Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8986/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tələbkar cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə qərarının icrasına məcbur edilmə tələbinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2017-ci il tarixli, 2-1(81)-1889/2017 saylı qərarın icrasına məcbur edilməsi, icra haqqında qərardad qəbul edilməsi və icra vərəqəsi verilməklə icraya yönəldilərək məcburi icra tədbirlərinin icra şöbəsinə tapşırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1889/2017 saylı qərarının icrası borclu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü ildən özbaşına dayandırılıb. Halbuki, bu qərar dövlətin adından 8 il qabaq çıxarılıb və Konstitusiyanın 129-cu maddəsinə görə icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İPM-nin 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qərar İPM-nin 2, 33, 52, 68-69, 73, 75.4, 81, 85.1-ci maddələri rəhbər tutulmaqla qəbul edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanmaqla Tələbkar pensiyasının xx.xx.2007-ci ildən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir. Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin hüquqi varisi Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Mərkəzi Filialıdır. Bu Filial qərarın qəbul edilməsindən 6 il sonra, xx.xx.2023-cü ildən özbaşınalıqla onun icrası dayandırılmışdır. 24 aydır ki, bərpa edilmir. Bununla, onun pensiyası məhkəmə qərarı ilə əlavə olunan 110 manat çıxılmaqla, 2023-cü ilin 9 ayında hər ay 138,79 manat, 2024-cü ildə hər ay 155 manat, bu ilin 3 ayında hər ay 167 manat az verilir. Borclu dövlətin adından çıxarılan məhkəmə qərarını dələduzluqla ləğv edib. Bu isə Konstitusiyaya, beynəlxalq hüquq normalarına ziddir. Bakı İnzibati Məhkəməsi 2023-cü ildə 5 ay qərarın icrasını tələb edib, sonra isə icra olunduğunu bildirib. Bakı İnzibati Məhkəməsinə məhkəmə qərarının icrasının özbaşına dayandırılmasından dəyən ziyanın ödənilməsi tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixli qərardadla mümkün sayılmayıb. Əsas kimi məhkəmə qərarının iddia tələbi ilə yox, icranın təmin olunması barədə ərizə ilə mümkün olacağı göstərilib. Cavabdeh tərəfindən iddianın mümkünsüzlüyünə dair ərizə təqdim olunaraq iddiaçı Tələbkar “1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının icrasına məcbur edilmə” tələbinə dair e-2-1(112)-8986/2025 saylı inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizəyə əsasən bildirilmişdir ki, Tələbkar bundan əvvəl eyni tələblə bağlı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin dayandırdığı məhkəmə qərarının icrasına məcbur edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sözügedən iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-1(112)-4665/2025 saylı qərardadı ilə mümkün hesab edilməmişdir. Hazırki iş üzrə Tələbkar tərəfindən məhkəməyə ünvanlanmış ərizədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1889/2017 saylı qərarının icrasının borclu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən özbaşına dayandırıldığını bildirmiş, sözügedən qərarın icrasına məcbur edilmə barədə akt qəbul edilərək məcburi icra tədbirlərinin Ədliyyə Nazirliyinin Nərimanov icra qurumuna tapşırılması və hesablanmayan məbləğin dəbbə pulu ilə birlikdə ödənilməsini xahiş etmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Tələbkar 18 iyun 1993-cü il tarixdən İ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirildiyindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş Tələbkar dair 21095 nömrəli məlumat vərəqinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.16.1-ci maddəsinə əsasən, İ dərəcə əlilliyə görə əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Tələbkar əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixdən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 530,00 manat, rütbə maaşı 144,00 manat, vəzifə və rütbə maaşının cəmindən hesablanan xidmət illərinə görə 5 faiz əlavəsi 33,70 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 771,70 manat təşkil edib. Tələbkar “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya hesablanıb. Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixdən də indeksləşdirilməsi nəticəsində Tələbkar əmək pensiyası 1082,70 manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.1-ci maddəsinə əsasən İ dərəcə əlilliyi olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 110,00 manat məbləğində əlavə verilirdi. Tələbkar sözügedən əlavənin pensiyasının üzərinə əlavə edilməsi üçün vaxtilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(81)-1889/2017 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2.5-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanmaqla Tələbkarun pensiyasınını xx.xx.2007-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsinə həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sözügedən məhkəmə qərarı qanuni qüvvəyə minmiş və Mərkəzi Filial tərəfindən icra edilmişdir. Bu barədə Bakı İnzibati Məhkəməsinə xx.xx.2018ci il tarixli, 01/89/02-642 nömrəli məktub ünvanlanmışdır. Həmin qərar əsasında pensiya məbləğinə əlavənin ödənilməsinə başlanılmışdır. Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun xx.xx.2021-ci il tarixdən 19.1.7.1-ci maddə ləğv edilmiş və nəticədə qeyd olunan maddə əsasında ödənilən 110,00 manat əlavənin bütün şəxslərə ödənilməsi dayandırılmışdır. Həmin əlavə şəxsin müraciəti əsasında Fond tərəfindən müəyyən edilərək ödənildiyi halda belə və ya Fond tərəfindən qanunvericiliyə uyğun hesab edilmədiyinə görə məhkəmə qərarı əsasında müəyyən edilərək ödənilsə də, həmin maddə ləğv olunduğundan sözgedən əlavənin ödənişi dayandırılmışdır. Qanuna illər ərzində edilmiş dəyişikliklərlə əlaqədar 19.2.5-ci maddədə nəzərdə tutulan əlavə 19.1.7.1-ci maddə ilə əvəzlənmişdir. Eyni zamanda da adıçəkilən şəxsin lehinə çıxmış məhkəmə qərarından sonra ona ödənilən həmin əlavənin məbləği qeyd olunan maddəyə müvafiq illər üzrə edilmiş dəyişiklərə uyğun artırılaraq ödənilmişdir. Yəni, 19.1.7.1-ci maddədə qeyd olunan əlavənin məbləği illər üzrə artdıqca Tələbkar ödənilmiş müvafiq əlavənin məbləği illər üzrə artırılmış, qeyd olunan maddə ləğv olunduğuna görə əlavənin ödənilməsi də dayandırılmışdır. Eyni zamanda, qeyd olunan maddənin ləğvi müvafiq kateqoriyadan olan şəxslərin digər sosial ödənişinin – Prezident təqaüdünün məbləğinin artırılması ilə paralel aparılmışdır. Belə ki, adıçəkilən şəxsə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı İ dərəcə müharibə əlillərinə” ödənilən Azərbaycan Respublikası Prezidentinin 250,00 manat məbləğində təqaüdü Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1230 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixdən (yəni Qanunun 19.1.7.1-ci maddəsinin ləğv edildiyi gündən) 400,00 manata artırılıb (xx.xx.2023-cü il tarixdən 500,00 manat). Daha sonra müvafiq araşdırma zamanı lazımi məlumatlar vaxtilə elektron bazaya daxil edilmədiyindən Tələbkar pensiyasında yuxarıda göstərilən əlavənin vaxtında dayandırılmadığı və nəticə etibarilə xx.xx.2021-ci il - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 3188,37 manat artıq vəsait ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 7109/2023 saylı qərar qəbul edilərək, 2023-cü ilin aprel ayında pensiyası yenidən hesablanaraq 1112,44 manatdan 973,65 manata azaldılmışdır. Həmin artıq ödənilmiş 3188,37 manat vəsaitin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə Tələbkar yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Artıq ödənilmiş pul vəsaiti haqqında Tələbkar xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-B-1062xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-56691/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B-260040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/2- B-309000/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-19423/4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-24859/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/2- B-39595/6//2024 nömrəli məktublarla məlumat verilmişdir. Lakin, hazırki tarixədək adıçəkilən şəxs ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması ilə bağlı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını Mərkəzi Filiala təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkünsüzlüyünə dair ərizəyə uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati mübahisələrin məhkəmə aidiyyətinə daxil olan inzibati məhkəmə icraatı qaydasında baxıla bilən iddiaların konkret dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddia tələblərinə baxıla bilər: (2.2.1.) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.2.) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3.) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.4.) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); (2.2.5.) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); (2.2.6.) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); (2.2.7.) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (2.2.8.) bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; (2.2.9.) “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə . “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Qərarı:
1. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.
2. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə isə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Sözügedən normaların mənasına görə inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə İPMdə təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməlidir. Bununla yanaşı, bir sıra hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM), eləcə də “İnzibati icraat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının tətbiqi də mümkün və zəruridir.
3. İcranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunmalıdır. Bunun əksinə olaraq, İPM-də belə bir göndəriş olmadığından dövlətə, bələdiyyələrə və ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icra edilməli olduğu hallarda və inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi ilə bağlı olaraq isə İPM-lə yanaşı, yalnız MPM-in və “İcra haqqında” Qanunun müddəalarının tətbiqi mümkündür, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun normalarının bu iki hala münasibətdə tətbiqi istisna olunur. İV. İnzibati orqnaların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPMin 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Göründüyü kimi, iddiaçının yuxarıda qeyd edilən tələblərinin inzibati məhkəmə icraatı qaydasında baxıla bilən tələblərin hər hansı birinə aidliyi müəyyən edilmir, iddiaçının hazırki iddianı qaldırmaqla hüquqi marağı məhkəmə qərarının icrasına nail olmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı həmin məhkəmə qərarının icrası ilə bağlı məhkəməyə iddia ərizəsi ilə deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilən qaydada ərizə ilə müraciət etməli və hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmayaraq mümkünsüz sayılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, Tələbkar bundan əvvəl eyni tələblə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə qərarının icrasına məcbur edilmə və s. barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4665/2025 saylı qərardadı ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-cimaddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Tələbkar iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva