Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8960/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X15) qarşı “sərəncamın etibarsız sayılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidmətinin 18 yanvar 2021-ci il tarixli 04 nömrəli sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra “cavabdeh”) 18 yanvar 2021-ci il tarixli 04 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 54 ünvanında yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin balansında olmuş 71.9 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə bağlanmış xx.xx.2021-ci il tarixli 587 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X5 (bundan sonra “üçüncü şəxs”) icarəsinə verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş adıçəkilən sərəncam tamamilə qanunsuzdur. Bu səbəbdən iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq həmin sərəncamın etibarsız sayılması xahişi ilə məhkəməyə müraciət edir. İddiaçı və ailə üzvləri – atası, anası, qardaşı, bacısı 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Biz həmin vaxtdan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmaqla yaşamağa başlayırlar. Həmin sahə iddiaçı tərəfindən təmir etdirilmiş və yaşayış üçün tam yararlı şərait yaradılmışdır. İddiaçı həmin ünvanda hərbi qeydiyyata, həmçinin müvəqqəti qeydiyyata alınmışdır. Bunu Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 88 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi və iddia ərizəsinə əlavə etdiyi arayış sübut edir. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən iddiaçının ailə üzvləri – X19, X4, X20, X7, X24, X21 yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ünvan 3 ünvanda (4 otaq) mənzillə təmin edilmiş və atası X19 ilə 22 iyul 2018-ci il tarixdə "Xüsusi Təyinatlı Yaşayış X13” bağlanmışdır. İddiaçının valideynləri və qardaşı öz ailəsi ilə birlikdə ünvan 3 ünvanına köçmüş və orada yaşayırlar. İddiaçı, həyat yoldaşı və övladı isə hələ də məskunlaşdıqları ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində birgə yaşamağa davam edirlər. Nizami Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X8 cavabdeh X12, X3, X9 və iddiaçıya qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə məhkəmənin qəbul etdiyi qətnamədə yazılanlardan iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdeh ilə bağlanmış 100 nömrəli xx.xx.2021-ci il tarixli icarəyə verilmiş əmlakın alqısatqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə üçüncü şəxsin adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Daha sonra məlum olmuşdur ki, cavabdehin 18 yanvar 2021-ci il tarixli 04 nömrəli sərəncamı ilə iddiaçının məskunlaşdığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçüncü şəxsin icarəsinə verilmişdir. İddiaçının 1993-cü ildən məskunlaşdığı qeyri-yaşayış sahəsi o məskunlaşmamızdan əvvəl hər hansısa bir şəxsə verilməmiş və heç bir şəxsin istifadəsində olmamışdır. Bu qeyri-yaşayış sahəsində iddiaçının məskunlaşdığı və orada yaşadığı halda, qanunsuz olaraq bu əmlaka dair üçüncü şəxs ilə ilk növbədə icarə müqaviləsi bağlanmış və bundan dərhal sonra həmin əmlak onun adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Göründüyü kimi, bu hərəkətlər nəticəsində iddiaçının və ailə üzvlərinin hüquqları pozulmuşdur.
3. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, müəyyən sənədlərin də sübut qismində təqdim edilmişdir:
1. İddiaçı və ailə üzvlərinin məcburi köçkün kimi qeydiyyata alınmağı barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Qaçqınlar və X14 057041 saylı məcburi köçkün ailəsinin qeydiyyat vərəqəsi;
2. İddiaçının Füzuli rayonundan məcburi köçkün düşməyi və xx.xx.1996-cı il tarixdən ünvan 5 ünvanında yaşamağına dair Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Nizami rayon sektorunun 11 iyun 2024 tarixli 54 saylı arayışı;
3. 1992-1998-ci illərdə məskunlaşmış məcburi köçkünlərin məskunlaşdıqları mənzillərdən çıxarılmaması və işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış yerləri inşa edildikdən sonra həmin ərazilərə köçürüləcəyini təsdiq edən Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 25 iyul 2022-ci il tarixli 602 nömrəli məktubu;
4. Mənim Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə evlə təmin olunmamağıma dair həmin Departamentin 08 iyun 2022-ci il tarixli 179 nömrəli məktubu. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.” Buna baxmayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin 18 yanvar 2021-ci il tarixli 04 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 54 ünvanında yerləşən iddiaçının məcburi köçkün kimi xx.xx.1996-cı il tarixdən məskunlaşdığı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə bağlanmış xx.xx.2021-ci il tarixli 587 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X5 icarəsinə verilmişdir. Göründüyü kimi, cavabdeh ölkə başçısının sərəncamının tələblərini yerinə yetirməmiş, qanunsuz və ədalətsiz olaraq iddiaçının məskunlaşdığı sahənin başqası tərəfindən özəlləşdirilməsinə imkan yaratmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Odur ki, yuxarıda göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edilmişdir.
4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X15 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Qaçıqnların və X17 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə evlə təmin olunmamışdır.
6. Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmir. Ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən İddiaçı ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər.
7. Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Nizami rayon sktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 54 nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün düşüb. Nizami rayonu, Naxçıvanski, 54 zirzəmi ünvanında məcburi köçkün kimi müvəqqəti və faktiki qeydiyyatdadır. X2, oğlu X25, 057041 saylı karta əsasən xx.xx.1996-cı il tarixdə Naxçıvanski 54 zirzəmi 88 saylı MİS ərazisində müvəqqəti və faktiki qeydiyyata alınmışdır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-3986/2023 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2001/2023 nömrəli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3986/2023 nömrəli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1770/2023 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2001/2023 nömrəli Qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1544/2022 saylı Qətnaməsi ilə X10, X1, İddiaçı və X6 ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşadılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-545/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(007)-1544/2022 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1286/2024 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-545/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar
14. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin 18 yanvar 2021-ci il tarixli 04 nömrəli sərəncamının etibarsız sayılmasını tələb etsə də, iddia tələbinin qaldırılmasında əsas məqsəd iddiaçının ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdır.
15. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında mübahisələndirilən qeyri-yaşayış sahəsinə münasibətdə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)- 3986/2023 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Müvafiq qərara əsasən müəyyən edilmişdir ki: - “İddiaçının ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Qeyd edilən əmlakın vaxtilə dövlət əmlakı olduğu və zəruri cəlb edilmiş üçüncü şəxs X11 icarəyə verilməsi barədə qərar qəbul edilməsi və onunla icarə müqaviləsi bağlanması, daha sonra qeyri-yaşayış sahəsinin sonuncu tərəfindən özəlləşdirilməsi işin mübahisəsiz halıdır. İddia tələbi iddiaçının ailəsi ilə birlikdə həmin qeyri-yaşayış sahəsində məcburi köçkün kimi məskunlaşma faktına əsaslanır. Odur ki, istər həmin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanarkən, istərsə də üçüncü şəxsə satılarkən qeyri-yaşayış sahəsi digər şəxslərin, o cümlədən iddiaçının hüquqları ilə yüklü olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 138.1. Əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. 138.2. Hüququn yüklülüyü - qanun və əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. Qeyd edilənlərə əsasən, işin hallarına əsasən qeyri-yaşayış sahəsinin və ya ona hüquqların yüklülüyünü əsaslandıran hüquqi müddəa (qanuni əsas) müəyyən edilmədiyindən iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. - “Tərəflər arasında iddiaçının həmin qeyri-yaşayış sahəsinin faktiki olaraq sahibliyi ilə bağlı fikir ayrılığı var. İddiaçı bildirir ki, həmin qeyri-yaşayış sahəsi məhz onun tərəfindən sahiblənmiş, üçüncü şəxsin vəkili isə bildirir ki, qeyri-yaşayış sahəsi onun atası X19 tərəfindən zəbt olunmuş və iddiaçı həmin sahədən istifadə etməmişdir. Məhkəmə nəzərə alır ki, Nizami rayon məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə yanaşı, onun ailə üzvlərinin də qeyri-yaşayış sahəsindən çıxarılmaları qət olunduğundan (məhkəmə aktı iddiaçı tərəfindən mübahisələndirilmişdir) həmin sahənin məhz kimin tərəfindən zəbt olunması (iddiaçı və ya onun atası) müştərək maraqları olduğundan hazırkı işin hallarına əsasən əhəmiyyətli deyil. Məhkəmə nəzərə alır ki, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə iddiaçının ailəsi dövlət tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park 1” yaşayış kompleksində yerləşən 2 saylı binanın 16 nömrəli 4 otaqlı mənzil ilə təmin olunmuşdur. Odur ki, iddiaçı ailəsi ilə məskunlaşmış olduğu qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi nəticəsində yaşayış sahəsindən məhrum olduğunu da iddia etməkdə haqlı sayıla bilməz”. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3986/2023 nömrəli Qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2001/2023 nömrəli Qərardadı ilə dəyişdirilmədən saxlanılmış və sonuncu qərardad da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1770/2023 nömrəli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə eyni zamanda nəzərə alır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1544/2022 saylı Qətnaməsi ilə X10, X1, İddiaçı və X6 ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşadılması qərara alınmışdır. - Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 545/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və sonuncu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1286/2024 nömrəli Qərarı ilə sonuncu Qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Odur ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinə münasibətdə artıq qüvvədə olan məhkəmə qərar(lar)ı olduğu və məhkəmənin mövqeyi aydın şəkildə ifadə olunduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva