrafi mənşəyi ilə istehlakçını yanılda bilən nişanlar; f) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra — Paris Konvensiyası) 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları. Bu cür nişanlara aiddir: dövlət gerbləri, bayraqlar, emblemlər, dövlətlərin rəsmi və ya tarixi adları, beynəlxalq təşkilatların emblemləri, qısaldılmış və ya tam adları, nəzarət və qrant üçün rəsmi nişanlar və damğalar, həmçinin heraldika baxımından bunların hamısının bənzətmələri. Onu da qeyd etmək olar ki, bu cür nişanlar (Paris Konvensiyasının iştirakçısı olan ölkələrdə) mühafizə olunmayan elementlər kimi əmtəə nişanına daxil edilə bilər, o şərtlə ki, əmtəə nişanında onlar əsas mövqedə dayanmasın, onların istifadəsinə səlahiyyətli orqanın və ya onların sahiblərinin razılığı olsun. Nəzarət və qarant üçün rəsmi nişanların və damğaların istifadəsinə qadağa o halda qoyula bilər ki, nişanlar və onun üzərində əks olunan işarələr məhz eyni növ əmtəələr və ya ona oxşar əmtəələr üçün istifadə olunsun; g) Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. Bu cür nişanlara aiddir: dövlət təltiflərinin (orden və medalların) təsvirləri və rəsmi nəşrlərin digər fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu Qaydaların 4-cü bəndinin «a», «b», «c» yarımbəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydiyyat etibarsız sayıla bilməz. Həmin Qaydaların 5-ci bəndinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq): a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya qeydə almaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; 11.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin 2.2.3-cü bəndinə əsasən əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq və bununla bağlı müvafiq tədbirlər görmək cavabdehin fəaliyyətinin istiqamətinə aid edilmişdir, 3.1.14-cü bəndinə əsasən ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər (bu Nizamnamənin məqsədləri üçün – sənaye mülkiyyəti obyektləri) barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını təşkil etmək, sənaye mülkiyyəti obyektlərini qeydiyyata almaq, patent və ya şəhadətnamələr vermək, onların qüvvədə saxlanılması üçün müvafiq tədbirlər görmək, sənaye mülkiyyəti obyektlərinin dövlət reyestrini aparmaq və bu obyektlər barədə dövlət reyestrlərinə daxil edilmiş məlumatları dərc etmək, 3.1.11-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların tanınması barədə vəsatətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin, məlumat toplularının və inteqral sxem topologiyalarının (bu Nizamnamənin məqsədləri üçün – müəlliflik hüququ obyektləri), Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin orijinallığının müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təşkil etmək Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin vəzifələrinə aid edilmişdir. 12.İşin faktiki hallarına əsasən İddiaçı “aydoğanstar” təsviri əmtəə nişanının ƏXBT-nin 25-ci sinifi üzrə iddiaçının adına qeydiyyata alınması üçün iddia sənədi ilə cavabdehə müraciət etmiş, cavabdehin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarı ilə “aydoğanstar” təsviri əmtəə nişanının ƏXBT-nin 25-ci sinifi üzrə iddiaçının adına qeydiyyata alınmasından imtina edilmişdir, iddiaçının həmin qərardan verdiyi şikayət cavabdehin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurası tərəfindən təmin edilməmişdir, hal-hazırda cavabdehin mövqeyi ondan ibarətdir ki, ******* beynəlxalq qeydiyyat nömrəli “AYDOĞAN” əmtəə nişanı ƏXBTnin 25-ci sinif əmtəələri üzrə 2019-cu il 8 oktyabr tarixində “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına beynəlxalq qeydiyyata alınmışdır, nişana 2023-cü il 24 fevral tarixindən Azərbaycan Respublikası ərazisində mühafizə verilmişdir, nişanlarda fərqli rəng çalarlarından istifadə edilsə də, hər iki nişanda əsas fərqləndirici element olan “aydoğan” sözü eynilik təşkil edir, “AYDOĞAN” sözü 25-ci sinif əmtəələri üzrə “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına Azərbaycan Respublikasında hüquqi mühafizə edilir, müqayisə edilən nişanlar istər qrafiki (görünüşlü), istər fonetik cəhətdən, istərsədə məna etibarı ilə (semantik) oxşardırlar və bu səbəbdə də “AYDOĞAN” sözünün 25-ci sinif əmtəələri üzrə “AYDOĞAN ÇAMAŞİRLARİ TİCARET VE SANAYİ LİMİTED ŞİRKETİ” adına Azərbaycan Respublikasında, hüquqi mühafizə edilərkən onun razılığı olmadan başqa şəxsin adına qeydiyyata alınması sahibkarın nişan üzərində müstəsna hüquqlarının pozulmasına səbəb ola bilər. 13.İş üzrə təyin edilmiş Azərbaycan Respublikasının Məhkəmə Ekspertisza Mərkəzinin məhkəməyə təqdim etdiyi məhkəmə ekspertizasının rəyində qeyd edilir ki, təqdim olunmuş mülki iş üzrə təqdim edilmiş şəkillərdəki “AYDOĞAN” və “aydoğanstar” əmtəə nişanları qarışdırılacaq dərəcədə oxşardır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normalardan göründüyü kimi əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqli əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. 14.“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa normalarına görə də əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası) olduğu halda və həmin qanunun 4-cü maddəsinə əsasən sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması əmtəə nilşanı kimi qeydə alına bildiyi halda həmin qanunun 5-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanların və fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanların qeydə alınmasına yol verilmir. 15.Belə olan halda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi tərəfindən 2023-ci il 23 iyun tarixli, 21 №-li Protokolla təsdiq edilmiş qərarı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası qaydaları”na uyğun olmuşdur. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 17.Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir.

20. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi tərəfindən 2023-ci il 23 iyun tarixli, 21 №-li Protokolla təsdiq edilmiş qərarının ləğv edilməsi, “aydoğanstar" təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinifi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 21.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32,33, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar