Məhkəmə qərarları › İş №e-2-1(112)-896/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-896/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-896/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə «mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış və texniki pasportun verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi(vəkili) Vəkil Seyid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə «mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış və texniki pasportun verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarış"a əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən yeni "Çıxarış"ın verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarış"a əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.2005-ci il tarixdə iddiaçının xahişinə əsasən 4 saylı MKİS-in işçilərinin iştirakı ilə sözügedən mənzilin üstündə olan dam örtüyünə baxış keçirilmiş, dəmir örtüyün çürüməsi, altında olan taxtaların çökməsi müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Səbail rayon İcra Hakimiyyətinin V- 14 saylı xx.xx.2005-ci il tarixli məktubuna əsasən iddiaçının yaşadığı mənzilin qəza vəziyyətində olan dam örtüyünün əsaslı təmirinə icazə verilmişdir. O, İcra Hakimiyyətinin icazəsi ilə dam örtüyünün əsaslı təmir işlərini apararkən, tikinti norma və qaydalarına, habelə yanğından mühafizə, sanitar norma və qaydalarına riayət etməklə, yaşadığı mənzili də təmir etdirərək abadlaşdırdaraq mənzilin üstündə mansard qurmuşdur. Mənzilinin üstündə mansard qurulması ilə razılaşmayan Səbail rayon MKTB-nin rəhbərliyi mansardın sökülməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi, lakin məhkəmənin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilmədi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilsə də, sonradan tərəf apelyasiya şikayətindən imtina etdi və bu səbəbdən apelyasiya icraatına xx.xx.2006cı il tarixdə İMK-1699/2006-cı il tarixli qərardadla xitam verildi və bununla da Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindi. Sözügedən yaşayış sahəsinin yenidən palnlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyrimümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğundur, qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur, qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaratmır, binanın xarici görünüşündə dəyişiklik etmir. Göstərilənləri nəzərə alaraq, yenidən planlaşdırılmış yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış layihəsini, məhkəmə qətnaməsini və digər sənədləri Səbail rayon İH-nə təqdim edərək, mənzilin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.1 maddəsinə əsasən rəsmiləşdirilməsini xahiş etmişdir. sonuncu isə heç bir qanuni əsas göstərmədən buna imtina etdi. Buna görə iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət emiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-l(112)- 534/2021 qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* Nəli "Çıxarış" a əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir (4 saylı MKİS-in xx.xx.2005- ci il tarixli aktı, Səbail rayon İcra Hakimiyyətinin V-14 saylı xx.xx.2005-ci il tarixli məktubu, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi, Apelyasiya məhkəməsinin xx.xx.2006-cı il tarixli, İMK-1699/2006-cı il tarixli qərardadı qərarda öz əksini tapmışdır). Bakı İnzibati Məhkəməsinin qərarı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən icra olunmuş və xx.xx.2022-ci il tarixli 143 saylı Sərəncama əsasən Səbail Rayon İcra Hakimiyyətinin nəzdində X4 İdarələrarası Komissiyanın V-20-091 saylı, xx.xx.2022-ci il tarixli Aktı və rəyi nəzərə alınaraq mənim mülkiyyətimdə olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin ölçüləri dəqiqləşdirilmiş, faktiki sahəsi 216, 91 kv.m hesab edilmiş, eyni zamanda mənzilin eskiz layihəsi də Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Sərəncamın 3-cü bəndinə əsasən surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş (bundan sonra cavabdeh), lakin icra olunması üçün heç bir tədbir görülməmişdir. Buna görə iddiaçı, artıq sənədlərinin kifayət qədər hazır olduğunu zənn edib, cavabdeh tərəfindən bu işlə maraqlanan olmadığına görə, özü cavabdehə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-3012- 0160/8/2022 **********12 saylı cavab məktubunda ona bildirilmişdir ki, "qeydiyyatdan keçmiş mənzil damında inşa edilmiş mansarda mərtəbəsinin qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən (2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililərə dair) tikilinin inşa ediməsinə icazə barədə qərar, razılaşdırılmış eskiz layihə və istismara qəbul aktı təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina sayılmır." Cavabdeh tərəfindən iddaçıya verilmiş cavab məktubunu imtina kimi qiymətləndirilməsədə, "Çıxarış" ala bilmədiyi üçün məktubu faktiki olaraq imtina kimi qəbul edib, mənzil üzərində Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsi ilə mənə verilmiş müliyyət hüququmu həyata keçirmək imkanından məhrum edilməsinə gətirib çıxarılması kimi qiymətləndirdiyimə görə, hüquqlarının müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin məktubundan göründüyü kimi, təqdim etdiyim sənədlərin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 maddəsinə uyğunsuzluqunun nədən ibarət olması göstərilməmiş və həmin Qanunun 15-ci maddəsində göstərilən və hüquqların dövlət qeydiyyatına alınmasından ötrü imtinaya səbəb olan əsasların heç birisinə istinad edilməmişdir. Cavabdeh tərəfindən mənim müraciətimə faktiki olaraq imtina cavabı verilərkən, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Eyni zamanda, yuxarıda göstərildiyi kimi, mənzilimin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin İcra Hakimiyyətinə məhkəmə qərarı əsasında həvalə edilmiş, bundan sonra həmin qərar icra olunaraq, İcra Hakimiyyətinin Sərəncama əsasən nəzdində X4 X2 və rəyi tərtib olunmuş, mənzilin ölçüləri dəqiqləşdirilmiş, eskiz layihəsi də razılaşdırılmışdır. Onu da nəzərə almaq lazımdır ki, dam örtüyü təmir olunarkən, yuxarıda qeyd edildiyi kimi, buna Səbail rayon İcra Hakimiyyətinin V-14 saylı xx.xx.2005- ci il tarixli məktubuna əsasən icazənin verilməsi, artıq təmir başa çatdırılıb altında mansarda sahəsi yaradılandan sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə həmin mansardanın qurulması qanuni hesab edilməsi kimi xüsusatlar Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 534/2021 qərarında öz əksini tapmışdır. Azərbaycan Respublikası Konsitusiyasının 29-cü maddəsinin: İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2.2).Qanunun 8.0 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaİdırılmadıqda. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, "Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin: İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarışda əsasən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən yeni "Çıxarış"ın verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsindən ötrü kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nüməyəndəsi məhkəmə islasında iştirak etməmiş və iştirak etməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş mənzilin damında inşa edilmiş mansarda mərtəbəsinin qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun” 8.0.9.2-ci maddəsinə əsasən (2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililərə dair) tikilinin inşa edilməsinə icazə barədə qərar, razılaşdırılmış eskiz layihə və istismara qəbul aktı təqdim edilməlidir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********12 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, binanın damında sonradan ümumi sahəsi 87.64 kv.m olan sahə inşa edilmiş və yaşayış sahəsi kimi iddiaçının istifadəsindədir. Əlavə inşa edilmiş sahə ilə birlikdə mənzilin faktiki ölçüsü 205.19 kv.m təşkil edir. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 534/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında cavabdeh qismində Səbail Rayon İcra Hakimiyyəti göstərilmiş, idarə tərəf kimi cəlb edilməmiş, idarənin üzərinə öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edimişdir ki, , qeydiyyatdan keçmiş mənzilin damında inşa edilmiş mansarda mərtəbəsinin qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun” 8.0.9.2-ci maddəsinə əsasən (2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililərə dair) tikilinin inşa edilməsinə icazə barədə qərar, razılaşdırılmış eskiz layihə və istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - **********84-05101-093002 reyestr nömrəli, tarixli Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı Tofıqovnanın xüsusui mülkiyyətindədir. - Azərbaycan Respublikasi Baki Şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçisinin Aparatinın “Vətəndaş İddiaçı mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi barədə” 143 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti nəzdində X4 İdarələrarası Komissiyanın xx.xx.2022-ci il tarixli aktı nəzərə alınaraq, vətəndaş İddiaçı mülkiyyətində olan Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ölçüləri dəqiqləşdirilsin və faktiki ümumi sahəsi 216.91 kv.m hesab edilmişdir. - xx.xx.2022-ci il tarixli FV-20-091 nömrəli Akta əsasən Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzil DƏDRX-nın Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən həqiqətən də, İddiaçı xüsusi mülkiyyətindədir və ümumi sahəsi 95.5 kv.mdir. Yerində yenidən baxış zamanı müəyyən edilmişdir ki, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m-dir. Ölçülər arasında yaranan fərq uzun müddət əvvəl mənzildə əlavə mansard tikintisi olmuşdur. Bakı İnzibati Məhkəməsinin İş № 2-1(112)-534/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, vətəndaş İddiaçı mülkiyyətində olan dam örtüyünün altında mansard sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı məxsus Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m hesab edilməsi barədə akt qəbul edilmişdir. - Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən inzalanmış xx.xx.2022-ci i tarixli Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti nəzdində X4 X1 rəyinə əsasən Vətəndaş İddiaçı məxsus Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m hesab edilməsi məqsədəuyğun qəbul edilmişdir. - Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixi Qətnaməsi ilə iddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X3 qarşı özbaşına tikilinin sökülməsi bardə iddia tələbi təmin edilməmişdir. - Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli Etiraz məktubu məhkəməyə təqdim edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ilə tələb edilən sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğussuna cavab olaraq ünvan 3 ünvan rekviziti ilə dövlət qeydiyyatına alınmış daşınmaz əmlak obyekti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmış RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin yerləşdiyi binada əlavə inşa etdiyi dam örtüyünün altında yerləşən sahənin üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və texniki pasportun verilməsindən ibarətdir. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş sənədlərədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95,5 kv.m olan mənzil iddiaçını xüsusi mülkiyyətindədir. İddiaçı, qeydiyyatdan keçmiş və mülkiyyətində olan mənzilin dam örtüyünün altında inşa edilmiş əlavə sahənin (mərtəbənin) qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş və iddiaçının müraciətinə cavabdeh inzibai orqan tərəfində müsbət cavab verilməmişdir. Həmin imtinadan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı iddia tələbinin əsassız hesab olunması ilə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 6. Mənzil münasibətləri 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: ... 6.0.3. yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətindən istifadə edilməsi; ... 6.0.7. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması; Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. Maddə 27. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nəticələri 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra—dövlət reyestri) aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Həmin Əsasnamənin 4.9.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Həmin Əsasnamənin 6.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tikinti və planlaşdırma işləri apardığı dam örtüyünün altında yerləşən sahə mənzil qanunvericiliyinin tələblərinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı mənzilin dam örtüyünün altında apardığı tikinti işləri Mənzil Məcəlləsinın 27.1-ci maddəsinə əsasən razılaşdırılmadan (özbaşına) aparmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə etdiyi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 143 nömrəli Sərəncamı “yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” deyil, iddiaçının mülkiyyətində olduğu mənzilin ölçülərinin dəqiqləşdirilməsi barədə olmuşdur. Bununla bağlı olaraq qeyd edilməlidir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlı sərəncam hesab olunması belə mülkiyyət hüququnun qeydə alınması kimi hüquq müəyyənedici sənəd olaraq qəbul edilə bilməz. Həmçinin, Sərəncamın qəbul edilməsinə əsas olmuş məhkəmə qərarı isə dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlı olduğu müəyyən olunur. Hansı ki, həmin Sərəncam mövcud dam örtüyünün altında olan sahənin planlaşdırılmasını yox, mənzilin ölçülərinin dəqiqləşdirilməsini müəyyən edir. Bununla bağlı məhkəmə qeyd edir ki, müvafiq məhkəmə qərarı və onun əsasında qəbul edilmiş inzibati akt binanın dam örtüyünün altında yerləşən və ümumi paylı mülkiyyət hüquqi ilə digər mülkiyyətçilərə məxsus olan sahəyə dair iddiaçının mülkiyyət hüqunun qeydə alınması əsası kimi çıxış edə bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən normanın tələblərindən də görünür ki, yaşayış sahəsinin yenidən planlaşdırılması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı binanın lahiyəsində nəzərdə tutulmayan dam örtüyündə yendiən planlaşdırma işləri həyata keçirmiş və onun rəsmiləşdirilməsi məqsədilə məhkəmədə müvafiq iddianı qaldırmışdır. Məhkəmə qərarından da müəyyən olunur ki, artıq mövcud olan sahənin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi öhdəliyi yerli icra hakimiyyəti orqanının üzərinə qoyulmuşdur. Məhkəmə qərarının icrası olaraq verilmiş Sərəncam isə dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlıdır ki, həmin inzibati akt iddiaçının qeyd edilən sahəyə dair mülkiyyət hüququnun qeydə alınması əsası kimi qanunvericilikdə təsbit olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinin tələbləri iddiaçı tərəfindən yerinə yetirilmədiyindən yəni mübahisəli sahəyə (tikinti aparılmış ərazi) dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən cavabdehin hüququn qeydə alınmasından imtinası əsaslı hesab edilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, həmin bina beş mərtəbədən ibarət olmaqla yaşayış binası kimi inşa edilmiş və yaşayış binasının layihələndirilməsində iddiaçının tikinti apardığı ərazi (binanın damı) tikinti məqsədi üçün nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, aparılan tikinti işlərinin tikinti və şəhərsalma normalarına və qaydalarına uyğun olaraq aparıldığı və aparılmış dəyişiklik binanın dayanıqlığına zərər vurmadığına dair hər hansı sənədin və rəyin olması iş materiallarında da öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı bu cür dəyişiklikləri müvafiq icazələr alınmadan, layihə icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədən həyata keçirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı binanın konstruksiyasında özbaşına dəyişikliklər edərək yaşayış binasının damında, yaşayış sahəsi üçün nəzərdə tutulmamış ərazidə tikinti işləri aparmışdır ki, həmin aparılan tikinti binanın dayanıqlığına zərər vurma ehtimalı mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, yaşayış binasının damında aparılmış tikinti həmin binada yaşayan sakinlər (qonşuların) kimi onların həyat və sağlamlıqlarına təhlükə yaratma ehtimalı nəzərə alınaraq mövcud vəziyyətin dəyişəcəyi təqdirdə (bədbəxt hadisələrin və texnogen qəzaların, qaz, su və elektrik təchizatı ilə bağlı baş verməsinə şərait yarada bilər) sakinlərin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi aydın surətdə təsəvvür etmək olar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən yeni çıxarışın verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar