Məhkəmə qərarları › İş №e-2-1(112)-9027/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9027/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9027/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Mədəniyyət Nazirliyinin Muzey X2 və Təsərrüfat Müdiriyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mədəniyyət Nazirliyinin Muzey X2 və Təsərrüfat Müdiriyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Mədəniyyət Nazirliyinin Muzey X2 və Təsərrüfat Müdiriyyəti (bundan sonra – iddiaçı) xx.xx.2004-cü ildə, ********** № li “VÖEN”lə qeydiyyatdan keçərək hüquqi ünvanı ünvan 1çı 2022-2023-cü illərdə DORASEN LM” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, REAREN RR” MMC, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilələr bağlayaraq müxtəlif təsərrüfat-tikinti malları almışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2024-ci il tarixli qərarı ilə "xxxx" MMC MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarları ilə "xxxx" MMC və "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarları ilə "xxxx" MMC və "xxxx" MMC, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********977200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 10.384,94 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********418100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 7.476,76 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********922400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 3.606,00 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********175800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 543,63 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 15567/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 32.309,47 manat mənfəət vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********977200 saylı, xx.xx.2024-cü il **********418100 saylı, xx.xx.2024-cü il **********922400 saylı, 21 iyun 2024-cü il tarixli **********175800 saylı, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-15567/2024 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Hal-hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli № **********977200 qərarla 2024-cü il yanvar ayı üçün 10.383,94 AZN (on min üç yüz səksən üç, 94 q.) ƏDV hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən cavabdehə hesablanmış kameral vergi məbləğinin silinməsinə dair müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən 2022-2023-cü illərdə "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) müəssisələri ilə müqavilə bağlanmışdır, onlardan müxtəlif təsərrüfat-tikinti malları, yəni rəng, emulsiya, müxtəlif ofis malları və s. alınmışdır. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən müəssisələrin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024, xx.xx.2024cü il tarixlərdə riskli vergi ödəyicisi hesab edilmələri olmuşdur. Əlbəttə ki, müəssisə tərəfindən "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən onların riskli vergi ödəyicisi olması barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisələrinin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin yanvar ayı ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı 347515 nömrəli, EBDS seriyalı 750442 nömrəli , EBDS seriyalı 764042 nömrəli, EBDO seriyalı 691996 nömrəli, EBDO seriyalı 535006 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi məzmunda kənarlaşma aşkar edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 10383.94 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 47520,00 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********530400 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üzrə 10383.94 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********977200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********925700 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 6994.37 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********418100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********559500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 3606.00 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********922400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********099600 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 543.63 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********175800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində göstərilmiş 132475,83 manat xərc məbləğinin uçot-baza məlumatlarına əsasən (əldə edilmiş elektron-qaimə fakturalar(120309,7 manat əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar nəzərə alınmamaqla), yük-gömrük bəyannamələri, alış aktları) təsdiqini tapmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən kiçik, orta və iri sahibkarlıq subyektləri xx.xx.2023-ci il tarixdən etibarən gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə aparmalı olduğunu nəzərə alaraq, tərəfinizdən 2022-ci il kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2022-ci ilin sonuna (və ya 2023-ci ilin əvvəlinə) göstərilmiş sair debitor qalıq məbləği ilə tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsinin "Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri" sətrində göstərilmiş məbləğ ilə 30152.63 manat fərq yaranmışdır. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə 21,07.2024-cü il tarixli **********952800 nömrəli “2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 32309.47 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********571600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). xx.xx.2024-cü il, 21 iyun 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlar məhkəmə icraatı dövründə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Vergi Məcəlləsi (mübahisə yaranan zaman (alqı-satqı əməliyyatları aparılan zaman qüvvədə olan redaksiyası): Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər ...109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Maddə 14.1 Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Maddə 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmənin mövqeyi İşin hallarına əsasən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 3162,40 manat mal almışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 7985,40 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4964,26 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4990,33 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4997,30 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4986,68 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4992,58 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 3162,40 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4964,26 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 2802,50 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4994,94 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4992,82 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4994,94 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4994,30 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 3551,80 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4997,30 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4989,04 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4991,40 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4975,35 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4992,58 manat mal almışdır. iddiaçı ilə "xxxx" MMC arasında Baku İncorporated MMC-nin iddiaçının www.museumcenter.az web səhifəsinə texniki dəstək göstərməsi ilə bağlı xidmət göstərilməsinə dair dəyəri 708 manat olan xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli və dəyəri 590 manat olan xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Qeyd edilən alqı-satqı və xidmət müqavilələrinin qiymət razılaşması protokolu, elektron qaimə fakturaları və təhvil-təslim aktları əlavə edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü ilı tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2022-cii il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 uyğunsuzluq məktubu göndərilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********977200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 10.384,94 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********418100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 7.476,76 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********922400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 3.606,00 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********175800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 543,63 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 15567/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 32.309,47 manat mənfəət vergisi hesablanmışdır. Cavabdeh həmin qərarların qəbul edilməsi əsası kimi, iddiaçının qarşıqlı əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsinə, həmin əməliyytaların əmtəəsiz əməliyyatlar olmasına, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində göstərilmiş 132475,83 manat xərc məbləğinin uçot-baza məlumatlarına əsasən (əldə edilmiş elektron-qaimə fakturalar (120309,7 manat əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar nəzərə alınmamaqla), yük-gömrük bəyannamələri, alış aktları) təsdiqini tapmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan hal həmçinin iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əlavə vergi məbləğinin və mənfəət vergisinin hesablanmasına əsas olmuşdur. Göründüyü kimi, vergi orqanı iddiaçıya mənfəət vergisini Vergi Məcəlləsinin 109.9- cu maddəsinə əsasən hesablamışdır. Məhkəmə ilk nəvbədə qeyd edir ki, mübahisələndirilən qərarlar 2024-cü ildə qəbul edilsə də, mübahisəyə mübahisənin yarandığı dövr, yəni hesabat dövrü üçün (2023-cü il üçün) qüvvədə olan maddi hüquq normaları tədbiq edilməlidir. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin qeyd olunamlıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. İş materiallarında müəyyən edilir ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab edilmələrinin əsası kimi, həmin müəssiələrin yük gömrük bəyannamələrində və alış aktında satdığı malların olmaması, həmçinin həmin vergi ödəyicilərinin təsərrüfat subyektlərinin boş olmasına istinad etmişdir. Halbuki qeyd edilən hal Nazirlər Kabinetinin yuxarıda istinad edilən qərarından vergi ödəyicisinin riskli hesab edilməsi barədə qərarında əks olunmamış, həmçinin qeyd edilən hal iddiaçı ilə həmin vergi ödəyiciləri arasında aparılmış əməliyyatların əmtəəsiz olması nəticəsinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Riskli əməliyyatlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) alışında həmin malların olmamasına və təsərrüfat obyektlərinin boş olmasının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Bundan başqa işdən görünür ki, iddiaçının əməliyyat apardığı müəssələrlə bəzi müqavilələri malın alqı-satqısı deyil, xidmətlərin göstərilməsi ilə bağlı (veb səhifəsinə texniki xidmət və s.) olmuşdur. Cavabdeh iddiaçının həmin müəssələr ilə apardığı hansı səbəbdən əmtəəsiz əməliiyat hesab etməsini isə ümumiyyətlə əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktları qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarları ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********977200 saylı, xx.xx.2024-cü il **********418100 saylı, xx.xx.2024-cü il **********922400 saylı, 21 iyun 2024-cü il tarixli **********175800 saylı, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-15567/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar