Məhkəmə qərarları › İş №e-2-1(112)-9029/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9029/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9029/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X1 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “iddiaçıya məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 15 saylı avtomobil duracağında olduğu müddətdə götürülmüş qızıl kişi üzüyünün və üzərində “BMW” yazısı olan qızıl açarlığın iddiaçıya geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə, qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, ümumilikdə 27300 manat pul məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi” barədə tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı “iddiaçıya məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 15 saylı avtomobil duracağında olduğu müddətdə götürülmüş qızıl kişi üzüyünün və üzərində “BMW” yazısı olan qızıl açarlığın iddiaçıya geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə, qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, ümumilikdə 27300 manat pul məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09 sentyabr 2021-ci il tarixdə Bakı- Quba yolunun 10-cu kilometrliyində yerləşən X3 İşlər Nazirliyinin Baş X7 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən İddiaçı idarə etdiyi sonuncuya məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil heç bir əsas olmadan qanunsuz olaraq saxlanılaraq 15 saylı avtomobil duracağına yerləşdirilmişdir. YPX Alayının xüsusi tağımının inspektoru X4 tərəfindən 09 sentyabr 2021-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş əşyaların və sənədlərin götürülməsi haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Tərəfindən həmin baxışın qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)- 74/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, şikayəti təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin yol patrul xidməti əməkdaşları tərəfindən 09 sentyabr 2021-ci il tarixdə Bakı-Quba yolunun 10-cu kilometrliyində İddiaçı məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış baxışın (axtarış) qanunsuz hesab edilməsi qərara alınmışdır. İddiaçı nişanlı avtomobilə YPX inspektorları tərəfindən xx.xx.2021-ci ildə keçirilmiş baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 93.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. YPX Alayının xüsusi tağımının inspektoru X4 tərəfindən qanunun bu tələbinə də əməl edilməmiş, “BMW 749” markalı 10-DP 006 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan keçirildiyi halda videoyazı aparılmamışdır. “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil duracaqda saxlanıldığı müddətdə avtomobilin salonundan sürücü İddiaçı məxsus 2500 (iki min beş yüz) manat dəyərində qızıl kişi üzüyü və üzərində “BMW” yazısı olan 4800 (dörd min səkkiz yüz ) manat dəyərində qızıl açarlıq yoxa çıxmışdır, yəni avtomobil sahibinə təhvil verilərkən həmin əşyaların avtomobilin salonundan götürüldüyü müəyyən olunmuşdur. Halbuki, avtomobil YPX əməkdaşları tərəfindən duracağa aparılarkən qeyd olunan kişi üzüyü və qızıl açarlıq avtomobilin salonunda olmuşdur. Qədirov X2 Postunda Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşlarından həmin əşyaların geri qaytarılmasını xahiş etmiş, lakin polis əməkdaşları əşyaları ona geri qaytarmamış və İddiaçı onlara qarşı heçnə edə bilməmişdir. Bu günədək İddiaçı Ekologiya Postundan keçdiyi zaman, həmin əməkdaşlar tərəfindən saxlanır və onlar sanki İddiaçı lağa qoyaraq əşyaları geri qaytara bilmədiyini vurğulayırlar. Bundan başqa, 09 sentyabr 2021-ci il tarixdə YPX əməkdaşları İddiaçı idarə etdiyi avtomobili saxladaraq yersiz süründürməçiliyə yol verdikləri üçün, İddiaçı məlum dəfn mərasimində iştirak edə bilməmiş, YPX əməkdaşlarının onun spirtli içki qəbul etməsi və narkotik vasitələrdən istifadə etməsi şübhəsi İddiaçı qarşı dostları arasında həmin vaxt bir növ inamsızlıq yaratmışdır. Bu səbəblərdən, İddiaçı mənəvi cəhətdən iztirablar çəkmişdir. İddiaçı DİN-nin Baş X7 İdarəsinə müraciət edərək həmin əşyaların geri qaytarılması və 20000 (iyirmi min) manat kompensasiya ödənilməsini, əşyaların qaytarılması mümkün olmadığı təqdirdə, qızıl açarlığa görə 4800 (dörd min səkkiz yüz) manat, qızıl kişi üzüyünə görə 2500 (iki min beş yüz) manat və mənəvi zərərə görə 20000 (iyirmi min manat), ümumilikdə 27300 (iyirmi yeddi min üç yüz) manat pul məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh DİN-nin Baş X7 İdarəsi tərəfindən həmin müraciətə məhəl qoyulmamış və cavab verilməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən həmin əşyaların iddiaçıya qaytarılması və ya əşyalar əvəzində kompensasiya və mənəvizərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya 19 may 2025-ci il tarixlərdə hüquqi yardım barədə məktub göndərilmişdir. Məktubda iddiaçıya aşagıdakılar bildirilmişdir: “...Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir.Hazırda iddianız inzibati xəta haqqında qərarı ilə əlaqədar bağlı yaranmış hüquq münasibətlərindən irəli gələn mübahisənin həllinə yönəldilmişdir.Hazırki şikayətinizə baxılan zamanı həyata keçirilən fəaliyyətilə bağlı hüquq inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid hüquqdur. Odur ki, təyin ediləcək məhkəmə iclasında iddianızın mümkünlüyü məsələsinə baxılacaqdır. “ Məhkəmə tərəfindən işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 01 avqust 2025-ci il tarixə məhkəmə iclası təyin edilmiş, lakin iddiaçı məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə Göründüyü kimi iddiaçının tələbi yuxarıda sadalanan iddia növlərinə heç birinə uyğun gəlmir, belə iddia tələbinə inzibati məhkəmə icraatında baxılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə(3.2.1.) və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə(3.2.2) şamil olunmur. Göründüyü kimi cavabdeh inzibati orqan olsa da belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Hazırki mübahisə ilə bağlı hüquq isə inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə yekun məhkəmə aktı mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12207/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının təsviri hissəsində göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 15 saylı avtomobil duracağında olduğu müddətdə götürülmüş qızıl kişi üzüyünün və üzərində “BMW” yazısı olan qızıl açarlığın iddiaçıya geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə, qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, ümumilikdə 27300 manat pul məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Həmin qərardadın əsaslandırma hissəsində qeyd edilmişdir ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması və s. üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prossesual qaydada inzibati məsuliyyət daşıyırlar. Göstərilən məsələ ilə bağlı iddiaçıya hüquqi yardım edilmiş, o isə məsələyə nə münasibət bildirmiş, nədə ki, məhkəmə iclasında iştirak etmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. İddiaçıya cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti və ya bu fəaliyyətdən irəli gələn məsələ ilə bağlı mübahisə üzrə rayon (şəhər) məhkəməsinə müraciət ertməsi izah olunur. Həmin qərardadın nəticə hissəsindən görünür ki, İddiaçı iddiasının mümkün sayılması qərara alınmışdır. Göründüyü kimi, hazırki iddia tələbinə cavabeh Daxili İşlər Nazirliyinə qarşı bir dəfə baxılmış və iddia tələbi inzibati məhkəmədə baxılmalı olmaması əsası ilə mümkün sayılmamışdır. Hazırda iddiaçı eyni tələblər Daxili İşlər Nazirliyinin tabeliyindəki orqana qarşı iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, eyni tələblə bağlı yekun məhkəmə aktı qəbul edildiyinə görə ona hazırda baxılması mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmiş: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 15.6. İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “iddiaçıya məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 15 saylı avtomobil duracağında olduğu müddətdə götürülmüş qızıl kişi üzüyünün və üzərində “BMW” yazısı olan qızıl açarlığın iddiaçıya geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə, qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, ümumilikdə 27300 manat pul məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar