Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8958/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, 3-cü şəxs X1, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X3 işə cəlb edilməklə sərəncamın ləğv edilməsinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X3 işə cəlb edilməklə Oktyabr Rayon Xalq Deputatları Sovetinin icraiyyə Komitəsinin 31 may 1990-cı il tarixli 6/2 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 85 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən öz yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1964-cü il tarixdə inşa edilmiş və həmin tarixdən iddiaçı qeyd edilən ünvanda özünə məxsus olan evdə yaşamağa başlamışdır. İddiaçı ona məxsus olan fərdi yaşayış evinin ilkin sənədləşdirilməsinə 1971-ci il tarixdə başlamış və həmin tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüquqları ilə evlərin texniki inventrizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilərək fərdi yaşayış evinə dair müfəssəl qeydiyyat işləri aparılmışdır. İddiaçı 1975-ci il tarixdə özünə məxsus olan həyətdə öz anası üçün fərdi yaşayış otağı inşa edərək anasını və kiçik qardaşını (hazırkı işdə maraqlı şəxs) bu otağa köçürmüşdür. Bundan sonra maraqlı şəxs (iddiaçının kiçik qardaşı) öz mənzil şəraitini yaxşılaşdırmaq üçün iddiaçıya məxsus torpaq sahəsinə bitişik torpaq sahəsini (ünvan 2 ünvanında yerləşən torpaq sahəsini iddiaçının köməkliyi ilə) əldə etmiş və burada özünə fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evi yaşayışa hazır olduqdan sonra maraqlı şəxs öz ailə üzvləri ilə özünə məxsus olan evə köçmüş və iddiaçıya məxsus həyətdə inşa edilən otaq boş qalmışdır. Onu da, qeyd etmək istəyirlər ki, 2019-cu il tarixdə iddiaçı Bakı şəhərində mənzillərin və fərdi yaşayış evlərinin kütləvi sənədləşdirilməsi zamanı özünə məxsus olan evə mülkiyyət hüquqlarının dair dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi üçün müraciət etmək qərarına gəlmişdir. Bunun üçün ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli **********69 saylı məktubla iddiaçıya məxsus fərdi yaşayış evinə dair 1971-ci il tarixdə tərtib olunan texniki pasportun təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Daha sonra iddiaçı 2020-ci ilin yanvar ayında mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 05 noyabr 2020-ci il tarixli **********37 saylı məktubunda qeyd edilmişdir ki, “qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinə digər şəxs tərəfindən istifadə edilməsi səbəbindən çöl ölçmə işlərinin aparılmasına idarənin mütəxəssislərinə şərait yaradışmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir”. Bundan sonra həmin şəxs barədə araşdırma aparılan zaman onlara məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin qonşuluğunda olan maraqlı şəxs X3 özünə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alan zaman iddiaçıya məxsus olan toraq sahəsinin bir hissəsini də öz adına rəsmiləşdirmiş və cavabdeh Əliqardaş Abdullayevin adına xx.xx.2019-cu il tarixdə **********50-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 adına verilmiş mülkiyyət hüququna dair 21 iyun 2019-cu il tarixli **********50-10301 reyestr nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsinə dair qətnamə çıxarılmsını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı ekpertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 10/6340 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 85 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda qeyd olunmuş ölçülərə və digər texniki parametrlərə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin sərhədləri müəyyən edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin şərq istiqamətində (yola tərəf 15 metr) eninin və şimal istiqamətdə uzunluğunun (25,25 metr) texniki pasporta uyğun olduğu, lakin qərb tərəfdən eninin və cənub tərəfdən uzunluğunun isə faktiki vəziyyətdə texniki pasportda qeyd oluran ölçülərdən az olduğu müəyyən olundu. Belə ki, iddiaçının adına 1971-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunmuş ölçülər faktiki vəziyyətdə mövcud olan mövcud olan ölçülər ilə müqayisə olunarkən texniki pasportda qeyd olunan torpaq sahəsinin cənub-qərb küncündə yerləşən 61 kv.m hissənin faktiki vəziyyətində cavabdehin istifadəsində olduğu müəyyən olunmuşdur. Müqayisəli tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan və xx.xx.2019- ci il tarixli, **********50 reyestr nömrəli texniki pasportda qeyd olunmuş “A” literli yaşayış evinin yerləşdiyi 61 kv.m sahənin İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 85 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Üst-üstə düşmə halı Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovıküçəsi, 85 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda göstərilmiş torpaq sahəsinin cənub-qərb küncündə yerləşən hissəsində və həmin hissə faktiki olaraq cavabdehin istifadəsindədir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(005)-75/2022 saylı qətnaməsi ilə (şədirlik edən: Gültəkin Əsədova) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və X2 qarşı “21 iyun 2019-cu il tarixli **********50-10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı Apellyasiya şıkayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4009/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-75/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və İş üzrə icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyrimümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsi, inzibati mübahisələrin aidiyyəti isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İnzibati Məhkəməyə müraciət edərək qanunvericiliyin tələblərinə əsasən iddiaçının mülkiyyət hüquqlarını bərpa edilməsini tələb etdik, İnzibati məhkəməsin araşdırması zamanı maraqlı şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, maraqlı şəxs X2 ünvan 4 ünvanı Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 31 may 1990-cı il tarixli qərarı əsasında verilmişdir. Həmin qərarla tanış olduqdan sonra onlara məlum olmuşdur ki, İddiaçının 1975-ci il tarixdə özünə məxsus olan həyətyanı sahədə öz anası üçün fərdi yaşayış otağı inşa edərək anasını və kiçik qardaşını (hazırkı işdə maraqlı şəxs) köçürdüyü otağa heçbir əsas olmadan qanunsuz olaraq Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 31 may 1990-cı il tarixdə faktiki mülkiyyətlərində, istifadələrində və sahibliklərində olan torpaq sahəsinə maraqlı şəxsin ərizəsi əsasında həmin dövrdə olan səriştəsiz idarəçiliyinin nəticəsi olaraq mülkiyyətlərində olan tikiliyə qanunsuz qərar verərək maraqlı şəxs X2 ünvan 4 ünvanını vermişdir. Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 31 may 1990-cı il tarixli 6/2 saylı Qərarı onunla əsaslandırılmışdır ki, Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi özbaşına tikilmiş binaların vətəndaşların ərizəsinə baxılmılması və qeydiyyat şəhadətnaməsinin alınması üzrə komissiyası 17 aprel 1990-cı il tarixdə bu məsələyə baxaraq müəyyən etmişdir ki, 16,7 kv.m olan 2 otaqlı özbaşına tikili və 12,6 kv.m köməkçi sahədən ibarət olan özbaşına tikili xx.xx.1975-ci ildə tikilmişdir. Hesab edir ki, nə hüquqi, nə faktiki əsası olmadan qəbul edilmiş qərar onların mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmaqla qanunvericiliyin kobud pozuntusunun inzibati akt formasında təzahüründən başqa bir şey deyildir. Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi özbaşına tikilmiş tiklinin kimin tərəfindən tikilməsini ümumiyyətlə araşdırmamış və iddiaçının qanunla qorunan mənafeyinə və mülkiyyət hüququma əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs və onun nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. AİHM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X5rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (RuizTorija İspaniyaya qarşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Müjki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011 -ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan. Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, ;lPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, nəmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, ihdianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə (31 may 1990-cı il tarixli sərəncam) məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçı ilə 3-cü şəxs uzun illərdir (1971-ci ildən) bir həyətdə yaşadıqları halda, onun hazırki vaxtadək qanunsuz hesab etdiyi mübahisəli tikilini, nəticə etibarı ilə mübahisəli tikiliyə dair qərarı mübahisələndirməməsi üzrlü hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-8958/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8958/2023
03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver